Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5228/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «müqavilənin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «müqavilənin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı oğlu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 2018-ci il tarixdə almış və həmin tarixdə də qeyd edilən ünvana pasport qeydiyyatına düşmüşdür. Həmin evə quraşdırılmış elektrik sayğacı keçmiş sakin X1 adına qeydə alınmışdır və hazırda da onun adındadır. X3 fərdi yaşayış evini iddiaçıya satdıqdan sonra evi tərk etmiş və bu ünvanla onun heç bir əlaqəsi yoxdur. İddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Ev iddiaçının daimi yaşayış yeridir. Elektrik sayğacının keçmiş sakinin adında qalması iddiaçının hüquqlarını kobud şəkildə pozur, sayğacla bağlı yaranacaq hər hansı tir problemin həll edilməsində ona çətinliklər yaradır. Evə aid elektirik sayğacının quraşdırılmasına dair bağlanmış müqavilənin dəyişdirilərək iddiaçının adına bağlanması gələcəkdə sayğacla bağlı onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. İddiaçı ərizə ilə cavabdeh "xxxx" ASC-yə müraciət edərək, evə aid elektirik sayğacına dair bağlanmış müqavilənin dəyişdirilərək onun adına bağlanmasın xahiş etmişdir. Lakin cavabdeh heç bir tədbir görməmiş və ərizəyə cavab verməmişdir. Bununl ada iddiaçını bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunarlardan da görünür ki, cavabdeh tərəfindən əsassız olaraq evin elektrik sayğacının quramdırılmasına aid olan müqavilə dəyişdirməmiş, sərfiyyatının ödənilməsi üçün kod verilməmişdir. Nəticədə iddiaçının hüquqları pozulur. Göstərilənlərə və «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18, 26-cı maddələrinə, İPM-in 33, 39, 68-ci maddələrinə əsaslanaraq, məhkəmədən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə aid elektirik sayğacının quraşdırılmasma dair bağlanmış müqavilənin dəyişdirilərək iddiaçının adına bağlanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.20-ci bəndinə görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Qaydaların 8.35-ci bəndinə görə enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X2 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, mövcud qanunvericilik normalarına görə xüsusi yaşayış evinin elektrik enerjisi ilə təchizatının təmin edilməsi üçün onun mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalı və enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açılmalıdır. Lakin hazırkı işin məhkəm araşdırılması ilə müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən evə (tikiliyə) hazırkı İddiaçı hər hansı hüquqmüəyyənedici sənədi, o cümlədən mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı mövcud olmadığından (bu halı iddiaçının özü də inkar etmir), o, cavabdeh "xxxx" ASC-nin hərkətləri ilə bağlı hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüquqa malik olmur. Nəzərə alınmalıdır ki, iş materiallarına əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair hazırkı İddiaçı adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil, yalnız iddiaçının bildirdiyinı görə evin əvvəlki sahibi sayılan X1 hazırkı iddiaçıya müvafiq səlahiyyətlər verməsini əks etdirən etibarnamə tərtib olunmuşdur. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5228/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5228/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver