Məhkəmə qərarları › İş №2-1(112)-5194/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5194/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5194/2022 18.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17.12.2021-ci il tarixli **********152691 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi 13.01.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən noyabr 2017-iyun 2020-ci illəri əhatə edən səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 25.10.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında 17.12.2021-ci il tarixli **********152691 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərara əsasən şirkətə 1 665 041.76 manat əlavə vergi hesablanmış və 844 120.94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində qeyd edilmişdir ki, “Vergi yoxlaması təqdim edilmiş ilkin mühasibat sənədləri, memorial-orderlər, dövriyyə cədvəlləri, və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparıldı. Vergilərin hesablanılması və ödənilməsi ilə bağlı sənədlər yoxlamaya təqdim edilmişdir. Daha sonra aktin 1.11-ci bəndində qeyd olunur ki, “vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparıldı”. Lakin aktin sonrakı hissələrində qeyd olunmuşdur ki, “hesablama vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlərə və vergi ödəyicisi tərəfindən “Evfemiya LLC @karaca_azerbaycan)” instagramda yerləşdirdiyi elanlara əsasən hesablanılmışdır. Bildirir ki, yoxlamanın keçirilməsi üyün bülün sənədlər voxlamaya ləqdim edilmişdir. Bu halda vergilərin inslaqram elanlarına əsasən hesablanması düzgün deyil. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış biııası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin aktda da qeyd edildiyi kimi iddiaçı bütün sənədlər (bank sənədləri və idxal etdikləri mallara dair yük gömrük bəyannamələri yoxlamaya tam təqdim edilmişdir. Bu halda vergilərin instaqram elanlarına əsasən hesablanması Vergi Məcəlləsinin 67.1 - ci maddəsinə ziddir. Eyni zamanda bildirilmişdir ki, istinad olunan instagram səhifəsinin məhz İddiaçı MMC-yə məxsus olması ilə instagramda heç bir məlumat mövcud deyildir və səyyar vergi yoxlaması aktında da səhifənin müəssisəyə məxsus olması sübüt edilməmişdir. Belə ki, İddiaçı MMC 06.11.2017-ci il tarixdə dövlət qeydiyyatında alınmışdır, qeyd olunan instagram səhifəsi isə 20.12.2013-cü ild tarixdə açılmışdır. Qeyd olunan instagram səhifəsində malların satış qiyməti kimi ilkin qiymət əsas götürülmüşdür. Lakin instaqram səhifələrində malların əksəriyyəti endirimli qiymətlə təqdim edilmişdir. Məsələn, hər hansı bir malın ilkin qiyməti 300 manat, endirimli qiyməti isə 69 manat olaraq göstərilmişdir. Bundan əlavə olaraq əksər hallarda satılan məhsulların üstündə əlavə hədiyyə mallar verilirir ki, bunların satışından müəssisə faktiki olaraq gəlir əldə etməsə də vergi orqanı həmin malları da satış kimi qiymətləndirirək vergi hesablamışdır. 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlirləri 2 883 329.19 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 2 515 976.45 manat, vergiyə cəlb olunan mənfəət 367 352.74 manat göstərilmiş və büdcəyə 73 470.55 manat mənfəət vergisi hesablanmışdır. Lakin, SVY aktına əsasən malların təqdim edilməsindən gəlirləri 704 686.34 manat məbləğində artırılaraq 3 588 524.00 manat gəlirin əldə edilməsi ilə bağlı xərclər 548 182.5 manat azaldılaraq 1 967 795.95 manat müəyyən olunmuş, vergiyə cəlb olunan mənfəət 1 620 730.05 manat göstərilməklə və müəssisənin özünün bəyan etdiyi 73 470.55 manat mənfəət vergisi nəzərə alınmaqla 250 675.46 manat əlavə mənfəət vergisi hesablanmışdır. Bildirlir ki, müəssisə 2018-ci ildə yük gömrük bəyannamələrinə əsasən 5 493 588.10 manatlıq mal idxal etmiş, 2 163 010.59 manat dəyərində malları təqdim etmiş, mənfəət vergisi bəyənnaməsinin 1 nömrəli əlavəsində 3 336 730 .52 manat dəyərində növbəti ilə mal qalığı qalmışdır. Təqdim etdikləri mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin görülməsi üzrə sair xərcləri isə 337 460.33 manat (əmək haqqı, sosial sığorta haqları, icarə haqqı, bank xidmət haqları, enerji xərcləri və s.) olsa da malların dəyəri xərclər sətrində aşağı qiymətlə nəzərə alınmışdır. 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlirləri 5 244 390.10 manat, vergiyə cəlb olunan mənfəət 29 291.32 manat göstərilmiş və büdcəyə 5 838.26 manat mənfəət vergisi hesablanmışdır. Lakin səyyar vergi yoxlaması aktına əsasən malların təqdim edilməsindən gəlir 2 473 549.43 manat artırılmaqla 7 716 414.09 manat, xərclər sətrrində malın maya dəyəri 480 893.14 manat azaldılaraq 3 816 870.00 manata salınmaqla, vergiyə cəlb olunan mənfəət 2 983 733,89 manat göstərilmiş və müəssisənin özünün bəyan etdiyi 5858,26 manat mənfəət vergisi nəzərə alınmaqla 590 888,52 manat mənfəət vergisi hesablanmışdır. Bildirir ki, şirkət 2019-cu ildə yük gömrük bəyannamələrinə əsasən 6 961 259.43 manatlıq mal idxal etmiş, 2018-ci ildən isə 3 325 428.61 manat mal qalığı qalmışdır. Qeyd olunan mallarından il ərzində 4 297 763.14 manatlıq malları satılmaqla, ilin sonuna 5 719 817.33 mal qalığı qalmışdır. Təqdim eldiyi mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin görülməsi üzrə digər xərcləri isə 635 036.12 manat (əmək haqqı, sosial sığorta haqları, icarə haqqı, bank xidmət haqları, enerji xərcləri və s.) olsa da malların dəyəri xərclər sətrində aşağı qiymətlə nəzərə alınmışdır. Müəssisənin satışları aşağıdakı 3 istiqamət üzrə olmuşdur: 1. elektron qaiməfaktura əsasında nağdsız qaydada; 2. Nəzarət-kassa aparatı və pos terminallar vasitəsilə nağd qaydada; 3. Ödəniş terminalları (Milliön, e-manat və s) vasitəsilə. Bununla bağlı bütün sənədlər yoxlamaya təqdim edilsə də şirkətə vergilər instaqram elanları əsasında hesablanmışdır. Lakin qeyd etdiyi kimi şirkətin kassasına və bank hesablarına pul vəsaiti yuxarıda göstərilən 3 yolla daxil olmuşdur. Bu səbəbdən vergilər hesablarına faktiki olaraq daxil olan pul vəsaitləri əsasında hesablanmalı idi. Həmçinin instaqram elanlarında malların satış qiymətlərinin göstərilməsi o demək deyil ki, şirkət instaqram elanlarında göstərilmiş bütün malları təqdim etmişdir. Yuxarıda da qeyd edildiyi kimi şirkət hesabların 3 yolla vəsait daxil olmuşdur ki, vergilərdə həmin məbləğlər əsasında hesablanmalı idi. Yoxlanılan dövrdə müəssisə 614 784 ədəd, 617 122.74 kq olmaqla 16 204 795.25 (ƏDV-siz) manatlıq mal idxal elmişdir. Lakin yük gömrük bəyannamə məlumatları vergi orqanında mövcud olsa da idxal etdikləri malların dəyəri xərc kimi nəzərə alınmamışdır. Bu səbəbdən də müəssisəyə hesablanan vergilər süni şəkildə şişirdilmişdir. Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, yoxlama ilə bağlı ekspertiza təyin edilmişdir və ekspert rəyi əlavə olunur. Lakin ekspert rəyi yoxlama aktına əlavə olunmamış və heç bir istinad da verilməmişdir. Bununla bağlı olaraq tərəfimizdən vergi orqanına 10.01.2022-cu il tarixli **********684900 nömrəli ekspert rəyinin surətini bizə təqdim olunması barədə məktub yazılmışdır. Lokal Gəlirlər Baş İdarəsinin 17.01.2022-ci il tarixli **********467600 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC-də (VÖEN **********) keçirilən səyyar vergi yoxlaması zamanı ekspert rəyinin alınmasına zərurət yaranmamışdır. 2020-ci il üzrə müəssisəyə 253 942.43 manat dəyərində ƏDV hesablanılmışdır ki, burada da istinad yeri kimi yalnız instagram qiymətləri əsas götürülmüşdür, bununla bağlı yuxarıda ətraflı izahat verilmişdir. Bildirik ki, 2020-ci il ərzində müəssisənin NKA vasitəsi ilə pərakəndə satışı 2 514 858.42 manat, elektron qaimə faktura əsasında nağdsız satışı 8 903.77 manat, instagram üzərindən milliön və e-manat aparatları ilə satışı 262712.71 manat, cəmi 2 753 524.03 manat olmaqla ƏDV bəyənnamələrində düzgün əks etdirilmişdir. Vergi orqanı tərəfində təqdim olunmuş malların məbləğinin hər il üzrə azaldılması və mal qalığının hər il üzrə artırılması yalınız vergi ödəyicisinin ərazisində(bina və anbarlarında) mal qalığının inventarizasıyasının aparılması yolu ilə baş vərə bilərdi ki, səyyar vergi yoxlaması aktının 1.9.2-ci bəndində qeyd olunur ki, “Vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir” 1.9.3-cü bəndində isə qeyd olunur ki, “Vergi ödəyicisinin binasına(ərazisinə) baxış keçirilməmişdir”. Vergi orqanının yanaşmasındam belə çıxır ki, mal qalığı da instaqrama əsasən müəyyən olunub. Səyyar vergi yoxlaması aktında bir cümlə ilə qeyd olunmuşdur ki, mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 104-cü və 108-ci maddələrinin. ƏDV üzrə isə 159-cu və 161-ci maddələrinin tələbləri pozulmuşdur. Lakin qeyd edilən maddələr geniş maddələrdir və pozuntu hallarının konkret nədən ibarət olması ətraflı şəkildə açıqlanmamışdır. Bu isə yoxlamanın səthi aparıldığını sübut edir. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəli və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Qeyd edilən maddənin tələbləri vergi orqanı tərəfindən pozulmuşdur. Belə ki, yoxlama 9 aydan artıq müddətdə dayandırılmışdır. Yoxlanılan dövrdə şirkət şəhid ailələrinə, Silahlı Qüvvələrə Yardım Fonduna və X1 Fonduna ümumilikdə 50 min manatdan artıq nağdsız qaydada yardım göstərmişdir. Lakin qeyd edilən məbləğə görə də şirkətə vergilər hesablanmışdır. Bu isə Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə tamamilə ziddir. Həmin maddəyə əsasən paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiş orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi - 2019-cu il yanvar tarixdən 10 il müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə - 2021-ci il yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir. 18.05.2022-ci il tarixdə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə təqdim edilmişdir. İddiaçı iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 06.05.2022-ci il və 11.05.2022-ci il tarixlərində etiraza əlavələr təqdim olunmuşdur. Qeyd olunan etirazda əks etdirilmiş mövqe ilə razı deyillər. 1. Qeyd olunur ki, iddiaçı iddia edir ki, idxal olunmuş malların qiyməti vergi orqanı tərəfindən xərc kimi nəzərə alınmamışdır. Tamamilə yanlışdır. İddia ərizəsində belə bir cümlə mövcud deyildir. İddia ərizəsində qeyd olunmuşdur ki, illər üzrə təqdim olunmuş malların maya dəyəri aşağı salınıb. Vergi orqanı iddia edir ki, malların invoys və statik dəyəri arasında fərq mövcuddur və buna görə də malin dəyəri aşağı salınıb. İlk öncə qeyd edim ki, səyyar vergi yoxlaması aktında malların invoys və statistik dəyəri arasında fərq olması ilə bağlı məsələyə ümumiyyətlə toxunulmamışdır. Şirkət tərəfindən vergi orqanına 27.01.2022-ci il tarixli **********323900 nömrəli məktubla müraciət edilərək “Müəssisə tərəfindən 01.11.2017-ci il tarixdən 01.07.2020-ci il tarixədək idxal olunmuş bütün malların Dövlət Vergi Xidmətinin elektron informasıya sistemində mövcud olan siyahsinin (elektron formada) bizə təqdim olunması” xahiş olunmuşdur. Lokal Gəlirlər Baş İdarəsinin **********628900 nömrəli 09.02.2022-ci il tarixli məktubuna əsasən idxal olunmuş malların siyahısı müəssisəyə, müəssisə tərəfindən isə siyahı da məhkəmə araşdırmasına təqdim olunmuşdur. Qeyd olunan məktubda və təqdim olunmuş siyahıda da malların invoys və statistik qiyməti arasında fərq olması ilə bağlı heç bir qeyd mövcud deyildir. Əlavə olaraq müəssisə tərəfindən idxal olunmmuş mallara dair yük gömrük bəyənnamələrinin surətləri məhkəmə araşdırmasına təqdim olunmuşdur. Buradan da görünür ki, malların statik və invosy dəyəri arasında fərq mövcud deyildir. Ayrıca vergi orqanı tərəfindən etiraza əlavələrdə 2018-2019-cu illər üzrə müəssəsinin səyyar vergi yoxlamsı nəticəsində müəyyən olunmuş dövriyyəsi əks etdirilmişdir. Həmin cədvəli diqqətlə analız edib, malların yekun rəqəmlərini cəmləyərək, vergi ödəyicisinin bəyan etdiyi rəqəmlər ilə müqayisə etdikdə vergi orqanının hesablamalarının qərəzli və səhv olduğu aydın müəyyən olunur. 2018-ci il üzrə təqdim olunmuş mənfəət vergisi bəyənnaməsinin 1 saylı əlavəsinin 1.3.2-ci bəndi Silinmişdir İdxal Qalıq malın (xərcə salınan malın dəyəri dəyəri təqdim olunmuş) Vergi ödəyicisi 5,493,4 2,163,010.5 3,337,060.5 tərəfindən bəyan 88.11 9 2 edilmiş məbləğlər SVY 5,396,6 1,725,805.2 3,670,866.4 nəticəsində müəyyən 71.69 2 7 olunmuş məbləğlər 96,816. Fərq 437,205.37 -333,805.95 42 Qeyd olunan cədvəldən də görünür ki, vergi orqanı malların invoys və statik dəyəri arasındakı fərq cəmi 96 816.42 manat müəyyən edib ki, bu da nəqliyyat xərcləridir. Lakin anbara mədaxil olunarkən cəmi 96 816.42 manat fərq olduğu halda, satılmış malların dəyəri 437 205.37 manat azaldılıb, anbarda mal qalığı isə 333 805.95 manat azaldılmışdır. 2019-cu il üzrə təqdim olunmuş mənfəət vergisi bəyənnaməsinin 1 saylı əlavəsinin 1.3.2-ci bəndi Silinmişdir İdxal Qalıq (xərcə salınan malın dəyəri malın dəyəri təqdim olunmuş) Vergi ödəyicisi 6,692,15 4,297,763. 5,719, tərəfindən bəyan edilmiş 1.82 14 817.33 məbləğlər SVY nəticəsində 6,581,59 3,765,045. 6,536, müəyyən olunmuş məbləğlər 4.88 24 904.80 110,556. 532,717.9 - Fərq 94 0 817,087.47 Qeyd olunan cədvəldən də görünür ki, vergi orqanı malların invoys və statik dəyəri arasındakı fərq cəmi 110,556.94 manat müəyyən edib ki, bu da nəqliyyat xərcləridir. Təkcə 2019-cu il üzrə malların daşınması üzrə 227 286.41 manat təşkil etmişdir (Mənfəət vergisi bəyənnamaəsi 229.2-ci bənd) və bu hal vergi orqanı tərəfindən mübahisələndirilmir. Nəqliyyat xərcləri də bildiyi kimi Vergi Məcəlləsinin 139.2-ci maddəsinə əsasən malların dəyərində daxil edilməlidir. Lakin mallar anbara mədaxil olunarkən cəmi 110,556.94 manat fərq olduğu halda, satılmış malların dəyəri 532,717.90 manat azaldılıb, anbarda mal qalığı isə 817,087.47 manat artırılmışdır. Səyyar vergi yoxlaması aktında da qeyd olunmuşdur ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası və binasına (ərazsinə) baxış keçirilməmişdir. Bu halda anbara giriş sabit qaldığı halda satılmış malın maya dəyərinin azaldılaraq, anbarda qalığa əlavə edilməsi, həm də öz iş otağında, yerində yoxlama aparmadan absurddur və ürəyi belə istəyir prinsipindən başqa bir şey deyildir. Etirazda qeyd olunmuş “digər dəlil” kimi qeyd olunmuşdur ki, “sənədlərə baxış zamanı əldə olunmuş məlumatlar hesablanmış vergilərin düzgünlüyünü müəyyən etməyə kifayət etməmişdir.” Bununla bağlı bildirirəm ki, Səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində qeyd edilmişdir ki, “Vergi yoxlaması təqdim edilmiş ilkin mühasibat sənədləri, memorial-orderlər, dövriyyə cədvəlləri, və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparıldı. Vergilərin hesablanılması və ödənilməsi ilə bağlı sənədlər yoxlamaya təqdim edilmişdir”.(SVY aktı-səh-26). Daha sonra aktin 1.11-ci bəndində qeyd olunur ki, “vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparıldı”(svy aktı:səh-28). Göründüyü kimi səyyar vergi yoxlaması aktında hər hansı sənədin yoxlamaya təqdim edilməməsi və ya tam təqdim olunmaması barədə heç bir müddəa mövcud deyildir. Vergi Məcəlləsinin - 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. - 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci və üçüncü hissəsində göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. - 42.3. Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. - 43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Bildiririk ki, səyyar vergi yoxlaması prosesində yoxlayıcılar tərəfindən tələb olunan bütün sənədlər yoxlamaya vaxtlı-vaxtında və dəqiqliyi ilə təqdim olunmuşdur. Həmçinin sənədlərin təqdim olunmaması barədə yoxlayıcılar tərəfindən heç bir akt tərtib olunmamış və məhkəməyə müraciət edilməmişdir. Bu onu göstərir ki, iddia olunan dəlil özünmüdaifədən başqa bir şey deyildir. 42.2-ci maddənin tələbindən də görünür ki, “Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır”. Yəni ki, yoxlama ilk olaraq sənədləri yoxlamalı, sənədlər çatışmadıqda və vergi ödəyicisi tərəfindən təqdim olunmadıqda imtina protokolu tərtib olunmalı, sonra məhkəməyə müraciət edilməli idi. Bunlar nəticə vermədikdə 67-ci maddəni tətbiq edə bilərdi. Əlavə olaraq bildiririk ki, səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin hansı maddəsinə istinad edilməklə hesablama aparılması və hansı maddəyə əsasən instagram qiymətinin əsas götürülməsi barədə heç bir qeyd yoxdur. Vergi məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Göründüyü kimi, hətta sənədlər vergi ödəyicisi tərəfindən təqdim olunmadığı halda belə vergi orqanı tərəfindən ilk öncə əlində mövcud olan rəsmi təsdiq olunmuş məlumatlara istinad edilməli idi. Belə ki, müəssisə tərəfindən yoxlama dövrü ərzində kifayət qədər böyük həcmdə mallar elektron qaimə faktura əsasında bank köçürmələri ilə satılmışdır ki, bu da analogiya üzrə əgər NKA dövriyyəsinə şübhə varsa belə, digər satışa tətbiq oluna bilərdi. 67.1.7-ci maddədə birbaşa qeyd olunur ki, bank dövriyyəsinə istinad oluna bilər. Bundan əlavə əgər vergi ödəyicisinin dövriyyəsinə şübhə vardısa, 67.1.8-ci maddəyə əsasən xronometraj metodu ilə müşahidə keçirilə və real satış həcmi müəyyən oluna bilərdi. Göründüyü kimi, Vergi Məcəlləsinin 67.1-ci maddəsində vergi orqanına əlaqəli məlumatlar əsasında vergilərin hesablanması üçün kifayət qədər geniş və rəsmi imkanlar vermişdir. Lakin vergi orqanı bunların hamısını kənara qoyaraq hesablamanı müəssisəyə məxsus olduğunu sübut etmədiyi hansısa istagram məlumatına əsasən aparmışdır. Eyni zamanda vergi ödəyicisinə məxsus təsərrüfat subyektlərində nağd hesablaşma qaydalarında riayət edilməməsi bildirilmişdir. Bildirir ki, əlavə olunmuş sənədlərdən də göründüyü kimi, 3 il ərzində vergi ödəyicisinə məxsus 10-dan çox təsərrüfat subyekti üzrə cəmi 3 dəfə nağd hesablaşma qaydalarına riayət olunmasının yoxlanılması üzrə tədbir keçirilmişdir. Bu isə vergi ödəyicisinin intizamsız olmasına dəlalət etmir. Bildiririk ki, təkcə 2022-ci ilin 4 ayı ərzində müəssisə tərəfindən 564 291,33 manat vergi məbləği dövlət büdcəsinə ödənilmişdir. Yoxlama dövrü ərzində müəssisə tərəfindən 2 916 554.64 manat ƏDV, 2 103 032.18 manat Gömrük rüsumu və 93 301.52 manat vergilər və digər rüsumlar olmaqla dövlət büdcəsinə 5 112 888.34 manat vergilər və gömrük rüsumu ödənilmişdir. Təkcə bu rəqəmlər onu təsdiq edir ki, müəssisə dövlət büdcəsinə kifayət qədər vergi məbləği ödəyir və intizamlı vergi ödəyicisidir. Lakin vergi orqanının yaratdığı bu süni problem nəticəsində müəssisənin fəaliyyətində ciddi problemlər yaranmışdır. Eyni zamanda vergi orqanı ödəyicinin real dövriyyəsinin müəyyən olunması üçün ən uyğun metod olan xronometraj metodu ilə müşahidə keçirə bilərdi ki, bu hüququndan da istifadə etməmişdir. Etirazda qeyd olunan digər bir məqam isə instagram səhifəsi ilə bağlıdır. Qeyd olunur ki, iddia ərizəsində qeyd olunub ki, “instagram səhifəmizdə yerləşdirilmiş məlumatlara əsasən vergilər hesablanmış, lakin endirimli qiymətlər nəzərə alınmamışdır”. Bildirir ki, şirkət tərəfindən tərtib olunmuş iddia ərizəsində belə cümlə mövcud deyildir. Nəzərə alınmalıdır ki, sübütetmə vəzifəsi qanunverciliyin tələbinə əsasən inzibati orqanın üzərinə qoyulmuşdur. İnzibati akt olan səyyar vergi yoxlaması aktında isə inzibati orqan sübüt etmə vəzifəsini icra etməmişdir. Vergi Məcəlləsinin: 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübüt etmək vergi orqanının vəzifəsidir. 53.3-cü maddəsinə əsasən “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunun: 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi orqanı qanunverciliklə onun üzərinə qoyulmuş sübütetmə vəzifəsini icra etmədən, instagram səhifəsinin birbaşa müəsssisəyə aid olması qənaətinə gəlmişdir. Halbuki, təkzib olunmaz faktdır ki, İddiaçı MMC 06.11.2017-ci il tarixdə dövlət qeydiyyatında alınmışdır, qeyd olunan instagram səhifəsi isə 20.12.2013-cü ild tarixdə açılmışdır. Digər tərəfindən instagramda qeyd olunan səhifənin məhz İddiaçı MMC-yə məxsus olması ilə bağlı heç bir qeyd yoxdur və yoxlama aktinda da səhifənin müəssisəyə məxsus olması sübüt edilməmişdir. Həmin səhifə müəssisənin hər hansı bir distributoruna və ya 3-cü səxslərə də aid ola bilər. Etirazda qeyd olunur ki, ticarət əlavəsi müəyyən olunarkən vergi ödəyicisinin tətbiq etdiyi həm tam, həm də endirimli qiymətlər nəzərə alınmışdır. Bildiririk ki, müəssisə tərəfindən yoxlama dövründə 614 784 ədəd, 617 122.74 kq olmaqla 16 204 795.25 (ƏDV-siz) manat dəyərində müxtəlif növ mallar idxal edilmişdir. Vergi orqanı tərəfindən həmin malların hər birinin üzərinə nə qədər ticarət əlavəsi gəlinməsi ilə bağlı nə yoxlama aktında hər hansı qeyd mövcud deyildir, nə də məhkəməyə ümumi rəqəmdən başqa heç bir sübüt təqdim edilməmişdir. Təqdim olunmuş etirazda qeyd olunmuşdur ki, həm 2018ci həm də 2019-cü il üzrə “Total dekorativ məmulatlar”ın üzərinə 217%, “Total elektrik avadanlıqları”nın üzərinə hər iki il üzrə 225%, hamam ləvazimatlarının üzərinə 193%, paltarların üzərinə 100%, qaşıq, çəngəl, biçaq dəstlərinə 206%, süfrə və mətbəx qablarına 210%, tava və qazanlara 185%, termoslara 215% yataq ləvazimatlarına 203% ütü masalaraına 100% olmaqla, orta hesabla 215% ticarət əlavə tətbiq edilib. Maraqlıdır ki, vergi orqanı iddia edir ki, həm 2018, həm də 2019-cu illərdə bu mallar eyni qiymətə, eyni marja ilə satılıb. Azca iqtsadi təcrübəsi və bazardan anlayışı olan hər kəs bu iki il ərzində bazarda qiymətlərin nə qədər dəyişdiyini bilir. Ən azından Covid-19 virusu səbəbindən 2019-2020-ci illərdə əksər aylarda ərzaq mağazaları və apteklər istisna olmaqla digər mağazaların bağlı olduğunu və əksər sahibkarlıq subyektlərinin ziyan etməmək üçün malları maya dəyərinə satıqları müzakirəolunmaz faktdır. Həmçinin bu tipli ev əşyalarına eyni marja tətbiqi absurddur. Beləki ki, bazara yeni daxil olan malin qiyməti növbəti dəb çıxanadək yuxarı ola bilər, yeni model dövriyyəyə çıxdıqdan sonra təbii olaraq əvvəlki dəyərdən düşür. Ola bilər ki, bazara yeni daxil olmuş hansısa mal ilk ayda 200% ticarət əlavəsinə satılsın, lakin sonraki aylarda bu mümkün deyildir. İkinci tərəfdən malların qeyd olunan ticarət əlavələri bazar qiymətlərinin öyrənilməsi üçün ekspertiza təyin olunmaqla mümkün ola bilərdi ki, vergi orqanı ekspertiza keçirilməsi barədə qərar çıxarsa da, sonradan ekspertiza keçirməmişdir. ƏDV yayınması ilə bağlı təqdim olunmuş cədvəllər də tamamilə əsassızdır. Belə ki, svy aktından belə çıxır ki, hər bir ilin 11 ayı üzrə dövriyyə kənarlaşması olmur, ancaq dekar ayı üzrə dövriyyə fərq yaranır. ƏDV dövriyyələrini də instagram məlumatlarına əsasən hesablayıblar ki, onun da əsassız olması ilə bağlı yuxarıda ətraflı məlumat verilmişdir. Vergi orqanının yanaşmasına görə müəssisə tərəfindən 2019-cu il ərzində 3 816 870.00 manat dəyərində mallar 7 716 414,09 manata təqdim olunmuşdur ki, bu da 2.2 dəfə və ya 202% ticarət əlavəsi deməkdir. Halbuki, müəssisə tərəfindən bəyan olunmuşdur ki, 4 297 763.14 manat dəyərində mallar 22% ticarət əlavəsi tətbiq olunmaqla 5 242 864.66 manata satılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 18 may 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 06.08.2020-ci il tarixli **********138679 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: noyabr 2017-iyun 2020, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: noyabr 2017-sentyabr 2018) vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi üzrə 25.10.2021-ci il tarixli **********139048 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 17.12.2021-ci il tarixli **********138754 nömrəli Tələbnamə verilmiş, bundan başqa Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 16.10.2020-ci il tarixli **********140885 nömrali Qərar çıxarılmış, 26.10.2020-ci il tarixli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokola əsasən götürülmüş sənədlər yoxlama zamanı istifadə edilmişdir. 31.08.2020 Tarixli **********139526 nömrəli nömrəli Ekspertizanın təyin edilməsi haqqında qərar çıxarılmışdır. Lakin yoxlamanın gedişatında rəy alınmasına zərurət yaranmamışdır. Mənfəət vergisi üzrə: Səyyar vergi yoxlaması ilə 2017-ci il, 2018-ci il və 2019-cu il Mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlama zamanı Vergi Məcəlləsinin 104-cü və 108-ci maddələrinin tələblərinə riayət edilmədiyi müəyyən edilmişdir. Belə ki, satışdan əldə edilən gəlirlər azaldılmış və gəlirin əldə edilməsi ilə bağlı xərclər artırılmışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlir 19 020,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 4 160,65 manat (o cümlədən: əmək haqqı 2660,65 manat, icarə haqqı 1500,00 manat) olmuş, vergiyə cəlb olunan mənfəət 14 859,39 manat olmaqla 2971,87 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmiş sənədlərlə müqaisəli şəkildə yoxlanarkən kənarlaşma aşkar edilməmişdir. Müəssisə tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlir 2886492,29 manat, xarici valyutanın manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 3163,10 manat, çıxılmalardan sonra ümumi gəlir 2883329,19 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 2515976,45 manat (o cümlədən: əmək haqqı 113060.67 manat, sosial sığorta haqları 25438,65 manat, malın dəyəri 2174312,50 manat, icarə haqqı 107100,00 manat, energi xərcləri 22427,97 manat, yanacaq xərcləri 468,00 manat, rabitə xərcləri 1578,40 manat, bank xidməti üzrə xərclər 28991,17 manat, reklam xərcləri 655,47 manat, sair xərclər 37740,00 manat, faizlərlə əlaqədar xərclər 2667,30 manat, amortizasiya ayırmaları 1250.0 manat, sığorta fəaliyyəti üzrə xərclər 286,32 manat) olmuş, vergiyə cəlb olunan mənfəət 367352,74 manat olmaqla 73470,55 manat mənfəət vergisi hesablanmışdır. Hesablama vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi ödəyicisi tərəfindən “EVFEMİYA LLC (@karaca_azerbaycan)” İnstagramda yerləşdirdiyi elanlara əsasən hesablanmışdır. Belə ki, vergi ödəyiccisi tərəfindən təqdim edilmiş malın hərəkəti cədvəlinə mənbəyi bəlli olan məlumatlara əsaslanmış ticarət əlavəsi tətbiq edilməklə hesablanmışdır. Səyyar vergi yoxlaması ilə mallann təqdim edilməsindən gəlir 3591178,63 manat, əmlakın icarəyə verilməsindən gəlir 508,47 manat, xarici valyutanın manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 3163,10 manat, çıxılmalardan sonra ümumi gəlir 3588524,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 1967793,95 manat (o cümlədən: əmək haqqı 113060.67 manat, sosial sığorta haqlan 25438,65 manat, malın dəyəri 1626130,00 manat, icarə haqqı 107100,00 manat, energi xərcləri 22427,97 manat, yanacaq xərcləri 468,00 manat, rabitə xərcləri 1578,40 manat, bank xidməti üzrə xərclər 28991,17 manat, reklam xərcləri 655,47 manat, sair xərclər 37740,00 manat, faizlərlə əlaqədar xərclər 2667,30 manat, amortizasiya ayırmaları 1250.0 manat, sığorta fəaliyyəti üzrə xərclər 286,32 manat) olmuş, vergiyə cəlb olunan mənfəət 1620730,05 manat olmaqla 324146,01 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin özünün bəyan etdiyi 73470,55 manat mənfəət vergisi nəzərə alınmaqla (324146,01- 73470,55)=250675,46 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Müəssisə tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində mallann təqdim edilməsindən gəlir 5242864,66 manat, daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 1525,44 manat, çıxılmalardan sonra ümumi gəlir 5244390,10 manat, gəlirin əldə edilməsi;jJ© bağlı xərclər 5215098,78 manat (o cümlədən: əmək haqqı 184050,79 manat, sosial sığorta haqlan 39152,84 manat, malın dəyəri 4297763,14 manat, icarə haqqı 159720,00 manat, ezamiyyə xərcləri 3244,75 manat, energi xərcləri 32801,22 manat, yanacaq xərcləri 13002,03 manat, su və kanalizasiya xərcləri 120,70 manat, rabitə xərcləri 6338,64 manat, bank xidməti üzrə xərclər 30636,77 manat, reklam xərcləri 17483,70 manat, sair xərclər 146226,09 manat, faizlərlə əlaqədar xərclər 48170,69 manat, amortizasiya ayırmaları 8143,12 manat, nəqliyyat xərcləri 227286,41 manat, sığorta fəaliyyəti üzrə xərclər 957,89 manat) olmuş, vergiyə cəlb olunan mənfəət 29291,32 manat olmaqla 5858,26 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə mallann təqdim edilməsindən gəlir 7716414,09 manat, daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 1525,44 manat olmaqla ümumi gəlir 7717939,53 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 4734205,64 manat (o cümlədən: əmək haqqı 184050,79 manat, sosial sığorta haqlan 39152,84 manat, malın dəyəri 3816870,00 manat, icarə haqqı 159720,0 manat, ezamiyyə xərcləri 3244,75 manat, energi xərcləri 32801,22 manat, yanacaq xərcləri 13002,03 manat, su və kanalizasiya xərcləri 120,70 manat, rabitə xərcləri, 6338,64 manat, bank xidməti üzrə xərclər 30636,77 manat, reklam xərcləri 17483,70 manat, sair xərclər 146226,9 manat, faizlərlə əlaqədar xərclər 48170,69 manat, amortizasiya ayırmaları 8143,12 manat, nəqliyyat xərcləri 227286,41 manat, sığorta fəaliyyəti üzrə xərclər 957,89 manat) olmuş, vergiyə cəlb olunan mənfəət 2983733,89 manat olmaqla 596746,78 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin özünün bəyan etdiyi 5858.26 manat mənfəət vergisi nəzərə alınmaqJa (596746,78 - 5858,26) = 590888,52 manat mənfəət vergisinin azaldılması müəyyən edildi. 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə kənarlaşma aşkar edilməmiş, 2018-ci il mənfəət vergisinin 250675,46 manat, 2019-cu il mənfəət vergisinin 590888,52 manat olmaqla ümumilikdə 841563,98 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləği verginin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, azaldılmış 841563,98 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 420781,99 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. ƏDV üzrə: Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 159-cu və 161 -ci maddəsinin tələbləri pozulmuşdur. Yoxlama ilə əhatə edilən dövr üzrə büdcəyə çatası əlabə dəyər vergisinin 838516,13 manat azaldılması və 23120,11 manat artıq hesablanması aşkar edilərək, ümumilikdə büdcəyə çatası əlavə dəyər vergisinin 815396,02 manat azaldılması müəyyən edilmişdir. Hesablama vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi ödəyicisi tərəfindən “EVFEMİYA LLC (@karaca_azerbaycan)” instagramda yerləşdirdiyi elanlara əsaşıən hesablanmışdır. Belə ki, vergi ödəyiccisi tərəfindən təqdim edilmiş malın hərəkəti cədvəlinə mənbəyi bəlli olan məlumatlara əsaslanmış ticarət əlavəsi tətbiq edilməklə hesablanmışdır. (Cədvəl əlavə olunur) Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləği verginin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, azaldılmış 838516,13 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 419258,07 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlan bəyannaməsi (hesabatı) üzrə: Yoxlama ilə müəssisə tərəfindən 2020-ci ilin 1-ci, 2-ci rübləri üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlan bəyannamələrinin (hesabatları) düzgünlüyü araşdırılmışdır. Yoxlama ilə müəyyən edildi ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələbjəri pozulmuş və məcburi dövlət sosial sığorta məbləğinin 1100,62 manat azaldılması müəyyən edildi. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta məbləğinin bəyannamədə göstərilən məbləği verginin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, azaldılmış 1100,62 manat məbləğin 50 faizi miqdarında, yəni 550,31 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ÖMV üzrə: Yoxlama ilə əhatə edilən dövr üzrə ödəmə mənbəyində tutulan verginin 6981,14 manat azaldılması müəyyən edildi (Vergi Məcəlləsinin 124-cü maddəsinin tələbləri pozulmuşdur); Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən hesabat təqdim etməməklə 6981,14 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarımda, yəni 3490,57 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 17.12.2021-ci il tarixli **********152691 saylı qərar qəbul edilmişdir. Qeyd olunan qərar ilə vergi ödəyicisinə, ümumilikdə, 1665041.76 manat vergi məbləğ), 844120.94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 12.05.2022-ci il tarixdə cavabdeh tərəfindən etiraza əlavə təqdim edilmişdir. Etiraza əlavə onunla əsaslandırmışdır ki, iddia ərizəsinin dəlillərindən biri idxal edilmiş malların qiymətinin vergi orqanı tərəfindən xərc kimi nəzərə alınmaması olmuşdur. Bununla bağlı bildirirlər ki, vergi ödəyicisi tərəfindən idxal edilmiş malların faktura dəyəri deyil, gömrük dəyəri yəni, gömrük orqanları tərəfindən müəyyən edilmiş dəyəri xərclərə aid edilmişdir. Vergi Məcəlləsinin 139.2-ci maddəsinə əsasən əmtəəmaterial ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bu xüsusda əsasən Vergi Məcəlləsinin 139.2-ci maddəsinə nəzər saldıqda aydın olur ki, malın satınalma qiyməti xərcə salınmalı olan dəyəridir. Həmçinin Məcəllənin 143-cü maddəsində də qeyd olunmuşdur ki, aktivlərin dəyərinə onun alınması zamanı olan dəyəri daxildir. Malın alınması zamanı olan dəyəri isə öz əksini invoys, yəni hesab fakturada tapır. İnvoys beynəlxalq təcrübədə satıcının alıcıya təqdim etdiyi və göndərilən malların (xidmətlərin, işlərin) siyahısını, onarın miqdarı və qiymətini, malların xüsusiyyətlərini (rəng, çəki, ölçü və s.), çatdırılma şərtlərini, satıcı və alıcı barədə məlumatları əks etdirən sənəddir. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Malın gömrük dəyəri isə bütünlüklə faktiki çəkilmiş xərclərdən formalaşan dəyər deyildir. Qeyd olunanları nəzərdən keçirdikdə aydın olur ki, mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, faktura yəni, invoys dəyəridir. İddiaçının digər dəlillərindən birinə əsasən satışı təsdiq edən 3 növ sənəd (NKA çekləri, elektron qaimə fakturalar və bank çıxarıçları) vergi orqanına təqdim edilməsinə baxmayaraq vergilər onlara əsasən hesablanmamışdır. Qeyd edək ki, qeyd olunan sənədlərə baxış zamanı əldə olunmuş məlumatlar hesablanmış vergilərin düzgünlüyünü müəyyən etməyə kifayət etməmişdir. Belə ki, vergi ödəyicisində ayrı-ayrı dövrlərdə, eləcə də, səyyar vergi yoxlamasının keçirilməsi ərəfəsində operativ vergi nəzarəti keçirilmiş və bütün vergi nəzarət tədbirləri zamanı vergi ödəycisinin nağd hesablaşmaların aparılması qaydalarına riayət etməməyi aşkar edilmişdir(qərarlar əlavə edilir). Belə olan təqdirdə vergi orqanı Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən əlaqəli məlumatlar əsasında vergilərin hesablanması hüququndan istifadə edərək, vergi örəyicisinin rəsmi instagram səhifəsində əks etdirilmiş məlumatlar əsasında vergi ödəyicisinin dövriyyəsini müəyyən etmişdir. iddia ərizəsinin digər bir dəlili isə hesablama aparılmış instagram səhifəsinin vergi ödəyicisinə aid olmasının vergi orqanı tərəfindən sübuta yetirilməməsidir. Bununla bağlı bildiririk ki, iddiaçı istər vergi orqanına ünvanlanmış şikayətdə, istərsə də, iddia ərizəsində “instagram səhifəmizdə yerləşdirilmiş məlumatlara əsasən vergilər hesablanmış, lakin endirimli qiymətlər nəzərə alınmamışdır” mövqeyindən çıxış edərək iddia tələbini əsaslandırmağa çalışmışdır. Bu hal özlüyündə instagram səhifəsinin vergi ödəyicisinə aidiyyətini təsdiq edir. Onu da vurğulayaq ki, ticarət əlavəsi müəyyən edilərkən vergi ödəyicisinin tətbiq etdiyi həm tam, həm də endirimli qiymətlər nəzərə alınmaqla vergi tutulan dövriyyə müəyyən olunmuşdur. Nəticə olaraq, bildiririk ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş malın hərəkəti cədvəli əsasında müəyyən edilmiş satış qiymətlərinə aşağıdakı qaydada ticarət əlavəsi tətbiq edilmişdir. Belə ki. 2018-2019-cu illər üzrə vergi ödəyicisinin dövriyyəsi aşağıdakı kimi müəyyən edilmişdir. 2018: idxal Qalıq Re çeşidlər silinmişdir Gəlir Malın dəyəri Malın dəyəri al T/Ə dekorativ 217 68.187,60 59.471,60 129.053,38 məmulatlar Total 8.716,00 % elektrik 376.988,05 225 225.284,52 506.890,17 avadanlıqlar 151.703,53 % Hamam 24.684,00 193 21.486,01 41.468,00 ləvazimatları 3.197,99 % paltarlar 5.980,38 5.980,3 - 100 5.980,38 319.680,83 206 qaşıq,çəngəl, 40.839,00 84.128,33 % bıçaq dəstləri Total 278.841,83 süfrə Total - 100 süfrə və 210 3.314.039,13 778.571,19 1.634.999,50 mətbəx qabları 2.535.467,94 % tava, qazan 382.678,80 145.349,38 237.329,42 185 268.896,35 Termos Total 76.310,89 76.310,89 215 164.068,42 YATAQ % LƏVAZİMATLARİ 828.122,01 372.512,25 203% 756.199,87 Total 455.609,76 ütü masaları Total - 100% - CƏMİ 3.591.684,42 3591178,63 manat, əmlakın icarəyə verilməsindən gəlir 508,47 manat, xarici valyutanın manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 3163,10 manat, çıxılmalardan sonra ümumi gəlir 3588524,00 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 1967793,95 manat (o cümlədən: əmək haqqı 113060,67 manat, sosial sığorta haqlan 25438,65 manat, malın dəyəri 1626130,0 manat, icarə haqqı 107100,00 manat, energi xərcləri 22427,97 manat, yanacaq xərcləri 468,00 manat, rabitə xərcləri 1578,40 manat, bank xidməti üzrə xərclər 28991,17 manat, reklam xərcləri 655,47 manat, sair xərclər 37740,00 manat, faizlərlə əlaqədar xərclər 2667,30 manat, amortizasiya ayırmaları 1250,00 manat, sığorta fəaliyyəti üzrə xərclər 286,32 manat) olmuş, vergiyə cəlb olunan mənfəət 1620730,05 manat olmaqla 324146,01 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin özünün bəyan etdiyi 73470,55 manat mənfəət vergisi nəzərə alınmaqla (324146,01-73470,55)=250675,46 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2019: idxal Malın Qalıq Malın Real çeşidlər silinmişdir Gəlir dəyəri dəyəri T/Ə dekorativ 324.695,91 217% məmulatlar Total 30.231,49 303.180,42 65.602,34 elektrik 200.333,61 225% avadanlıqlar Total 24.361,86 376.399,00 54.814,18 Hamam 46.772,94 193% ləvazimatları Total 51,98 50.022,91 1.605,06 paltarlar Total 100% 330,52 1.935,59 qaşıq,çəngəl, bıçaq 536.942,62 dəstləri Total 206% 413.438,40 402.346,05 851.683,10 süfrə Total 100% 81.201,50 9.429,02 71.772,48 9.429,02 süfrə və mətbəx 210% qabları Total 4.011.600,39 2.924.472,33 3.622.596,00 6.141.391,89 534.085,79 185% tava, qazan Total 100.073,02 671.342,19 185.135,08 Termos Total 93.206,57 215% 88.711,25 4.495,32 190.729,20 YATAQ LƏVAZİMATLARİ 711.094,01 203% 150.745,35 1.015.958,42 306.013,05 Total ütü masaları Total 40.056,48 100% 23.200,02 16.856,46 23.200,02 cəmi 7.718.369,53 Səyyar vergi yoxlaması ilə malların təqdim edilməsindən gəlir 7716414,09 manat, daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 1525,44 manat olmaqla ümumi gəlir 7717939,53 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 4734205,64 manat (o cümlədən: əmək haqqı 184050,79 manat, sosial sığorta haqlan 39152,84 manat, malın dəyəri 3816870,00 manat, icarə haqqı 159720,0 manat, ezamiyyə xərcləri 3244,75 manat, energi xərcləri 32801,22 manat, yanacaq xərcləri 13002,03 manat, su və kanalizasiya xərcləri 120,70 manat, rabitə xərcləri, 6338,64 manat, bank xidməti üzrə xərclər 30636,77 manat, reklam xərcləri 17483,70 manat, sair xərclər 146226,9 manat, faizlərlə əlaqədar xərclər 48170,69 manat, amortizasiya ayırmaları 8143,12 manat, nəqliyyat xərcləri 227286,41 manat, sığorta fəaliyyəti üzrə xərclər 957,89 manat) olmuş, vergiyə cəlb olunan mənfəət 2983733,89 manat olmaqla 596746,78 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin özünün bəyan etdiyi 5858.26 manat mənfəət vergisi nəzərə alınmaqla (596746,78 - 5858,26) = 590888,52 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. ƏDV üzrə vergi ödəyicisinin dövriyyəsi eyni qaydada müəyyən edilmiş dövriyyə əsasında vergi ödəyicisinin əvəşldirilməli olduğu və ödədiyi ƏDV məbləğləri nəzərə alınmaqla hesablanmışdır. Vergi ödəyicisinin yayındırdığı ƏDV məbləği aşağıdakı kimi müəyyən edilmişdir. ƏDV-nin müqayisəli cədvəlindən göründüyü kimi yoxlama ilə əhatə edilən dövr üzrə büdcəyə çatası əlavə dəyər vergisinin 838516,13 manat azaldılması və 23120,11 manat artıq artıq hesablanması aşkar edilərək, ümumilikdə büdcəyə çatası əlavə dəyər vergisinin 815396,02 manat azaldılması müəyyən edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı ********** VÖEN-lə qeydiyyata alınmasına dair Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin reyestrindən çıxarışın surəti. - “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 06.08.2020-ci il tarixli **********138679 nömrəli Qərarın surəti. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın surəti. - 25.10.2021-ci il tarixli **********139048 nömrəli səyyar vergi yoxlaması aktının surəti. - 17.12.2021-ci il tarixli **********819900 saylı "Vergi borcunun, fazilərin. maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırlması barədə" tələbnamənin surəti. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" 17.12.2021 -ci il tarixli **********152691 saylı qərarın surəti. - Vergi borcunun ödənilməsinə dair bildirişin surəti. - Şəxsi hesab vərəqəsinin surəti. - Bank hesablarından çıxarışlar. - İdxal olunmuş malların siyahısı. - Alınmış və satılmış mallara dair elektron qaimə fakturalarıın siyahsı. - Məhkəmə araşdırmasına təqdim olunmuş POS-terminal və NKA dövriyyəsi barədə mühasibat sənədləri. - Məhkəmə Ekspertiza Mərkəzinin 9/1612 nömrəli 11.04.2022-ci il tarixli Ekspert Rəyi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən

1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

2. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. - 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. - 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; - 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 43.2. Səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. - 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. - 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci və üçüncü hissəsində göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. - 42.3. Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. -43.10. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada imtina aktı tərtib edilir və həmin akt vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən digər şəxslər (müşahidəçilər, ekspertlər, mütəxəssislər), habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır. - 43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. -44.1. Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. -45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. - 53.3-cü maddəsinə əsasən “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübüt etmək vergi orqanının vəzifəsidir. -104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 104.2. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. - 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. - 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. - 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.4. inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən maddi hüquq normaları və inzibati icraat haqqında hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir: 5.1. İş materiallarından görünür ki, İddiaçı 06.11.2017-ci il tarixdə ********** saylı şəhadətnamə ilə vergi orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Fəaliyyət növü isə ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı olmuşdur. Cəmiyyət 01.12.2017-ci il tarixindən ƏDV qeydiyyatına alınmışdır. Yoxlama aktına əsasən yoxlanılan dövr ərzində Cəmiyyətin Bakı və Gəncə şəhərlərində müxtəlif ünvanlarda yerləşmiş 13 təsərrüfat subyektində qab-qacaq və digər ev əşyalarının satışı ilə məşğul olması müəyyən olunmuşdur. Qeyd olunan təsərrüfat subyektlərinin hər birində nəzarət kassa aparatları və POS-terminallar quraşdırılmışdır. Səyyar vergi yoxlaması Aktında qeyd olunmuşdur ki, Cəmiyyət lisenziya tələb edən və qanunverciliklə qadağan edilmiş hər hansı fəaliyyət növü ilə məşğul olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 06.08.2020-ci il tarixli **********138679 nömrəli Qərarı ilə "xxxx" MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: noyabr 2017-iyun 2020, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: noyabr 2017-sentyabr 2018) vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi üzrə 25.10.2021-ci il tarixli **********139048 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 17.12.2021-ci il tarixli **********138754 nömrəli Tələbnamə verilmiş, bundan başqa Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 16.10.2020-ci il tarixli **********140885 nömrali Qərar çıxarılmış, 26.10.2020-ci il tarixli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokola əsasən götürülmüş sənədlər yoxlama zamanı istifadə edilmişdir. 31.08.2020-ci il tarixli **********139526 nömrəli Ekspertizanın təyin edilməsi haqqında qərar çıxarılmışdır. Lakin yoxlamanın gedişatında rəy alınmasına zərurət yaranmamışdır. Mənfəət vergisi üzrə: Səyyar vergi yoxlaması ilə 2017-ci il, 2018-ci il və 2019-cu il Mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Qeyd olunan akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 17.12.2021-ci il tarixli **********152691 saylı qərar qəbul edilmişdir. Qeyd olunan qərar ilə vergi ödəyicisinə, ümumilikdə, 1 665 041.76 manat vergi məbləğ), 844 120.94 manat maliyyə sanksiyası tətbiq edilmişdir, o cümlədən mənfəət vergisi: 2018-ci il üzrə 250 975.46 manat əlavə hesablama, 125 337.73 manat maliyyə sanksiyası, 2019-cu il üzrə 590 888.52 manat əlavə hesablama, 295 444.26 manat maliyyə sanksiyası, əlavə dəyər vergisi: 2018-ci il üzrə116 622.66 manat əlavə hesablama, 69 635.58 manat maliyyə sanksiyası, 2019-cu il üzrə 444 787.73 manat əlavə hesablama, 222 629.67 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 253 985.63 manat əlavə hesablama, 126 992.82 manat maliyyə sanksiyası, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta,işsizlikdən sığorta və icbarı tibbi sığorta haqları bəyənnaməsi: 2020-ci il üzrə 1100.62 manat əlavə hesablama, 550.31 manat maliyyə sanksiyası, ÖMV: 2019-cu il 384.34 manat əlavə hesablama, 192.17 manat maliyyə sanksiyası, 2020-ci il üzrə 6596.80 manat əlavə hesablama, 3298.40 manat maliyyə sanksiyası, Vergi hesabatları və arayışlarının vaxtında təqdim verilməməsinə görə isə 2020-ci il üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, səyyar vergi yoxlaması aktı tərtib olunarkən bir sıra prosessual pozuntulara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vergi orqanının vəzifəsidir: Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2.-ci maddəsinə əsasən “təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin qanunun 61.4-cü maddəsinə əsasən “inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur”. İlk öncə qeyd olunmalıdır ki, səyyar vergi yoxlaması aktında hesablamaya əsas kimi göstərilmiş “@karaca_azerbaycan” adlı instagram səhifəsinin İddiaçı MMC-yə məxsus olması barədə hər hansı bir sübut və sənəd mövcud deyildir, instagram səhifəsində müəssisənin adı və ya hər hansı eyniləşdirmə məlumatı mövcud deyildir. Eyni zamanda yoxlama aktında həmin səhifənin məhz İddiaçı MMC–yə məxsus olmasına dair mötəbər sübut göstərilməmişdir. Qeyd olunan hal üzrə digər ziddiyyətli hal odur ki, İddiaçı MMC 06.11.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, həmin instagram səhifəsi isə 20.12.2013-cü il tarixdə açılmışdır. Göründüyü kimi, sübutmə ilə bağlı Vergi Məcəlləsi və “İnzibatı icraat haqqında” Qanunun tələbləri kobud şəkildə pozularaq sübutların mötəbərliliyinin müəyyən olunması üçün müvafiq tədbirlər görülməmişdir. 5.2. Məhkəmə qeyd edir ki, hətta qeyd edilən instaqram səhifəsinin İddiaçı MMC– yə məxsus olması ehtimal edilsə belə, Səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, “hesablama vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlərə və vergi ödəyicisi tərəfindən “@karaca_azerbaycan” instagramda yerləşdirdiyi elanlara əsasən hesablanılmışdır. Bu hal ilə bağlı qeyd olunmalıdır ki, sosial şəbəkələrdə verilmiş “ELAN” qiymətinin mülki hüquq subyektlərinin alqı-satqı əməliyyatında təsdiq etdikləri qiymət kimi götürülə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən “Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir”. Bazar iqtisadiyyatı şəraitində bazarda təşəkkül tapan qiymətlər, tələb-təklif prinsipi əsasında formalaşır və hər hansı malın ticarət əlavəsinin nə qədər olması ilə bağlı heç bir normatıv akt mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən “tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəyə əsasən “müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır”. Qanunverciliyin tələbindən göründüyü kimi, müqavilə bağlanılması və alqısatqı əməliyyatlarının aparılması üçün tərəflərin şərtlər barədə razılaşması vacib şərtdir. İnstagramda verilmiş elan isə tərəflərdən birinin verdiyi oferta sayılır və akseptantın həmin malı məhz həmin qiymət ilə alması sübut olunmamışdır. Eyni zamanda aktda qeyd olunmuş instagram səhifəsinə məhkəmə prosessində baxış keçirilərək müəyyən olunmuşdur ki, həmin səhifədə malların vahid elan qiyməti mövcud deyildir. Belə ki, əksər malların üzərinə dövri olaraq 10-70% arası endirim qiymətləri tətbiq olunur, eyni zamanda müəyyən mallar alındıqda, üstündə hədiyyə digər malların təqdim olunması halları kifayət qədər çoxdur. Həmçinin müəyyən olunmuşdur ki, istinad olunan instagram səhifəsi müəssisə qeydiyyata alınaraq, fəaliyyətə başladığı 06.11.2017-ci il tarixində 4 il əvvəl 20.12.2013-cü il tarixində açılmışdır. Həmin instagram səhifəsində ümumilikdə cəmi 6 727 göndəri mövcuddur, orta hesabla 1 ilə 961 elan düşür. Lakin müəssisənin Lokal Gəlirlər Baş İdarəsinin **********628900 nömrəli 09.02.2022-ci il tarixli məktubuna əsasən təqdim olunmuş idxal olunmuş malların siyahısı cədvəlinə əsasən Cəmiyyət tərəfindən 2018-ci il ərzində 190 992 ədəd və 191 285 kq olmaqla 5 492 558.99 (ƏDV-siz) manat dəyərində, 2019-cu il ərzində 233 632 ədəd və 275 076.83 kq manat olmaqla 6 959 758.07 (ƏDV-siz) manat dəyərində, 2020-ci il ərzində isə 190 610 ədəd və 150760.91 kq olmaqla 3 752 478.19 (ƏDV-siz manat, cəmi 614 784 ədəd, 617122.74 kq olmaqla 16 204 795.25 (ƏDV-siz) manat dəyərində müxtəlif növ mallar idxal edilmişdir ki, bu malların hamısı instagram səhifəsində yerləşdirilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 24.1-ci maddəsinə əsasən “İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur”. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Müəyyən olunmuşdur ki, səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin hansı maddəsinə əsasən instagram qiymətlərinin tərəflərin əməliyyatda təsdiq etdikləri qiyməti kimi götürülməsi əsaslandırılmamış və hesablama aparılarkən Məcəllənin müvafiq maddəsinə istinad edilməmişdir. Yalnız ümumi olaraq qeyd olunmuşdur ki, mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 104-cü və 108-ci maddələrinin, ƏDV üzrə isə 159-cu və 161-ci maddələrinin tələbləri pozulmuşdur. Lakin Aktda qeyd edilən maddələrin hansı bəndlərinin pozulduğu və pozuntunun nədən ibarət olması ətraflı şəkildə açıqlanmamışdır. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən “Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Lakin vergi orqanı Vergi Məcəlləsinin 108.1-ci maddəsinin düzgün tətbiq etməyərək, müəssisənin gəlirini əsassız olaraq artırmış, gəlirin əldə olunmması ilə bağlı xərcləri isə əsassız olaraq azaltmışdır. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.” 161.1-ci maddəyə əsasən isə “Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Göründüyü kimi qeyd olunan maddələrə istinad olunaraq, instagram qiymətləri ilə ƏDV və Mənfəət vergisinin hesablanması əsassızdır. 5.3. Məhkəmə hesab edir ki, səyyar vergi yoxlamasının aparılması ilə bağlı maddi hüquq normaları ilə bağlı da kobud pozuntulara da yol verilmişdir. Belə ki, müəssisə tərəfindən satılmış malların qiymətinə dair vergi orqanında əsaslı şübhələr mövcud olduğu halda, bazar qiymətlərinin müəyyən olunması ilə bağlı Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən ekspert cəlb edilə bilərdi. Hansı ki, səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində qeyd olunur ki, “ekspertiza təyin edilməsi haqqında 31.08.2020-ci il tarixli **********139526 nömrəli qərar çıxarılmışdır. X4 Baş İdarəsinin 17.01.2022-ci il tarixli **********467600 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC-də (VÖEN **********) keçirilən səyyar vergi yoxlaması zamanı ekspert rəyi alınmamışdır. Həmçinin, Səyyar vergi yoxlaması ümumilikdə 274 gün olmaqla 9 dəfə dayandırılmış, ümumilikdə 2 dəfə olmaqla 60 gün müddətinə uzadılmış, 30 gün isə aktın tərtibi müddəti müəyyən olunmaqla 402 gün davam etmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Müəyyən olunmuşdur ki, aktın tərtibi müddətinin uzadılması üçün qanunverciliklə müəyyən olunmuş iki haldan heç biri baş verməmişdir. Belə ki, nə ekspert və mütəxəssis rəyi alınmamış, nə də sorğuların alınma müddətinin pozulması ilə bağlı məhkəmə araşdırmasına heç bir sənəd təqdim olunmamışdır. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Xüsusilə qeyd olunmalıdır ki, səyyar vergi yoxlamasının 9 dəfə 274 gün müddətində dayandırılması üçün qanunverciliklə müəyyən olunmuş heç bir səbəb olmamışdır. Belə ki, məhkəmə araşdırmasına vergi ödəyicisinin olduğu yerin müəyyən olunmaması, əmək qabiliyyətinin itirilməsi, mütəxəssis və ekspert rəyi, xarici ölkədən sorğu alınması ilə bağlı müraciət, habelə sənədlərin təqdim olunmaması ilə bağlı Veri Məcəlləsinin 43.11-ci maddəsinə əsasən məhkəməyə müraciət ərizəsi təqdim olunmamışdır. Həmçinin səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, vergi ödəyicisinin əmlakının inverntarizasiyası və binasına(ərazisinə) baxış keçirilməmiş, yoxlama prosesində mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 1 il 2 ay ərzində yoxlamanı həyata keçirən cavabdeh inzibati orqanın vəzifəli şəxsləri heç bir prosessual hərəkət aparmadan ancaq instagram məlumatlarının araşdırılması ilə məşğul olmuşdur. Bununla da Vergi Məcəlləsinin 38-ci maddəsinin tələbləri pozulmuşdur. 5.4. Cavabdeh tərəfindən təqdim olunmuş etiraza əlavədə bildirilmişdir ki, “sənədlərə baxış zamanı əldə olunmuş məlumatlar hesablanmış vergilərin düzgünlüyünü müəyyən etməyə kifayət etməmişdir.” Lakin səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində qeyd edilmişdir ki, “Vergi yoxlaması təqdim edilmiş ilkin mühasibat sənədləri, memorial-orderlər, dövriyyə cədvəlləri, və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparıldı. Vergilərin hesablanılması və ödənilməsi ilə bağlı sənədlər yoxlamaya təqdim edilmişdir”. Həmin aktın 1.11-ci bəndində qeyd olunur ki, “vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparıldı”. Səyyar vergi yoxlaması aktının 1.9.1-ci bəndində qeyd olunmuşdur ki, “vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 07.08.2020-ci il tarixli **********138754 nömrəli tələbnamə verilmiş, “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 16.10.2020-ci il tarixli **********140885 nömrəli qərar çıxarılmış, 26.10.2020-ci il tarixli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokola əsasən götürülmüş sənədlər yoxlama zamanı istifadə edilmişdir.” Vergi Məcəlləsinin: - 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. - 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci və üçüncü hissəsində göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. - 42.3. Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. - 43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Qeyd olunanlarla bağlı tələb olunan sənədlərin təqdim edilməməsi və ya tam təqdim edilməsi ilə bağlı yoxlama tərəfindən heç bir protokol tərtib olunmamış, vergi ödəyicisi inzibati qaydada məsuliyyətə cəlb edilməmiş, eyni zamanda sənədlərin alınması ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, yoxlama Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim olunmuş sənədlər əsasında keçirilməli idi. Vergi Məcəlləsinin 67-ci maddəsi o halda tətbiq oluna bilərdi ki, yoxlama tərəfindən tələb olunan sənədlər yoxlama üçün təqdim olunmasın. Əlavə olaraq bildirilməlidir ki, instagram elanlarına əsasən vergilər hesablanarkən yoxlama aktında Vergi Məcəlləsinin heç bir maddəsinə (o cümlədən 67.1.9) istinad edilməmişdir. Vergi Məcəlləsinin 42.2-ci maddəsinin tələbindən də görünür ki, tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Səyyar vergi yoxlaması aktında tələb olunan sənədlərin verilməməsi və ya digər formada əldə oluna bilməməsi ilə bağlı heç bir qeyd mövcud deyildir və heç bir prosesual hərəkət aparılmamışdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Məhkəmə hesab edir ki, hətta sənədlər vergi ödəyicisi tərəfindən təqdim olunmadığı halda belə vergi orqanı tərəfindən ilk öncə onda mövcud olan rəsmi təsdiq olunmuş məlumatlara istinad edilməli idi. Belə ki, məhkəmə araşdırmasına təqdim olunmuş elektron qaimə fakturaların siyahısına və bank hesablarından çıxarışlara əsasən yoxlama müddəti ərzində 25 864 adda, 573 211.29 manat dəyərində mallar elektron qaimə faktura əsasında bank köçürmələri ilə satılmışdır. Vergi orqanı bəyan olunmuş pərakəndə satış dövriyyəsində vergidən yayınma halı ehtimal etdiyi halda, Vergi Məcəlləsinin 67.1.7ci maddəsinə əsasən bank dövriyyəsinə istinad etməklə analoji qaydada vergiləri hesablaya bilərdi. Həmçinin vergi orqanı pərakəndə satış dövriyyəsinin müəyyən olunması üçün ən real metod olan Vergi Məcəlləsinin 67.1.8-ci maddəsinə əsasən xronometraj medotu ilə müşahidə keçirmək hüququndan istifadə etməmişdir. Bundan əlavə vergi orqanı Vergi Məcəlləsinin 67.2 və 67.4-cü maddələrini də vergilən hesablanması üçün tətbiq etməmişdir. Bunun mümkün olmaması barədə məhkəmə araşdırmasına heç bir sənəd təqdim etməmişdir. Əvəzində isə qanunvercilikdə nəzərdə tutulmayan və səyyar vergi yoxlaması aktından Vergi Məcəlləsinin heç bir maddəsinə istinad etmədən instagram hesabı məlumatlarına istinad edərək “vergi hesablamaq xatirinə” vergi hesablayaraq, vergi ödəyicisi üçün əlverişsiz inzibati akt qəbul etmişdir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməməsi iddiaçının yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.02.2022-ci il tarixli İş № 2-1(102)- 386/2022 nömrəli qərarında qeyd olunmuşdur ki, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə cavabdehin əlaqəli məlumatlardan istifadə etməklə verginin məbləğini hesablamaq hüququ vardır. Həmçinin Vergi Məcəlləsinin 67.4-cü maddəsinə əsasən, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.04.2022-ci il tarixli İş № 2-1(102)- 532/2022 nömrəli qərarında qeyd olunmuşdur ki, “xüsusi olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir”. 5.5. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, müəssisə tərəfindən şəhid ailələrinə, Silahlı Qüvvələrə Yardım Fonduna və X1 Fonduna mütəmadi yardımlar göstərilmişdir. Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə – 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir. Lakin yoxlama zamanı qanununverciliyin qeyd olunan müddəasının tələbləri də pozularaq həmin məbləğlər vergidən azad edilməmişdir. 5.6. Həmçinin, məhkəmə qeyd edir ki, Səyyar vergi yoxlaması aparılan zaman hesablamalarla da bağlı bir sıra pozuntulara yol verilmişdir. Belə ki, müəssisə tərəfindən mənfəət vergisi bəyənnamələrinin, təqdim olunmuş etiraza əlavə və səyyar vergi yoxlaması aktındakı rəqəmlərin müqayisəsi zamanı müəyyən olunmuşdur ki, 1 saylı əlavənin 1.3.2-ci bəndində idxal olunmuş, təqdim olunmuş və qalıq malların dəyəri dəyişdirilmişdir.

2018-ci il

Silinmişdir Qalıq malın İdxal malın dəyəri (xərcə salınan dəyəri təqdim olunmuş) Vergi ödəyicisi 2,174,312.5 3 325 tərəfindən bəyan 5 499 741.11 0 428.61 edilmiş məbləğlər SVY 5,396,671.6 1,626,130.0 3,670,866.4 nəticəsindəmüəyyən 9 0 7 olunmuş məbləğlər

Fərq 103,069.42 548,182.5 -333,805.95

2019-cu il

Silinmişdir İdxal malın Qalıq malın (xərcə salınan dəyəri dəyəri təqdim olunmuş) Vergi ödəyicisitərəfindən 6,692,151.8 4,297,763.1 5,719,817.33 bəyan edilmiş 2 4 məbləğlər SVY 6,581,594.8 3,816,870.0 nəticəsində 6,536,904.80 8 0 müəyyən olunmuş məbləğlər

Fərq 110,556.94 480, 893.14 -817,087.47

5.7. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, yoxlama müddətində vergi ödəyicisinin əmlakının inventarizasiyası aparılmamış, ərazi və binalarına baxış keçirilməmiş, mal qalığı çıxarılmamışdır. Təqdim edilmiş etiraza əlavədə bildirilmişdir ki, malların invoys və statik dəyəri arasında fərq mövcuddur və bu fərqə görə xərcə salınan malların dəyəri aşağı salınmışdır. Lakin təqdim olunmuş rəqəmələrin araşdırılması zamanı müəyyən olunmuşdur ki, 2018-ci il üzrə idxal olunmuş malların giriş dəyərində vergi orqanı və vergi ödəyicisinin rəqəmləri arasında cəmi 103 069.42 manat fərq olduğu halda, təqdim olunmuş malların dəyəri 2,174,312.50 manatdan 548,182.5 manat azaldılaraq 1,626,130.00 manat, ilin sonuna mal qalığı 3 325 428.61 manatdan 333,805.95 manat artırılaraq 3,670,866.47 manat, 2019-cu il üzrə isə idxal olunmuş malların giriş dəyərində vergi orqanı və vergi ödəyicisinin rəqəmləri arasında cəmi 110,556.94 manat fərq olduğu halda, təqdim olunmuş malların dəyəri 4,297,763.14 manatdan 480, 893.14 manat azaldılaraq 3,816,870.00 manat, ilin sonuna mal qalığı isə 5,719,817.33 manatdan 817,087.47 manat artırılaraq 6,536,904.80 manat müəyyən olunmuşdur. Eyni zamanda təqdim olunmuş rəqəmlər də ziddiyət təşkil edir, belə ki, səyyar vergi yoxlaması aktına əsasən 2018-ci il üzrə malın dəyəri 1 626 130 manat, təqdim olunmuş etiraza əsasən isə 1 725 805.22 manat olmaqla, 99 675.22 manat, 2019cu il üzrə isə səyyar vergi yoxlaması aktına əsasən 3 816 870 manat, təqdim edilmiş etirazda isə 3 765 045.24 manat qeyd olunmuşdur ki, bu da 51 824.76 manat fərq edir. Həmçinin səyyar vergi yoxlaması və təqdim edilmiş etirazda göstərilən digər rəqəmlərdə də fərqlər mövcuddur. Məhkəmə hesab edir ki, təqdim olunmuş xərcə salınan malların maya dəyərində ən yaxşı halda 2018-ci il üzrə 103 069.42 manat, 2019-cu il üzrə isə 110,556.94 manat fərq ola bilərdi. Çünki malların anbara girişi və çıxışında fərq ola bilməz. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, malların invoys və statik dəyəri arasında fərq mövcud deyildir. Belə ki, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən **********628900 nömrəli 09.02.2022-ci il tarixli məktubuna əsasən təqdim olunmuş idxal olunmuş malların siyahısında invoys və statik dəyəri arasında fərq olması müəyyən olunmamışdır, səyyar vergi yoxlaması aktında invoys və statik dəyərin fərqi olması barədə heç bir qeyd edilməmiş, həmçinin məhkəmə prosesi zamanı bununla bağlı vergi orqanı tərəfindən məhkəməyə heç bir sübüt təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim olunmuş yük gömrük bəyənnamələrində də qiymət fərqi ilə bağlı heç bir hal aşkar edilməmişdir. Əksinə müvafiq dövr ərzində müəssisə tərəfindən təqdim olunmuş Ödəmə mənbəyində tutulan vergi bəyənnamələrinə əsasən müəyyən olunmuşdur ki, 202 946.81 manat beynəlxalq daşımalar həyata keçirilərkən ödəmələr həyata keçirilmiş və buna görə 6% ÖMV tutularaq dövlət büdcəsinə hesablanılmışdır. Vergi Məcəlləsinin 139.2-ci maddəsinə əsasən “Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir”. Lakin yoxlama zamanı malların nəqliyyat xərci malların dəyərinin üzərinə əlavə edilmədiyindən 2 il üzrə malların girişində 213 626.36 manat fərq yaranmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, vergi ödəyicisinin əmlakının inventarizasiyası və ərazisinə(binalarına) baxış keçirilmədən mal qalığı məbləğinin 2018-ci il üzrə 333,805.95 manat, 2019-cu il üzrə isə 817,087.47 manat olmaqla 1 150 893.42 manat artırılması və ümumiyyətlə mal qalığı ilə bağlı məsələ münasibət bildirilməsi qanunsuz və əsassızdır. Belə ki, bu hal yalnız yerində malların inventarizasiyası nəticəsində baş verə bilərdi. 5.8. Həmçinin, məhkəmə araşdırması zamanı 03.03.2022-ci il tarixli 2-1(112)- 5194/2022 saylı qərardad qəbul olunaraq vergilərin hesablanmasının düzgünlüyünün yoxlanılması məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Cəmiyyətin noyabr 2017-iyun 2020-ci illər üzrə ƏDV dövriyyəsinin, əvəzləşdirilməli məbləğlərinin və büdcəyə ödənilməli ƏDV məbləğinin müəyyən olunması; Cəmiyyətin 2018-ci il üzrə Mənfəət vergisi məqsədləri üçün dövriyyəsinin, gəlirlərinin, xərclərinin və ödənilməli mənfəət vergisinin məbləğinin müəyyən olunması; Cəmiyyətin 2019-cu il üzrə Mənfəət vergisi məqsədləri üçün dövriyyəsinin, gəlirlərinin, xərclərinin və ödənilməli mənfəət vergisinin məbləğinin müəyyən olunması; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11.04.2022-ci il tarixli 9/1612 saylı ekspert rəyi məhkəmə araşdırmasına təqdim olunmuşdur. Eksertiza rəyinə əsasən cəmiyyətin yoxlama dövründə büdcədən yayındırdığı vergi məbləği aşağıdakı kimi müəyyən olunmuşdur. -2017-ci ilin dekabr ayı üzrə ƏDV məbləği 4 507.26 manat az hesablanmışdır; - 2018-ci il üzrə ƏDV məbləği 6148.9 manat artıq hesablanmışdır; - 2019-cu il üzrə ƏDV məbləği 4 502.89 manat az hesablanmışdır ; - 2020-ci il yanvar-iyun ayları ərzində ƏDV məbləği 794.61 manat az hesablanmışdır; - 2017-ci ilin mənfəət vergisi 5 008.19 manat məbləğində az hesablanmışdır; - 2018-ci ilin mənfəət vergisi 1 673.98 manat məbləğində az hesablanmışdır; - 2019-cu ilin mənfəət vergisi 65 699.60 manat məbləğində az hesablanmışdır. Aparılmış ekspertiza nəticəsində həmçinin müəyyən olunmuşdur ki, bir sıra hallarda sənədlər və bank çıxarışları əsasında vergidən yayınma halları müəyyən olunsa da, yoxlama tərəfindən həmin məsələlərə münasibət bildirilməmişdir. O cümlədən 2017-ci il üzrə müəssisənin real bank dövriyyəsinə əsasən kənarlaşma olsa da, yoxlama tərəfindən vergilər hesablanılmamışdır. Belə ki, dekabr ayı üzrə 4507.26 manat ƏDV, il üzrə isə 5008.19 manat mənfəət vergisi yayındırılmışdır. Eyni zamanda bir çox vergi hesab fakturaları və elektron qaimə fakturaların əvəzləşdirməyə təqdim olunmaması və ya düzgün təqdim olunmaması, NKA, POS-terminal və bank dövriyyələri üzrə kənarlaşmalar olsa da, səyyar vergi yoxlamasının bu hallara münasibət bildirmədiyi müəyyən olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, 2018-ci il üzrə ƏDV məbləği 5453.49 manat olan elektron vergi hesab fakturaları vergi ödəyicisi tərəfindən əvəzləşdirməyə təqdim olunmamış və yoxlama nəticəsində əvəzləşdirməyə bərpa olunmamışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən “Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar”. 2018-ci ilin dekabr ayı üzrə vergi ödəyicisi tərəfindən 314 580.42 manat dövriyyə bəyan olunsa da yoxlama aktında dövriyyə 1 088 357.5 manat müəyyən olunmaqla, dövriyyənin artırılmasına səbəb olmuş hallar aktda qeyd olunmamışdır. Bundan əlavə sənədlərlə müəyyən olunan 2019-cu ilin aprel ayı üzrə 226 508.86 manat dövriyyənin az göstərilməsinə yoxlama ilə münasibət bildirilməmişdir, 2019-cu il üzrə əvəzləşdirilməyə təqdim olunmalı ƏDV məbləği 72 896.02 manat olsa da, vergi ödəyicisi tərəfindən 37 675.65 manat əvəzləşməyə təqdim olunmaqla, 35 220.37 manat əvəzləşdirilməmiş məbləğə yoxlama tərəfindən isə münasibət bildirilməmişdir. Bununla da, müəyyən olunur ki, yoxlama aparılarkən mövcud təsdiq olunmuş sənədlərə əsasən aşkar edilə bilən real vergidən yayınma hallarına qiymət verilməmişdir. 2019-cu il üzrə təqdim olunmuş ÖMV bəyənnamələrinin araşdırılması zamanı 1608.3-cü sətrdə Beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün ödəmələrin cəmi 202 946.81 manat olmasına baxmayaraq, Mənfəət vergisi Bəyənnaməsində qeyri rezident üzrə nəqliyyat xərcləri (sətr 229.2) 24 339.60 manat artıq olmaqla 227 286.41 manat qeyd olunmuş və bu hal araşdırılmadan Səyyar vergi yoxlaması Aktı ilə təsdiq olunmuşdur. Lakin vergi orqanı həmin sənədləri nəzərə almadan instagram elanlarına əsasən satış dövriyyəsini 2018-ci il üzrə 2 883 329,19 manatdan 704 686.34 manat məbləğində artıraraq 3 588 524,00 manat məbləğində, 2019-cü il üzrə 5 242 864.66 manatdan 2 473 549.43 manat şəkildə artırılmaqla 7 716 414,09 manat, 2020-ci ilin 6 ayı üzrə 2 753 396.91 manatdan 1 408 175.45 artırılaraq 4 161 572.36 məbləğində müəyyən olunmuşdur. Həmçinin, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası nəticəsində 2018ci il üzrə dövriyyənin 2 886 492.29 manat, 2019-cu il üzrə isə 5 681 325.22 manat, 2020-ci il üzrə isə 2 786 599.92 manat olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.1-ci maddəsinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Qeyd olunan maddənin də mahiyyətindən göründüyü kimi ekspert xüsusi bilik tələb edilən məsələlərlə bağlı rəy vermək üçün cəlb edilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən ekspertin üzərinə təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək vəzifəsi qoyulmuşdur. Eyni zamanda, həmin qanunun 26-cı maddəsinə əsasən ekspert rəyində məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat obyektləri və iş üzrə materiallar, istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması əks olunmalıdır. 5.9. Cavabdeh tərəfindən etiraza əlavə təqdim olunmuş, malların ticarət əlavəsi barədə dövriyyə cədvəlinə əsasən ümumi şəkildə 2018-ci həm də 2019-cü il üzrə “Total dekorativ məmulatlar”ın üzərinə 217%, “Total elektrik avadanlıqları”nın üzərinə hər iki il üzrə 225%, hamam ləvazimatlarının üzərinə 193%, paltarların üzərinə 100%, qaşıq, çəngəl, biçaq dəstlərinə 206%, süfrə və mətbəx qablarına 210%, tava və qazanlara 185%, termoslara 215% yataq ləvazimatlarına 203% ütü masalarına 100% olmaqla, orta hesabla 215% ticarət əlavəsi tətbiq edilməklə vergilərin hesablanması bildirilmişdir. 2020-ci il üzrə isə mallara hansı ticarət əlavəsi tətbiq edilməsi barədə heç bir məlumat təqdim edilməmişdir. Lakin səyyar vergi yoxlaması aktında həmin hesablama cədvəli verilməmiş, Vergi Məcəlləsinin hansı maddəsinə istinad olunmaqla hesablamalar aparılması qeyd olunmamışdır. Həmçinin qiymətlərin müəyyən olunması üçün ekspertiza rəyi alınmamışdır. Bildirilmişdir ki, qiymətlər instagram səhifəsinə əsasən müəyyən olunmuşdur. Lakin yoxlama dövründə müəssisə tərəfindən idxal olunmuş 614 784 ədəd, 617 122.74 kq olmaqla malın hansının üzərinə nə qədər ticarət əlavəsi tətbiq etdikləri barədə dövriyyə cədvəl məlumatı məhkəmə araşdırmasına təqdim edilməmişdir. Hesablama aparılması zamanı istinad olunmuş instagram səhifəsinə məhkəmə araşdırması zamanı baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, həmin instagram səhifəsində 20.12.2013-cü ildən ümumilikdə cəmi 6 727 göndəri mövcuddur, orta hesabla 1 ilə 961 elan düşür, malların standart qiymətləri mövcud deyildir, dövri olaraq mallara müxtəlif məbləğlərdə endirimlər tətbiq olunur və bir çox malların üzərində hədiyyələr verilir. Həmçinin məhkəmə hesab edir ki, bazar münasibətləri şəraitində standart qiymət tətbiq edilməsi yolverilməzdir. Belə ki, bazara yeni daxil olan mallar bir müddət sonra dəbdən düşür və təbii olaraq qiymətləri də aşağı düşür. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən malların qiyməti instagram hesabı olan internet səhifəsində yerləşdirilmiş məlumatlardan istifadə edilməklə müəyyən olunmuş və tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapması üzrə müqayisə edilməmişdir. Həmin instagram səhifəsində göstərilən malların qiymətinin yoxlamanın əhatə etdiyi hansı dövrə aid olması Akta öz əksini tapmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, malların qiymətinin instagram hesabında göstərilən rəqəmlərlə nəzərə alınıb bütün yoxlama dövrünə aid edilməsi vergi orqanının vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamasına, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. Hər bir halda internet səhifəsində olan məlumatların həqiqətə nə qədər uyğun olub-olmaması araşdırılmadığından, malların qiymətinin düzgünlüyünün sübut kimi qəbul edilməsi yolverilməzdir. Həmçinin malların real bazar qiymətlərinin müəyyən edilməsi üçün internet səhifəsində qeyd olunan məlumatlara istinad edilməsini, həmin məlumatlar oferta olmaqla (Mülki Məcəllə 405.2, 407.1, 408.1, 408.2, 408.7-ci maddələr), rəsmi müqavilələr və ya hesab-fakturalar əsasında təsdiqini tapmadığından, intagram hesabına istinad etməklə vergi orqanının gəldiyi nəticə əsassız hesab edilir. Məhkəmə qeyd edir ki, mövcud hal üzrə isə vergi orqanı hətta malların satış qiymətinin öyrənilməsi məqsədi ilə ekspertiza belə keçirmədən, yoxlanılan 2 il 7 ay üzrə vahid ticarət əlavəsi tətbiq edərək vergiləri hesablamışdır. Məhkəmə həmçinin hesab edir ki, yoxlama 07.11.2017-ci ildən 30.06.2020-ci ilədək olan dövrü əhatə etdiyi halda və tələblə təklifin heç də qeyd edilən dövrdə sabit qalması mümkün olmadığı halda, yəni qiymətlər göstərilən 2 il 7 ay ərzində qalxıb-enən istiqamətdə hərəkətdə olduğu halda, ümumilikdə 2 il 7 ay üçün vahid qiymətin müəyyən edilməsinin özü-özlüyündə məhkəmə üçün həmin hesablamanının əhəmiyyətinin qeyri-mötəbər olması qənaətinə gəlmək üçün əsas verir. Səyyar vergi yoxlaması aktında 2 il 7 ay üçün vahid məbləğdə qiymət müəyyən edilərkən sanki iddiaçının satdığı malların dəyərinin hər hansı qurum tərəfindən tənzimləndiyini nəzərə almışdır. Halbuki, iddiaçının satışını həyata keçirdiyi malların (qabqacaq və ev əşyaları) satış qiyməti heç də hər hansı orqan tərəfindən tənzimlənmir, dövri tələbat mallarıdır, yeni çıxan modelə uyğun olaraq dəyişir və tərəflərin könüllü iradə ifadəsi əsasında həyata keçirildiyini nəzərə aldıqda aylar üzrə dəyişkən qiymətlər müəyyən edilməli olduğunun şübhəsiz olduğu halda, vahid qiymət müəyyən edilməklə hesablamanın əsassız olduğunu təsdiq edir. Həmçinin məhkəmə instagram elanlarına əsasən hesablanmış əlavə vergiləri iqtisadi cəhətdən əsaslandırılmış hesab etmir. Bu dəlili də əsassız hesab edən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 17.12.2021-ci il tarixli **********152691 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarında qeyd olunan 2018-ci il üzrə mənfəət vergisi 1 673.98 manat əlavə hesablama və 836.99 manat maliyyə sanksiyası hissəsində saxlanılmalı, 249 001.48 manat əlavə hesablama və 124 500.74 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, 2019-cu il üzrə mənfəət vergisi 65 966.60 manat əlavə hesablama və 32 983.3 manat maliyyə sanksiyası hissəsində saxlanılmalı və 525 188.92 manat əlavə hesablama və 262 594.46 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, əlavə dəyər vergisi 2018-ci il üzrə 116 622.66 manat əlavə hesablama və 69 635.58 manat maliyyə sanksiyası hissəsində ləğv olunmalı, əlavə dəyər vergisi 2019-cu il üzrə 4 502.89 manat əlavə hesablama və 2 251.44 manat maliyyə sanksiyası hissəsində saxlanılmalı, 440 284.84 manat əlavə hesablama və 220 378.22 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, əlavə dəyər vergisi 2020-ci il üzrə 794.61 manat əlavə hesablama və 397.30 manat maliyyə sanksiyası hissəsində saxlanılmalı, 253 191.02 manat əlavə hesablama və 126 595.51 manat maliyyə sanksiyası hissəsində ləğv edilməli, iddia digər hissələrdə təmin olunmamalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17.12.2021-ci il tarixli **********152691 saylı qərar 81 019.84 manat məbləğində vergi və ona tətbiq edilmiş 40 509.92 manat məbləğində maliyyə sanksiyası hissəsində istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar