Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-522/2020 25.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sərəncamın ləvğ edilməsi barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Cavabdeh 682/176 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx xxxxxx 1968-ci il tarixli sərəncamı ilə M.Cəlal küçəsi, 60 nömrəli evin 4-cü mənzili, 68723 saylı order əsasında əvəzsiz olaraq ona verilməsi qərara alınmışdır. O zaman o, dörd nəfər ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüşdür və bu günə qədər o, həmin mənzildə yaşayır. Bu barədə orderi iddia ərizəsinə əlavə etmişdir. Bir müddət sonra o, ailə qurmuş və həmin mənzildə üç övladı dünyaya gəlmişdir. X5 1972-ci ildə anadan olmuşdur və xx.xx.2018-ci ildə vəfait etmişdir. Vəfat etməzdən 10 il əvvəl Əsəd arvadı ilə münasibəti korlandığına görə onunla yaşayırdı. X2 isə Keşlə qəsəbəsində öz ata evinə qayıtmışdır. Yas mərasimindən bir müddət sonra o, evdə həm özündə, həm də oğlunda olan sənədləri bir yerə yığıb baxarkən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 60 nömrəli evin 4-cü mənzilinə aid oğlunun adına qeydiyyat vəsiqəsi və texniki pasport görmüşdür. Bu onu çox təəccübləndirmiş, hüquqşünas yanına gedib bundan əmin olduqdan sonra Nərimanov Rayon Məhkəməsinə özəlləşdirmənin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğvi barədə iddia tələi ilə müraciət etmişdir Nərimanov Rayon Məhkəməsində işə baxılarkən məlum olmuşdur ki, qeydiyyat vəsiqəsi Bakı şəhəri Cavabdeh 682/176 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında verilmişdir. Ona görə də, o, ilk növbədə həmin sərəncamı mübahisələndirməlidir. Həmin sərəncam qəbul edilərkən onun adına verilmiş order qüvvədə olmuş və o, mənzildə yaşamış, lakin sərəncamdan məlumatsız olmuşdur. Sərəncamda göstərilmişdir ki, o, guya mənzilin qeydiyyatından çıxarılmışdır. Lakin, necə, kim tərəfindən və hansı əsaslarla çıxarılması barədə heç bir məlumatı yoxdur. Sərəncamda qeyd olunmuşdur ki, guya mənzildə 1988-ci ildən mənzildə oğlu tək yaşayır. Bu fakt yanlışdır. Oğlunun o zaman 16 yaşı olub, o məktəb şagirdi olmuşdur və daimi olaraq onunla yaşaymışdır. Sərəncamda qeyd olunan kirayə müqaviləsinin dəyişdirilməsi üçün, o zaman onun və orderdə adları olanların, qeydiyyatda olanların razılığı olmalı idi. Bunlar və bir neçə digər hallar mübahisələndirilən sərəncamın qanunsuz olduğunu göstərir. Mənzilin onun adına verilməsi barədə xx.xx.1968-ci il tarixli, 68723 nömrəli orderlə X5nun adı olmamışdır. Belə ki, oğlu 1972-ci ildə anadan olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri qaydasında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə hesab edir ki, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, hazırki iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» xx xxxxxx 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən sərəncamın iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddia ərizəsində qeyd edilənlərdən və məhkəmə iclasında iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatından məlum olmuşdur ki, iddiaçı öz oğlu ilə birlikdə uzun illərdir mübahisəli sərəncam verilmiş mənzildə bir ailə üzvü kimi yaşayır. İddiaçının yaşadığı və hazırda qeydiyyatda olduğu mənzilə dair onun oğlunun adına Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 003838 nömrəli, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçının uzun illər ərzində (20 ildən çox müddətdə) sözügedən mənzilə dair oğlunun adına qeydiyyat vəsiqəsi və mübahisəli sərəncamın olmasından məlumatı olmamasına dair gətirdiyi dəlillər qənaətbəxş deyildir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan sərəncamla ilə onun hüquqlarının məhdudlaşdırıldığını uzun illərdir bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçının məhkəməyə illər sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 iddiası mümkün sayılmasın Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-522/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-522/2020
25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver