Məhkəmə qərarları › İş №2-1(112)-52/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-52/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-52/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi iddiaçının qanuni təmsilçisi X13, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük bəyannaməsin müvafiq qrafasında dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı MMC tərəfindən xx xxxx 2018-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində yerləşən “X33 Trading Co. LTD” şirkətindən xx xxxxx 2018-ci il tarixli, 2018/04/02/01 saylı müqavilə və xx xxxx 2018-ci il tarixli UE/18/07/01 saylı invoys üzrə idxal olunan 91047,95 kv.metr döşəmə, divar və s. üçün digər lövhəciklərin gömrük dəyərinin müəyyən olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının idxal etdiyi **********6178 saylı gömrük bəyənnaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə %dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyışdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən xx xxxx 2018-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində yerləşən «X33 TRADİNG Co. LTD» şirkətindən xx xxxxx 2018-ci il tarixli 2018/04/02/01 saylı müqavilə və xx xxxx 2018-ci il tarixli UE/18/07/01 saylı invoys üzrə idxal olunan 91047,95 kv.metr döşəmə, divar və s. üçün digər lövhəciklərə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuş sənədlər şifahi olaraq həmin idarə tərəfindən qanunauyğun olmadığı bildirilərək, rəsmi məlimat verilmədən geri qaytarmış və iddiaçıya məxsus mallar xx xxxx 2018-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Hövsan limanında qanunsuz saxlamaqla süni maneə yaradılmışdır. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunun 11.2-ci maddəsində göstərilən vəzifələr cavabdehlər tərəfindən icra olunmamışdır. Gömrük Məcəlləsinin 160-cı maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfə heç bir qərar təqdim edilməmişdir. İddiaçıya məxsus malları gəmidə saxlanılmaqla zərər vurulmuşdur. İddiaçı məsələnin həlli üçün məhkəməyə müraciət edəcəyi barədə cavabdeh tərəfi məlumatlandırmış, lakin məsələnin məhkəmədənkənar həlli mümkün olmamış, iddiaçı tərəf bu səbəbdən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iddiaya dair yazılı etirazında bildirilmişdir ki, qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, İddiaçı MMC-nin malların gömrük dəyərinin hesablanması barədə iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinin tələblərinə zidd olaraq tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində malların dəyərləndirilməsinin aparılması kimi bir iddia növünə, ümumiyyətlə, rast gəlinmir. Əlavə olaraq bildirilir ki, iddiaçı xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən olunmuş gömrük ödənişlərini ödəmiş, təsdiqləyərək təqdim etdiyi gömrük bəyannaməsi gömrük orqanında təsdiqlənmiş və rəsmiləşdirilmiş, idxal etdiyi mallar sərbəst dövriyyəyə buraxılmışdır. Bununla da, iddiaçı ilə gömrük orqanı arasında heç bir mübahisə qalmamışdır. Sonda iddianın mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının qanuni təmsilçisi M.Quluzadə dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, gömrük münasibətlərini tənzimləyən qanunvericilik normalarının tələblərinə görə ixracatçı ölkə malın kodunu müəyyən etmişdirsə, malın idxal edildiyi ölkə, ya həmin kodu qəbul etməli, ya da, malı 5 gün müddətində geri qaytarmalıdır. Cavabdeh tərəfindən bu tələbə riayət edilməmişdir. Əksinə olaraq, mallar qanunsuz şəkildə üç tərəfdən dənizlə əhatə edilmiş yerdə saxlanılmışdır. İlkin bəyannaməni doldurduqdan sonra ona təzyiqlər göstərilərək, məcbur edilmişdir ki, bəyannamədə onları qane edən kod göstərilsin. Məcburiyyət qarşısında qalaraq, malların keyfiyyətinin aşağı düşməməsi üçün və gömrük orqanının əməkdaşlarının təzyiqi altında ikinci bəyannaməni dolduraraq gömrük orqanına təqdim etmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertizaları nəticəsində yükün “Azərbaycan Respublikasının X14 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 69-cu qrupa aid olması sübuta yetirilmədiyi halda, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti tərəfindən malın məhz ikinci bəyannamədə göstərilmiş koda uyğunluğunun müəyyən edilməsi onda sual doğurur. Xüsusilə də, nəzərə alınsa ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərində də malın qəliblənmədən sonra yandırılmış keramika məmulatlarına aid olubolmamasının müəyyən edilməsi üçün texniki bazanın olmadığı qeyd edilmişdir. Müvafiq münasibətləri tənzimləyən beynəlxalq qaydalara görə idxal edilən malın sinif kodunu müəyyən etmək mümkün deyildirsə, ya ixracatçı ölkənin göstərdiyi koda uyğun qəbul edilməli, ya da, “0 %” rüsumla, başqa sözlə, yeni mal kimi qəbul edilməli, malın sinif kodunun müəyyənləşdirilməsi məqsədilə ixrac ölkəsinə müvafiq sorğular verilməlidir. Lakin cavabdeh orqan tərəfindən bu tələblərə də əməl edilməmişdir. Mərkəzi Gömrük Ekspertizası İdarəsində ekspertiza tədqiqatı aparılarkən malın sinif kodunun müəyyən edilməsi zamanı istifadə edilmiş texniki vasitələrə dair sertifikat ona təqdim edilməmişdir, hansı ki, ekspertiza tədqiqatında istifadə edilən bütün texniki vasitələrin müvafiq sertifikatı olmalıdır. Buna görə də, həmin idarənin verdiyi rəy, ümumiyyətlə, əsassız və absurddur. Xüsusilə də, nəzərə alınsa ki, İdarə məhz cavabdehin nəzdində fəaliyyət göstərir, bu halda, təbii ki, tabe olduğu qurumun əleyhinə rəy verilməyəcəkdi. İddiaçının qanuni təmsilçisi izahatında qeyd etdiyi halların nəzərə alınaraq iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, malın sinif kodunun müəyyənləşdirilməsi məqsədilə ixrac ölkəsinə, hazırkı durumda İran İslam Respublikasına ona görə sorğu verilməmişdir ki, qismən qapalı ölkə olduğundan həmin ölkə tərəfindən beynəlxalq sorğulara, demək olar ki, ümumiyyətlə, cavab verilmir. Nümayəndə izahatının sonunda xx xxxx 2018-ci il tarixdən sonra tərtib edilmiş bütün ekspert rəylərinin sübut kimi qəbul edilməməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2009-cu il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı MMC xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alınaraq, ********** saylı VÖEN verilmiş, hüquqi ünvanı ünvan 2 Qanuni təmsilçisi X18r. - xx.xx.2018-ci il tarixdə İran Ticarət, Sənaye, Mədən və Kənd Sənayesinin sədri tərəfindən verilmiş **********001 saylı, AA2294063 nömrəli mənşə sertifikatının tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən edilir ki, malların ixrac edildiyi dövlət İrandır. Paketlərin sayı və növü, malların təsviri - kütləsi 0,5 %-dən çox, lakin 10%-dan çox olmayan bir su udma əmsalının əsas hissəsi (Qablaşdırma kodu: ********* 12xx xxxxx 91047.95M2 70783CTNS) (HS KOD: 690722) mənşə meyarı – P, brutto çəki və ya digər ölçülər – 1.908.592.0 kq., ümumi çəki - 1.908.592.0 kq., ümumi xalis çəki – 1,934,994.0 kq., ümumi xalis çəki, hesab fakturanın nömrəsi və tarixi – UE/18/xx/xx-2018/07/01. Həmin sertifikat əsasında həyata keçirilmiş yoxlamalar əsasında ixracatçı bəyannaməsinin doğru olduğu təsdiqlənir. - İddiaçı MMC tərəfindən verilmiş **********6178 sorğu nömrəli gömrük bəyannaməsində mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların (döşəmə, divar və s. üçün digər lövhəciklər) ümumi invoys dəyəri 275740.18 manat, gömrük dəyəri 275740,18, statistik dəyər 162200.11, malın kodu 691490 0000 kimi göstərilmiş, həmin malların ümumi dəyərinin 98799.15 AZN olduğu bəyan edilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş **********6178 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş valyuta və malların (döşəmə, divar üçün su udma əmsalı 0,5 %-dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər) ümumi invoys dəyəri 275740.18 manat, valyuta məzənnəsi 1,0000, gömrük dəyəri 275740,18, statistik dəyər 162200.11, malın kodu 690722 9000 kimi göstərilmiş, həmin malların ümumi dəyərinin 415312.91 AZN olduğu bəyan edilmişdir. Məhkəmə cavabdeh tərəfin iddiaya dair yazılı etirazında qeyd edilmiş iddianın mümkün sayılmamasına dair mövqeyi ilə razılaşmır və hesab edir ki, gömrük rəsmiləşdirilməsi başa çatmış olsa belə, iddiaçının hazırkı tələblə çıxış etməsinə dair subyektiv hüququnun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Başqa sözlə, təqdim etdiyi və gömrük orqanı tərəfindən təsdiq edilmiş bəyannamədə göstərilən məlumatları sonradan mahiyyəti üzrə mübahisələndirmək iddiaçının hüququdur. Məhkəmə, həmçinin, qeyd edir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. 7.3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını bu Qanunun müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. 8.2. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatı və məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən verilmiş **********6178 sorğu nömrəli ilkin gömrük bəyannaməsində mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu 69 1490 0000 kimi göstərilmiş, həmin malların ümumi dəyərinin 98799.15 AZN olduğu bəyan edilmiş, lakin həmin bəyannamə sərhəd gömrük orqanı tərəfindən qəbul edilmədiyindən mallar sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmamışdır. 141/16/xx-xx/004512 nömrəli xx.xx.2018-ci il tarixli müraciət məktubu əsasında yükün XİF MN üzrə kodunun müəyyən edilməsi məqsədilə gömrük orqanı tərəfindən ilkin və kompleks ekspertiza təyin edilmiş, ekspertiza Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən aparılmış, tədqiqat obyektləri qablaşdırılmamış keramik məmulatlar olmaqla aparılmış ekspertizanın nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı MMC-nin ünvanına UE/18/0701 nömrəli invoys üzrə su udma əmsalları 3.8 %, 5.4 %, 3.3 %, 4.4 % olan minalanmış üz qatına malik döşəmə və üzlük keramikadan plitələr XİF MN görə 690722 9000 alt yarımmövqeyinə sinifləşdirilmişdir. İddiaçı MMC tərəfindən verilmiş **********6178 sorğu nömrəli sonrakı gömrük bəyannaməsində mənşə ölkəsi İran İslam Respublikasından təyinat ölkəsi Azərbaycan Respublikasına göndərilmiş malların kodu 690722 9000 kimi göstərilmiş, həmin malların ümumi dəyərinin 415312.91 AZN olduğu bəyan edilərək bəyannamə təsdiq edilmiş, həmin bəyannamə sərhəd gömrük orqanı tərəfindən qəbul edildiyindən mallar xx.xx.2018-ci il tarixdə sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmışdır. Məhkəmə qeyd edir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. 11.3. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. 11.4. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. İddiaçının malın gömrük dəyərinin müəyyən edilməsi ilə əlaqədar müvafiq gömrük orqanına xx.xx.2018-ci il tarixdə, həmçinin, bununla bağlı iddia ərizəsinin xx.xx.2018-ci il tarixdə, yəni, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin müvafiq ekspert rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17982/17983 saylı arayışı verilənədək, yəni İddiaçı MMC tərəfindən verilmiş **********6178 sorğu nömrəli ikinci gömrük bəyannaməsi sərhəd gömrük orqanı tərəfindən qəbul edilənə və malların sərhəd gömrük buraxılış məntəqəsindən buraxılmasınadək məhkəməyə daxil olması işin təkzib edilməz hallarıdır. Məhkəmə yuxarıda göstərilənlərlə bağlı qeyd edir ki, iş materialları ilə öz təsdiqini tapır ki, malın XİF MN üzrə kodunun müəyyən edilməsi sualı üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsi, yəni Mərkəzi Gömrük Ekspertizası İdarəsinin müvafiq ekspert rəyi xx.xx.2018-ci il tarixdə müvafiq gömrük orqanına məlum olmuş və məhz bundan sonra Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin Təhqiqat bölməsi tərəfindən xx xxxx 2018-ci il tarixli qərarla eyni, yəni malın hansı kod altında sinifləşdirilməsi sualı üzrə materialların məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, sonuncu tərəfindən verilmiş ekspert arayışda Mərkəzi Gömrük Ekspertizası İdarəsinin müvafiq ekspert rəyi ilə müəyyən edilmiş hal, yəni yükün XİF MN görə 6907 22 9000 alt yarımmövqeyində sinifləşdirilməsi öz təsdiqini tapmamış, başqa sözlə, müvafiq sual üzrə ekspertiza tədqiqatı aparılmamış, buna əsas kimi isə malın hansı kod altında sinifləşdirilməsi sualı üzrə rəy verilməsinin ekspertin səlahiyyətlərinə aid olmadığı göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2018-ci il tarixli, 17982/17983 saylı ekspert arayışında Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin Təhqiqat bölməsi tərəfindən xx xxxx 2018-ci il tarixli qərarla təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi aşağıdakı kimi göstərilmişdir: “Tədqiqata təqdim edilmiş 4 ədəd plitə keramikadan hazırlanmışdır və səthi minalanmışdır. “Gömrük orqanına bəyan edilən, ümumi ölçüsü 91047, kv.metr, cəmi çəkisi ******* kq. olan “döşəmə, divar və s. üçün digər ləvhəciklər” yükü hansı kod altında sinifləşdirilmişdir?” sualı Mərkəzin ekspertinin səlahiyyətinə aid olmadığından cavablandırılmadı. (X23). Tədqiqata təqdim edilmiş nümunələrin orta bazar pərakəndə satış qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir: 1. 900x300x8,1 mm ölçülü plitə - 11, 00 manat; 2. 900x300x(7,5-9,96) mm ölçülü plitə - 11,00 manat; 3. 600x300x10,5 mm ölçülü plitə 12,00 manat; 4. 330x330x11 mm ölçülü plitə - 12,00 manat. Qeyd edilir ki, hər hansı bir əşyanın malın miqdarından asılı olaraq qiymətlərində fərq olması istisna edilmir (X29). Məhkəmə xüsusilə olaraq vurğulayır ki, X14 X15 aparılması, malların təsnifatlandırılması və kodlaşdırılması gömrük işinin mühüm tərkib hissələrindəndir. Malların dəyərinin obyektiv meyarlar əsasında müəyyən edilməsi və gömrük ödənişlərinin tutulması onların düzgün təsnifatlandırılmasından çox asılıdır. Malların dəyərinin obyektiv meyarlar əsasında müəyyən edilməsi və gömrük ödənclərinin tutulması, onların düzgün təsnifatlandırılması, həmçinin, xarici ticarətin gömrük statistikasının obyektivliyinin yüksəldilməsi, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və onlara gömrük nəzarəti proseslərində ölkənin gömrük siyasətinin həyata keçirilməsi üçün konkret tədbirlər görülməsində də mühüm əhəmiyyətə malikdir. “Mal nomenklaturası” anlayışının əsas elementləri mal və “nomenklatura” ifadələridir. Nomenklatura (lat. Nomenclatira – siyahı) – elm, texnika və fəaliyyətin digər sahələrində işlədilən adlar, anlayışlar göstəricisinin sistemidir (məcmusudur). Gömrük səhədindən keçirilən malların başlıca xarakterik xüsüsiyyətləri onların maddi-mövcudluq forması və daşınma qabiliyyətliliyidir. Bu xüsusiyyətlər Gömrük Məcəlləsində istifadə edilən əsas anlayışlar sistemində öz əksini tapır. Elmi-texniki tərəqqi və texnologiyaların təkmilləşdirilməsi ilə sənayenin müxtəlif sahələrində və kənd təsərrüfatında istehsal edilən malların çeşidi çox genişlənmiş və bu proses daim inkişafdadır. “Təsnifat” anlayışı obyektlərin verilmiş böyük çoxluqlarının müəyyən kiçik çoxluqlara (sinif, yarımsinif, qrup, yarımqrup, növ və s.) bölünməsi mənasını verir. Bu zaman yaranan sistem təsnifatlandırılma adlanır. Təsnifatlandırmanın qəbul edilən sisteminə uyğun olaraq bütün mallar və mal bölmələrinə xüsusi şifrlər verilir. Obyektlərin verilmiş böyük çoxluqları müəyyən təsnifat sisteminə uyğun olaraq kiçik çoxluqlara (yarım çoxluqlara) bölündükdən sonra sistemləşdirilmiş çoxluq uyğun obyeklərin təsnifatlandırıcı (klassifikatoru) kimi baxıla bilər. Beləliklə, təsnifatlandırıcı (klassifikator) – təsnifatlandırılan obyektlərin sistemləşdirilmiş siyahısıdır. Bu siyahıda hər obyektin öz yeri olur və bundan sonra ona kod adlandırılan şərti işarə təyin edilir. Kod rəqəm, hərf, yaxud rəqəm-hərf ardıcıllığından ibarət şifrə malikdir. Xarici ticarət əməliyyatlarının gömrük tənzimlənməsində “əmtəə nomenklaturası” məfhumudan geniş istifadə edilir. Əmtəə nomenklaturası faktiki olaraq malların təsnifatlandırıcısıdır. Buna görə də əmtəə nomenklaturası dedikdə, təsnifat sisteminə uyğun olaraq yerləşdirilən malların geniş siyahısı nəzərdə tutulur. Malların kodlaşdırılması isə, təsnifatlandırılan obyekti həmin təsnifat sistemi ilə müəyyən edilmiş qaydada işarə, yaxud işarələr qrupu şəklində təsəvvür etməyə imkan verən texniki üsuldur. Əmtəə nomenklaturasının kod sistemi ona görə yaradılır ki, məlumat gömrük orqanına onun yığımı, yoxlanılması, ötürülməsi və analizi üçün əlverişli formada təqdim edilə bilsin. Beləliklə, əmtəə nomenklaturasının köməyi ilə malların təsnifatlandırılması: malları kodlaşdırmağa; iqtisadi xarakterli gömrük əməliyyatlarını aparmağa (rüsum tutulması, gömrük dəyərinin təyini və s.); xarici ticarətin mal strukturunu öyrənməyə imkan verir. Beynəlxalq aləmdə Brüssel Gömrük nomenklaturası adı ilə tanınan, habelə BMT SBTTN – mal nomenklaturalarının 12 beynəlxalq və milli mal təsnifatları sisteminin bazarları əsasında “Malların təsviri və kodlaşdırılmasına dair X1” (HSN) yaradılmış və həmin toplu 1985-ci ildə Brüsseldə imzalanaraq 1988-ci ilin 1 yanvarında qüvvəyə minmişdir. X1 – X14 çöx məqsədli yeni mal nomenklaturasıdır. Bu, yenidən işlənmiş, vahid sisemə gətirilmiş və detallaşdırılmış, beynəlxalq ticarət məlumatlarının toplanmasını, müqayisəsini, statistik təhlilini, habelə digər məsələlərin həllini təmin edən, kommersiya fəaliyyətinin, statistika xidmətinin, gömrük orqanlarının tələblərinə cavab verən malların təsviri və kodlaşdırılması üzrə harmonik sistem X9nın tərkib hissəsidir. X3 X16 (AİK) Gömrük əməkdaşlığı Şurasının vahid beynəlxalq mal təsnifat sistemi malların təsviri və kodlaşdırılmasının ahəngdar (harmonik) sistemi adlanır. X27 Nomenklaturası (ASƏS) 21 bölmədən və 99 qrupdan ibarətdir. ASƏS-də qruplar əmələ gələrkən malların emal ardıcıllığı prinsipi – xammaldan yarımfabrikat və hazır məhsul alınması – istifadə olunur, malların qruplaşdırılması mövqe və submövqe səviyyəsində aparılır. Bir qayda olaraq, mövqe və submövqedən xarici ticarətdə geniş dövriyyədə olan bir və ya bir neçə məhsul növü seçilir, qalan növlər üçün isə ümumiləşdirilmiş “digərlər” təsnifat qruplaşması nəzərdə tutulur. Mal yarımqrupları, mövqeləri və submövqelərinin quruluşunda aşağıdakı əlamətlərdən istifadə olunur: malın təyinatı; onun emal dərəcəsi; hazırlandığı material növü; dünya ticarətində xüsusi çəkisi. Ahəngdar sistemin təcrübədə istifadəsini təmin etmək məqsədi ilə 1983-cü ilin iyun ayının 14-də X22 X9 imzalanmışdır. Konvensiyada Ahəngdar sistemin yaradılmasının məqsədi, tətbiqi sahəsi, hüquqi mexanizmi öz əksini tapmışdır. HSN əsasında milli mal nomenklaturaları, o cümlədən “Azərbaycan Respublikasının Xarici X10 Nomenklaturası” (AR XİF ƏN) hazırlanmışdır. Bu toplu malların mənşə əlaməti üzrə (sənaye, bitki, əczaçılıq, mineral və s.) bölmə və qruplarından, onların emal dərəcəsi (xammal, yarımfabrikatlar, hazır məmulat) üzrə sistemləşdirilmiş siyahısından ibarətdir. Bu nomenklatura Azərbaycan Respublikasının X14in dövlət tənzimlənməsi sistemləri alətidir. AR XİF ƏN malların təsviri və kodlaşdırılması üzrə Harmonikləşdirilmiş və X2muş nomenklaturaları, sistemlərinin bazası əsasında yaradılmışdır. Bu nomenklatura ümumi təsnifat sistemini pozmadan sonradan mallar nomenklaturasının çeşidini genişləndirməyə imkan verir. Azərbaycan Respublkası Gömrük Məcəlləsinin 10-cu maddəsinin 12-ci bəndində, eləcə də, 210- 212-ci maddələrinə görə X14 əmtəə nomenklaturasının bilavasitə aparılması və təkmilləşdirilməsi əsas funksiyalarından biri olub gömrük orqanları tərəfindən həyata keçirilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya x xxx 2000-ci il tarixli 872-İQ saylı Qanunu ilə qoşulmuş və hal-hazırda tətbiq edilən X14 əmtəə nomenklaturası Ahəngdar sistem və Avropa Birliyinin kombinə edilmiş əmtəə nomenklaturasının əsasında və onlara uyğun tərtib edilmişdir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən gömrük tarifi gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi X5 uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. Həmin Qanunun 1.1.3-cü maddəsinə əsasən X14 mal nomenklaturası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. Məhkəmə xüsusilə vurgulayır ki, gömrük-tarif mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə X14 səmərəliliyinin artırılması, ölkədə rəqabətədavamlı məhsulların istehsalı, daxili bazarın qorunması və qeyri-neft sektorunun davamlı inkişafında dövlət dəstəyinin daha da gücləndirilməsi, idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi, habelə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən X4 qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, X14 mal nomenklaturası (XİFMN) üzrə kodların X11 yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının X14 Mal Nomenklaturasi, İdxal Gömrük Rüsumlarının Dərəcələri və İxrac Gömrük Rüsumlarının Dərəcələri. X14 X20 Şərhetmə Qaydalari” təsdiq edilmişdir. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtısadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 69-cu qrupa yalnız, qəliblənmədən sonra yandırılmış keramika məmulatları daxil olunur. 6904 - 6914 mal mövqelərinə yalnız, 6901 - 6903 mal mövqelərinə daxil olunmayan məmulatlar daxil olunur. Mübahisənin hərtərəfli araşdırılması, başqa sözlə, malın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtısadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 69-cu qrupa aid olub-olmamasını müəyyən etmək məqsədilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(81)-3400/2018 saylı qərardadına əsasən məhkəmə ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) xx xxxx 2018-ci il tarixli UE/18/07/01 saylı invoys üzrə idxal olunan döşəmə, divar və s. üçün digər lövhəciklərin qəliblənmədən sonra yandırılmış keramik məlumatlarıdırmı? 2) xx xxxx 2018-ci il tarixli UE/18/07/01 saylı invoys üzrə idxal olunan döşəmə, divar və s. üçün digər lövhəciklər minalanmışdır və yaxud minalanmamışdır? 3) xx xxxx 2018-ci il tarixli UE/18/07/01 saylı invoys üzrə idxal olunan döşəmə, divar və s. üçün digər lövhəciklər X14 Mal Nomenkulaturası (XİFMN) üzrə hansı kodlara aiddir? 4) xx xxxx 2018-ci il tarixli UE/18/07/01 saylı invoys üzrə idxal olunan döşəmə, divar və s. üçün digər lövhəciklərin qiymətləri hansı məbləği təşkil edir. xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli, 20619/20620 saylı ekspert rəyində qərardad əsasında ekspert qarşısında qoyulmuş suallar üzrə aparılmış tədqiqatın nəticəsi aşağıdakı şəkildə göstərilmişdir: “Tədqiqata təqdim edilmiş 1, 2 və 3 nömrəli plitələr keramikadan hazırlanmışdır və səthi minalanmışdır. Tədqiqata təqdim edilmiş 4 və 5 nömrəli plitələr keramikadan hazırlanmışdır və səthi minalanmamışdır. Qeyd 1: Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq maddi texniki bazası olmadığından qərardadda qeyd edilən 1-ci sualı cavablandırmaq mümkün olmadı. Qeyd 2: Qərardadda qeyd edilən “xx xxxx 2018-ci il tarixli UE/18/07/01 saylı invoys üzrə idxal olunan döşəmə, divar və s. üçün digər lövhəciklər X7 Nomenklaturası (XİFMN) üzrə hansı kodlara aiddir? Mərkəzin ekspertinin səlahiyyətinə aid olmadan cavablandırılmadı (X30). Tədqiqata təqdim edilmiş nümunələrin pərakəndə orta bazar qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: Arxa hissəsində “made in İran” və “design in Spain” yazıları olan 900x300x8,1 mm ölçülü plitə -11,00 manat; Arxa hissəsində “made in İran” yazıları olan 900x300 x (7,5 - 9,96) mm ölçülü plitə -11,00 manat; 330x330x11 mm ölçülü plitə - 12,00 manat. Arxa hissəsində “made in İran və “design in Spain” yazıları olan 600x300x0,8 mm ölçülü plitə - 12,00 manat; Qeyd edilir ki, hər hansı bir əşyanın, malın miqdarından asılı olaraq, qiymətlərində fərq olması istisna edilmir (X17). 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(81)- 3400/2018 saylı qərardadına əsasən komissyon məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 32994/33135 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: “Sual 1 üzrə: Aparılmış spektrometrik tədqiqatların nəticələrinə görə təqdim edilmiş məmulatlar keramik materiallara aiddir. Müvafiq maddi texniki baza olmadığından məmulatların qəliblənmədən sonra yandırılmış olub-olmadığını müəyyən etmək mümkün olmadı. Sual 2 üzrə: xx xxxxxxxx 2018-ci il tarixli 201619/20620 saylı ekspert rəyində aparılmış tədqiqatlarla müəyyən edilmişdir ki, 1, 2, 3 nömrəli obyektlər səthi minalanmış plitələrdir. 1, 2 və 3 nömrəli plitələrin üst qatının və alt (əsas) qatının kimyəvi tərkibi aşağıdakı kimidir: Nümunə 1. Üst qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), barium (Ba), xrom (Cr) və sink (Zn); Alt (əsas) qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), titan (Ti); Nümunə 2. Üst qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), barium (Ba), xrom (Cr) və sink (Zn); Alt (əsas) qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), titan (Ti) və dəmir (Fe); Nümunə 3. Üst qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqnezium (Mg), alüminium (Al) kalsium (Ca), natrium (Na), xrom (Cr) və sink (Zn); Alt (əsas) qatın tərkibində aşkar edilmiş piklər: silisium (Si), maqneziumn (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), titan (Ti). (X30). Eksperiza tədqiqatına təqdim edilmiş keramik plitələrin (nümunələrin) pərakəndə orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilir: 1. Arxa hissəsində Made in İran və Design in Spain yazıları olan 900x300x8,1 mm ölçülü plitə -11,00 manat; 2. Arxa hissəsində Made in İran yazıları olan 900x300x(7,5-9,96) mm ölçülü plitə -11,00 manat; 3. 330x330x11 mm ölçülü plitə - 12,00 manat. 4.Arxa hissəsində Made in İran və Design in Spain yazıları olan 600x300x0,8 mm ölçülü piltə-12,00 manat; 5.Arxa hissəsində Made in İran və Design in Spain yazıları olan 900x300x0,9 mm ölçüdə piltə-12,00 manat; Qeyd edilir ki, hər hansı bir əşyanın, malın miqdarından asılı olaraq, qiymətlərində fərq olması istisna edilmir. Təqdim edilmiş keramik plitələr (nümunələr) minalanmış olduğu üçün X12 Mal Nomenkulaturası (XİFMN) üzrə 6907 kodunun “digərləri” (6907 21 900 0, 6907 22 9000, 6907 23 9000, 6907 30 9000 və 6907 40 9000) alt yarımmövqeyinə uyğunluğu müəyyən edilir. Müvafiq maddi texniki baza olmadığından məmulatların konkret hansı alt yarımmövqeyinə uyğunluğunu müəyyən etmək mümkün olmadı. (X31). 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-139/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən komissyon məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26527 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: “1.Təqdim olunmuş keramika məmulatlarından 1-ci, 2-ci və 3-cü nümunələrin sıxlıqları müvafiq olaraq ~2.20- 2.33 g/sm3 intervalında, 4-cü və 5-ci nümunələrin sıxlıqları isə müvafiq olaraq ~1.904 g/sm3-dir. 1.1.Təqdim olunmuş keramika məmulatları sıxlıqlarına görə bişirilmiş (yandırılmış) keramika məmulatlarına uyğun gəlirlər. 1.2. Rəyin tədqiqi hissəsində məmulatlarının qəliblənmədən sonra bişirilməsini (yandırılmasını) müəyyən etmək mümkün olmadı. 1.2. Xüsusi avadanlıq olmadığı sıxlıqları, ГОСТ 7025-91 standartına riyazi və fiziki üsullarla hesablanmışdır. 2. Təqdim olunmuş keramika məmulatlarından 1ci, 2-ci və 3-cü nümunələr sıxlıqlarına və kimyəvi tərkiblərinə görə minalanmış keramika məmulatlarına, 4-cü və 5-ci nümunələr isə minalanmamış keramika məmulatlarına aiddirlər. 2.1.Təqdim olunmuş keramika məmulatlarının bütün nümunələrin daxili qatı silisium (Si), maqnezium (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), dəmir (Fe), manqan (Mn) və titan (Ti) elementlərinin qeyri-üzvi birləşmələrindən ibarətdir. 1-ci nümunənin səthi silisium (Si), maqnezium (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), xrom (Cr) və sink (Zn) elementlərindən, 2-ci və 3-cü nümunələrin səthi silisium (Si), maqnezium (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), barium (Ba), xrom (Cr) və sink (Zn) elementlərindən, 4-cü və 5-ci nümunələrin səthi silisium (Si), maqnezium (Mg), alüminium (Al), kalsium (Ca), natrium (Na), xrom (Cr), sink (Zn), dəmir (Fe), manqan (Mn) və titan (Ti) elementlərindən ibarət olub qeyri-üzvi tərkiblidirlər. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-139/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən komissyon məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizası təyin edilmiş, aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 26876 nömrəli ekspert rəyinin nəticəvi hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X14 mal nomenklaturası, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən Qrup 69 keramika məmulatları mal mövqeyinə yalnız qəliblənmədən sonra yandırılmış keramika məmulatları daxil olunur. Aparılmış fizikikimyəvi tədqiqata əsasən ekspertizaya təqdim olunmuş keramika məmulatlarının qəliblənmədən əvvəl və ya sonra bişirilməsini (yandırılmasını) müəyyən etmək mümkün olmadı. Təqdim edilən keramika məmulatlarının qəliblənmədən sonra yandırılmış olubolmadığı müəyyən edilmədiyindən, keramika məmulatlarının XİFMN üzrə hansı koda uyğunluğunu müəyyən etmək mümkün olmadı. Qeyd edilən keramika məmulatlarının XİFMN üzrə hansı koda uyğunluğu, onların qəliblənmədən əvvəl və ya sonra yandırılmış olduğu məlum olduqdan sonra müəyyən edilə bilər. Ekspertiza tədqiqatına təqdim edilmiş keramika plitələrin (nümunələrin) pərakəndə xx xxxx 2018-ci il tarixə orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: 1. Arxa hissəsində “made in İran” və “design in Spain” yazıları olan 900x300x8,1 mm ölçülü plitə - 11,00 manat; 2. Arxa hissəsində “made in İran” yazıları olan 900x300x(7,5-9,96) mm ölçülü plitə - 11,00 manat; 3. 330x330x11 mm ölçülü plitə - 12,00 manat; 4. Arxa hissəsində “made in İran” və “design in Spain” yazıları olan 600x300x0,8 mm ölçülü plitə - 12,00 manat; 5. Arxa hissəsində “made in İran” və “design in Spain” yazıları olan 900x300x0,9 mm ölçüdə plitə - 12,00 manat; Qeyd edilir ki, hər hansı əşyanın, malın miqdarından asılı olaraq qiymətlərində fərq olması istisna edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11146/12166 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli qərardad və tədqiqat obyektləri üzrə xx.xx.2019-cu il tarixdə 32994/33135 saylı ekspert rəyi verilmişdir. Eyni qərardad Mərkəzə təkrar təqdim edildiyindən ekspertlər qarşısında qoyulan suallar və tədqiqat obyektləri eyni olduğundan ekspertiza tədqiqatı aparılmadı. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sadalanan hüquq normalarının tələblərini və işin müəyyən olunan hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli 20619/20620 saylı, xx.xx.2019-cu il tarixli 32994/33135 saylı, xx.xx.2019-cu il tarixli 26527 nömrəli və xx.xx.2019-cu il tarixli 26876 nömrəli ekspert rəylərində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə həmin rəylər mötəbər sübutetmə vasitələri kimi qəbul edilməlidir. Həmçinin, məhkəmə yuxarıda göstərilmiş ekspert rəylərini nəzərdən keçirib və müqayisəli şəkildə təhlil aparıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli 20619/20620 saylı, xx.xx.2019-cu il tarixli 32994/33135 saylı, xx.xx.2019-cu il tarixli 26527 nömrəli və xx.xx.2019-cu il tarixli 26876 nömrəli ekspert rəyləri ilə malın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtısadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən 69-cu qrupa aid olması, başqa sözlə, İddiaçı MMC tərəfindən verilmiş **********6178 sorğu nömrəli sonrakı gömrük bəyannaməsində bəyan edilmiş malların 690722 9000 kodu altında sinifləşdirilməsi halı istisna edilir. Bunun səbəbi kimi isə Mərkəzdə müvafiq tədqiqatın aparılması üçün texniki bazanın olmaması göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtısadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən X25 X5 görə sinifləşdirilməsi aşağıdakı Qaydalara uyğun həyata keçirilir: 4. Yuxarıda göstərilən Qaydaların müddəalarına uyğun sinifləşdirilməsi mümkün olmayan mallar daha oxşar (yaxın) mallara uyğun mal mövqeyində sinifləşdirilir. “Azərbaycan Respublikasının X14 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 69-cu qrupunun “digər keramika məmulatları” adlanan 2-ci yarımqrupunda iddiaçının sərhəd gömrük orqanına təqdim etdiyi ilkin bəyannamədə “6914 90 0000” kimi göstərdiyi mal kodu altında mal mövqelərinin adları “digərləri” kimi göstərilmişdir. Məhkəmə bu halla bağlı, həm də, onu qeyd edir ki, iddiaçı tərəf təyinat ölkəsinə ixrac etmək istədiyi malın kodunu öz mövqeyinə və iradəsinə əsasən deyil, mənşə ölkəsi İran İslam Respublikasının Astara şəhərində yerləşən “X33 Trading Co. LTD” şirkətindən xx xxxxx 2018-ci il tarixli, 2018/04/02/01 saylı müqavilə və xx xxxx 2018-ci il tarixli UE/18/07/01 saylı invoysda, habelə xx.xx.2018-ci il tarixdə İran Ticarət, Sənaye, Mədən və Kənd Sənayesinin sədri tərəfindən verilmiş **********001 saylı, AA2294063 nömrəli mənşə sertifikatında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir. Beləliklə, iddiaçı “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun dispozisiyası “bəyannaməçinin hüquq və vəzifələri” olan 10.1-ci maddəsinin tələblərinə riayət etmişdir. Belə ki, adıçəkilən Qanunun müvafiq maddəsində təsbit edilmişdir ki, bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən sərhəd gömrük orqanına verilmiş **********6178 sorğu nömrəli ilkin gömrük bəyannaməsində malın kodunun “6914 90 0000” kimi göstərilməsi yuxarıda göstərilmiş qanunvericilik normalarının tələblərinə, tamamilə, uyğun olmuşdur. Başqa sözlə, gömrük orqanı ona təqdim edilən ilkin bəyannamə ilə razılaşmamaqda haqlı olmamış, özünü qane edən ikinci bəyannamənin qəbul edilməsi isə bəyannaməçidən əsassız səbəblərdən qanunvericiliklə müəyyən edilən məbləğdən xeyli artıq gömrük rüsumunun alınması ilə nəticələnmiş, bütün bunlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçını böyük maddi itkilərlə üzləşdiyindən əlverişsiz vəziyyətə salmışdır. Belə oldugu təqdirdə isə bu vəziyyət Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 2-ci bəndinin tətbiq sahəsinə daxildir, çünki məhkəmə bu müdaxilənin “qanunla nəzərdə tutulması”nı, qanuni məqsədini və izlənilən məqsədə mütənasib olmadığını müəyyən edir. Toğrul Bolqarıstana qarşı xx xxxxxx 2018 -ci il tarixli iş üzrə qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi və şərhi ilə bağlı prinsiplər eyni xarakterli hallarda aşağıda qeyd edilmiş qanun və qərarlarda da öz əksini tapmışdır : Anheuser –X21rşı işi №73049/01, §62, CEDH 2007 –İ ; J.A. Pye (oxford) Ltd və J.A. Pye (Oxford) Land Ltd c. Birləşmiş Krallıq [GC] n°44302/02 §52, CEDH 2007 –İİİ; Beyeler c. İtaliya [GC] n°33202/96 §107, CEDH –İ ; Gasus Dosier – und Fördertechnik GmbH C Norveç, xx xxxxxx 1995 §60, seriya A n° 306 –B ; AGOSİ c Birləşmiş Krallıq, xx xxxxxxx 1986, §§ 51 və 52, seriya A n°108, Grifhorst c Fransa, n° 28336/02, §§ 84-86, xx xxxxxx 2009 və Gabric c. Xorvatiya n°9702/04 §§ 33, x xxxxxx 2009). Bununla bağlı olaraq Məhkəmə qeyd etdi ki, iddiaçıya cərimə ödəmə və gömrük xidmətində bəyan etmədiyi məbləğin müsadirə olunması kimi cəza müəyyən edilmişdir. Bu xarakterli məsələlərlə bağlı hüquq nəzəriyyəsinə (təcrübəsinə) əsaslanaraq Məhkəmə hesab etdi ki, əmlakına nəzərən iddiaçının hüququna müdaxilədən bəhs olunduğu təqdirdə müzakirə edilən məsələlər əmlakdan istifadə qanunundan asılıdır və bu vəziyyət 1 saylı Protokolun 1-ci maddəsinin 2-ci bəndinin tətbiq sahəsinə daxildir. Belə ki, məhkəmə bu müdaxilənin “qanunla nəzərdə tutulması” nı, qanuni məqsədini və izlənilən məqsədə mütənasib olubolmadığını müəyyən etməlidir. Həmçinin qeyd edilir ki, müzakirə obyekti olan məsələlər nəğd pulun ixdalı və ixracını yoxlamağı nəzərdə tutmuşdur. Bu isə öz növbəsində 1 saylı Protokolun 1-ci maddəsinin ikinci abzasında ümumi marağa cavab verən “qanuni məqsəd” kimi təhlil edilir. Bundan başqa, hazırki iş üzrə səlahiyyətli orqanların izlənilən məqsəd və istifadə olunan vasitələr arasında mütənasibliyi əsaslandıran hesabatı təmin edibetmədiyini müəyyən etmək lazımdır. Başqa sözlə desək, Məhkəmə dövlət tərəfindən təsdiq edilmiş qiymətləndirmə meyarını nəzərə alaraq şəxsin əsas hüquqlarının müdafiəsi və ümumi maraq tələbləri arasında dəqiq tarazlığı təmin etməlidir (yuxarıda adı çəkilmiş Grifhorst §§ 94). Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı MMC-nin idxal etdiyi **********6178 saylı gömrük bəyənnaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə % - dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyışdirilərək rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli, 20619/20620 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 154,16 (bir yüz əlli dörd manat on altı qəpik), xx.xx.2019-cu il tarixli, 32994/33135 nömrəli məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 154,16 (bir yüz əlli dörd manat on altı qəpik), xx xxx 2019-cu il tarixli, 11146/12166 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 104,16 manat (bir yüz dörd manat on altı qəpik), xx.xx.2019-cu il tarixli, 26527 nömrəli məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 160 (bir yüz altmış) manat və xx.xx.2019-cu il tarixli, 26876 nömrəli məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 100 ( bir yüz) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə ekspertiza xərcləri cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə yönəldilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin idxal etdiyi **********6178 saylı gömrük bəyənnaməsinin “31.Malların təsviri” bölümündə olan “Döşəmə, divar üçün və su udma əmsalı 0,5 kütlə % dən çox olan, lakin 10 kütlə %-dən çox olmayan digər lövhəciklər” adlı malların təsvirinin və “33.Malın kodu” bölümündə olan ********** saylı alt yarımmövqe koduna düzəliş verilərək, sənədlərdə (ixracatçı şirkət tərəfindən təqdim edilən invoys və ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatı) göstərilən, qanunvericiliyə uyğun olan “malların təsviri” və doğru olan alt yarımmövqe koduna dəyişdirilərək rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 672,48 manat (altı yüz yetmiş iki manat qırx səkkiz qəpik) pul cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı- Dövlət xəzinadarlığı agentliyi; kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə ekspertizası mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE********************) Qərardan tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar