Məhkəmə qərarları › İş №2-1(112)-5215/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5215/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5215/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili işlər Nazirliyinin yanğından mühafizə orqanlarında, zamanında hüquqla qazandığı 11 il 01 ay 01 gün təqvimlə və 4 il 04 ay 24 gün imtiyazlı (güzəştli) hesablama ilə, ümumilikdə 15 il 05 ay 25 gün xidmət müddətini, qanunun birbaşa göstərişinə əsasən xx.xx.2016-cı il tarixdən fövqəladə hallar orqanlarındakı xidmət illərinə daxil edilib və xx xxxxx 2020-ci il tarixinə 15 il 02 ay 07 gün təqvimlə, 4 il, 04 ay, 24 gün imtiyazlı (güzəştli) hesablama ilə ümumilikdə 19 il, 7 ay 0 gün ümumi xidmət (qulluq) illərinin olmasını müəyyən edib və bu illərin eyni zamanda qanunla dövlət qulluğunun xüsusi növündə olan xidmət (qulluq) illərinin sayılmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərdən güzəştlə əldə etmək “Güzəştli Mənzil” sistemində elektron kabinetinin, verilməsi üçün sənədlərimin qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2, 3.2.3-cü bəndinə əsasən ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs; olan tələbi və mənim 15 ildən yuxarı olan dövlət qulluğunun xüsusi növündə olan xidmət (qulluq) illərinin nəzərə alaraq o, xx xxxx 2019-cu il tarixdə, 3 saylı Bakı "ASAN xidmət" mərkəzində "Güzəştli Mənzil” sistemində elektron kabinetinin, verilməsi üçün müraciət etmişdir. Orada sənədlərini Cavabdehin Verifikasiya şöbəsinə göndərmiş və sonradan ona şifahi bildirdilər ki, dövlət qulluğun xüsusi növündə xidməti təqvim ili ilə 15 ildən az olduğuna görə sənədləri qəbul oluna bilməz. Məsələ aydınlıq gətirmək üçün cavabdehə məktub yazaraq cavabdehdən, Aparat rəhbəri tərəfindən imzalanmış 04/12/649-Ş/16 №-li xx xxxxxx 2019-cu il tarixli, cavab məktubu almışdır. Cavab məktubunda bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində xx.xx.2019-cu il tarixinə dövlət qulluğun xüsusi növündə xidmət dövrünün 14 il 05 av 22 gün təşkil etdiyi müəyyən edilmişdir və 15 il xidmət keçmə müddəti tamam olduqdan sonra elektron kabinet verilməsi üçün yenidən müraciət etməyi tövsiyyə edilmişdir. O da cavabdeh tərəfindən tövsiyyə olunan vaxtdan sonra xx.xx.2020-cu il tarixdə 3 saylı Bakı "ASAN xidmət" mərkəzində “Güzəştli Mənzil” sistemində elektron kabinetinin, verilməsi üçün yenidən müraciət etmişdir. Orada cavabdehin 04/12/649-Ş/16 №-li xx xxxxxx 2019-cu il tarixli cavab məktubunun əsasında, ona elektron kabinetin açılmasında köməklik göstərərək bildirmişlər ki, qısa müddət ərzində təsdiqlənmə barədə bildiriş göndəriləcək. Ancaq cavabdeh tərəfindən tövsiyyə olunduğu kimi tövsiyə olunan vaxtdan sonra müraciət etməyinə baxmayaraq, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə onun elektron ünvanına “Güzəştli Mənzil” sistemində elektron kabinetin verilməməsi ilə bağlı imtina məktubları gəlmişdir. xx.xx.2020-ci il tarixdə səbəb onun təqdim etdiyi sənədlərə əsasən 15 il dövlət qulluğunun xüsusi növündə xidmət stajının olmadığı üçün onun kateqoriyaya uyğun olmadığı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə səbəb təqdim etdiyi sənədlərə əsasən 15 il dövlət qulluğunun xüsusi növündə xidmət stajının olmadığı üçün onun kateqoriyaya uyğun olmadığı, xx.xx.2020-ci il tarixə təqvimi xidmət ilinin 13 il 03 ay 09 gün təşkil etdiyi göstərilmişdir. xx.xx.2020-ci il tarixdə aldığı imtina cavab məktubdan sonra yuxarıda qeyd etdiyi məsələlərlə bağlı xx.xx.2020-ci il tarixdə bir daha cavabdehə məktub yazmış və 04.06.20-ci il tarixdə də imtina məktubu almışdır. Bu № 04/12/238-Ş/8 xx xxxx 2020-ci il tarixli imtina məktubda, dövlət qulluğunun xüsusi növündə xidmət müddətinin xx.xx.2020- ci il tarixə 13 il 3 ay 16 gün təqvim günü müəyyən edilmişdir. Dövlət qulluğunun xüsusi növündə 15 il xidmət keçmə müddəti tamam olduqdan sonra elektron kabinetin verilməsi üçün yenidən müraciət etməyi xahiş olunur, bildirilmişdir. Cavabdehin 04/12/649-Ş/16 №-li xx xxxxxx 2019-cu il tarixli və № 04/12/238-Ş/8 xx xxxx 2020-ci il tarixli Aparat rəhbəri tərəfindən imzalanmış imtina məktublarının cavabları bir-biri ilə uzlaşmır. Birinci məktubda, tövsiya olunan vaxtda yəni, hal-hazırda hüququnun olması, o biri məktub da isə hüququnun olmaması qeyd edilib. Cavabdeh bir imtinasında təqvim ili ilə o biri imtinada isə təqvim ili qeyd etmədən illəri hesablayıb. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2, 3.2.3. bəndində və Cavabdehin veb saytında ən azı 15 il qeyd edilib və dövlət qulluğunun xüsusi növündə xidmət stajın yalnız təqvim ili ilə hesablanması üçün heç bir məhdudlaşdırıcı şərt də qeyd edilməyib. Qanunda göstərilməyən qadağanın dövlət orqanı tərəfindən tətbiq edilməsi yolverilməzdir. Qanunun pozulmasına görə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirir ki, o xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yanğından mühafizə orqanlarında xidmət etmişdir. X4 №89 ş/h saylı 13.01.02-ci il tarixli əmrinə və əmək kitabçasında aparılan qeydlərə əsasən Daxili İşlər Nazirliyinin yanğından mühafizə orqanlarında xidmət müddəti təqvim hesablama ilə 11 il 01 ay 01 gün, imtiyazlı hesablama ilə isə 15 il 05 ay 25 gün təşkil edir. Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti xx xxxxxx 1992-ci il № 631-ci qərarına və digər normativ hüququ sənədlərə əsasən, xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək yanğından mühafizə orqanlarındakı xidmət illərinə (iş stajına), aşağıda qeyd edilən təqvim və imtiyazlı (güzəştli) hesablama ilə əlavə xidmət illərinin X4 əmri ilə daxil edilmişdir. Bu barədə əmək kitabçasında da qeydlər aparılmışdır. xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək 631 nömrəli Qərarının 1 -ci və 10-cu bəndlərinə əsasən həqiqi hərbi xidmətdə olduğu müddət təqvim hesablama ilə; xx.xx.1992-ci il tarixdən xx.xx.1997ci il tarixədək 631 nömrəli Qərarının 2-ci bəndin “b” yarımbəndində göstərilən “Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti” xidmətin bir ayı iki ay sayılmaqla uzun müddət xidmətə imtiyazlı (güzəştli) hesablama ilə daxil edilmişdir. Təqvim və imtiyazlı (güzəştli) hesablama ilə daxil edilən əlavə xidmət (qulluq) illəri (iş stajı), sözügedən normativ hüquqi aktların həmin müddəaları, qüvvədə olduğu zaman qazanılmışdır və ona görə də yanğından mühafizə orqanlarındakı xidmət illərinə daxili işlər naziriniin əmri ilə daxil edilmişdir. İstinad olunan maddi hüquq normanın tələbindən görünür ki, qeyd edilən təqvim və imtiyazlı (qüzəştli) hesablama ilə hesablanan əlavə müddət fövqəladə hallar orqanlarındakı xidmət (qulluq) illərinə (iş stajına) daxil edilib hesablanmalıdır. Qanunvericilikdə, və X4 əmrində qeyd edilən dövrün xidmət müddətinə (iş stajına) daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, onun təqvim və imtiyazlı (qüzəştli) hesablama ilə hesablanan xidmətinin əlavə müddəti, dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun xidmət müddətinin (iş stajı) hesab edilir. Hazırda o xx.xx.2016-cı il tarixdən bugünədək Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Yanğına Qarşı Mülki Müdafiə Şöbəsinin Yanğına qarşı mülki müdafiə və səfərbərlik iş şöbəsinin yanğınsöndürmə qərargahı rəisinin səfərbərlik işi üzrə böyük köməkçisi-rabitə qovşağının rəisi vəzifəsində yenidən xidmətini davam edirəm. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunun 19.1-ci bəndinə əsasən Məhkəmə, prokurorluq və hüquq mühafizə orqanlarından və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmiş şəxslərin xidmət illəri fövqəladə hallar orqanlarında xidmət illərinə daxil edilir. Qeyd olunan Qanunun 19.1. bəndinin birbaşa göstərişinə əsasən Daxili İşlər Nazirliyinin əmrində və əmək kitabçamda qeyd edilən Daxili İşlər Nazirliyinin yanğından mühafizə orqanlarındakı xidmət müddəti, həqiqi hərbi xidmətlə birgə 11 il 01 ay 01qün təqvimlə və 4 il 04 ay 24 qün imtiyazlı (güzəştli) hesablama ilə, yəni ümumi hesablama ilə 15 il 05 ay 25 gün zamanında hüquqla qazandığı xidmət illəri (is stajı) xx.xx.2016-cı il tarixdən fövqəladə hallar orqanlarındakı xidmət illərinə daxil edilir. Hüquqla qazandığı qeyd etdiyim ümumi hesablama ilə 15 il 05 ay 25 gün xidmət illərinin (iş stajının) xx.xx.2016-cı il tarixdən fövqəladə hallar orqanlarındakı xidmət illərinə daxil edilməməsi və bu xidmət müddətini dövlət qulluğun xüsusi növündə olan xidmət (qulluq) illəri kimi sayılmaması qanun pozuntusudur. Hazırda isə fövqəladə hallar orqanlarında xidmət müddəti xx.xx.2016-cı il tarixdən xx xxxxx 2020-ci il tarixədək təqvim hesablaması ilə 4il 1ay 6 gündür. 11 il 01 ay 01 gün təqvimlə, 4il 04 ay 24 gün imtiyazlı (güzəştli) hesablama ilə xidmət müddətini qanunvericiliyin tələbinə görə xx.xx.2016-cı il tarixdən fövqəladə hallar orqanlarında xidmət illərinə daxil edəndə, müəyyən olunur ki, xx xxxxx 2020-ci il tarixə 15 il, 02 ay, 07 gün təqvimlə, 4 il, 04 ay, 24 gün imtiyazlı (güzəştli) hesablama ilə ümumi isə 19 il, 7ay 0 gün fövqəladə hallar orqanlarında xidmət (qulluq) illəri var. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunun 1.1-ci bəndinə görə Fövqəladə hallar orqanlarında xidmət dövlət qulluğunun xüsusi növü sayılır. Yəni, xx xxxxx 2020-ci il tarixinə 15 iİ, 02 ay, 07 qün təqvimlə, 4 il, 04 ay, 24 gün imtiyazlı (güzəştli) hesablama ilə, ümumi isə 19 il, 7 ay 0 gün fövqəladə hallar orqanlarında xidmət müddətim sayıldığı kimi, eyni qaydada da xx xxxxx 2020-ci il tarixə 15 il, 02 ay, 07 gün təqvimlə, 4 il, 04 ay, 24 gün imtiyazlı (güzəştli) hesablama ilə ümumi isə 19 il, 7ay 0 gün dövlət qulluğunun xüsusi növündə də xidmət (qulluq) illəri sayılır. Hətta, Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası” -nın 2 nömrəli əlavəsinin 2.1.10. , 2.4. və s. bəndlərinin tələblərinə əsasən təqvim və imtiyazlı (güzəştli) xidmət illərimə görə də ümumi 15 il, 05 ay, 25 gün, xx.xx.2016-cı il tarixdən fövqəladə hallar orqanlarındakı xidmət illərimə daxil edilir və bu xidmət illərə görə əlavələr ödənilir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı iddia ərizəsində malik olduğu iş stajına SSRİ Silahlı Qüvvələrində xidmət etdiyi müddətli həqiqi hərbi xidmət illərinin nəzərə alınmalı, eləcə də 1992-ci il tarixindən 1997-ci il tarixinə qədər Daxili İşlər Nazirliyinin Yanğın Təhlükəsizliyi Xidmətində qulluq etdiyi dövrün imtiyazlı müddət kimi hesablanmalı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və X3 vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın 3.2-ci bəndi ilə müəyyən olunmuş kateqoriyadan olan şəxslər güzəştli şərtlərlə mənzil əldə etmək hüququndan yararlana bilər. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 2.1 -ci bəndinin mahiyyətindən də eyni məna irəli gəlir. İpoteka kreditinin verilməsi Qaydasının 3.2.3-cü yarımbəndinə əsasən, “ən azı15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs” də bu imkandan istifadə etmək hüququna malikdir. Normadan göründüyü kimi, müraciət anına müvafiq vəzifə üzrə statusu daşıma vacib amildir. İddiaçının xidmət etdiyi müddətli həqiqi hərbi xidmət illəri zamanı onun yalnız hərbi rütbə daşıması mümkündür. Lakin o, dövlət qulluğunun xüsusi növündə yalnız xüsusi rütbə daşımışdır/daşımalıdır. İddia ərizəsində özünün istinad etdiyi “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 19.1 -ci maddəsinin ikinci cümləsi tam olaraq qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmiş şəxslərin daşıdıqları xüsusi (hərbi) rütbələrin nəzərə alındığı məqam aydınlaşdırılmamışdır. Qanunun müvafiq normasının tələbindən aşkar şəkildə görünür ki, xüsusi (hərbi) rütbələrin nəzərə alınması Silahlı Qüvvələrdə xidmət illərinin dövlət qulluğunun xüsusi növü olduğunu ehtiva edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə də müəyyən olunur ki, hərbi xidmət dövlət qulluğunun xüsusi növüdür. Sadəcə iddiaçının hazırkı statusunu tənzimləyən qanunun 19.1-ci maddəsində xüsusi (hərbi) rütbədən söhbət gedir. Fəaliyyəti tənzimləyən mənzillərin əldə edilməsi Qaydası və ipoteka kreditinin verilməsi Qaydasının məzmununa görə isə dövlət qulluğunun xüsusi növündə xidmət etmə dedikdə, hərbi xidmət illəri istisna təşkil etməlidir. Çünki xüsusi rütbə daşıma məsələsi yalnız dövlət qulluğunun digər xüsusi növləri üçün aktualdır. Digər məsələ ondan ibarətdir ki, ipoteka kreditinin verilməsi Qaydasının 3.2.4-cü yarımbəndi ilə ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) kateqoriyası ayrıca müəyyən olunur. Həmin normada məhdudiyyət və qadağalar konkret olaraq ayırd edilmişdir. Belə nəticə çıxır ki, əlavə üstünlük nəzərdə tutulsaydı, sözügedən (iddiaçı tərəfindən mübahisələndirilən) kateqoriya üzrə də qeyd-şərt əksini tapardı. Eyni zamanda imtiyazlı (güzəştli) xidmət illəri əmək pensiyası təminatı və sosial müdafiə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar münasibətlərdə keçərlidir. Mənzil-məişət tələbatının təmin edilməsi isə tamam başqa məfhumdur. Azərbaycan Respublikası Konstitusiyasında da hər iki hüquq (sosial təminat hüququ; mənzil hüququ) ayrılıqda tənzimlənir. Əgər iddiaçı pensiyaya çıxsa və ya onun dövlət qulluğunun xüsusi növündə xidmət keçməsinə xitam verilsə, o, həmin kateqoriyaya aid edilməyəcək. Belə ki, yuxarıda da bildirildiyi kimi, bu kateqoriya üzrə status indiki zaman ərzində işləyən şəxslər dairəsinə şamil olunur. Azərbaycan Respublikası İpoteka və X2rumu yaranmamışdan öncə tətbiq etdiyi steriotiplər fəaliyyətdə rəhbər tutulur. Yəni bu, presedent kimi əvvəlcədən möhkəmlənmiş qaydadır. Əlavə olaraq qeyd edirlər ki, iddiaçının yazılı müraciətlərinə cavab deyil, məhz onun barəsində elektron kabinetin verilməsi və ya elektron kabinetin verilməsindən imtina qərarı inzibati akt hesab olunur. Belə olan təqdirdə iddiaçı yalnız inzibati aktı mübahisələndirməlidir. Onun elektron qaydada müraciətinə əlavə etdiyi sənədlərdən biri olan əmək kitabçasından da aydın olur ki, dövlət qulluğunun xüsusi növündə (xüsusi rütbə daşıyan) vətəndaş kimi 15 il stajı tamam olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Yasamal RPİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZE №-05628642 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə Ağcabədi şəhərində rayonunda anadan olmuş, halhazırda ünvan 2 ünvanda pasport qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş xx.xx.1983-cü il tarixli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1984-cü ildən əmək fəaliyyətinə başlamışdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli, 04/12/238-Ş/8 saylı məktubdan görünür ki, “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq elektron kabinetin verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə daxil olan müraciətinə baxılmış və qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində xx.xx.2020-ci il tarixinə “Güzəştli mənzil" sistemində elektron kabinet əldə etmək üçün müraciət etmiş, lakin ən azı 15 il dövlət qulluğunun xüsusi növündə xidmət stajının olmaması səbəbindən xx.xx.2020-ci il tarixində, təkrar müraciətinə isə xx.xx.2020-ci il tarixində, elektron kabinet verilməsindən imtina barədə “xxxx” MMC tərəfindən müvafiq qərarlar qəbul edilmişdir. Tərəfindən təqdim edilmiş iş yerindən arayışın və əmək kitabçasının təhlili zamanı xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixinədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yanğından mühafizə, xx.xx.2016-cı il tarixindən hal-hazıradək isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından mühafizə orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq etdiyi, mövcud qanunvericiliyə uyğun olaraq sözügedən sənədlər əsasında aparılan təkrar hesablamalar nəticəsində isə dövlət qulluğunun xüsusi növündə qulluq müddətinin xx.xx.2020-ci il tarixinədək 13 il 3 ay 16 təvqim günü olduğu müəyyən edildiyi, eyni zamanda müraciətində istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarı ilə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası müəyyən olunduğu bildirilmişdir. Göründüyü kimi, iddiaçı Daxili işlər Nazirliyinin yanğından mühafizə orqanlarında, zamanında hüquqla qazandığı 11 il 01 ay 01 gün təqvimlə və 4 il 04 ay 24 gün imtiyazlı (güzəştli) hesablama ilə, ümumilikdə 15 il 05 ay 25 gün xidmət müddətini, qanunun birbaşa göstərişinə əsasən xx.xx.2016-cı il tarixdən fövqəladə hallar orqanlarındakı xidmət illərinə daxil edilib və xx xxxxx 2020-ci il tarixinə 15 il 02 ay 07 gün təqvimlə, 4 il, 04 ay, 24 gün imtiyazlı (güzəştli) hesablama ilə ümumilikdə 19 il, 7 ay 0 gün ümumi xidmət (qulluq) illərinin olmasını müəyyən edib və bu illərin eyni zamanda qanunla dövlət qulluğunun xüsusi növündə olan xidmət (qulluq) illərinin sayılmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərdən güzəştlə əldə etmək “Güzəştli Mənzil” sistemində elektron kabinetinin, verilməsi üçün sənədlərimin qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən mənzilləri güzəştlə əldə etmək hüququ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və X3 vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur. İstinad olunan Qaydaların 3.2.3-cü bəndinin tələbinə müvafiq olaraq ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs qeyd olunan imkanlardan istifadə etmək hüququna malik olması ilə şərtləndirilir. Normanın tələbinə əsasən müraciət edən şəxsin müraciət anına müvafiq vəzifə üzrə statusu daşıması xüsusilə vurğulanmışdır. İddiaçının xidmət etdiyi müddətli həqiqi hərbi xidmət illəri zamanı onun yalnız hərbi rütbə daşıması ilə mümkündür. Lakin o, dövlət qulluğunun xüsusi növündə yalnız xüsusi rütbə daşımalıdır. Məhkəmə o cümlədən qeyd edir ki, ipoteka kreditinin verilməsi Qaydasının 3.2.4-cü yarımbəndi ilə ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) kateqoriyası ayrıca müəyyən olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 17 iyul 202-ci il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək Azərbaycan Respublikası daxili İşlər Nazirliyinin yanğından mühafizə orqanlarında xidmət etmişdir. Xaric olunduğu vaxt onun xidmət müddəti (həqiqi hərbi xidmət müddəti nəzərə alınmaqla) təqvimi hesablama ilə 11 il 01 ay 01 gün, imtiyazlı hesablama ilə 15 il 05 ay 25 gün təşkil edir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğına qarşı mülki müdafiə və səfərbərlik işi şöbəsinin yanğınsöndürmə qərargahı rəisisinin səfərbərlik işi üzrə böyük köməkçisi-səyyar rabitə qovşağının rəisi İddiaçı fövqəladə hallar orqanlarında xidmət müddəti 13 il 05 ay 13 gün, güzəştli xidmət müddəti 4 il 4 ay 24 gün olmaqla cəmi 17 il 10 ay 17 gün təşkil edir. Beləliklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 17 iyul 202-ci il tarixli məktubunda iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək xidmət müddətinin 11 il 01 ay 01 gün olduğu qeyd edilsə də, lakin məhkəmə araşdırması zamanı iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi vaxta kimi təqvimi hesablama yolu ilə 09 il 1 ay 7 gün (hərbi xidmətdə olduğu illər çıxılmaqla) olmaqla, ümumilikdə dövlət qulluğununun xüsusi növündə xidmət illəri 13 il 05 ay 13 gün xidmət illərinin olması müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin imtiyazlı (güzəştli) hesablama nəzərə alınmaqla həmin illərin eyni zamanda qanunla dövlət qulluğunun xüsusi növündə olan xidmət (qulluq) illərinin sayılmasına dair iddiaçının mülahizəsinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin tələbi baxımından iddiaçının hazırki tələbi ilə bağlı xidmət illəri təqvimlə hesablanmalı olduğundan, imtiyazlı illərnən hesablanması qaydası tətbiq edilə bilməz. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş arayışlar və əmək kitabçası təhlil edilmiş və müəyyən edilmişdir ki, iddiaçının dövlət qulluğunun xüsusi növündə qulluq etdiyi müddətinin 15 il olmadığı səbəbindən cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin etməməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar