Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5232/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçı Pirverdiyev Saleh Gülbala oğlunun (Xaçmaz rayonunda qeydiyyatdadır, işsiz), cavabdehin nümayəndəsi Ehtibarlı Canmirzə Əlirza oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəzifəsi hüquq məsləhətçisi) iştirаkı ilə, iddiaçı Pirverdiyev Saleh Gülbala oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına qarşı “cavabdehin verdiyi qərarda “hərbi xidmət dövründə” sözlərinin “hərbi xidməti vəzifəsini yerinə yetirərkən” sözləri ilə əvəz edilməsi tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Pirverdiyev Saleh Gülbala oğlu cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına qarşıMHHK-nın verdiyi xx.xx.2018-ci il tarixli qərarda “travmadır hərbi xidmət dövründə” sözlərinin “hərbi travmadır, hərbi xidmət vəzifəsini yerinə yetirərkən alınmışdır” sözləri ilə əvəz olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən 1999-cu ilə qədər N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 1997-ci ilin 6 fevral tarixində hissənin ərzaq və sursatla təminatı üçün piyada göndərilmiş, lakin yolda müəyyən olmuşdur ki, o bu vəzifəni yerinə yetirməyə qadir deyildir.O soyuqda donmuşdur, yükə gücü çatmadığından huşunu itirib yıxılmış və yük onun üzərinə düşmüşdür. Kəllə-beyin zədəsi alaraq xidmətə yararsız vəziyyətə düşmüşdür. Hospitalda 28 gün müalicə olunduqdan sonra hərbi xidmətə yararsız olduğu halda təkrar hərbi hissəyə göndərilmişdir. Sonradan yaraları fəsadlaşmış və nəticədə iddiaçı əmək qabliyyətini tam itirmişdir, uzun müddətli reabilitasiya da onu xilas etməmişdir. Ona əlillik statusu verilən zaman epikrizə ehtiyac olduqda müəyyən olunmuşdur ki, sənədlər hərbi hissədə yanlış yazılmışdır. Hərbi Həkim Komissiyası və X1 yalnız hərbi hissənin yanlış və gec verilmiş arayışı səbəbindən onun barəsində düzgün qərar qəbul edə bilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, iddiaçının hərbi xidmət keçərkən aldığı və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma üzrə xəstəlik diaqnozu: “Qapalı kəllə-beyin travması. Xroniki pielonefrit” olmuşdur.Həmin diaqnoz üzrə travmanın səbəbli əlaqəsi Müdafiə Nazirlyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə “Travmadır, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi düzgün təyin edilmişdir. Keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəbli əlaqəsinin təyin edilməsi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir. Hərbi Həkim Komissiyası xəsarətin səbəbli əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissəsinin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Travma haqqında arayış 3 aydan gec olmayaraq tərtib edilib hospital göndərilməli idi. Lakin iddiaçının hansı şəraitdə yaralanmasına dair N nömrəli hərbi hissə komandirinin verdiyi xx.xx.2018-ci il tarixli, 502 nömrəli travma haqqında arayış komissiyaya 18 ildən sonra təqdim edilmişdir. Bu səbəbdən də iddiaçının xəsarətinin hərbi xidmətlə səbəbli əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi mümkün deyildir. İddiaçının xəstəliyinin hərbi xidmətlə səbəbli əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər, lakin iddiaçı bu müddəti buraxmışdır.Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi C.Ehtibarlı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyiniun Mərkəzi Həkim Komissiyasının İddiaçı Gülbala oğluna ünvanlanmış 1319 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, hərbi xidmət keçərkən aldığı xəstəlik üzrə “Qapalı kəllə beyin travması. Xroniki pielonefrit” diaqnozu qoyulmuşdur, xəstəliyin hərbi xidmətlə səbəbli əlaqəsi “travmadır, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir.Travma haqqında arayış zədələnmənin alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 502 nömrəli travma haqqında arayış zədələnmədən 18 il sonra tərtib edildiyindən əsas kimi qəbul edilməmiş və bu səbəbdən qərarda travmanın hərbi xidmətlə səbəbli əlaqəsini dəyişdirmək mümkün deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyiniun Mərkəzi Həkim Komissiyasının 1477 nömrəli, xx.xx.2018-ci il tarixli aktında göstərilmişdir ki, Xaçmaz RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı Gülbala oğlunun xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1997-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma, xəstəlik diaqnozu: “Qapalı kəllə-beyin travması. Xroniki pielonefrit” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaşmaz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 377 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli, 377nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1997-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Travmadır, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 216 №li Hərbi Hissənin 11 nömrəli formada tərtib olunmuş A-507 №li, xx.xx.2018-ci il tarixli “Travma haqqında arayış”ına əsasən əsgər Pirverdiyev Saleh Gülbala oğlu xx.xx.1997-ci ildə saat 18.00-da yıxılıb başı yerə dəymişdur.Diaqnoz “kəllənin sağ hissəsinin əzilməsi, beyin silkələnməsi yüngül forma” göstərilmişdir.Arayışda xəsarətin hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması göstərilmiş, arayış həkim komissiyasına təqdim edilməsi üçün verilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçı müddətli hərbi xidmətdə olan zaman xəsarət almış və ona “Qapalı kəllə-beyin travması. Xroniki pielonefrit” diaqnozu qoyulmuşdur. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə iddiaçının xəsarəti “Travmadır, xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təsnifatlandırılmışdır. İddiaçı həmin xəsarətin hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması əsası ilə cavabdeh tərəfindən onun xəsarətinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; Həmin Qanunun 27.1-ci maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar:27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən;27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən;27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən;27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən;27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən;27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən;27.1.7. ezamiyyətdə olarkən;27.1.8. müalicədə olarkən və müalicə yerinə gedibgələrkən;27.1.9. toplanışlar keçərkən;27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən;27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa);27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək;27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən;27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən;27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. İşin faktiki hallarına əsasən iddiaçı hərbi vəzifəsini yerinə yetirərkən – yəni hərbi hissə komandirinin əmrinin icrası zamanı (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1.5-ci maddəsi) xəsarət almışdır ki, bu da hərbi vəzifənin yerinə yetirilməsi zamanı alınmış xəsarət hesab olunur. Qeyd edilən qanunun 27.1.6-cı maddəsində göstərilmişdir ki, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olma hərbi vəzifənin yerinə yetirilməsi hesab edilir. İddiaçının xidmət etdiyi hərbi hissə tərəfindən verilmiş arayışda da iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” əsasnamənin 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Həmin Əsasnamənin 7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır:a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»;b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»;c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»;ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»;d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»;e) «Ümumi xəstəlikdir». Həmin Əsasnamənin 7.1-ci bəndində göstərilmişdir: c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir:əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. Cavabdehin etirazında xəstəliyin səbəbli əlaqəsinin müəyyən edilməsinin cavabdehin diskression səlahiyyətlərinə aid edilməsi və mübahisələndirmə iddia növüna aid olmaqla iddiaçı tərəfindən iddia müddətinin buraxılması barədə bildirdiklərini məhkəmə əsassız hesab edir. Belə ki, qanunverici hərbi xidmət zamanı alınmış xəsarətin necə təsnifatlandırılmalı olması barədə dəqiq göstəriş vermiş və hansı halda alınmış xəsarətlərin hərbi vəzifəsini yerinə yetirən zaman alınmış hesaba edilməsini konkret göstərmişdir və bu halda cavabdehə belə təsnifatlandırma aparıb aparmamasını onun mülahizəsinə buraxmamışdır, yəni hərbi xidmət zamanı alınan xəsarətlərin təsnifatlandırılması cavabdehin diskression səlahiyyəti deyildir. Bundan başqa hazırki iddia növü cavabdehin qərarının ləğv edilməsi (yəni mübahisələndirmə) deyildir, cavabdeh tərəfindən qanuna uyğun olaraq öhdəliyinin icra edilməsi – iddiaçının aldığı xəsarətin səbəbinin düzgün müəyyən edilərək arayışa qeyd edilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçı Pirverdiyev Saleh Gülbala oğlunun iddiası əsaslı olduğu üçün təmin edilməli, Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi xx.xx.2018-ci il tarixli qərarda “travmadır hərbi xidmət dövründə” sözlərinin “hərbi travmadır, hərbi xidmət vəzifəsini yerinə yetirərkən alınmışdır” sözləri ilə əvəz olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına həvalə edilməlidir. Azərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2,34, 68, 69, 73, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddia təmin edilsin. İddiaçı Pirverdiyev Saleh Gülbala oğlunun barəsində Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi xx.xx.2018-ci il tarixli qərarda “travmadır hərbi xidmət dövründə” sözlərinin əvəzinə “hərbi travmadır, hərbi xidmət vəzifəsini yerinə yetirərkən alınmışdır” sözlərinin yazılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-5232/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5232/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver