Məhkəmə qərarları › İş №2-1(112)-52/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-52/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-52/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (Abşeron rayon, Fatmayı kəndində qeydiyyatdadır, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ( halhazırda adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı cavabdehin **********28 saylı 23.04.2018-ci il tarixli məktubunun əsassız hesab edilməsi və Bakı şəhəri, Göradil bağ massivində yerləşən iddiaçıya məxsus bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sahəsi 20 sot olan bağ sahəsi miras əmlakı olub və uzun illərdir iddiaçının istifadəsindədir. Həmin bağ sahəsi onun valideynlərinin – atası Fərəc Allahverdi oğlu və anası X5 məxsus olmuşdur. Onlar birlikdə ailəliklə Abşeron rayonu Fatmayı kəndində yaşayıblar. İddiaçının anası X7 20.03.1984-cü ildə vəfat etmiş və vəfatından sonra 20 sotdan ibarət olan göstərilən bağ sahəsini iddiaçı miras əmlakı kimi qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli 2(012)- 5830/2017 saylı qətnaməsi ilə onun Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sahəsi 20 sot bağ sahəsini miras əmlak kimi qəbul etməyi faktı təsdiq edilmişdir. Həmin qətnamə artıq öz qanuni qüvvəsini almışdır. İddiaçı 30 mart 2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən və miras əmlak kimi ona məxsus olan bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Müraciətinə bütün zəruri sənədləri, o cümlədən Abşeron Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(012)-5830\2017 saylı qətnaməsini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontoru xüsusi notariusu X4 hüquqmüəyyənedici sənədlərin verilməsinə dair məktubunu və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, X8 9/548 saylı arxiv arayışlarını təqdim etmişdir. Lakin buna baxmayaraq, cavabdeh əsassız olaraq **********28 saylı 23.04.2018-ci il tarixli məktubunda ona dövlət reyestrindən çıxarış verməkdən imtina edərək bildirmişdir ki, göstərilən bağ sahəsinə dair məlumat aşkar olunmamış və bu sahə digər bağ sahələrinin ərazisi ilə üst-üstə düşür. Məktubda əlavə olaraq bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərinin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası, protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim edilməsi zəruridir. Bununla əlaqədar iddiaçı bildirmişdir ki, icarə müqaviləsi, order və tələb olunan digər sənədlər olmadığına görə onları təqdim etmək mümkün olmamışdır. Lakin Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sahəsi 20 sot olan bağ sahəsinin iddiaçının tərəfindən miras əmlak kimi qəbul etməyi aktının müəyyən edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi, məhkəmədə ifadə vermiş şahidlər bu bağ sahəsinin iddiaçının valideynlərinə məxsus olmasını və onların vəfatından sonra bu sahəsinin onun tərəfindən idarə edilməsini təsdiq etməkləri, arxiv arayışlarında göstərilən bu bağ sahəsinə dair ətraflı məlumatların verilməsi həmin bağ sahəsi üzərində iddiaçının vərəsəlik hüququnu təsdiq edir və həmin əsasa görə də, qeyd edilən torpaq sahəsinə dair iddiaçıya daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış verilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, ərizəyə əlavə edilmiş sənədlər surətlərdir. 1 saylı Bakı Ərazi İdarəsinin arxiv əsaslarında Xeyransa Əllam və Fərəc Allahverdi oğlunun adlarına bağ sahəsi olması barədə məlumat aşkar olunmamışdır. Bundan əlavə kadastr məlumatlarına əsasən göstərilən sahə digər bağ sahələrinin ərazisi ilə üst-üstə düşür. Ərizəyə əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-5830/2017 saylı 31.08.2017-ci il tarixli qətnaməsi haqqında Bakı şəhər Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 12.04.2018-ci il tarixli, **********54 saylı və 23.04.2018-ci il tarixli, **********28 saylı cavab məktubları ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka təyin edilmiş müayinə aktından görünür ki, bağ sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 2000.0 kv.m faktiki isə 2077.0 kv.m-dir. Sözügedən ərazi bələdiyyə mülkiyyətinə deyil, bağ sahəsi üçün ayrılmış əraziyə aiddir. Abşeron Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(012)-5830/2017 saylı qətnaməsi ilə İddiaçı ərizəsi təmin edilmiş, 20 mart 1984-cü il tarixdə vəfat etmiş ərizəçinin anası Xeyransa Əllam (Qulam) qızından miras qalmış Binəqədi rayonu Goradil bağ massivində yerləşən, sahəsi 20 sot olan bağ sahəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, müvafiq torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bundan başqa, müvafiq torpaq sahəsinə dair qanunvericiliklə tələb olunan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin, İdarənin arxivində Xeyransa Əlləm (Qulam) qızına və ya İddiaçı torpaq sahəsi ayrılması barədə hər hansı məlumat aşkar edilməmişdir. Müvafiq məhkəmə qətnaməsində istinad edilən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması qanunvericiliyin tələblərinə ziddir. 1 saylı Bakı Ərazi İdarəsinin Abşeron Rayon Məhkəməsinin İddiaçı tərəfindən şəxsən təqdim edilmiş, 31 avqust 2017-ci il tarixli, 2(012)-5830/2017 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti imzalanmağa hüququ olmayan şəxs tərəfindən verildiyi əsas gətirilərək apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan 16 may 2018-ci il tarixdə idarə tərəfindən şikayət verilmiş və Abşeron Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərardadı ilə həmin şikayət qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 17 aprel 2018-ci il və 21 may 2018-ci il tarixli qərardadları ilə ləğv edilmiş və Abşeron Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(012)- 5830/2017 saylı qərardadı ilə “apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddəti ötürdükdən sonra verildiyi” əsas gətirilərək idarənin Abşeron Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5830/2017 saylı, 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə ilk dəfə 13 mart 2018-ci il tarixdə İddiaçı ərizəsinə əlavə edilməklə idarəyə daxil olmuşdur. Müvafiq məhkəmə qətnaməsindən idarə tərəfindən 12 aprel 2018-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 2(012)-5830/2017 saylı qərardadından **********46 saylı, 14 sentyabr 2018-ci il tarixli apellyasiya şikayəti verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlunat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi F.K. Allahverdiyev məhkəmədə iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1935-ci il təvəllüdlüdü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23.04.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv əsaslarında Xeyransa Əllam və Fərəc Allahverdi oğlunun adlarına bağ sahəsi olması barədə məlumat aşkar olunmamışdır. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən sahə digər bağ sahələrinin ərizəsi ilə üst-üstə düşür. Bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvülük kitabçası və ya, protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim edilməsi zəruridir. Sözügedən ünvanda yerləşən bağ sahəsi ilə bağlı **********54 nömrəli, 12.04.2018-ci il tarixli cavab məktubu ilə məlumat verilmişdir. Həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontoru xüsusi notariusu X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisinə ünvanladığı 07 fevral 2018-ci il tarixli, 938 nömrəli məktubunun surətinə əsasən, Xeyransa Əllam qızından qalmış ünvan 2i ünvanında yerləşən 0.20 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası X8 27.07.2014-cü il tarixli arxiv arayışına əsasən, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Fatmayı kəndinin 1886-cı ilə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunub: Qulam (həmçinin Əllam. Qulam, Əllam eyni şəxsdir. Sənəddə olduğu kimi) Vəzir oğlu 31 yaş. Onun oğlu Sədulla Qulam (həmçinin Əllam. Qulam, Əllam eyni şəxsdir. Sənəddə olduğu kimi) oğlu - 2 aylıq. Onların Fatmayı kəndində 1425 kv bərabər olan üçüm bağları olmuşdur. Ailə 5 rubl 50 qəpik dəyərində dövlət vergi və torpaq rüsumu ödəmişdir. 583593 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Azərbaycan Respublikası vətəndaşı İddiaçı 1935-ci ildə doğulmuşdur. 728236 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, Xeyransa Əllam qızı 20 mart 1984-cü ildə ölmüşdür. RX ******* nömrəli, 29.03.2018-ci il tarixli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1569 saylı bağ sahəsi X1 mülkiyyətindədir. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair 29.03.2018-ci il tarixli arayışın surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1569 saylı bağ sahəsinin 14.03.2018-ci il tarixinə bazar dəyəri 34.000 manat təşkil etmişdir. 228326 nömrəli, 28.03.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1569 saylı bağ sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsindən X1 adına verilmiş Bakı şəhəri, ünvan 2i, 1569 saylı bağ sahəsinə dair çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi 17.05.2021-ci il tarixli, **********60 nömrəli məktubu ilə X1 adına verilmiş Bakı şəhəri, ünvan 2i, 1569 saylı bağ sahəsinə dair əsasən olmuş sənədləri ( RX ******* nömrəli çıxarış, 28.03.2018-ci il tarixli torpaq sahəsinin planı və Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Goradil ərazisindəki 1569 nömrəli bağı istifadəyə verilməsi haqqında 24890 saylı müqavilənin surəti) təqdim etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5830/2017 saylı işi üzrə qəbul etdiyi 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə 20 mart 1984-cü il tarixdə vəfat etmiş ərizəçinin anası Xeyransa Allam (Qulam) qızından miras qalmış Binəqədi rayonu Goradil bağ massivində yerləşən sahəsi 20 sot olan bağ sahəsi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktın müəyyən edilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-668/2019 saylı işi üzrə qəbul etdiyi 06 fevral 2019-cu il tarixli qətanməsinə əsasən, maraqlarına toxunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(012)-5830/2017 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul olunması: İddiaçı ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0.20 ha olan torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)- 5830/2017 saylı qətnaməsinə və Milli Arxiv İdarəsi, X8 9/548 saylı arxiv arayışına istinad edərək qeyd olunan torpağa dair hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Məhkəmə İddiaçı iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0.20 ha olan bağ sahəsinə dair iddiaçının istifadə hüququnun yaranmasını təsdiq edən sənədlər mövcud deyil. İddia ərizəsinə əlavə edilmiş qeyri yaaşayış sahəsinə Milli Arxiv İdarəsi, X8 9/548 saylı arxiv arayışları isə iddiaçının həmin əmlaka istifadə hüququnu təsdiq edən sübut sayıla bilməz. Əlavə olaraq iş materiallarından görünür ki, iddiaçının mübahisə predmeti olan bağ sahəsinin miras kimi qəbul edilməsi faktın müəyyən edilməsi barədə Abşeron Rayon Məhkəməsinin qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. “Daşınmz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.” Göründüyü kimi iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0.20 ha olan bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunda göstərilmiş əsaslardan heç biri mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin **********28 saylı 23.04.2018-ci il tarixli məktubunun əsassız hesab edilməsi və Bakı şəhəri, Göradil bağ massivində yerləşən iddiaçıya məxsus bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə” iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,34,68,69, 85, 110-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin **********28 saylı 23.04.2018-ci il tarixli məktubunun əsassız hesab edilməsi və Bakı şəhəri, Göradil bağ massivində yerləşən iddiaçıya məxsus bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə” iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar