Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5199/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının hüquqi varisinin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Zeynalov Əbil Abbas oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Zeynalov Əbil Abbas oğlu və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Atatürk prospekti, "xxxx" MMC tərəfindən inşa edilmiş 3078 “A” məhəllədə yerləşən 2 ədəd 3 otaqlı, “B” korpusunun 13-cü mərtəbəsində 3 otaqlı, “A”5 korpusunun 17-ci mərtəbəsində 3 otaqlı, “A”5 korpusunun 12-ci mərtəbəsində 3 otaqlı mənzillərə dair Zeynalov Əbil Abbas oğlunun adına, Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş “E” korpusunun 12-ci mərtəbəsində 4 otaqlı mənzilə dair İddiaçı adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli 2-1(81)- 3323/2014 saylı qərarı ilə iddia təmin edilmişdir. Sözügedən qərar 24 fevral 2015-ci il tarixdə icra olunması üçün 2-1(81)-3323/2014 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir xx.xx.2022-ci il tarixdə X9 yenidən (ilk dəfə xx.xx.2016-cı il tarixdə X5 nümayəndəsi X4 tərəfindən belə bir ərizə ilə məhkəməyə müraciət olunmuşdur) vəsatətlə məhkəməyə müraciət edərək, 2-1(81)-3323/2014 saylı iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3323/2014 saylı 30 avqust 2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi X9 tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və onun məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-575/2023 saylı qərardadı ilə ərizəçi X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3323/2014 saylı 30 avqust 2022-ci il tarixli qərardadı ləğv edilmiş, X5 hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə ərizə təmin edilməklə işə 3-cü şəxs qismində cəlb edilmiş X5 iştirakı ilə mahiyyəti üzrə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8389/2023 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3323/2014 saylı 22 yanvar 2015-ci il tarixli qərarı ləğv edilərək iş üzrə icraat təzələnmiş, X6 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Zeynalov Əbil Abbas oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) "mənzillərə çıxarışın verilməsi" tələbinə iş üzrə icraat hər bir daşınmaz əmlakın qeydə alınması barədə iddia tələbinə münasibədə ayrıca icraata ayrılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə öldüyündən, Zeynalov Əbil Abbas oğlu iddiaçının hüquqi varisi kimi işə cəlb edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, 350 nömrəli istismara icazə sənədindən görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş 8 girişli çoxmərtəbəli yaşayış binasının istismarına icazə verilmiş, sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) kimi "xxxx" MMC göstərilmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli, 541 nömrəli müqavilədən görünür ki, icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəlləsinin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasında E korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət, ümumi sahəsi 214,14 kv.metr olan mənzili alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin hər kv.metrinin dəyəri 600 AZN həcmində qiymətləndirilməklə 128480 AZN təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında “E” korpusu, 12-ci mərtəbə, 4 otaqdan ibarət sahəsi 214,14 kv.metr olan 24 saylı mənzilinə müqaviləyə əsasən borcu yoxdur. İddiaçı hazırda bu müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” ünvanındakı yaşayış binasında E korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət, ümumi sahəsi 214,14 kv.metr olan mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-1120/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı, X13 və Zeynalov Əbil Abbas oğlu "xxxx" MMC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC ilə aralarında bağlanmış 22 yanvar 2013-cü il tarixli 48, 541 saylı və 18 fevral 2013-cü il tarixli 50, 51, 52, 544, 548, 549, 550, 551, 552 saylı müqavilələrin 5.4-cü bəndlərinin etibarsız hesab olunması, alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə cavabdeh MMC tərəfindən inşa olunmuş yaşayış binasının “A” korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlərin, bundan əlavə “A 4” korpusunun 17- ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.m. olan 35 saylı, sahəsi 138,9 kv.m. olan 3 otaqdan ibarət 36 saylı mənzillərin, “A 5” korpusunun 12-ci mərətəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.m. olan 24 saylı və həmin korpusun 17-ci mərətəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 186 kv.m. olan 34 saylı mənzillərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzilin və “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət sahəsi 214,14 kv.m. olan 24 saylı yaşayış və qeyri-yaşayış sahələrinin naturada onlara təhvil verilməsi, əmlaklara yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 22 iyul 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, həmçinin iddiaçılar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq iddiaçılara ödənilməsi qət olunmuşdur. Qətnamədən "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçıların istinad etdikləri müqavilələrin əslində görünüş üçün rəsmiləşdirildiyi və onların MMC-yə verməli olduqları 1 500 000 manat pul vəsaitinin təminatı qismində bağlandığı, müqavilələrin 5.4-cü bəndində də bunun birbaşa göstərildiyi, lakin razılaşdırılmış pulun iddiaçılar tərəfindən MMC-yə verilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sonradan iş üzrə maraqlı şəxs X9 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək onun Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllədə cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət mənzilin iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Xuraman Əliyevanın apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli qətnaməsinin qismən - Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllədə cavabdeh təşkilat tərəfindən inşa edilmiş yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m., yaşayış sahəsi 85,36 kv.m. olan 3 otaqlı mənzilə aid hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2017-ci il tarixli qərarı ilə Zeynalov Əbil Abbas oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, Xuraman Əliyevaya Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinin tələbinə müvafiq olaraq Ali Məhkəmənin sədrinə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan sonra X22 Məhkəmənin sədrinə müvafiq müraciəti etmiş, Ali Məhkəmənin sədri təqdimat verib Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilərəki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC və X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza xərcinə görə 50 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutulması qət olunmuşdur. Həmin qətnamədən Xuraman Əliyeva kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini; eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, lakin maraqlarına toxunulan X3 müraciətinə əsasən təqdimat verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti və təqdimat təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsinin qismən - Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə yerləşən yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzilə aid hissədə və “A” korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlərə aid hissələrdə ləğv edilməsi və həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-1120/2020 saylı qətnaməsi ilə X5 və X3 apellyasiya şikayətləri tam, "xxxx" MMC-nin apellyasiya şikayəti isə qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3986/2013 saylı iş üzrə 22 iyul 2013-cü il tarixli qətnaməsi “Zeynalov Əbil Abbas oğlu ilə MMC arasında bağlanmış 18 fevral 2013-cü il tarixli 544 saylı müqavilənin 5.4-cü bəndinin, İddiaçı və X13 ilə "xxxx" MMC arasında bağlanmış 22 yanvar 2013-cü il tarixli 48 saylı və 18 fevral 2013-cü il tarixli 50, 51, 52 saylı müqavilələrin 5.4-cü bəndlərinin etibarsız hesab olunması, Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə "xxxx" MMC tərəfindən inşa olunmuş yaşayış binasının “A” korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzilin naturada iddiaçılara təhvil verilməsi, həmin əmlaklara yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin MMCyə həvalə edilməsi” hissələrində ləğv olunmuş və həmin iddia tələbləri təmin edilməmişdir. Qətnamə hazırkı apellyasiya baxışının predmeti olan və Akif Həmzəyevin və "xxxx" MMC-nin mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır (onlara münasibətdə). Məhkəmə qətnaməsində göstərmişdir ki, “...İşin hallarından aydın olur ki, "xxxx" MMC xx.xx.2007-ci il tarixdə X6 ilə də müqavilə bağlayaraq Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214,14 kv.m. olan mənzili adı çəkilən şəxsə təhvil verməyi öhdəsinə götürmüş, alıcı (Akif Həmzəyev) mənzilin müqabilində 214 140 manat pulu MMC-yə ödəmiş, bununla bağlı ona kassa mədaxil orderi verilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə bağladığı xx.xx.2013-cü il tarixli 541 saylı müqavilə əsasında “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214,14 kv.m. olan mənzili mülkiyyətinə keçirərək onu xx.xx.2016-cı il tarixdə X1, mənzilə Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078A, X18 prospekti Korpus E, mənzil 24 ünvanı verilərək xx.xx.2016-cı il tarixdə sonuncunun adına mülkiyyət hüququ üzrə qeydə alınmış, X19 Həmzəyev arasında mənzillə bağlı məhkəmə mübahisələri olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X2rşı “mənzildən çıxarılma” iddiası təmin, Akif Zeynalovun ona qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbi rədd edilmiş, həm həmin qətnamədə, həm də digər mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 iyun 2018-ci il tarixli qətnaməsində Akif Həmzəyevə satılmış mənzilin 24 saylı olmadığı təsbit edilmiş, MMC-nin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi üzrə də Akif Həmzəyev 24 saylı deyil, “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214,14 kv.m. olan 23 saylı mənzil üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Göründüyü kimi, Akif Həmzəyev iddia etdiyi “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214,14 kv.m. olan 24 saylı mənzilə münasibətdə subyektiv hüquq sahibi deyildir və hazırda yoxlanılan qətnamə onun mənafeyinə toxunmamaqdadır. Bu baxımdan kollegiya Akif Həmzəyevin apellyasiya şikayətinin əsassız olduğunu vurğulayaraq onun irəli sürdüyü dəlillərlə bağlı əsaslandırma aparılmasına ümumiyyətlə zərurət görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.” Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə yerləşən yaşayış binasının “E” korpusunda yerləşən 24 saylı mənzilin ona təhvil verilməsi, əmlaka yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsi binanı inşa etmiş "xxxx" MMC-yə həvalə edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İşin yuxarıda sadalanan hallarına əsasən aydın olur ki, mübahisəli mənzilin tikintisinin sifarişi üzrə "xxxx" MMC ilə iddiaçı arasında müqavilə bağlanmış, mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsi barədə arayış verilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bu hal təsdiq olunaraq mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Buna görə də hazırkı iş üzrə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilə iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Üçüncü şəxsin mübahisəli mənzilə dair hüquqlarına gəldikdə, yuxarıda göstərilənlərdən aydın olur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə A.Həmzəyev hazırda iddiaçının hüququnun qeydə alınmasını tələb etdiyi 24 saylı deyil, 23 saylı mənzili almışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X18 prospekti, məhəllə 3078A ünvanında yerləşən yaşayış binasının E korpusunun 12-ci mərtəbəsində 4 otaqdan ibarət 24 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5199/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5199/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver