Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-523/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3cü şəxs qismində X25 və qeyriləri işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X63 Ağa qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X25 və qeyriləri işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı X25, X26, X27, X19, X9, X32, X33, X37, X38, X39, X7, X4, X3, X12, X13, X5, X28 3-cü şəxs qismində cəlb edilməklə həmin şəxslərin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2017-ci il tarixli ******* qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. O, xx.xx.2021-ci ildə Asan xidmət mərkəzində arayış alarkən ona məlum olmuşdur ki, mülkiyyətində olan evdə X25 və X14 ailə üzvləri pasport qeydiyyatındadırlar. Bildirir ki, hazırda mülkiyyətində olan evdə qeydiyyatda olan şəxslərlə heç bir qohumluq münasibətləri yoxdur və onların həmin evdən istifadə hüquqları mövcud deyildir. Onlar faktiki olaraq başqa ünvanda, özlərinə məxsus evdə yaşayırlar. O, cavabdehə müraciət edərək üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla imtina cavabı verərək bildirmişdir ki, məhkəmə orqanlarına müraciət etməlidir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.1953-cü il təvəllüdlü X25, xx.xx.1960-cı il təvəllüdlü X26, xx.xx.1983-cü il təvəllüdlü X27, xx.xx.1962-ci il təvəllüdlü X19, xx.xx.1986-cı il təvəllüdlü X8, xx.xx.1983-ü il təvəllüdlü X32, xx.xx.1960-cı il təvəllüdlü X33, xx.xx.1959-cu il təvəllüdlü X37, xx.xx.1984-cü il təvəllüdlü X39, xx.xx.1983-cü il təvəllüdlü X38, xx.xx.1954-cü il təvəllüdlü X7, xx.xx.1956-cı il təvəllüdlü X4, xx.xx.1986-cı il təvəllüdlü X3, xx.xx.1990-cı il təvəllüdlü X20, xx.xx.1983-cü il təəvllüdlü X13, xx.xx.1965-ci il təvəllüdlü X10 və onların azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X34, xx.xx.2010-cu il təvəllüdlü X35, xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X40 və xx.xx.2013-cü il təvəllüdlü X21 iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3829/2022 saylı 23 iyun 2022-ci il tarixli qərardadları ilə xx.xx.1990-cı il təvəllüdlü X20, xx.xx.2014-cü il təvəllüdlü X34, xx.xx.2010-cu il təvəllüdlü X35, xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X40 və xx.xx.2013-cü il təvəllüdlü X41 iş üzrə inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişlər, X16 və X1 isə 3-cü şəxs kimi prosessual həmiştirakçılığına xitam verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5 Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 226.5 kv.m olan fərdi yaşayış evi tam payda xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2017-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2017-ci il tarixə olan vəziyyətinə texniki pasport tərtib edilmişdir.
10. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021ci il tarixli 059-35782A-3121 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən sözügedən şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunur.
11. Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış 14-15-18/93 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan şəxslərin həmin ünvanda yaşayıb-yaşamamasını müəyyən etmək mümkün olmamışdır.
12. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.1953-cü il təvəllüdlü X25, xx.xx.1960-cı il təvəllüdlü X26, xx.xx.1983-cü il təvəllüdlü X27, xx.xx.1962-ci il təvəllüdlü X19, xx.xx.1986-cı il təvəllüdlü X8, xx.xx.1983-ü il təvəllüdlü X32, xx.xx.1960-cı il təvəllüdlü X33, xx.xx.1959-cu il təvəllüdlü X37, xx.xx.1984-cü il təvəllüdlü X39, xx.xx.1983-cü il təvəllüdlü X38, xx.xx.1954-cü il təvəllüdlü X7, xx.xx.1956-cı il təvəllüdlü X4, xx.xx.1986-cı il təvəllüdlü X3, xx.xx.1990-cı il təvəllüdlü X20, xx.xx.1983-cü il təəvllüdlü X13, xx.xx.1965-ci il təvəllüdlü X29, xx.xx.2014-cü il təvəllüdlü X34, xx.xx.2010-cu il təvəllüdlü X35, xx.xx.2009-cu il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X40 və xx.xx.2013-cü il təvəllüdlü X41 yaşayış yeri üzrə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
13. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********53 nömrəli məktubla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Maqomayev küçəsi, 7 saylı fərdi yaşayış evinə dair bütün icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 14-15-18/253 nömrəli xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Biləcəri qəsəbəsi, Maqomayev küçəsi, ev 7 ünvanı altında yerləşən evlər iki ayrı-ayrı fərqli fərdi yaşayış evləridir.
15. Kirov rayon X46 İcraiyyə Komitəsi tərəfindən verilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışdan və Bakı şəhər X6 İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli 30/999 nömrəli məktuba əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X17 məxsusdur.
16. Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış 5-10-1/2- 75/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, Biləcəri qəsəbəsi, Maqomayev küçəsi, ev 7 ünvanı altında yerləşən evlər iki ayrı-ayrı fərdi yaşayış evləridir. Bundan əlavə sorğuda qeyd edilən X11 yaşadığı evə mövcud problemin aradan qaldırılması üçün Biləcəri qəsəbəsi, Maqomayev küçəsi, ev 7 B ünvanını vermək olar.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə iddia ərizəsini araşdıraraq iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
23. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, hazırki iş üzrə mübahisə predmeti olan ünvan 2 ünvanına dair iddiaçı ilə eyni vaxta 3-cü şəxslərin də, adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Həmin şəxslər iddiaçıya məxsus fərdi yaşayış evində yaşamasalar da, eyni ünvana hüquqmüəyyənedici sənədləri mövcud olduğundan və müvafiq icra hakimiyyəti orqanının məhkəməyə verdiyi məlumata əsasən özlərinə məxsus evdə faktiki yaşamaqla yaşayış yeri üzrə qeydiyyatda olduqlarından iddia tələbi əsassız hesab edilməlidir.
24. Məhkəmə eləcə də qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. -1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra-Komitə) tərəfindən həyata keçirilir. -3.3-cü bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə görə ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir.
25. Qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə eyni ünvanla bağlı yaranmış mübahisənin həlli məqsədilə iddiaçının həmin ünvanda yerləşən əmlaka mülkiyyət hüququ ilə sahib şəxsin daşınmaz əmlak obyektinə ünvan verilməsi ilə bağlı səlahiyyətli orqana müraciət etmək hüququ saxlanılır.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
27. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
29. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
30. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
31. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X2 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
34. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
35. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
36. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
37. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
39. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X24 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
43. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva