Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5223/2022 14.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC və X6) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC və X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı Sərəncamının qismən (40% nisbətində) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1504/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5223/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, prosessual müddətin bərpası barədə ərizə təmin edilmiş, inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın təsisçiləri arasında imzalanmış Əlavə pay haqların təsdiq edilməsinə dair Ortakların Anlaşmasına əsasən ona verilmiş A-2 və C-2 bloklarının (onların arasında yerləşən torpaq sahəsi daxil olmaqla) yerləşdiyi torpaq sahəsinə aid hissədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, "xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyətinin Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yaşayış binasının layihələşdirilməsi barədə xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamına əsasən Bakı şəhər Baş Memarlıq və Şəhərsalma Baş idarəsi ilə 18.04-673 saylı, xx.xx.2006-cı il tarixli razılaşdırılmış eskiz layihədə yaşayış sahəsinin “C” və “B” bloklarının, həmçinin ortada yerləşəcək qeyri-yaşayış ticarət sahəsinin layihələşdirilməsi, tikilməsi və istismara təhvil verilməsi üçün tələb olunan pul vəsaitlərinin və digər aktivlərin əlavə pay kimi təsisçilərə faiz nisbətində təqdim edilməsi və bu barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmin Ortaqların anlaşmasına görə digər ortaqlar olan o və Yavər Aslanov A-2 və C-2 blokuna sahib olmaqla onların məsuliyyətinə verilmişdir. Eyni zamanda moykada olan 24 sot ərazinin Yavər Aslanov və ona aid edilməsi razılaşdırılmışdır. Ortaqların anlaşmasından aydın olur ki, xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncama əsasən orada öz əksini tapmış torpaq sahəsi hüquqi şəxsin ümumi istifadəsinə verilmiş və hüquqi şəxsin təsisçiləri də öz aralarında razılığa gələrək həmin torpaq sahəsini bölüşdürmüşlər. Bakı şəhər İcra Hakimiyyətinin 0,73 ha torpaq sahəsinin "xxxx" MTK-ya ayrılması barədə xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamı həmin kooperativinin sədri Hikmət Yigitdölün etibar etdiyi şəxs tərəfindən dəyişdirilmiş, hüquqi şəxsə dair qanuni hərəkətlərin aparılması üçün verilmiş etibarnamə əsasında öz xeyrinə, öz mənafeyini üstün tutaraq sərəncamın öz adına dəyişdirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Həmin müraciət qanuna əsaslanmadan cavabdeh tərəfindən müsbət dəyərləndirilərək Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamı ilə Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq tikilməmiş 0.4984 ha hissəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Lakin "xxxx" MTK-nın sədri Hikmət Yigitdöl tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli etibarnamədə isə ümumiyyətlə sözügedən Sərəncamın dəyişdirilməsi, hüquqi şəxsin mülkiyyətində olan əmlaklara dair yalnızca bir təsisçinin adından bütövlüklə əmlaka dair hər hansı bir hüquqi addımlar atılması nəzərdə tutulmamışdır. Belə ki, qeyd olunan etibarnamədə etibar edən şəxsin adına olan hər hansı ev, mənzil, torpaq və ya qeyritorpaq sahəsi almaq, qəbul etmək, sənədləşmə işlərinin aparılması, lazimi sənədlərin toplanması, çıxarış və kadastr planı almaq, buna görə imza etmək və digər tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulmuş, hüquqi şəxsin əmlakına dair müddəa qeyd olunmamışdır. Etibarnamənin mətnində hüquqi şəxsin əmlakı hesab edilən xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamın dəyişdirilə bilməsi, ləğv edilməsi vəzifəsi bir kənara, ümumiyyətlə həmin Sərəncamın etibar edilən şəxsin xeyrinə, onun adına dəyişdirilməsi qeyd olunmamışdır. Etibarnamə üzrə səlahiyyətli şəxs təmsil etdiyi şəxsin əmlakından öz xeyrinə istifadə edə bilməz, öz maraqları naminə öz gəlirlərini zənginləşdirə bilməz. O, sonradan digər mübahisə ilə bağlı məhkəmə prosesinin gedişində "xxxx" MMC-in direktoru X1 əmlaka dair sənəd imzaladığını və "xxxx" MTK-ın təsisçisi Hikmət Yigitdölün mülkiyyətində olan həmin əmlakları öz mülkiyyətinə keçirdiyini bilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamı ilə onlara ayrılmış torpaq sahəsinin bir hissəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi qanunsuzdur. Həmin ərazidə A-2, C-2 blokları və onların arasında yerləşən torpaq sahəsi, cəmi 29 sot torpaq sahəsi Ortaqların anlaşmasına əsasən ona verilmişdir. Göründüyü kimi, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı Sərəncamı qanun pozuntusu ilə qəbul edilmişdir və onun hüquqlarını pozur, ona görə də ləğv edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X6 tərəfindən iddia ərizəsinə etiraz məhkəməyə daxil olmuşdur. Etirazda qeyd edilir: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində tikinti işləri aparılmasından ötrü verilmiş sərancamı mübahisələndirir. Lakin iddiaçı qeyd olunan inzibati aktın onun maraqlarına toxunduğunu əsaslandırmamış və bunun nədə ifadə olmasını iddia tələbində qeyd etməmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə razılaşdırılmış layihə sənədlərinə uyğun tikilməmiş 0,4984 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İddiaçı "xxxx" MTK-nın təsisçilərindən biridir. Qeyd olunan sərancam isə onun maraqlarına toxunmur. "xxxx" MTK hazırkı mübahisə predmeti olan sərəncamı 2018-ci ildə mübahisləndirmiş və Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsinə dair 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2018-ci il tarixli qərarından verilmiş kassasiya icraatına xitam verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2018-ci il tarixli qərarı qüvvədə qalmışdır. İddiaçının qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş “Yaşayış binasının layihələşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 921 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixli müraciəti, Tİ və MNQİ-nin müvafiq qeydiyyat vəsiqələri nəzərə alınaraq, Xətai rayonu, Xocalı prospektindəki 1181-ci məhəllədə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün 0,73 ha torpaq sahəsinin icarə əsasında həmin mənzil-tikinti kooperativinin istifadəsinə verilməsi qərara alınmışdır. Həmin məktubla məhkəməyə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2015-ci il tarixli, 02 saylı müraciətini və "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 72 saylı razılıq məktubunu nəzərə alaraq, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0,4984 ha hissəsinin eyni məqsədlə "xxxx" MMC-nin istifadəsinə verilməsi, "xxxx" MTK-ya dair razılaşdırılmış layihə sənədlərinin "xxxx" MMC-yə ayrılan torpaq sahəsinə düşən hissədə həmin cəmiyyətə aid edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilərək 0,2316 ha müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışından görünür ki, İddiaçı "xxxx" MTK-nın təsisçilərindən biridir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 267 nömrəli sərəncamına əsasən "xxxx" MTK-nın istifadəsinə verilmiş 0.73 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 478 nömrəli ayrıc aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəmə iclasında Bakı şəhər İcra Hakimiyyəti Baş Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış eskiz layihəyə baxış keçirilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın təsisçiləri arasında imzalanmış xx.xx.2013-cü il tarixli Əlavə pay haqların təsdiq edilməsinə dair Ortakların Anlaşmasında (payçılar Yiğitdöl Hikmet, Əliyev Qabil, İddiaçı və Aslanov Yavər) qeyd olunur: "xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyətinin Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yaşayış binasının layihələşdirilməsi barədə xx.xx.2005-ci tarixli 267 saylı Qərarı əsasında Bakı şəhər Baş Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 18.04.-673 sayda xx.xx.2006-cı il tarixdə razılaşdırılmış eskiz layihədə yaşayış sahəsinin “C” və “B” blokların, həmçinin ortada yerləşəcək qeyri-yaşayış ticarət sahəsinin lahiyələşdirilməsi, tikilməsi və istismara təhvil verilməsi üçün tələb olunan pul vəsaitləri və digər aktivlər tərəfimizdən əlavə pay kimi Yigitdöl Hikmet 60% və X6 40% nisbətdə təqdim edilməsinə və bu prosesdə digər təsisçilərin məsuliyyət, vəzifə və hüquqlarının məhdudlaşdırılması barədə qərar verməyiniz xahiş edirik. Digər ortaklar Yavər Aslanov və İddiaçı A-2 blokuna və C-2 blokuna sahibdir. A-2 və C-2 blokunun bundan sonra məsuliyyəti onlara aiddir. Və moykada olan 24 sot sərəncamı yenə İddiaçı və Yavər Aslanova aiddir. Bu 4 blokdan yəni A-2, C-2 və moyka 24 sot olan yerlərdə Qabil Əliyev, Hikmət Yigitdöl və Azər Qurbanov heç bir haqq tələb edə bilməzlər. A-1, C-1, B-1 və ortadakı ticarət mərkəzindən İddiaçı və Yavər Aslanovdan heç bir haqq tələb edə bilməzlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1504/2022 saylı xx.xx.2022ci il tarixli qərardadında qeyd olunur: Apelyasiya baxışı zamanı işin müəyyən edilmiş hallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, MTK-nın 0,4984 ha torpaq sahəsinin "xxxx" MMCnin istifadəsinə verilməsi və tərəfindən tikinti işləri aparılması, yuxarıda qeyd edilən ortaqlıq anlaşmasına əsasən hüquqi şəxsin İddiaçı aid razılaşdırılmış torpaq sahəsinə müdaxilə edilməsi və qanunla qorunan hüquqlarına toxunulması ilə nəticələnmişdir. Həmin qərardadda həmçinin qeyd olunur ki, İddiaçı hazırki mübahisə üzrə təkcə “X8” MTK-nın təsisçisi kimi deyil, eyni zamanda, “Ortaklık Anlaşması”na əsasən ona aid torpaq sahəsində üçüncü şəxs tərəfindən tikinti aparılması nəticəsində hüquqları pozulmuş ortaq kimi maraqlarına toxunulan şəxs qismində çıxış edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, “Yaşayış binasının layihələşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 921 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixli müraciəti, Tİ və MNQİ-nin müvafiq qeydiyyat vəsiqələri nəzərə alınaraq, Xətai rayonu, Xocalı prospektindəki 1181-ci məhəllədə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün 0,73 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2015-ci il tarixli, 02 saylı müraciətini və "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 72 saylı razılıq məktubunu nəzərə alaraq, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0,4984 ha hissəsinin eyni məqsədlə "xxxx" MMC-nin istifadəsinə verilməsi, "xxxx" MTK-ya dair razılaşdırılmış layihə sənədlərinin "xxxx" MMC-yə ayrılan torpaq sahəsinə düşən hissədə həmin cəmiyyətə aid edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamının 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilərək 0,2316 ha müəyyən edilməsi qərara alınmışdır. Lakin "xxxx" MTK-nın payçıları (o cümlədən İddiaçı) arasında Əlavə pay haqların təsdiq edilməsinə dair Ortakların anlaşması imzalanmışdır və həmin anlaşmaya əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci tarixli 267 saylı sərəncamı ilə "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinin bir hissəsinin iddiaçıya verilməsi MTK-nın təsisçiləri arasında razılaşdırılmışdır. Məhkəmə qeyd edir ki, həmin Ortakların anlaşması tərəflərin imzaları ilə təsdiq edilməklə tərtib edilmişdir və hazırda qüvvədədir. Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncam imzalanarkən isə qeyd olunanlar nəzərə alınmamışdır. Həmin torpaq sahəsi ilə bağlı aralarında yazılı razılaşmanın olmasına baxmayaraq, iddiaçının Bakı şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamından məlumatı olmamışdır, bu barədə ona məlumat verilməmişdir. MTK-nın torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi, qeyd olunan Ortakların anlaşmasına əsasən iddiaçıya aid torpaq sahəsinə müdaxilə edilməsi və onun qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, iddiaçı həm "xxxx" MTK-nın təsisçisidir, həm də ona aid torpaq sahəsi mübahisələndirilən sərəncama əsasən üçüncü şəxsin istifadəsinə verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. "xxxx" MTK-nın təsisçiləri arasında imzalanmış Əlavə pay haqların təsdiq edilməsinə dair Ortakların Anlaşmasına əsasən İddiaçı verilmiş A-2 və C-2 bloklarının (onların arasında yerləşən torpaq sahəsi daxil olmaqla) yerləşdiyi torpaq sahəsinə aid hissədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 443 saylı Sərəncamı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5223/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5223/2022
14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver