Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5231/2022 16.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X11 işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X11 işə cəlb edilməklə 3-cü şəxsin istifadəsində olan ünvan 4 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 iyun 1983-cü il təvəllüdlü X5 ona məxsus ünvan 4 saylı mənzilə qeydiyyata alınmışdır. X5 hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır və xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Kirov vilayətinin Kirov şəhəri, Oktyabrskiy prospekti, ev 12, 4 saylı mənzilə daimi qeydiyyata alınmışdır. X5 mənzildə qeydiyyatda olmasına baxmayaraq, daimi yaşamaq üçün Rusiya Federasiyasına köçüb getmiş və oranın vətəndaşlığını qəbu letmişdir. O mənzilində qeydiyyatda olduğuna görə payına düşən mənzil və kommunal xidmət haqlarını da, o, ödəməli olur. Həmçinin onun mənzilində qeydiyyatda olması müəyyən fəsadlar törədir. Belə ki, o, həmin mənzillə bağlı hər-hansı əqdləri, müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmir və bununla da, onun mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də, X7 Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, ev 3, 11 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdehə müraicət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə imtina edərək, məhkəməyə müraicət etməsini tövsiyyət etmişdir. Yaranmış vəziyyətdə mübahisənin yeganə həll yolu üçüncü şəxsin mənzilindən məhkəmə qaydasında qeydiyyatdan çıxarılmasıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, işə onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəməyə məlum olan ünvana 3-cü şəxsə göndərilmiş məhkəmə bildirişləri isə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X11 və qeyriləri yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadırlar. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 101-9877-1222 nömrəli məktubla təqdim edilmiş X8 adına sənədləşən fərdi uçot kartoçkasının surətindən görünür ki, X11 xx.xx.2013-cü il tarixdə ünvan 1 ünvanına qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixdə şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. İşdə olan “yaşayış yeri üzrə qeydiyyat haqqında” 3018 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Azərbaycan SSR, Şaumyan rayonunda anadan olmuş X3 vilayəti, Kirov küçəsi, X6 küçəsi, ev 7, korpus 1, mənzil 81 ünvanında qeydiyyatdadır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, X4 əri xx.xx.1983-cü il təvəllüdlü X3 vilayəti, Kirov şəhəri, Oktyabr prospekti, ev 12, mənzil 14-də qeydiyyatda olmaqla yaşayır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli, 101-34453Ş-3221 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, şəxs yaşayış yeri üzrə qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara əsasən çıxarılır. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılması məsələsi müsbət həll oluna bilər. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş 33 19 614730 nömrəli Rusiya Federasiyasının vətəndaşlıq pasportundan çıxarışdan görünür ki, doğum yeri Azərbaycan SSR, Bakı şəhəri, Şaumyan rayonu olan xx.xx.1983-cü il təvəllüdlü X9 Rusiya Federasiyasının Kirov Vilayəti üzrə Rusiya DİN-i tərəfindən xx.xx.2019-cu il tarixdə vətəndaşlıq pasportu verilmişdir. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş ** AA ***4001 nömrəli ərizədən görünür ki, doğum tarixi: 13 iyun 1983-cü il, doğulduğu yer: Azərbaycan SSR, Bakı şəhəri, Şaumyan rayonu, vətəndaşlığı: Rusiya Federasiyası, cinsi: kişi, pasport 33 19 614730, Kirov vilayəti üzrə Rusiya DİN-i tərəfindən 14 noyabr 2019-cu il tarixində verilib, bölmə kodu: 430-040, qeydiyyatda olduğu ünvan: Kirov vilayəti, Kirov şəhəri, Oktyabr prospekti, ev 12, mənzil 14 olan X11 notarial qaydada təsdiq edilmiş ərizə verərək, Rusiya Federasiyasının vətəndaşı olduğuna və daimi olaraq, Rusiya Federasiyası ərazisində yaşadığına görə onun Azəbraycan Respublikası, ünvan 3 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına razılıq verir və xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2021-ci il tarixli, 101-34453Ş-3221 nömrəli məktubla imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddia mahiyyəti üzrə də əsaslıdır. Belə ki, işin yuxarıda sadalanan hallarından göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, ev 3 ünvanında yerləşən 11 saylı mənzil iddiaçıya məxsusdur. X12 iddiaçının oğludur. X1 Federasiyasının vətəndaşlığını əldə edərək, ona bu barədə xx.xx.2019-cu il tarixli Rusiya Federasiyasının vətəndaşlıq pasportu verilmişdir. O, hazırda Rusiya Federasiyasının vətəndaşı olmaqla, Kirov vilayəti, Kirov şəhəri, Oktyabr prospekti, ev 12, mənzil 14-də qeydiyyatdadır və həmin ünvanda yaşayır. R.Babayev başqa ölkədə özünə artıq yaşayış yeri seçmişdir. Buna görə də, iddiaçı, R.Babayevin mübahisəli ünvandan pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X2 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X10 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən inzibati icraat və məhkəmə icraatı zamanı üçüncü şəxsə münasibətdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma ilə bağlı qanunvericilikdə («Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində) nəzərdə tutulmuş sübutlar təqdim edilməsinə baxmayaraq cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılan zaman sübutlar kifayət qədər araşdırılmamışdır. Bu səbəbdən də, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X7 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5231/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5231/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver