Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5227/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi və eləcə də 1973-cü ildən1977 iyul ayının 6-dək hərbi xidmət və təhsil dövrünün nəzərə alınaraq pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1992-ci ildən ailəsi ilə birlikdə Qarabağ hadisələri ilə əlaqədar məcburi köşkün düşmüşdür. O, 1992-ci ilin may ayına qədər Laçın rayonunda yaşamışdır və həmin ildə də yaşadığı yeri məcburi tərk etmişdir. Hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi,Yeni sahədə yaşayır.1992-ci ilin may ayının sonunda Qarabağ hadisələri ilə əlaqədar rayonu tərk etmişdir. Həmin idarədə işlədiyi müddətdə ona əmək kitabçası da verilmişdir. Lakin əmək kitabçası işğal zonasında qalmışdır. 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində çalışmışdır. Bu barədə SSR pasportunda qeyd edilmişdir. Hal-hazırda pensiya alır. Yuxarıda qeyd etdiyi təşkilatda iş stajı bərpa edildikdən sonra aldığı pensiyanın məbləği artırılacaq. İş stajını təsdiq edən sənədəri olmadığına görə o, məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 01.02.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi 11.05.2022-ci il tarixli **********5 №li yazılı etirazında göstərmişdir ki, İddiaçı yaşa görə pensiyasının yenidən hesablanması üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı hazırki qanunvericiliyin tələblərinə əsasən 13.04.2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya 13.04.2020-ci il tarixdə avtomatlaşdırılmış qaydada 246.11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.İddiaçı müraciətinə əsasən, onun işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdən müraciət etdiyi tarixədək (27.07.2021-ci il) fərdi hesabın sığorta hissəsində qeydə alınmış 4114.97 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmış və 13.10.2020-ci il tarixindən 275.11 manata çatdırılmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar olaraq 01.01.2021-ci il tarixindən yaşa görə əmək pensiya məbləği 306.47 manata çatdırılmışdır. Qeyd etmək lazımdır ki, iddiaçıya məxsus 20.07.2014-cü il tarixli 052544 nömrəli əmək kitabçasında 1977- 01.06.1992-ci il tarixdə Laçın Rayon Mərkəzi Xəstəxanada işlədiyi göstərilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin 01.10.2021-ci il tarixli 16 nömrəli arayışına əsasən Laçın rayon Mərkəzi Xəstəxanasının 01.01.1977-01.06.1992-ci illərə dair arxiv sənədləri rayonun işğalı ilə əlaqədar olaraq işğal zonasında qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 26 dekabr 1996-cı il tarixli qərarının 3.2-ci bəndinə əsasən, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama uyqun aparılır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X7 məhkəmə iclasında yazılı etiraza uyğun olaraq verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia iddaçının 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi dövrlərin nəzərə alınaraq, pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci ildə Laçın rayonu, Mirik kəndində doğulmuş İddiaçı Laçın rayonu, Mirik kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə Sektoru tərəfindən 28.03.2022-ci il tarixdə verilmiş 53/4 №li arayışdan görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün düşməklə Xəzər rayonu Qala qəsəbəsi Yeni sahədə məskunlaşmışdır. НЗ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı 10.11.1974-cü ildən 21.11.1976-cı ilədək hərbi xidmətdə olmuşdur. 20.01.1978-ci il tarixli Э seriyalı 000249 №-li Diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 23.08.1973-cü il tarixli 84 saylı əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı 2 nömrəli Tibb məktəbinin “Feldşer-laborant” şöbəsinə daxil olmuş əyani təhsil almış, 06.07.1977-ci ildə 53 saylı əmrə əsasən həmin məktəbi bitirmmiş “Feldşer-Laborant” ixtisasına yiyələnmişdir. 20.07.2014-cü il tarixdə doldurulmuş 052544 №-li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən, İddiaçı 1977-ci ildən may 1992-ci ilədək Laçın rayon X2 Həkim məntəqəsinin müdiri vəzifəsində işləmişdir; Laçın rayonu işğal olunduqdan sonra öz əvvəlki iş yerinin hesabına Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işdə saxlanılmış hesab edilmişdir ( Əmr №-02, 01.06.1992-ci il); 23.02.2015-ci ildə Mirik həkim məntəqəsinin feldşeri ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (Əmr №-26, 23.02.2015-ci il); 23.02.2015-ci il tarixdən əmək müqaviləsi əsasında Bakı şəhəri Təcili və X3 Stansiyasında 10 nömrəli tibb qardaşı (səyyar) vəzifəsinə qəbul edilmişdir (Əmr №-202, 23.02.2015-ci il); 13.10.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir ( Əmr №-1891, 13.10.2020-ci il). Laçın rayon İcra Hakimiyyəti başçısının Mirik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05.01.2022-ci il tarixdə verilmiş 01 saylı arayışda qeyd olunmuşdur ki, İddiaçı 05 sentyabr 1977-ci il tarixdən Laçın rayonu işğal edilənədək, yəni 18 may 1992-ci il tarixə qədər Laçın Rayon Mərkəzi Xəstəxanası Mirik kənd feldşer-mama məntəqəsinin (1982-ci ildən Mirik həkim məntəqəsinə çevrilmişdir) müdiri işləmişdir. Arxiv sənədləri olmadığı üçün sənəd təqdim etmək mümkün deyildir. Laçın rayon Dövlət Arxivi tərəfindən verilmiş 17.01.2022-ci il tarixli 04 №-li Arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı 1977-1992-ci illər Laçın rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Mirik kənd həkim məntəqəsinin müdiri vəzifəsində işlədiyi barədə arxiv sənədləri 18 may 1992-ci ildə rayonun işğalı ilə əlaqədar işğalda qalmışdır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********1 №li 02.09.2021-ci il tarixli “Sığorta stajının araşdırılması haqqında” məktubda qeyd olunmuşdur ki, təqdim etdiyi 20.07.2014-cü il tarixində tərtib edilmiş 052544 №li əmək kitabçasının surtində qeyd olunmuş 1977-ci il tarixindən 1992-ci il tarixinin may ayınadək Laçın rayon X2 kənd həkim məntəqəsindəki əmək fəaliyyəti dövrünün araşdırlması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma bitdikdən sonra onun əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacaqdır. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 27.10.2021-ci il tarixli **********56 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq onun 13.04.2020-ci il tarixində avtomatlaşdırılmış qaydada 246.11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Müraciəti ilə əlaqədar olaraq bildirirlər ki, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdən (13.10.2020-ci il) müraciət etdiyi tarixədək (27.07.2021-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4114.97 manat pensiya kapitalına əsasən onun əmək pensiyası yenidən hesablanmış və 13.10.2020-ci il tarixindən 275.11 manata çatdırılmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar olaraq 01.01.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının məbləği 306.47 manata çatdırılmışdır. Təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş 01.01.1977-ci il tarixindən 01,06.1992-ci il tarixinədək Laçın rayon Mərkəzi Xəstəxanasındakı fəaliyyət dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Laçın rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin 01.10.2021-ci il tarixli № 16 saylı arayışına əsasən Laçın rayon Mərkəzi Xəstəxanasının 01.01.1977-ci il tarixindən 01.06.1992-ci il tarixinədək əhatə edən dövrlərin arxiv sənədləri rayonun işğalı ilə əlaqədar olaraq işğalda qaldığına görə həmin dövrlərin araşdırılması imkan xaricindədir. Bu baxımdan həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmənin müvafiq sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.1955-ci il təvəllüdlü İddiaçı məxsus 916169 №-li pensiya işinə əlavə olunmuş aşağıdakı sənədlərdən müəyyən olunur ki: DSMF Sosial Ödənişlərinn Mərkəzi Təyinat İdarəsinin 01.07.2020-ci il tarixli 844 saylı qərarı ilə İddiaçı13.04.2020-ci il tarixdən yaşa görə ömürlük pensiya təyin olunmuşdur. Pensiyanın məbləği 239 manat 32 qəpik. 21.09.2020-ci il tarixli xxxxxxx200008 №-li müraciət vərəqəsinin surətindən müəyyən olunur ki, Nəsibov X1 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və ya yenidən hesblanmasını xahiş etmişdir. 21.09.2020-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq əmək pensiyasının təyinatı aparılarkən 01.01.2006-ci il tarixinədək 25 il sığorta stajı və 01.01.2006-cı il tarixindən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış 15.930 manat pensiya kapitalı nəzərə alınaraq 239.32 manar məbləğində pensiya hesablanmışdır. 02.06.2022-ci il tarixli xxxxxxx210028 №-li müraciət vərəqəsinin surətindən müəyyən olunur ki, Nəsibov X1 Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və ya yenidən hesblanmasını xahiş etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 09.06.2021-ci il tarixli **********0 nömrəli qərarı ilə İddiaçı pensiyası yenidən hesablanaraq 304 manat 304,49 manat məbləğində müəyyən edilmişdir. Ümumi sığorta stajının hesablanmasına dair cədvəldən müyyən olunur ki, İddiaçı pensiya təyin olunarkən onun hərbi xidmət (10.11.1974- 21.11.1976) və təhsil (01.09.1973-06.07.1977) dövrləri birlikdə nəzərə alınmışdır. Pensiya işinə əlavə olunmuş xidməti məktubda qeyd olunmuşdur ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş İddiaçı iddiasına dair iş üzrə 23.02.2022-ci il tarixli **********7 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Bildirirlər ki, İddiaçı pensiya yaşına çatdığı 13.04.2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2.1- ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği 01.01.2006-cı il tarixədək 25 il sığorta stajı və 01.01.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında hesablanmışdır. İddiaçı əmək pensiyasının Qanununun 22-1.3-cü maddəsinə əsasən faktiki sığorta stajı əsasında yenidən hesablanması üçün 21.06.2021-ci il tarixində müraciət etmişdir. Bildirirlər ki, iddiaçının təqdim etdiyi 000249 nömrəli diploma əsasən 01.09.1973- 06.07.1977-ci illər üzrə təhsil dövrü, 20.07.2014-cü il tarixdə tərtib olunmuş əmək kitabçasının surətinə əsasən 01.01.1992-ci il tarixindən 01.01.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 01.01.2006-cı il tarixindək mübahisələndirilməyən sığorta stajı 17 il 10 ay 5 gün təşkil edir. İddiaçının əmək kitabçasında qeyd olunmuş 1977-1992-ci illərdə Laçın rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrlər üzrə arxiv sənədlərini yoxlamaq mümkün olmadığı üçün həmin dövrləri sığorta stajına daxil etmək mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş 27.04.2022-ci il tarixli MİHO/1.3-2-2022- 7218 saylı məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2011-ci il tarixli 182 nömrəli qərarının 48.19-cu bəndində Laçın Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Mirik kənd həkim məntəqəsinin adı qeyd edilir. 1977-1992-ci illər üzrə Mirik kənd həkim məntəqəsinin fəaliyyətinə və İddiaçı həmin həkim məntəqəsində işləməsinə dair Səhiyyə Nazirliyinin arxivində hər hansı sənəd aşkarlanmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, həmin dövrün nəzərə alınmaqla iddiaçıya yaşa görə təyin olunuş əmək pensiyasının yenidən hesablanmasından imtina olunmuşdur. İddiaçının sığorta stajının 05.09.1977-ci ildən 17.05.1992-ci il tarixədək münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçının 1977-ci il tarixdən may 1997-ci ilədək tarixədək (mübahisələndirilən dövr) Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi illərə dair əmək kitabçasında qeyd aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Eləcə də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Hazırkı mübahisə mahiyyət etibarı ilə 1977-cü ildən 1992-ci ilədək olan müddətdə iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi və həmin müddətin onun ümumi iş stajına daxil edilməsi ilə bağlıdır. İddiaçıya məxsus əmək kitabçasından gpörünür ki, həmin əmək kitabçası sonradan, yəni 20.07.2014-cü il tarixdə doldurulmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçı özünə məxsus əvvəlki dövrlərdə işləməsini təsdiq əmək kitabçasının məcburi köçkün düşdüyü zaman itirildiyini bildirmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Mübahisələndirilən illərə dair qeydlərlə bağlı cavabdeh tərəfindən həmin normaya əsasən müstəqil şəkildə və öz hesabına araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, Laçın rayonunun 1992-ci ildən əvvəlki dövrün arxiv sənədləri işğal zonasında qaldığı üçün, İddiaçı 1977-ci ildən may 1992-ci ilədək Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işləməsi faktının düzgünlüyünü yoxlamaq mümkün olmamışdır. İddiaçı 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi illəri əmək stajına daxil olmasını xahiş etsə də bunu təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Bakı İnzibati Məhkəməsinin 19.05.2022-ci il tarixli qərardadı ilə İddiaçı 1973-cü ildən 1977-ci il iyul ayının 6-dək hərbi xidmətdə olduğu və təhsil aldığı dövrün nəzərə alınaraq pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia iddaçının 05 sentyabr 1977ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi dövrlərin nəzərə alınaraq, pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia iddaçı İddiaçı 05 sentyabr 1977-ci ildən 17 may 1992-ci ilə kimi Laçın rayonunda Mirik həkim məntəqəsində məntəqə müdiri vəzifəsində işlədiyi dövrlərin nəzərə alınaraq, pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5227/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5227/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver