Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5202/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil1, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X10 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Atatürk prospekti, "xxxx" MMC tərəfindən inşa edilmiş 3078 “A” məhəllədə yerləşən 2 ədəd 3 otaqlı, “B” korpusunun 13-cü mərtəbəsində 3 otaqlı, “A”5 korpusunun 17-ci mərtəbəsində 3 otaqlı, “A”5 korpusunun 12-ci mərtəbəsində 3 otaqlı mənzillərə dair İddiaçı adına, Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş “E” korpusunun 12-ci mərtəbəsində 4 otaqlı mənzilə dair X5 adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli 2-1(81)- 3323/2014 saylı qərarı ilə iddia təmin edilmişdir. Sözügedən qərar 24 fevral 2015-ci il tarixdə icra olunması üçün 2-1(81)-3323/2014 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir xx.xx.2022-ci il tarixdə X9 yenidən (ilk dəfə xx.xx.2016-cı il tarixdə X3 nümayəndəsi X1 tərəfindən belə bir ərizə ilə məhkəməyə müraciət olunmuşdur) vəsatətlə məhkəməyə müraciət edərək, 2-1(81)-3323/2014 saylı iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3323/2014 saylı 30 avqust 2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi X9 tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və onun məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-575/2023 saylı qərardadı ilə ərizəçi X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3323/2014 saylı 30 avqust 2022-ci il tarixli qərardadı ləğv edilmiş, X3 hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə ərizə təmin edilməklə işə 3-cü şəxs qismində cəlb edilmiş X3 iştirakı ilə mahiyyəti üzrə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8389/2023 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3323/2014 saylı 22 yanvar 2015-ci il tarixli qərarı ləğv edilərək iş üzrə icraat təzələnmiş, X6 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) "mənzillərə çıxarışın verilməsi" tələbinə iş üzrə icraat hər bir daşınmaz əmlakın qeydə alınması barədə iddia tələbinə münasibədə ayrıca icraata ayrılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İşdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdə olan xx.xx.2013-cü il tarixli, 551 nömrəli müqavilədən görünür ki, icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” məhəlləsinin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasında A5 korpusunun 12ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 139 kv.metr olan mənzili alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin hər kv.metrinin dəyəri 250 AZN həcmində qiymətləndirilməklə 34750 AZN təşkil edir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən həmin müqavilə alıcıya girov müqaviləsi kimi verilir, razılşadırılmış məbləğ alıcıya qaytarılır və müqaviləyə xitam verilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən Yeni yaşayış binasında “A5” korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət sahəsi 139 kv.metr olan 24 saylı mənzilinə müqaviləyə əsasən borcu yoxdur. İddiaçı hazırda bu müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” ünvanındakı yaşayış binasında A5 korpusunun 12-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 139 kv.metr olan mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. İddiaçı hazırda bu müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 “a” ünvanındakı yaşayış binasında A5 korpusunun 12-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 139 kv.metr olan mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Lakin iş materiallarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-8528/2015 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi tələbinə dair” iddiası təmin edilərək, "xxxx" MMC-nin üzərinə həmin MTK-nın Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 30/78 “A” ünvanda inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.metr olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehəə həvalə edilməsi və həmin mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. İşdə olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)- 25/2021 saylı qətnaməsindən görünür ki, “iddiaçı X8 cavabdehlər İddiaçı, "xxxx" MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında DƏDRX Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun hüquqi nəticələrinin etibarsiz hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Atatürk prospekti 30/78 “A” ünvanında yerləşən yaşayış binasının “A5” korpusunun 12-ci mərtəbəsində 138,97 kv.m ibarət, 3 otaqlı mənzilə dair cavabdehlər İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və cavabdeh İddiaçı adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən həmin mənzilə dair verilmiş çıxarışın etibarsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişində iddiaçı X8 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Atatürk prospekti 30/78 “A” ünvanında yerləşən yaşayış binasının “A5” korpusunun 12-ci mərtəbəsində 138,97 kv.m ibarət, 3 otaqlı mənzilə dair cavabdehlər İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə iddiaçı X4 iddası təmin edilmiş və Bakı şəhəri, Atatürk prospekti 30/78 “A” ünvanında yerləşən yaşayış binasının “A5” korpusunun 12-ci mərtəbəsində 138,97 kv.m ibarət, 3 otaqlı mənzilə dair cavabdehlər İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 18 fevral 2013-cü il tarixli 551 saylı alqı-satqı müqaviləsi etibarsiz hesab edilmişdir.” Məhkəmə qətnaməsində göstərmişdir ki, “Məhkəmə qeyd edir ki, iddiaçı X4, müstəqil tələb irəli sürən üçüncü şəxs X3, müstəqil tələb irəli sürən üçüncü şəxs Ağarəhimov ilqar Ağarəhimoviçin iddia ərizələri üzrə tələblərin əsası kimi çıxış edən müqavilələrin predmetini təşkil edən mənzillər və qeyri-yaşayış sahələri barəsində onlarla "xxxx" MMC arasında bağalanmış müqavilələr başqa məhkəmə mübahisəsinə əsasən əsaslı hesab olunmaqla onların həmin mənzillər və qeyri-yaşayış sahələri üzərində hüquqları tanınmış və bu qətnamələr hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir.” Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Beləliklə, işin yuxarıda qeyd olunan hallarına əsasən iddiaçının hazırkı tələbinin əsası kimi istinad etdiyi xx.xx.2013-cü il tarixli 551 saylı müqavilənin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edildiyini nəzərə alan məhkəmə hesab edir ki, hazırkı məzmunda iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) “Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəlləsinin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasında A5 korpusunun 12-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 139 kv.metr olan 24 saylı mənzilinə çıxarışın verilməsi" barədə iddia tələbi təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5202/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5202/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver