Məhkəmə qərarları › İş №2-1(112)-520/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-520/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-520/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X28 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, 3-cü şəxs X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3, 3-cü şəxs X19 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, 3-cü şəxslər X7 və X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “xxxx” MTK, X12, X14, X10, X24 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən inşa edilən və ünvan 1 ünvanında yerləşən (indiki ünvan 2ı , ümumi sahəsi 154 kvm. olan yaşayış mənzilin X5 adına daşınmaz əmlakın dövlət reyestrində 2553 nömrəli reyestr kitabının 237754 nömrəli vərəqində 25.10.2016-cı il tarixdə qeydiyyata alınmasının etibarsız hesab olunmaqla müvafiq reyestrdən çıxarışların ləğv edilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətini Bakı şəhər Ərazi İdarəsinin üzərinə öhdəlik qismində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2-1(112)-2457/2020 saylı qərardadı ilə “xxxx” MTK, X12, X14, X10 və X24 iş üzrə üçüncü şəxslər qismində cəlb edilmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC tərəfindən inşa edilən və ünvan 1 ünvanında yerləşən (indiki ünvan 3ı, ümumi sahəsi 154 kvm. olan yaşayış mənzili tərəfindən alınmış və əmlakın alqı-satqısına dair 06.05.2015-ci il tarixli müqavilə rəsmiləşdirilərək, maliyyə arayışı verilmişdir. Sonradan müəyyən olunmuşdur ki, mənzilin əvvəlki alıcısı olmuş X12 mübahisəli mənzili öz adına sənədləşdirərək sonradan oğlu Elmar Tanırverdiyevin adına keçirmiş və formal olaraq özgəninkiləşdirmişdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11H saylı evin, 10 nömrəli mənzili ( yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m.2) X5 adına daşınmaz əmlakın dövlət reyestrində 2553 nömrəli reyestr kitabının 237754 nömrəli vərəqində 25.10.2016-cı il tarixdə qeydiyyata alınmışdır, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunun xüsusi notariusu C.M.Məmmədov tərəfindən təsdiq edilmiş 29.10.2016-cı il tarixli bağışlama müqaviləsinin surətinə əsasən X13 onun mülkiyyətində olan əsasən Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11H saylı evin, 10 nömrəli ( yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m.2) mənzili oğlu X11 bağışlamışdır. Bakı şəhərinin 50 saylı xüsusi notariusu X25 tərəfindən təsdiq edilmiş 16.03.2017-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətinə əsasən satıcı X14 özünə məxsus əsasən Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11H saylı evin, 10 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m.2) mənzilini 150.000 manata alıcı X1. Formal olaraq mənzil X26 adlı şəxsin adına rəsmən qeydə alınaraq DƏDRX Bakı Ərazi İdarəsinin 18.03.2017-ci il tarixli Seriya RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış da verilmişdir.Bu özəlləşmənin qanunsuzluğu və əqdlərin formal bağlanması əsasları ondan ibarətdir ki, X13 ona məxsus olan və “xxxx”MMC-dən müqavilə əsasında aldığı, ünvan 1 ünvanında yerləşən (indiki ünvan 3ı, ümumi sahəsi 154 kv.m. olan yaşayış mənzilini 305560 ABŞ dolları müqabilində iddiaçıya satdığından “xxxx” MMC-nin sədri Elçin Ələkbərova ünvanladığı 06 may 2015-ci il tarixli ərizə ilə əmlaka dair pay hüququndan imtina etdiyi halda və mənzilə dair onun adına “xxxx” MMC tərəfindən inşa edilən həmin mənzilin alqı-satqısına dair 06.05.2015-ci il tarixli müqavilə rəsmiləşdirilərək ona maliyyə arayışı verildiyini bildiyi halda qanunsuz olaraq qeydiyyat orqanına sənədlər təqdim etməklə özəlləşdirmiş və 25.10.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış əldə etmişdir. Halbuki, R Tanırverdiyev 06.05.2015-ci il tarixdə Bakı şəhər 38 saylı Notariat Kontorunun 7E- 3694 və 7E-3698 saylı reyestr qeydli əqdlərlə mənzilə dair hüquqlarından və orderdən imtina etmişdir. Mənzilin açarları ona təqdim olunaraq illərdir ki, sərəncamına verilmişdir. Özəlləşmə proseduru qaydalara uyğun aparılmamışdır. Evə mühəndis gəlməmiş,proektlə yerində tanış olmamış və sənədlərin əsilləri məndə olmasına baxmayaraq surət və dublikatlar alınmaqla qeydiyyat orqanı tərəfindən özəlləşmə həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X27 tərəfindən iddiaya etiraz ərizəsi təqdim edilərək, bildirmişdir ki, İddiaçı “xxxx” MMC tərəfindən inşa edilən və Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 11H, mənzil 10 ünvanında yerləşən (indiki ünvan 4 dörd otaqlı, ümumi sahəsi 154 kv.m olan yaşayış mənzilinin X5 adına daşınmaz əmlakın dövlət reyestrində 2553 nömrəli reyestr kitabının 237754 nömrəli vərəqində 25.10.2016-cı il tarixdə qeydiyyata alınmasının etibarsız hesab olunmaqla müvafiq reyestrdən çıxarışların ləğv edilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmasına dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 11H saylı evin, 10 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyatdan keçmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********52 saylı, 02.12.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 11H, mənzil 10 (indiki ünvan 4 ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyətinin 23.03.2006-cı il tarixli, 010734 nömrəli orderi, X8 və X4 razılıq ərizələri əsasında X5 adına qeydiyyata alınaraq ********** nömrəli, 25.10.2016-cı il tarixli çıxarış verilmişdir. 29.10.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sözügedən daşınmaz əmlak X8 adına qeydiyyata alınaraq ********** nömrəli, 02.11.2016-cı il tarixli çıxarış verilmişdir. 16.03.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən daşınmaz əmlak X19 adına qeydiyyata alınaraq ********** nömrəli, 18.03.2017-ci il tarixli çıxarış verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iş üzrə şifahi məhkəmə baxışı iclası 28 aprel 2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh və üçüncü şəxs “xxxx” MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini məhkəməyə bildirməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş edərək əlavə olaraq bildirmişdir ki, hazırki iddia tələbinə baxılması inzibati məhkəmənin səlahiyyətindədir. Belə ki, hazırki sözügedən mənzil üzrə özəlləşdirmə prosedur qaydalara uyğun aparılmamışdır. Evə mühəndis gəlməmiş, proyektlə yerində tanış olmamış və sənədlərin əsilləri onda olmasına baxmayaraq surət və dublikatlar alınmaqla qeydiyyat orqanı tərəfindən özəlləşmə həyata keçirilmişdir. Belə ki, o 3-cü şəxs X13 ilə birlikdə bizneslə məşğul olmuş, sonuncunun ona külli miqdarda borcu yaranmış, borcun bir hissəsini sözügedən mənzillə əvəzləşdirmiş, mənzilin satış qiyməti öz aralarında 305560 ABŞ dollarına qiymətləndirilmişdir. Bu baş verənlər 2015-ci ildə olmuş, o zaman X9 dair orderin mövcud olmasından, "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından məlumatlı olmuş, lakin Rövşən Tanırveridiyev mənzilə dair hüquqlarından və Bakı şəhəri İcra Hakimiyyəti aparatının Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 23 mart 2006-cı il tarixli orderdən imtina etmişdir. 06.05.2015-ci il tarixində sözügedən mənzil “xxxx” MMC tərəfindən onun adına rəsmiləşdirilərək maliyyə arayışı verilmişdir. Göründüyü kimi, BŞİH-nin 23 mart 2006-cı il tarixli order 2015-cı ildən öz qüvvəsini itirmişdir. Hazırki halda cavabdeh inzibati orqan həmin order əsasında mənzilə dair 3-cü şəxs X9 çıxarışın verilməsi tamamilə əsassız olmuşdur. Bu səbəbdən həmin çıxarış və ondan sonra mənzilə dair verilmiş çıxarışlar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, “xxxx” MMC tərəfindən inşa edilən və Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 11H, mənzil 10 ünvanında yerləşən (indiki ünvan 4 dörd otaqlı, yaşayış mənzili X5 adına daşınmaz əmlakın dövlət reyestrində 2553 nömrəli reyestr kitabının 237754 nömrəli vərəqində 25.10.2016-cı il tarixdə qeydiyyata alınmasına əsas Bakı şəhəri İcra Hakimiyyəti aparatının Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 23 mart 2006-cı il tarixli order və həmin mənzildə qeydiyyatda olan şəxslərin – X3 və X7 özəlləşdirilməyə etiraz etməmələri barədə notarial təsdiq edilmiş ərizələri olmuşdur. 29.10.2016-cı il tarixdə həmin mənzili oğlu X11 bağışlamış, oğlu isə 16.03.2017-ci il tarixdə həmin mənzili X2. Göründüyü kimi, mənzil qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilmişdir. Hazırki halda isə iddiaçı əsassız olaraq çıxarışların ləğv edilməsi tələbi ilə çıxış edir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X19 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi və izahatında bildirdi ki, sözgüdən mənzil X14 ilə X24 arasında bağlanmış daşınmaz əmlakın 16 mart 2017-ci il tarixli AN-İ№0602081 saylı alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətinə keçmişdir və bu barədə reyestrdən çıxarış təqdim edilmişdir. Həmin mənzilə görə 150000 manat ödəniş edilmişdir. İşin araşdırılmış hallarından göründüyü kimi X7 mülkiyyətinə mənzil atası tərəfindən bağışlama barədə əqdlə keçmiş, atası X13 isə həmin mənzili order əsasında özəlləşdirmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxslər X7 və X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi və izahatında qeyd etdi ki, sözügedən mənzilə dair Bakı şəhəri İcra Hakimiyyətinin 06 mart 2006-cı il tarixli 57 nömrəli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən 010734 nömrəli 23 mart 2006-cı il tarixli order verilmiş, həmin orderdə ailə tərkibi 3 nəfərdən ibarət olduğu (X13-özü, X14- oğlu və X10-həyat yoldaşı) qeyd edilmiş, həmin order və X7 və X3 ərizələri əsasında mənzil X5 adına özəlləşdirilmişdir.Orderinn mövcudluğundan da iddiaçının əvvəldən məlumatı olmuşdur. Mənzilin özəlləşdirilməsi qanunvericiliklə nəzərdə tutulmuş əsasla baş verdiyindən hazırki iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə məhkəmə iclasında iştirak edən iddiaçı və 3-cü şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia ərizəsindən aydın göründüyü kimi iddiaçı hazırki tələblə ünvan 1 ünvanında yerləşən (indiki ünvan 2ı, ümumi sahəsi 154 kvm. olan yaşayış mənzilin X5 adına daşınmaz əmlakın dövlət reyestrində 2553 nömrəli reyestr kitabının 237754 nömrəli vərəqində 25.10.2016-cı il tarixdə qeydiyyata alınmasının etibarsız hesab olunmaqla müvafiq reyestrdən çıxarışların ləğv edilməsini xahiş edir. Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq sözügedən mənzillə bağlı, həmçinin,mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatları barədə aidiyyəti sorğular göndərmiş, həmin qeydiyyat üçün əsas olan sənədlər tələb edilmişdir. Məhkəmə sorğularına cavab məktublarından aydın görünür ki, ünvan 1 ünvanında yerləşən (indiki ünvan 6-hazırda X19 mülkiyyətindədir. Belə ki, 16 mart 2017-ci il tarixli AN- İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzilin satıcısı X14 150000 manata alıcı X22 mənzili satmışdır. Həmin mənzilə dair X19 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 18.03.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzil X7 mülkiyyətinə isə 29 oktyabr 2016-cı il tarixdə keçmişdir. Belə ki, mənzilin mülkiyyətçisi X13 bağışlama müqaviləsi ilə mənzili oğlu X11 bağışlamış, sonuncunun mülkiyyət hüquqları daşımaz əmlakın dövlət reyestrində 02.11.2016-cı il tarixdə qeydə alınmışdır. Göründüyü kimi, mənzilin ilk mülkiyyətçisi X13 olmuşdur. Belə ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 11H, mənzil 10 (indiki ünvan 4 ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyətinin 23.03.2006-cı il tarixli, 010734 nömrəli orderi, X8 və X4 razılıq ərizələri əsasında X5 adına qeydiyyata alınaraq ********** nömrəli, 25.10.2016-cı il tarixli çıxarış verilmişdir. Beləliklə, ********** nömrəli, 25.10.2016-cı il tarixli çıxarışın verilməsinə əsas olan sənəd order olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 23 mart 2006-cı il tarixli orderin kötüyünün surətindən görünür ki, Bakı şəhəri, S.Vəzirov küçəsi ev 11, mənzil 10, giriş 1, mərtəbə 3, otaq sayı 4, 83.1 kv.m ibarət mənzilə dair vət. X9 3 nəfər ailə üzvü (1972-ci il təvəllüdlü Tanırverdiyev R.H, həyat yoldaşı 1976-cı il təvəllüdlü Tanırverdiyeva R.Z və oğlu 1996-cı il təvəllüdlü Tanırverdiyev E.R ailə tərkibi) olmaqla BŞİH-nin 06.03.2006-cı il tarixli № 57 saylı sərəncamı əsasında order verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 30.04.2020-ci il tarixdə № **********41 saylı cavab ünvanlananaraq qeyd edilmişdir ki, müraciətdə göstərilən **********53-05301-093001 reyestr nömrəli mənzil sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 23 mart 2006-cı il tarixli, 010734 nömrəli Orderdə ünvan rekviziti ünvan 8lunmuşdur. "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli , 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10.02.2012-ci il tarixli , 590 nömrəli Fərmanına uyğun olaraq mənzil sahəsinin yeni qaydalarla ünvanı ünvan 9 Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən 02.06..2020-ci il tarixdə № 23/14-08 saylı cavab ünvanlananaraq qeyd edilmişdir ki, "xxxx” MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H, mənzil 10 ünvana dair X6 adına Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən 010734 saylı, 23 mart 2006-cı il tarixli order verilmişdir. Həmin orderə əsas olan sənədlərin təsdiq olunmuş surətləri iş materiallarına təqdim edilmişdir. İddiaçı iddia ərizəsində, həmçinin, məhkəmə iclaslarında verdiyi izahatlarında həmin orderdən məlumatlı olduğunu, lakin həmin orderdən imtina barədə 3-cü şəxslər X8, X4, X5 notarial təsdiq edilmiş ərizələrinin mövcud olduğunu qeyd etmişdir. Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq sözügedən orderin ləğv edilib-edilməməsi barədə aidiyyəti üzrə sorğular göndərmişdir. Məhkəmə sorğusuna cavab olaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 12 noyabr 2020-ci il tarixli № 7-3142/17 saylı məktub ünvanlanaraq qeyd edilmişdir ki, X5 adına Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 23 mart 2006-cı il tarixli, 010734 nömrəli orderin ləğv edilib-edilməməsi barədə BŞİH arxivində heç bir məlumat yoxdur. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (maddə 8.0.2) qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; - (maddə 8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı; - (maddə 8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - (maddə 8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzrində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri; - (maddə 8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); - (maddə 8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; - (maddə 8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - (maddə 8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; - (maddə 8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - (maddə 8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (maddə 8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - (maddə 8.0.10.2) məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; - (maddə 8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; - (maddə 8.0.12) 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İşin faktiki hallarından görünür ki, mübahisə predmetini təşkil edən mənzilə dair ilkin olaraq BŞİH-nin orderi əsasında 3-cü şəxs X6, daha sonra mülki-hüquqi əqd-bağışlama müqaviləsi əsasında X7, son olaraq isə alqı-satqı müqaviləsi əsasında X19 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə, Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi qəbul edilmiş akt yalnız o zaman inzibati akt dəyəri daşıyacaqdır ki, o, ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilməli və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. Beləliklə, inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyatların və bununla bağlı verilmiş çıxarışların mübahahisələndirilməsinə dair iddialar üzrə nəzərə alınmalıdır ki, həmin çıxarışlar hər zaman inzibati akt kimi çıxış etmirlər. Şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hüquqa dair aparılmış qeydiyyat və buna dair verilmiş çıxarış o halda inzibati akt hesab edilə bilər ki, inzibati orqan məhz qanunun verdiyi hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində həmin qərarı qəbul etmiş olsun. Hazırki halda, üçüncü şəxs X6 adına qeydiyyat aparılarkən və çıxarış verilərkən əsas kimi order götürülmüşdür. Ona görə də, üçüncü şəxsin adına qeydiyyatı apararkən və çıxarışı verərkən inzibati orqan tərəfindən hər hansı inzibati aktın qəbul edilməsindən söz edilə bilməz. Bu halda, inzibati orqan tərəfindən hər hansı hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi halı və onun nəticəsində qəbul edilmiş qərar mövcud deyildir. Çıxarışın verilməsi inzibati orqan tərəfindən qanunvericiliyin tələb etdiyi qeydiyyatla bağlı texniki vəzifələrin yerinə yetirilməsindən irəli gəlir. Ona görə də, Məhkəmə inzibati akt hesab edilə bilməyəcəyinə görə çıxarışın ləğvi tələbinə mahiyyəti üzrə baxılmamalıdır. Bu zaman həmçinin iddiaçıya qeydiyyatın əsasını təşkil edən orderin mübahisələndirmək hüququ izah olunmalıdır. İddiaçı çıxarışın verilməsinə əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərin ləğvinə və ya etibarsızlığına nail olduqdan sonra həmin hala istinadla qeydiyyatın və çıxarışın ləğvinə dair inzibati orqana müraciət etməli, həmin müraciəti təmin edilmədikdə isə inzibati orqanın hərəkətini məhkəmədə mübahisələndirməlidir. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, Məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Bu mənada, hazırki iş üzrə ilkin olaraq X6 adına çıxarışın verilməsinə əsas təşkil etmiş Bakı Şəhər İcra Hakimiyyətinin 23.03.2006-cı il tarixli, 010734 nömrəli orderi, daha sonrası isə digər çıxarışların verilməsinə əsasən olan mülki-hüquqi əqdləri mübahisələndirmədən birbaşa mənzilə dair verilmiş bütün çıxarışların ləğvinə dair qaldırılmış iddiaya iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquq müəyyənedici sənədlər qüvvədə olduqları halda çıxarışın ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparılmasını da lüzumsuz edir. Bununla yanaşı Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin 23.03.2006-cı il tarixli, 010734 nömrəli orderi məhkəmənin digər hakimlərinin icraatında mübahisələndirilir. İddiaçı hazirki inzibati iş üzrə icraatın bu səbəbdən dayandırılmasını da xahiş etmişdir. Bununla bağlı isə Məhkəmə qeyd edir ki, çıxarışın verilməsinə əsas olan sənədlərin mübahisələndirilməsinə dair iddia uğurlu olarsa, iddiaçı daha sonra qeydiyyatı aparmış orqana müraciət etməklə reyestrdəki qeydin dəyişdirilməsini tələb edə bilər, bundan sonra müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “xxxx” MTK, X12, X14, X10, X24 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar