Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5229/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 590 saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 590 saylı qərarı ilə vətəndaş İddiaçı yəni ki, ona fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin mülkiyyətinə verilməsi haqqında qərar qəbul edilmişdir. Bildirmək istəyir ki, müraciətinə əsasən Bələdiyyənin müvafiq orqanları tərəfindən yerində tələb olunan qaydada yoxlanılaraq torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi məqsədə müvafiq hesab edilmişdir. X3 İnkişaf daimi komissiyasının xx.xx.2006-ci il tarixli iclasında ərizəsinə baxılaraq xx.xx.2006-cı il tarixli 13 saylı ümumi iclasında vətəndaş İddiaçı yəni ki, ona 600 kvm torpaq sahəsi ayrılması məqsədə uyğun hesab edilmişdir. Qeyd olunanlara əsasən, “X1 haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 13 saylı ümumi iclasında qərar qəbul edilmişdir. Həmin torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair müqavilə bağlanmışdır. Alqı-satqı yolu ilə mülkiyyətinə ayrılan torpaq sahəsinin sərhədləri və dönmə nöqtələri yerində müəyyənləşdirilərək naturaya və xəritəyə keçirilmiş, torpaq sahəsinin plan-cizgisi alanın yəni ki, onun hesabına hazırlanmışdır. Torpağın satış qiyməti, bazar məzənnəsi, tələb və təklif, sahənin təyinatı, coğrafi yeri, ölçüsü keyfiyyəti və digər amillər nəzərə alınmaqla tərəflər arasında sahənin hər bir kvm üçün YAN ilə 4 manat 16 qəpik məbləğində razılaşdırılmış və tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi rayonu X2 ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi haqqında 30 dekabr 2006-cı il tarixli 590 saylı alqı-satqı müqaviləsi aralarında imzalanmış, sədr Məmmədov. N.A tərəfindən imzalanaraq möhürlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı" Qaydalarına əsasən torpaqların alqı-satqısına dair akt tərtib edilərək bağlanmışdır. Həmin akta əsasən tərəfindən edilmiş müraciət əsasında Bakı Şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ərazisində yerləşən 600 kvm torpaq sahəsinin satılması barədə 25 dekabr 2006-cı il tarixli 590 saylı qərar qəbul edilmiş və həmin qərara əsasən bunun müqabilində bələdiyyənin hesabına əvvəlcədən 2496-00 iki min dörd yüz doxsan altı manat haqq ödənilmişdir. (qəbz№ 064886) Tərəflər arasında akt imzalandıqdan sonra möhürlənərək təsdiqlənmişdir. Binəqədi rayonu, 6-cı mikrorayon, qərb hissəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı yəni ki, onun mülkiyyətimnə ayrılan torpaq sahəsinin situasiya planı, yerləşmə sxemi (cizgisi) tərtib edilərək natura və xəritəyə keçirilmiş və nəzərdə tutulan sahə xəritədə qeyd edilmişdir. Bələdiyyə mülkiyyətinin idarəedilməsi şöbəsinin mühəndis-memarı Qulamov F.O tərəfindən imzalanmış Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən möhürlənərək təsdiqlənmişdir. Nəzərə çatdırmaq istəyir ki, tam qanuni yolla alqı-satqı əsasında mülkiyyətinə ayrılan torpaq sahəsinə artıq 20 ilə yaxın müddətdir ki, torpaqla bağlı bütün sanitar, ekoloji qaydalara riayət edir və heç bir hüquqi və ya fiziki şəxslə habelə dövlət və yerli özünü idarəetmə bələdiyyə orqanları tərəfindən mülkiyyətinə ayrılan torpaq sahəsi ilə bağlı heç bir mübahisə yaranmamış əksinə mülkiyyəti bilinərək tanınmışdır. Eyni zamanda torpaqla bağlı müntəzəm olaraq yararlı vəziyyətdə saxlanılması üçün tərəfindən vəsait xərclər çəkilmişdir. Qeyd etməyi bilir ki, tərəflərindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına edilmiş 14.1 1.2024-cü il tarixli sorğu əsasında arxivdən çıxarışla Bakı Şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin alqı-satqı yolu ilə mülkiyyətinə ayrılan torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli 590 saylı qərarı və əlavə edilmiş sənədlərin Dövlət Arxivinin Bakı filialında mövcudluğu təsdiq olunaraq elektron təsdiqli surətləri onlara təqdim edilmişdir. xx.xx.2024cü il tarixdə cavabdedhə torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinə dair çıxarışın, plan və ölçünün verilməsinə dair ********** saylı ərizə məktub ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli, **********22 saylı məktubla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənəddə ləğv edilmiş X4 Komitəsi tərəfindən torpaqların alqısatqısına dair akt təsdiq edilməmişdir. Qeyd edilmişdir ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. 2005-ci ildən tam qanuni yolla alqı-satqı müqaviləsi ilə mülkiyyətlərinə ayrılan torpaq sahəsinin yanındakı torpaq sahələrinə dair tərəfimdən təqdim edilən analoji hüquqmüəyyənedici sənədlər əsasında torpaq sahəsinə dair hüquqları heç bir maneəsiz və tərəddüdsüz imtinasız hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır (tərəfindən ərazi üzrə yanyana yerləşən torpaqlara dair qeydiyyata alınan çıxarışlar təqdim ediləcəkdir).
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş **********22 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Bundan başqa, torpaq sahəsi xx.xx.2006-ci il tarixli, 590 nömrəli qərarla ayrılsa da, alqı-satqı aktında xx.xx.2006-ci il tarixli, 590 nömrəli qərara istinad olunmuşdur. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla, kənd təsərrufatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd ediməmişdir, perimetrik ölçülərdə fərqlər mövcuddur. Əlavə olaraq, sahə 2 Nömrəli Zığ-Zeytun Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-M-1774-8/2024 **********22 nömrəli məktubla imtina edilmişdir.
8. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 590 nömrəli, 30 dekabr 2006-cı il tarixli qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr, Qərb hissəsində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı tərəfindən abadlaşdırılaraq, yararlı vəziyyətə salındığını və onun tərəfindən istiafdə edildiyini nəzərə alaraq onun mülkiyyətinə ayrılmışdır.
9. Mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 543 nömrəli, 30 dekabr 2006-cı il tarixli müqavilə bağlanmış və akt tərtib edilmişdir. Torpaq sahəsinin cizgisi Bələdiyyə tərəfindən təsdiq edilmişdir.
10. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 590 nömrəli, 30 dekabr 2006-cı il tarixli qərarı və ona əlavə edilmiş sənədlərin surəti Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-M-5375-8-5678/2024 nömrəli məktubla iddiaçıya təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 04 fevral 2025-ci il tarixli, 3-48-2F/2-231/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli , 590 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin qərarın və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş ksero surətləri təqdim edilir.
12. İddiaçı tərəfindən məhkəməyə Binəqədi rayonu, 6-cı mkr, Qərb hissəsində yerləşən torpaq sahəslərinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çoxsaylı çıxarışlar və hüquqmüəyyənedici sənəd qismində Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaq ayırma barədə qərarlarının çıxış etdiyi və vətəndaşların iddia tələblərinin təmin edildiyi inzibati mübahisələrə dair məhkəmə qərarları təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:
1. torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır.
2. Bundan başqa, torpaq sahəsi xx.xx.2006-ci il tarixli, 590 nömrəli qərarla ayrılsa da, alqı-satqı aktında xx.xx.2006-ci il tarixli, 590 nömrəli qərara istinad olunmuşdur.
3. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla, kənd təsərrufatı təyinatlı torpaqlar kateqoriyasına aiddir.
4. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd ediməmişdir, perimetrik ölçülərdə fərqlər mövcuddur.
5. Əlavə olaraq, sahə 2 Nömrəli Zığ-Zeytun Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir.
20. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
21. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir:
22. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
23. İddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 590 saylı qərarına istinad edərək, mübahisə predmeti torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın və plan-ölçünün verilməsi tələbini irəli sürmüşdür.
24. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı, İddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 590 saylı qərarı və ona əlavə edilmiş sənədlər (müqavilə, yerləşmə cizgisi, alqısatqı aktı) Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmişdir.
25. İnzibati orqanın tələbin təmin olunmasından imtinasının əsaslarından biri olan torpaq sahəsinə dair təsdiq edilmiş alqı-satqı aktında qərarın tarixinin düzgün göstərilməməsinə, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamasına və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamasına istinad edilsə də, iş materiallarından göründüyü kimi, vətəndaşın ərizəsi əsasında torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt bu günkü günədək qüvvədədir və inzibati aktın və ona əlavə edilmiş sənədlərin arxiv nüsxəsi dövlət arxivində mövcuddur.
26. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
27. Bundan əlavə məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; 12.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 18.1-ci maddəsinə əsasən, inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz.
29. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri eyni məzmunlu sənədlər əsasında qeydiyyata alınmışdır. Hazırkı iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur.
30. Cavabdeh etirazında iddia olunan ərazinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması və ilə bağlı dəlilləri, elə cavabdeh qurumun özünün həmin ərazi üzrə verdiyi çıxarışlarda torpaq sahəsinin katerqoriyası kimi “yaşayış məntəqələrinin torpaqları” göstərməsi ilə təkzib olunur.
31. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
32. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
34. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 590 saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva