Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5210/2020 11.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X2, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinə qarşı (üçüncü şəxslər X8 və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti) “uşağın doğum haqqında şəhadətnaməsində ad qrafasında adının yazılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinə qarşı (üçüncü şəxslər X8 və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan, xx xxxxxx 2020-ci il tarixdə dünyaya gələn qızlarının doğum haqqında şəhadətnaməsində ad qrafasında adının “İnci” yazılması barədə inzibati aktı qəbul etmək vəzifəsinin 4 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, X8 ilə xx xxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Müəyyən problemlər yaşadıqları üçün toyları xx xxxx 2019-cu il tarixdə baş tutmuşdur. Birgə nikahdan xx xxxxxx 2020-ci il tarixdə qızları dünyaya gəlmişdir. Hal-hazırda onun övladının atası X8 ilə faktiki ər-arvad münasibətlərini kəsmişlər. Ayrı-ayrı ünvanlarda yaşamaqla, müstəqil təsərrüfat idarə edirlər. O, cavabdeh orqana övladının doğum haqqında şəhadətnaməsinin verilməsi və doğum haqqında şəhadətnamədə övladının adının “İnci” yazılması barədə müraciət etmişdir. Lakin qızının atası olan şəxs X1 Şöbəsinə gəlməkdən imtina etmiş, onunla əlaqə saxlanılmış, o, uşağın adının “İnci” yazılmasına etiraz etmişdir. Cavabdeh inzibati orqandır, tələbinə inzibati məhkəmədə baxılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 izahatında bildirdi ki, iddia tələbində qeyd olunanlar cavabdehin səlahiyyətlərinə aiddir və cavabdeh inzibati orqandır. Bu baxımdan da hazırki iddia tələbinə inzibati icraat qaydasında baxılmalıdır. İddia tələbini müdafiə edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 izahatında bildirdi ki, iddia tələbində qeyd olunanlar ailə münasibətlərinə aid məsələdir, hazırki iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılmalı deyil. Göstərilənlərə əsasən iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 4 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə iddia tələbi ilə əlaqədar xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır və məktubda bildirilir ki, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdeh Qeydiyyat Şöbəsi və üçüncü şəxs X6 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il təvəllüdlü uşağının doğum haqqında şəhadətnaməsində adının “İnci” yazılması barədə inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Belə ki, iddiaçı doğumun qeydə alınması ilə bağlı şöbəyə müraciət etmiş və ərizəsində uşağının adının “İnci” yazılmasını göstərmişdir. Lakin müraciət edən zaman ata X6 dair sənədləri təqdim etməmişdir. Bununla bağlı uşağın atası X8 ilə telefon vasitəsilə əlaqə saxlanılmış və İ.O.Oruclu uşağın adının “İnci” yazılmasına münasibətdə narazılığını bildirmiş və sənədlərini təqdim etməyəcəyini demişdir. Yaranan fikir ayrılığına görə uşağa həmin adın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci və 53.3-cü maddələrinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesi iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 9.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair - valideynlər tərəfindən uşağa adın verilməsi ilə əlaqədar valideynlər (maraqlı şəxslər) arasında mübahisə vardır və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. Belə olan halda hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə Qeydiyyat Şöbəsinə qarşı (üçüncü şəxslər X8 və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti) “uşağın doğum haqqında şəhadətnaməsində ad qrafasında adının yazılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5210/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5210/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver