Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5227/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ödənilməmiş dövrlər üzrə kirayə pulunun ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək cavabdehin 13 noyabr 2023-cü il tarixli imtina məktubunu qanunsuz hesab etməklə, Cavabdehnə mənzil növbəsinə qəbul edildiyinə görə müraciət etdiyi 09 sentyabr 2022-ci il tarixdən kirayə pulunun ödənilməsinə başlandığı 2023-cü il noyabr ayınadək iddiaçıya ödənilməli olan kirayə pulunun ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X4 2005-ci ilin iyun ayından 2021-ci ilin sentyabr ayınadək düşmənlə təmas xəttində, ən qaynar nöqtələrdə: Tovuz rayonunun Əlibəyli və Muncuqlu kəndlərində, Daşkəsən rayonu və Göygöl rayonu ərazisində Murov dağında, daha sonra Füzuli və Hadrut rayonunda xidmət etmiş və 27.09.-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, 2005-ci ilin iyun ayından 2012-ci ilin iyul ayına qədər artilleriya təlim divizionunda artilleriya təlim taqım komandiri, 2012-ci ilin iyul ayından 2013-cü ilin noyabr ayınadək minaatan batareyanın taqım komandiri, 2013-cü ilin noyabrından 2016-cı ilin iyun ayınadək Tank əleyhinə batareyada taqım komandiri, 2016-cı ilin iyun ayından isə haubitsalı artilleriya batareyasının komandiri vəzifələrində xidmət etmişdir. 2017-ci ilin may ayından özündə xəstəlik əlamətlərini müşahidə etmiş, 2018-ci ilin yanvar ayının 25-dən may ayının 2-nə qədər hərbi hospitalda müalicə olunmuş,ağciyər vərəmi diaqnozu ilə Hərbi Həkim Komissiyasının qərarı ilə müalicəyə göndərilmiş, 18 may 2018-ci ildən 19 iyul 2018-ci il tarixədək orada müalicə olunmuşdur. 2020-ci ilin oktyabr ayından yenidən xəstəliyi ağırlaşmış, "Hər iki ağciyərin ocaqlı vərəmi, bərkimə mərhələsində, KB (-) mənfi, Ağciyərlərin xroniki interstisial xəstəliyi" diaqnozu qoyulmuşdur. Xəstəliyin hərbi xidmət dövründə alınması müəyyən edilmişdir. Nəhayət, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyasının 01 iyul 2021-ci il tarixli rəyi ilə "İdiopatik pulmonar fibroz. Qarışıq tipli, əhəmiyyətli dərəcəli ventilyasiya pozğunluğu ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" diaqnozu ilə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız" hesab edilmişdir. Bundan sonra iddiaçının mərhum həyat yoldaşı xx.xx.2021-ci il tarixdə əlilliklə istefaya göndərilmiş, təxminən 4 ay ağır vəziyyətdə xəstə yatmış, 26 dekabr 2021-ci ildə vəfat etmişdir. 38 yaşında ağır hərbi şəraitin yaratdığı xəstəlik nəticəsində vəfat etmiş Azərbaycan Ordusunun kapitanı X3 10 yaşlı oğlu Rəsul və 7 yaşlı oğlu İsmayıl indi iddiaçının himayəsində qalmışdır. İddiaçının rəsmi qeydiyyatı Bakı səhəri, Yasamal rayonu olsa da, faktiki evi və mənzili yoxdur. İddiaçı uşaqları ilə daim mərhum ərinin xidmət yerlərində olmuşdur. Son vaxtlar iddiaçının mərhum əri ağır xəstəliyə tutulduqdan sonra isə Mingəçevir şəhərində kirayədə yaşamışdır. Hal-hazırda da ünvan 1 ünvanında kirayə mənzildə yaşayır. İddiaçının mərhum həyat yoldaşı X1 rayonu İcra hakimiyyətində ailə üzvləri ilə birlikdə mənzil növbəsinə qəbul edilmiş, həyat yoldaşımın vəfatından sonra Yevlax İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə iddiaçı həyat yoldaşının əvəzinə mənzil növbəsinə qəbul olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə həyat yoldaşının və xx.xx.2022-ci il tarixdə atasının vəfatından sonra ailə vəziyyəti ilə əlaqədar övladları ilə birlikdə Bakı şəhərinə köçmək məcburiyyətində qalmış və xx.xx.2022-ci il tarixdən övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanına daimi qeydiyyata düşmüşdür. İddiaçı daha sonra Cavabdehnə ərizə ilə müraciət edərək Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən göndərilmiş sənədlərə əsasən vəfat etmiş ehtiyatda olan hərbi qulluqçunun ailə üzvü kimi mənzil növbəsinə qəbul edilməyini və müvafiq sərəncamın verilməsini xahiş etmiş, Cavabdeh 09 sentyabr 2022-ci il tarixli D-35-068 nömrəli məktubla iddiaçıya imtina cavabı vermişdir. Cavabdeh imtinanı onunla əsaslandırılmışdır ki, mövcud mənzil qanunvericiliyinə əsasən son 5 il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından müraciətin yerinə yetirilməsi mümkün olmamışdır. Nəticədə iddiaçı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin 12 may 2023-cü il tarixli 2- 1(112)-2780/2023 nömrəli qərarı ilə iddiaçının və iki övladının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların ailə üzvləri kimi mənzil uçotuna alınmağı öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh Başçısının 23 oktyabr 2023-cü il tarixli 443 nömrəli sərəncamı ilə iddiaçı və iki övladı yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülərək ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Bununla əlaqədar, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən Cavabdehnə ərizə ilə müraciət olunaraq Bakı İnzibati Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarına əsasən iddiaçının iki övladı ilə birlikdə mənzil uçotuna alınmağı öhdəliyinin Cavabdeh üzərinə qoyulması və Yasamal rayonuna yeni qeydiyyata düşməyi səbəbindən iddiaçıya 09 sentyabr 2022-ci il tarixdən, yəni Cavabdehnə müraciət etdiyi vaxtdan kirayə haqqının hesablanması xahiş edilmişdir. İddiaçının müraciətinə cavab olaraq Cavabdeh 13 noyabr 2023-cü il tarixli 5-21/2-D-27/2-068/2/2023 nömrəli cavab məktubunda iddiaçının Cavabdeh başçısının 23 oktyabr 2023-cü il tarixli 443 nömrəli sərəncamına əsasən mənzil-uçot siyahısına daxil edildiyi, ərizədə qeyd edilən müddətə görə kirayə haqqının ödənilməsi üçün Cavabdeh büdcəsində vəsaitin nəzərdə tutulmadığı bildirilmişdir. İddiaçı qeyd edir ki, kirayə pulu cavabdehin qanunsuz imtinası nəticəsində yalnız məhkəmə qərarı qüvvəyə mindikdən sonra ödənilmişdir. Halbuki faktiki olaraq 2022-ci ilin sentyabr ayında Yasamal Rayon İcra Hakiiyyətinə müraciət olunduğu vaxtda iddiaçının kirayə pulu almaq hüququ var idi. Cavabdehin 09 sentyabr 2022-ci il tarixli D-35-068 nömrəli imtinası ilə iddiaçıya kirayə pulunun ödənilməsi yalnız 2023-cü ilin dekabr ayından aparılmış, bu isə iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla iddiaçının hüquq və qanuni manəfelərini pozur.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 443 nömrəli sərəncamına əsasən ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Ərizədə qeyd edilən müddətə görə iddiaçıya kirayə haqqı ödənilməsi üçün Cavabdeh büdcəsində vəsait nəzərdə tutulmadığından iddiaçının bununla bağlı xahişinin yerinə yetirilməsi mümkün deyildir.
4. İş materiallarına əlavə olunmuş AZ-İİ 013637 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X4 və X7 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Dəmirova” soyadı verilmişdir.
5. İş materiallarına əlavə olunmuş AZ-İİ 591574 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X8 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. X2, anası İddiaçıdır.
6. İş materiallarına əlavə olunmuş AZ-İİ 274285 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X5 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. X2, anası İddiaçıdır.
7. İş materiallarına əlavə olunmuş AZ-İİ 381619 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İsarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1196 nömrəli arayışda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı mərhum həyat yoldaşı kapitan X4 Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır və onun adı mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilmişdir.
9. Bakı İnzibati Məhkəməsininxx.xx.2023-cü il tarixli, 2-1(112)-2780/2023 nömrəli Qərarına əsasən İddiaçı 3 nəfər ailə üzvləri ilə birlikdə (özü və 2 uşağı) yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçunun ailə üzvləri kimi mənzil uçotuna alınmağı öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Qeyd edilən məhkəmə qərarının qüvvədə olması işin mübahisəsiz halıdır.
10. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli, 443 nömrəli Sərəncamına əsasən İddiaçı 3 nəfər ailə tərkibi (özü, oğulları Dəmirli Rəsul, Dəmirli İsmayıl) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan hərbi qulluqşuların güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir.
11. Tərəflər məhkəmə iclasında iştirak etmir.
II. İddianın mümkünlüyü
12. Məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.
13. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
14. X11 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X11 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
15. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
16. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
18. Beləliklə, məhkəmə qeyd edir ki, hazırkı mübahisə qüvvədə olan məhkəmə qərarının icrası qaydası ilə bağlıdır və qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir.
19. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X11 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.
20. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, qüvvədə olan məhkəmə aktına (Bakı İnzibati Məhkəməsininxx.xx.2023-cü il tarixli, 2-1(112)-2780/2023 nömrəli Qərarına) əsasən, İddiaçı 3 nəfər ailə üzvləri ilə birlikdə (özü və 2 uşağı) yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçunun ailə üzvləri kimi mənzil uçotuna alınmağı öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur.
21. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı kirayə pulunun cavabdeh orqan tərəfindən 2023-cü ilin dekabr ayından etibarən ödənildiyini bildirmiş və cavabdeh orqana müraciət etdiyi tarixdən (09 sentyabr 2022-ci il) kirayə pulunun ödənilməsinə başlanıldığı tarixə qədər olan dövr ərzində ödənilməmiş kirayə pulunun ödənilməsini tələb etmişdir.
22. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır.
23. İddiaçının arzuladığı məqsədə çatmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi məhkəmə qərarının lazımi qaydada icra olunmaması ilə bağlı tədbirlərin həyata keçirilməsinin təmin edilməsidir. Həmin tədbirlər yeni iddia qaldırmaqla deyil, “məhkəmə prosesi”nin ayrılmaz hissəsi olan məhkəmə qərarının icrası qaydasında həyata keçirilməlidir.
24. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından və hüquqi marağına uyğun olaraq səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
25. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
26. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva