Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5220/2020 24.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hərbiçi) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X1rşı “Əmək pensiyaları haqqında” AR Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyanın sığorta hissəsinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X1rşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyanın sığorta hissəsinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi iləməhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda iddiaçıya yaşa görə əmək pensiyası ödənilir. xx.xx.2016-cı il tarixdə iddiaçının Azərbaycan Respublikası Əmək və ƏSMN-nin X3 tərəfindən 5 illik müddətə 2-ci dərəcəli əlil olduğu müəyyən edilmişdir. Əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ” ifadəsi ilə göstərilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq iddiaçının əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-cı il tarixdən hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahişi ilə xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciəti cavabsız və nəticəsiz qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X7 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X8 İdarəsindən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh iddiaya dair etirazı təqdim etməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli müayinə barədə məlumatdan görünür ki, iddiaçı ikinci qrup əlildir və əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə aldığı xəsarətdir. İddiaçıya məxsus xx.xx.2016-ci il tarixli, 049927 saylı əlillik barədə vəsiqədən görünür ki, o, ikinci qrup əlildir və əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətdir. İddiaçının 14/1875-018717 saylı pensiyaçının uçot vərəqindən gorünür ki, ona xx.xx.2014-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Hərbi Qulluqçular və X9 İş İdarəsi tərəfindən verilmiş 4686 saylı, xx xxxxxx 2018-ci il tarixli arayışdan görünür ki,iddiaçı yaşa görə əmək pensiyası alır. Cavabdehin iddiaçıya ünvanlanmış **********7 nömrəli, xx.xx.2020-ci il tarxli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx xxxx 2014-cü il tarixli 01616 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada iddiaçıya x xxxx 2014-cü il tarixində idarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla x xxxxxxxx 2019-cu il tarixindən iddiaçının vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən İdarəyə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 785,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə - 375,60 manat, 1 -ci ixtisas dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə - 196,25 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərciliyinin 1,574,85 manat təşkil etmişdir. Həmin Qanunun 20.14.1 -ci maddəsinə əsasən 39 il 2 ay 22 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İddiaçının əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 1574,85 manat məbləğində müəyyən edilmişdir: əmək pensiyanızın sığorta hissəsi-314,95 manat; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavəniz-77,00 manat, qulluq stajına görə əmək pensiyanıza əlavəniz-1182,90 manat. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır, hazırda İİ qrup müharibə əlilidir, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı sonradan cavabdehə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.1.7.2-cu maddəsinə əsasən iddiaçının peniyasına əlavələrin hesablanması ilə pensiyanın yenidən hesabanması və ödənilməsi barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıdakılara görə cavabdehin imtinasını əsassız hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Vətəndaşların sosial təminat hüquqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı, təminat xərcliyindən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə:.. 19.1.7.2. İİ qrup əlillərə 77 manat məbləğində; Həmin Qanunun 20.14.1.-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2016-cı il tarixdən ikinci qrup əlildir, xx.xx.2014-ci il tarixdən isə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 19.1.7.2-ci maddəsində nəzərdə tutulan 77 manat məbləğində əlavənin onun pensiyasına hər ay hesablanaraq ödənilməsi həyata keçirilməlidir. Cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixdən 1574,85 manat məbləğində müəyyən edilmiş əmək pensiyasının tərkibində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-cı maddəsinə əsasən hesablanmış 77,00 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavənin olması barədə dəlili ilə məhkəmə razılaşmır. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı **********7 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubuna əsasən xx xxxxxxxx 2019-cu il tarixindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İdarəyə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğləri barədə məlumata əsasən iddiaçının sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 785,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə - 375,60 manat, 1 -ci ixtisas dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə - 196,25 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərciliyinin 1,574,85 manat təşkil etməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1ci maddəsinə əsasən 39 il 2 ay 22 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası olması bildirilmişdir. Göründüyü kimi iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən təminat xərcliyi əsasında xx.xx.2019-cu il tarixdə yenidən hesablanmış, təminat xərcliyinin tərkibində əlilliyə görə əlavə olmamış, buna görə də bu əlavənin yenidən hesablanmış 1,574,85 manat məbləğində əmək pensiyasının tərkibində olması barədə cavabdehin göstərdikləri əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1.–ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyanın sığorta hissəsinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsiAzərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X1rşı üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33-cü, 68-ci , 69-cu , 85-ci, 110-maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiа tələbi təmin еdilsin. X2 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyanın sığorta hissəsinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2016-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsiAzərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X1rşı üzərinə qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin İnzibati Kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-5220/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5220/2020
24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver