Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-52/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi, vəkil Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X17 Xidmətinə qarşı “yeni təhqiqat aktının tərtib edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X17 Xidmətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək “SOCAR”-ın “X18 Tresti”nin sabiq işçisi olan iddiaçının iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının təhqiqat aktının ləğv edilməsi, iddiaçının istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təstiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. “X18 Tresti” ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, işin icraatının təzələnməsi, “X18 Tresti”nin üçüncü şəxs qismində cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. “X18 Tresti” həmin qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1051/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. “X18 Tresti” qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1372/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-3069/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə “X18 Tresti”nin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16486/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X18 Tresti”nin üçüncü şəxs qismində cəlbetmə barədə ərizəsi təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X18 Tresti” iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1982-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müxtəlif müəssisələrində elektrik montyoru işləmiş, 2007-ci ildən isə “X18” Trestində 5-ci dərəcəli elektrik montyoru peşəsində çalışmışdır. 2015-ci il 23 sentyabr tarixində Günəşli yatağında yerləşən 13 saylı dərin-dəniz özülündə işdə olduğu zaman hemorragik insult keçirmişdir. Həmin tarixdə o, helikopter vasitəsi ilə sahilə çıxarılıb X5 təcili tibbi yardım maşını ilə X7 aparılmış və orada 5 gün ağır vəziyyətdə reanimasiyada olmaqla, müalicə olunmuşdur. Bu barədə xəstəxana tərəfindən arayış verilsə də, təhqiqat aparılmamış, İZ formalı akt tərtib olunmamışdır. İstehsalatda əmək şəraitində keçirtdiyi insultun təhqiqatının aparılması və təhqiqat aktının tərtib edilməsinin X15 həvalə edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2-1(81)-3969/2016 saylı qərarı ilə onun istehsalatda əmək şəraitində keçirtdiyi insultun təhqiqatının aparılması və təhqiqat aktının tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-562/2017 saylı 09 mart 2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2- 1(81)-3969/2016 saylı qərarı qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-1324/17 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-562/2017 saylı 09 mart 2017-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsində işə yenidən baxılmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-l(103)-2535/2017 saylı 07 dekabr 2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2-1(81)-3969/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan yenidən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2-1(102)-660/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Təhqiqat aparmaq əvəzinə qaydalara uyğun tərtib edilməyən komissiya məhkəmə qərarına tam zidd olaraq məhkəmənin tanıdığı X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdiyi tibbi rəyin olmasına və bədbəxt hadisənin dənizdə ağır əmək şəraitində çalışdığı 15-ci gündə baş verməsinə baxmayaraq onun keçirtdiyi insult diaqnozunun peşə xəstəliyi ilə əlaqəli olubolmaması barəsində tibbi rəy almaq üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi V.Y.Axundov adına Milli X2 İnstitutuna müraciət etmişdir. Sözügedən təhqiqat aktı qanunsuz və əsassız qəbul edilmiş, onun hüquqlarının birbaşa pozulmasına əsas olmuşdur. Tərtib etdikləri akt Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəyə uyğun gəlmir. Lakin qanunsuz tərtib olunmuş komissiya aktının 6-cı bölümündə iddiaçıya “təyin olunmuş hemorragik insult diaqnozunun istehsalatda əmək şəraiti ilə əlaqəli olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vəli Axundov adına Milli Elmi Tədqiqat X6 təqdim edilmiş tibbi rəylə təsdiqlənmədiyindən onun səhhətinin pozulması halı istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır” qərarın qəbul edilməsi qeyd olunmuşdur. Halbuki X17 Xidmətinin rəsmi müraciətində və Milli Elmi Tədqiqat X8 rəsmi cavabında ona təyin olunmuş insult diaqnozunun istehsalatda əmək şəraiti ilə yox, peşə xəstəliyi ilə əlaqəli olub-olmaması barədə rəy öz əksini tapıb. Beləliklə araşdırılma aparılarkən Vəli Axundov adına Milli Elmi Tədqiqat X8 tibbi rəyinə istinad edilmiş, bu rəy isə hadisənin baş verdiyi 2015-ci il tarixindən düz 3 il sonra 16 iyul 2018-ci il tarixdə verilmişdir. Bədbəxt hadisənin iddiaçının ağır əmək şəraitində dənizdə platformada çalışdığı 15-ci gündə baş verməsi bir başa xəstəliyin əmək şəraiti ilə səbəbli əlaqəsinin ən aşkar sübutudur. Onun iş yeri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 iyun 1993-cü il tarixli 320 nömrəli və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarları ilə xüsusi zərərli və xüsusi ağır şəraitli iş yeri kimi təsdiq edilib. Hətta, sonuncu qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2535/2017 saylı 07 dekabr 2017-ci il tarixli qərarı çıxarılarkən aparılan məhkəmə araşdırması zamanı da, təqdim edilən iş materialları ilə sübut olunmuşdur ki, iddiaçı insultu iş yerində, istehsalatda əmək şəraitində keçirmişdir. Həmçinin, məhkəmə qərarının əsaslandırma hissəsində qeyd etməyi zəruri hesab etmişdir ki, insultun istehsalatda əmək şəraiti ilə səbəbli əlaqəli olmasının hadisənin üzərindən 2 ilə yaxın vaxt keçmiş olduğundan ekspertiza tədqiqatı ilə müəyyən edilməsi mümkünsüzdür. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh X17 Xidmətinə qarşı istehsalatda əmək şəraitində keçirdiyi insultun təhqiqatının aparılması və təhqiqat aktının tərtib edilməsinin cavabdehə həvalə edilməsi tələbi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3969/2016 nömrəli qərarına əsasən iddia tələbi təmin edilərək təhqiqatın aparılması və təhqiqat aktının tərtib edilməsi vəzifəsi X17 Xidmətinə həvalə edilmişdir. Məhkəmə qərarın onunla əsaslandırmışdır ki, istehsalatda baş vermiş bədbəxt hadisənin təhqiqatını aparmadan həmin bədbəxt hadisənin istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını müəyyən etmək mümkün deyildir. Beləliklə, baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılmalı və təhqiqatın nəticəsinə uyğun müvafiq akt tərtib edilməlidir. Sözügedən məhkəmə qərarından apellyasiya və kassasiya qaydasında şikayət olunsa da yuxarı instansiya məhkəmələri tərəfindən baş vermiş hadisənin istehsalatla bağlı olub-olmamasının təhqiqatın nəticəsinə uyğun olaraq müəyyən edilməsinin zəruriyəti vurğulanaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3969/2016 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Həmin qərara əsasən Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli 68-T nömrəli əmrlə təhqiqat komissiyası yaradılaraq təhqiqat aktı tərtib olunmuş və iddiaçının səhhətinin pozulmasının istehsalatda əmək şəraiti və ya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində alınmış hər hansı xəsarət ilə əlaqəli olmadığı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı X17 Xidmətinə qarşı təhqiqatın aparılması və təhqiqat aktının tərtib olunması tələbi ilə məhkəməyə müraciət etməsinə və həmin mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına baxmayaraq, yenidən eyni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddiaçının ikinci dəfə eyni tələb və eyni əsasları məhkəməyə müraciət etməsi işə baxılmasını mümkünsüz edir. Digər bir mübahisəli məsələ isə iddiaçının keçirtdiyi insultun baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirərək uçota alınması və İZ aktının verilməsi tələbi ilə çıxış etməsidir ki, istehsalatda baş vermiş bədbəxt hadisənin uçota alınması və təhqiqat aktının nəticəsinə uyğun olaraq İZ formalı aktın verilməsi işəgötürən tərəfindən həyata keçirilir və X17 Xidmətinin səlahiyyətinə aid deyildir. X5 xx.xx.2016-cı il tarixli, 326 nömrəli və V.Y Axundov adına X3 İnstitutunun xx.xx.2018-ci il tarixli, 133/4 nömrəli məktublarına baxıldığı zaman iddiaçının hadisə baş verməmişdən əvvəl hipertoniya xəstəsi olduğu və səhhətində yaranan problemlərin peşəsi ilə əlaqəsinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Qeyd olunanları və iddiaçının tələbinin mümkünsüzlüyünü nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxsin iddia ərizəsinə dair yazılı etirazında göstərilmişdir ki, iddiaçı əvvəllər SOCAR-ın “X18” trestinin 5-ci dərəcəli elektrik avadanlıqlarına xidmət edən elektrik-montyoru peşəsində işləyərkən, xx.xx.2015-ci il tarixdə, saat 11-00-da 13 saylı X19 qrafikə əsasən briqada üzvləri ilə birgə növbə dəyişməsi zamanı helekopter gözləyərkən, özünü narahat hiss etmiş, tibb feldşeri tərəfindən ilkin yardım göstərildikdən sonra briqada üzvləri ilə birgə helekopterlə sahilə çıxarılan işçi təcili tibbi yardım maşını ilə “Tibbi sığorta proqramı” üzrə SOCAR-ın işçilərinə xidmət göstərən X7 aparılmışdır. Xəstəxanada müayinə zamanı ona “heportoniya, beyin sol yarım kürəsinin hemogen insultu” diaqnozu qoyulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, işçi bundan əvvəlki illərdə eyni xəstəliklə uzun müddətdir ki, əziyyət çəkmiş və müalicələr almışdır. "SOCAR-ın "X18” trestinin sabiq işçisi İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 24 aprel tarixli, 2-1(102)-660/2018 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının Təhqiqat aktı”ndan görünür ki, SOCAR-ın "X18” trestinin elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru İddiaçı təyin olunmuş diaqnozun istehsalatda əmək şəraiti ilə əlaqəli olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vəli Axundov adına Milli Elmi Tədqiqat X6 təqdim edilmiş tibbi rəylə təsdiqlənmədiyindən onun səhhətinin pozulması halı istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına X4 İnstitutu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Komissiyanın sədri, 7 saylı region üzrə X14 məsləhətçi-əmək müfəttişi Samir Məmmədova ünvanlanmış 133/4 nömrəli, 16 iyul 2018-ci il tarixli məktuba əlavə edilmiş tibbi rəyin surətinə əsasən Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2017-ci il tarixli, 2-1(103)-2535/2017 nömrəli qərarının icrası ilə Cavabdeh müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən SOCAR-ın "X18” trestinin işçisi İddiaçı 23 sentyabr 2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı aparılan təhqiqatla əlaqədar olaraq, X10 tərəfindən 23 sentyabr 2015-ci il tarixdə "Hipertoniya xəstəliyi İİİ. Beyin sol yarımkürəsinin hemorragik insultu. Sağ tərəfli hemiparez və motor afaziya ilə” diaqnozunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 saylı Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”-nın 3.4-cü bəndinin tələblərinə müvafiq olaraq, təyin olunmuş diaqnozların onun peşəsi ilə əlaqəsinin məqsədəuyğun hesab edilməməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MəhkəməTibbi Ekspertiza və X16” publik hüquqi şəxsi tərəfindən 1276 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T143/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən vətəndaş İddiaçı xx.xx.2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı X10 tərəfindən həmin tarixdə ona qoyulan "Hipertoniya xəstəliyi İİİ, beyin sol yarımkürəsinin hemorragik insultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozunun istehsalatda əmək şəraitində baş verməsi ilə birbaşa səbəbli əlaqəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "MəhkəməTibbi Ekspertiza və X16” publik hüquqi şəxsi tərəfindən 1276 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T143/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən iddiaçının xx.xx.2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı X10 tərəfindən həmin tarixdə ona qoyulan "Hipertoniya xəstəliyi İİİ, beyin sol yarımkürəsinin hemorragik insultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozunun istehsalatda əmək şəraitində baş verməsi ilə birbaşa səbəbli əlaqəsi vardır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2017-ci il tarixli, 2- 1(103)-2535/2017 nömrəli qərarının icrası ilə Cavabdeh müvafiq əmri ilə yaradılmış komissiyanın rəyində və T559/2022 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində iddiaçının xx.xx.2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı qoyulmuş diaqnozun istehsalatda əmək şəraitində baş verməsi ilə əlaqədar olmaması müəyyən edilmişdir. Lakin T143/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyində isə iddiaçıya xx.xx.2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı qoyulmuş diyaqnozun istehsalatda əmək şəraitində baş verməsi ilə birbaşa səbəbli əlaqəsi olması qeyd edilmişdir. Hazırki iş üzrə iddiaçının xx.xx.2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı qoyulmuş diaqnozla bağlı iki rəydə əmək şəraitində baş verməsi ilə birbaşa səbəbli əlaqəsi olmaması, bir rəydə isə diaqnozun istehsalatda əmək şəraitində baş verməsi ilə birbaşa səbəbli əlaqəsi olması qeyd edilmişdir. T 559/2022 saylı xx.xx.2022-ci il tarixli və T143/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyləri qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, ekspert rəylərində ekspertlərin ixtisasları göstərilməmiş, xx.xx.2023-cü il tarixli rəydə Azneft İB-nin “28 May” NQÇİ-nin xx.xx.2015-ci il tarixli SOCAR/15- 1100/xx-xx-00004 nömrəli məktubuna əsasən aparılmış növbədənkənar instrumental ölçmə işlərinin nəticələrinə istinad edilsə də, həmin sənəd rəyə əlavə edilməmişdir. Ümumiyyətlə rəylər əsaslandırılmamışdır. Ekspertin iddiaçının iş zamanı aldığı hansı xəstəliklərin nəticəsində insult keçriməsi müəyyən edilmir. Həmçinin, rəylərdə ekspertlərin ixtisasları qeyd edilmədiyindən ekspertlərin hansı ixtisaslı olduqlarını müəyyən etmək mümkün olmur, bu da ekspert rəylərinin mötəbərliyini sual altına alır. Möhtəbər olmayan ekspert rəyləri ilə hazırki iş üzrə ədalətli, düzgün, qanuni qərarın qəbul edilə bilməsi qeyri-mümkündür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izhahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Cavabehin nümayəndəsinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18 yanvar 2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə bildirilmişdir ki, müraciətində 1 sayı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(81)-3969/2016 nömrəli qərarının icra olunmasını, xx.xx.2015-ci il tarixdə “X18” trestində iş vaxtı keçirdiyini insultun istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının və İZ formalı aktın verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bildirilmişdir ki, əvvəllər etdiyi eyni məzmunlu müraciətləri əsasında X17 Xidmətində araşdırma aparılmış və nəticəsi barədə ona müvafiq qaydada cavab verilmişdir. Bir daha nəzərinə çatdırılmışdır ki, Cavabdehnə qarşı istehsalatda əmək şəraitində baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılması və aktın tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddiası Azərbaycan Respublikası Bakı Apellyasiyası Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2017-ci il tarixli, 2-1(103)-2535/2017 nömrəli qərarı ilə təmin edilmiş və baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılması üçün təhqiqat komissiyasının yaradılması öhdəliyi Xidmətin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli, 2-1 (102)-660/2018 nömrəli qərarı ilə X17 Xidmətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiyası Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarının icra edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun təhqiqat komissiyası yaradılmış və hadisənin təhqiqatı aparılmışdır. Ona təyin olunmuş “Hipertoniya xəstəliyi İİİ. Beyin sol yarımkürəsinin hemorragik insultu. Sağ tərəfli hemiparez” diaqnozunun istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması ilə bağlı təhqiqat komissiyasının sədri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Axundov adına Milli Elmi Tədqiqat X9 müraciət olunmuşdur. İnstitutdan təqdim edilmiş tibbi rəydə elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyorunun əmək vəzifələrinə aid olan işlərin və iş şəraitinin davamlı və daimi xarakter daşımadığından, hadisə baş verən anda ekstremal situasiyalar-elektrikvurma, hipertermiya, qəza, təbii fəlakət, stress və emosional gərginlik olmadığından səhhətində yaranan problemlərin peşə ilə əlaqəli hesab edilməsinin məqsədə uyğun olmadığı göstərilmişdir. Səhhətinin pozulması halının istehsalatda əmək şəraiti ilə əlaqəli olması tibbi rəylə təsdiqlənmədiyindən təhqiqat komissiyası səhhətinin pozulması halının istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməməsi və uçota alınmaması barədə rəy vermişdir. Təhqiqat komissiyasının rəyi ilə razılaşmadığı təqdirdə yuxarıda göstərilən Qaydaların 1.5-ci bəndinə müvafiq olaraq məhkəməyə müraciət etmək hüququ vardır. “SOCAR-ın “X18” trestinin sabiq işçisi İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 24 aprel tarixli, 2-1(102)-660/2018 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının Təhqiqat aktı”ndan görünür ki, SOCAR-ın “X18” trestinin elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru İddiaçı təyin olunmuş diaqnozun istehsalatda əmək şəraiti ilə əlaqəli olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vəli Axundov adına Milli Elmi Tədqiqat X6 təqdim edilmiş tibbi rəylə təsdiqlənmədiyindən onun səhhətinin pozulması halı istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)3969/2016 saylı, 21 noyabr 2016-cı il tarixli qərarı ilə iddia təmin edimiş, İddiaçı istehsalatda əmək şəraitində keçirtdiyi insultun təhqiqatının aparılması və təhqiqat aktının tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-562/2017 nömrəli 09 mart 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-3969/2016 saylı, 21 noyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1324/2017 nömrəli, 20 sentyabr 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən verilmiş kasassiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 562/2017 nömrəli 09 mart 2017-ci il tarixli qərarı ləğv edilmişdir. İşin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2535/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 3969/2016 saylı, 21 noyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-660/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2535/17 nömrəli xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin 68-T nömrəli, xx.xx.2018-ci il tarixli, “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında” Əmrin surətinə əsasən SOCAR-ın “X18” trestinin işçisi İddiaçı 23 sentyabr 2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması halı baş vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiq edilməsi məqsədilə əmr edilmişdir ki, aşağıdakı tərkibdə təhqiqat komissiyası yaradılsın: sədr: S.Ə. Məmmədov – 7 saylı region üzrə X14 məsləhətçi - əmək müfəttişi, üzvlər: Ə.Ə.Fiqarov – “SOCAR-ın “X18” trestinin sənaye sanitariya laboratoriyasının müdiri, C.A. Qədirov - “SOCAR-ın “X18” trestinin “Günəşli” istehsalat bölümünün rəisi. Komissiyanın sədri S. Məmmədova tapşırılsın ki, baş vermiş bədbəxt hadisənin təhqiq edilməsini “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”-na uyğun təmin edib, təhqiqat materiallarını X17 Xidmətinin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektoruna təqdim edilsin və əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektoru təhqiqat materiallarına əsasən müvafiq sənədləri hazırlayıb aidiyyəti orqan və təşkilatlara göndərilməsini təmin etsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vəli Axundov adına Milli Elmi Tədqiqat X9 ünvanlanmış 22 iyun 2018-ci il tarixli, 47-2(T) nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2017-ci il tarixli, 2-1(103)-2535/2017 nömrəli qərarının icrası olaraq Cavabdeh müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən SOCAR-ın “X18” trestinin işçisi İddiaçı 23 sentyabr 2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə əlaqədar təhqiqat aparılır. X1 təqdim edilmiş məktubda və “Epikriz”-də M. Ağayevin 23 sentyabr 2015-ci il tarixdə “Hipertoniya xəstəliyi İİİ. Beyin sol yarımkürəsinin hemorragik insultu. Sağ tərəfli hemiparez və motor afaziya ilə” diaqnozu ilə xəstəxanaya müraciət etdiyi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”-nın 3.4-cü bəndinin tələblərinə müvafiq olaraq İddiaçı təyin olunmuş diaqnozların onun peşəsi ilə əlaqəli olub-olmaması barədə tibbi rəy verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına X4 İnstitutu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Komissiyanın sədri, 7 saylı region üzrə X14 məsləhətçi-əmək müfəttişi Samir Məmmədova ünvanlanmış 133/4 nömrəli, 16 iyul 2018-ci il tarixli məktuba əlavə edilmiş tibbi rəyin surətinə əsasən Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2017-ci il tarixli, 2-1(103)-2535/2017 nömrəli qərarının icrası ilə Cavabdeh müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən SOCAR-ın “X18” trestinin işçisi İddiaçı 23 sentyabr 2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı aparılan təhqiqatla əlaqədar olaraq, X10 tərəfindən 23 sentyabr 2015-ci il tarixdə “Hipertoniya xəstəliyi İİİ. Beyin sol yarımkürəsinin hemorragik insultu. Sağ tərəfli hemiparez və motor afaziya ilə” diaqnozunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”-nın 3.4-cü bəndinin tələblərinə müvafiq olaraq, təyin olunmuş diaqnozların onun peşəsi ilə əlaqəsinin məqsədəuygun hesab edilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” publik hüquqi şəxsi tərəfindən 5174 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 559/2022 saylı ekspert rəyinə əsasən vətəndaş M.A. Ağayevin tibbi sənədlərinə əsasən o, xx.xx.2015-ci il tarixdə istehsalatda əmək şəraitində olarkən qəflətən səhhətində yaranmış pozulma ilə əlaqədar X7 gətirilmiş və anamnestik, laborator instrumental müayinələr (baş beyninin KT müayinəsi) nəticəsində ona “Hipertoniya xəstəliyi İİİ, beyin sol yarımkürəsinin hemorragik insyultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozu müəyyən edilərək müvafiq müalicə təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” publik hüquqi şəxsi tərəfindən 1276 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 143/2023 saylı ekspert rəyinə əsasən vətəndaş M.A. Ağayevin xx.xx.2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı X10 tərəfindən həmin tarixdə ona qoyulan “Hipertoniya xəstəliyi İİİ, beyin sol yarımkürəsinin hemorragik insultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozunun istehsalatda əmək şəraitində baş verməsi ilə birbaşa səbəbli əlaqəsi vardır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində yeni təhqiqat aktının tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (212.1). Müvafiq icra hakimiyyəti orqanı: əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir; həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndəli orqanları ilə məsləhətləşməklə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsini təşkil və təmin edir; əməyin mühafizəsi vasitələrinin istehsalı barəsində müəssisələrə dövlət sifarişini müəyyən edir, bu vasitələrin hazırlanması və istehsalı üzrə müəssisələr yaradılmasına dair qərarlar qəbul edir; əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir, müəyyən edilmiş qaydada təsdiq olunmuş milli proqramları həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını və şərtlərini müəyyən edir; əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir; əməyin mühafizəsi üzrə respublikada vahid dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir (212.2). İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur (217.1). Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır (217.2). Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır (217.3). Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır (217.4). Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir (217.5). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı (1.2). İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər (1.3). İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr (1.4). İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X17 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X17 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). Tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X17 Xidmətinə məlumat verməlidirlər (1.7). İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X17 Xidməti həyata keçirir (1.8). Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır (1.9). Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X17 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X17 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır (2.1). Xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X17 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Qrup halında xəsarətlə və ya bir nəfər işçinin ölümü ilə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X17 Xidmətinin vəzifəli şəxsləri, üzvlər — sahə həmkarlar ittifaqı birliyinin, müəssisənin və yaxud onun tabeçiliyi üzrə yuxarı orqanının (əgər varsa) nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə X17 Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Əgər gizlədilmiş bədbəxt hadisə halı dövlət nəzarət orqanları, həmkarlar təşkilatı tərəfindən aşkar edilərsə və yaxud belə məlumat mətbuatdan, radio və televiziya proqramlarından, digər mənbələrdən daxil olarsa, bədbəxt hadisənin gizlədilmə səbəbləri X17 Xidməti tərəfindən araşdırılır və lazımi hallarda işəgötürənin iştirakı olmadan bu Qaydalara müvafiq bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir (2.2). İşəgötürən tərəfindən bu Qaydaların 1.7 bəndində nəzərdə tutulmuş orqanlara haqqında məlumat verilməmiş, həmçinin əmək qabiliyyətinin dərhal itirilməsi ilə nəticələnməmiş bədbəxt hadisə baş verdiyi vaxtdan sonra işçi əmək qabiliyyətini itirərsə (ölərsə), zərərçəkənin, yaxud onun mənafeyini təmsil edən şəxsin ərizəsi əsasında, ərizə verilən gündən bir ay müddətində həmin bədbəxt hadisə bu Qaydalara əsasən təhqiq edilir (2.3). Müəssisədə başqa təşkilat tərəfindən onun tapşırığını yerinə yetirmək və xidməti vəzifələrini icra etmək üçün göndərilmiş işçi ilə baş vermiş bədbəxt hadisə, müəssisənin və zərərçəkənin mənsub olduğu təşkilatın nümayəndəsinin iştirakı ilə təhqiq edilir. İZ formalı aktın 3-cü bəndində işçini göndərən təşkilatın adı göstərilir. Bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır (2.4). Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir (2.5). Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Qaydaların 2.4 bəndində göstərilən halda İZ formalı aktın 1 nüsxəsi zərərçəkənin əmək müqaviləsində olduğu müəssisəyə göndərilir. İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir (əlavə 1) və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır (əlavə 2) (2.6). Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi, hadisə baş vermiş müəssisənin (bölmənin) rəhbəri İZ formalı aktın bədbəxt hadisənin nəticələri haqqında 14-cü bəndini doldurur və bu barədə X17 Xidmətinə məlumat göndərir (əlavə 3) (2.7). İşəgötürən tərəfindən müvəqqəti olaraq işləmək üçün başqa təşkilata göndərilmiş və yaxud əvəzçilik üzrə çalışan işçi ilə baş vermiş bədbəxt hadisənin təhqiqatı, bu işçinin müvəqqəti işlədiyi, yaxud əvəzçilik üzrə çalışdığı təşkilatın və əsas iş yerinin nümayəndələrinin iştirakı ilə aparılır və hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır (2.8). Təhqiqat komissiyası əmək qanunvericiliyinə və bu Qaydaya əsasən bədbəxt hadisənin təhqiqatının aparılması müddətinə, müvəqqəti olaraq yaradılır. Təhqiqat komissiyası heyətinin ezamiyyə xərcləri hər bir komissiya üzvünün mənsub olduğu təşkilat tərəfindən (verilmiş əmrə əsasən) ödənilir, təhqiqat işinin gedişi dövründə onun aparılması ilə əlaqədar ortaya çıxan digər əlavə xərclər isə hadisə baş vermiş müəssisə və ya onun tabeçiliyi üzrə yuxarı orqanı tərəfindən ödənilir. Təhqiqat komissiyasının yekun sənədi (akt) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Akt tərtib edilən zaman komissiyanın hər bir üzvü öz rəyini yazılı şəkildə komissiyanın sədrinə təqdim edir. Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir (əlavə 4). Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər. Komissiyanın üzvləri zərərçəkənlərlə və ya onların ailə üzvləri ilə görüşərək, bədbəxt hadisə ilə əlaqədar qüvvədə olan qanunvericiliyə müvafiq, onların hüquqlarını izah etməlidir (3.1). Təhqiqat komissiyasının tələbi ilə işəgötürən aşağıdakıları təmin etməyə borcludur: bədbəxt hadisənin təhqiqatında iştirak etmək üçün mütəxəssis-ekspertlər dəvət etmək; texniki-hesablamalar, laboratoriya təhqiqatları, sınaqlar və başqa aidiyyəti işlərin aparılmasını təşkil etmək; bədbəxt hadisənin baş verməsinə səbəb olmuş obyektin, bədbəxt hadisənin yerinin fotoşəklini və komissiyanın işinə lazımi digər materialları təqdim etmək; təhqiqat üçün lazım olan nəqliyyat və rabitə vasitələrini təmin etmək; bədbəxt hadisənin xüsusi təhqiqat materiallarının çap edilməsini, lazım olan miqdarda çoxaldılmasını təmin etmək (3.2). Təhqiqat komissiyasının üzvləri təhqiqatın gedişində müəssisənin, onun struktur bölmələrinin rəhbərlərindən, şahidlərdən və digər şəxslərdən yazılı izahatlar almaq hüququna malikdirlər. Təhqiqat komissiyasının sədri zərərçəkənin aldığı xəsarətin xarakteri ilə ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında müalicə-profilaktika idarəsinin, məhkəmə-tibb ekspertizasının rəyini almaq hüququna malikdir. Təhqiqat zamanı, zəruri hallarda Təhqiqat komissiyası sədrinin sərəncamı ilə ekspert dəvət olunur və yaxud ekspert komissiyası yaradılır. Ekspert və ya ekspert komissiyası aparılan ekspertizanın nəticəsi barədə rəsmi rəy verməlidir (3.4). Təhqiqat aktına aşağıdakı sənədlər və məlumatlar əlavə olunmalıdır: hər bir zərərçəkən üçün İZ formalı aktın surəti; hadisə yerinin planı, sxemləri (eskizləri), müşahidə protokolları və fotoşəkilləri; sorğu protokolları; bədbəxt hadisənin şahidlərinin və digər aidiyyəti şəxslərin, eləcə də dövlət standartlarının, əməyin təhlükəsizliyi standartlarının, əməyin mühafizəsi üzrə qayda və normaların tələblərinə riayət edilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları; ekspert komissiyasının yaradılması barədə sərəncam (qərar, əmr); zərərçəkənin təlim keçməsi və təlimatlandırılması haqqında sənədlərdən çıxarış; zərərçəkənin aldığı xəsarətin xarakteri və ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında tibbi rəy; bədbəxt hadisənin səbəbləri haqqında ekspert komissiyasının rəyi (lazım gəldikdə), laboratoriya təhqiqatlarının və başqa təhqiqatların, təcrübələrin, analizlərin və s. nəticələri; qəza ilə əlaqədar olaraq dəymiş maddi ziyan haqqında arayış; istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi barədə məlumatlar (müqavilənin tarixi, tərəfləri və zərərçəkənin sığorta təminatı); təhqiqat komissiyasının yaradılması haqqında əmrin (sərəncamın) surəti; təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə tədbirlər və bunun üçün məsul şəxsləri müəyyən edən təlimatlardan, əsasnamələrdən, əmrlərdən, digər aktlardan çıxarışlar və Fövqəladə Hallar Nazirliyinin texniki təhqiqat aktının surəti. Siyahıya Təhqiqat komissiyası üzvlərinin xüsusi rəylərinin surətləri (belə hal olduqda) əlavə olunur. İşin hallarına görə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X18” Trestində elektrik montyoru peşəsində çalışarkən 2015-ci il 23 sentyabr tarixində Günəşli yatağında yerləşən 13 saylı dərin-dəniz özülündə işdə olduğu zaman hemorragik insult keçirmişdir. O, helikopter vasitəsi ilə sahilə çıxarılıb təcili tibbi yardım maşını ilə X7 aparılmış və orada 5 gün ağır vəziyyətdə reanimasiyada olmaqla, müalicə olunmuşdur. Bu barədə xəstəxana tərəfindən arayış verilsə də, təhqiqat aparılmamış, İZ formalı akt tərtib olunmamışdır. İddiaçı istehsalatda əmək şəraitində keçirtdiyi insultun təhqiqatının aparılması və təhqiqat aktının tərtib edilməsinin X15 həvalə edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2-1(81)-3969/2016 saylı qərarı ilə onun istehsalatda əmək şəraitində keçirtdiyi insultun təhqiqatının aparılması və təhqiqat aktının tərtib edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-562/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3969/2016 saylı qərarı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-l(102)-1324/17 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-562/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2535/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3969/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-660/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə də qüvvədə olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3969/2016 nömrəli qərarı onunla əsaslandırılmışdır ki, istehsalatda baş vermiş bədbəxt hadisənin təhqiqatını aparmadan həmin bədbəxt hadisənin istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını müəyyən etmək mümkün deyildir. Beləliklə, baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılmalı və təhqiqatın nəticəsinə uyğun müvafiq akt tərtib edilməlidir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyinə görə “hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Qüvvəyə minmiş məhkəmə qərarına əsasən Azərbaycan Respublikasının X17 Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli 68-T nömrəli əmrlə təhqiqat komissiyası yaradılmışdır. Komissiya iddiaçının keçirtdiyi insult diaqnozunun peşə xəstəliyi ilə əlaqəli olub-olmaması barəsində tibbi rəy almaq üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi V.Y.Axundov adına Milli X2 İnstitutuna müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına X4 İnstitutu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Komissiyanın sədri, 7 saylı region üzrə X14 məsləhətçi-əmək müfəttişi Samir Məmmədova ünvanlanmış 133/4 nöməli, 16.07.201 8-ci il tarixli məktuba əlavə edilmiş tibbi rəyinə əsasən Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-2535/2017 nömrəli qərarının icrası ilə Cavabdeh müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən SOCAR-ın "X18” trestinin işçisi İddiaçı 23 sentyabr 15-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı aparılan təhqiqatla əlaqədar olaraq, X10 tərəfindən xx.xx.2015-ci il tarixdə "Hipertoniya xəstəliyi İİİ, beyin sol yarımkürəsinin hemorragik insultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 3.4-cü bəndinin tələblərinə müvafiq olaraq, təyin olunmuş diaqnozların onun peşəsi ilə əlaqəsinin məqsədəuyğun hesab edilməməsi müəyyən edilmişdir. Məhkəmə qərarının icrası olaraq Təhqiqat Komissiyası təhqiqat akt tərtib etsə də, həmin təhqiqat aktında iddiaçının səhhətinin pozulmasının istehsalatda əmək şəraiti və ya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində alınmış hər hansı xəsarət ilə əlaqəli olmadığı müəyyən edilmişdir. Odur ki, iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş təhqiqat aktının ləğv edilməsi, istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyinin cavabdehin nüzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Lakin, yuxarıda qeyd edilən səbəblərdən həmin məhkəmə qərarı ləğv edilmişdir. Lakin, qeyd edilməlidir ki, təhqiqat aktı əməyin təhlüksizliyinə nəzarət edən orqan tərəfindən aparılmış araşdırmanın nəticələrini özündə əks etdirən bir sənəddir. Həmin sənəd çüəyyən məsələnin həllinə yönəlməyib, konkret şəxs və ya şəxslər dairəsinə ünvanlanmayıb və məcburi hüquq və vəzifələr yaratmır. Təhqiqat aktı inzibati aktın xarakterik xüsusiyyətlərini özündə əks etdirmədiyi üçün inzibati akt sayıla bilməz və inzibati qaydada mübahisələndirilə bilməz. Bu səbəbdən hazırkı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Beləliklə hazırkı məhkəmə araşdırmasının predmetini iddiaçının keçirdiyi insultun onun əmək şəraiti ilə səbəbli əlaqəsinin olub-olmamasını müəyyən etməkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” publik hüquqi şəxsi tərəfindən verilmiş T 143/2023 saylı ekspert rəyində iddiaçının xx.xx.2015-ci il tarixdə iş vaxtı səhhətinin pozulması ilə bağlı X10 tərəfindən həmin tarixdə ona qoyulan “Hipertoniya xəstəliyi İİİ, beyin sol yarımkürəsinin hemorragik insultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozunun istehsalatda əmək şəraitində baş verməsi ilə birbaşa səbəbli əlaqəsi olması göstərilmişdir. Cavabdehin və üçüncü şəxsin etirazlarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X16” publik hüquqi şəxsinin T 559/2022 saylı ekspert rəyi ilə sonuncu T 143/2023 saylı ekspert rəyi arasında ziddiyyətin olması göstərilsə də, məhkəmə həmin dəlli əsasız sayır. Belə ki, T 559/2022 saylı ekspert rəyində iddiaçının xx.xx.2015-ci il tarixdə istehsalatda əmək şəraitində olarkən qəflətən səhhətində yaranmış pozulma ilə əlaqədar anamnestik, laborator instrumental müayinələr (baş beyninin KT müayinəsi) nəticəsində ona “Hipertoniya xəstəliyi İİİ, beyin sol yarımkürəsinin hemorragik insyultu, sağ tərəfli hemiparez və motorafaziya ilə” diaqnozu müəyyən edilərək müvafiq müalicə təyin edildiyi qeyd edilmişdir. Sonuncu T 143/2023 saylı ekspert rəyi isə həmin rəylə hər hansı ziddiyyət təşkil etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməsi və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-52/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-52/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver