Məhkəmə qərarları › İş №2-1(112)-5233/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5233/2024

04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5233/2024 04.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubblikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “iddiaçının xx.xx.1994-xx.xx.1996-cı il tarixə kimi dövr üzrə müddətdən artıq həqiqi hərbi xidmətinin (2 il 8 ay 11 gün) bir ay üç ay sayılmaqla yeni məlumat vərəqəsinin tərtib olunub DSMF-yə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ.

1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respubblikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “cavabdeh Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2023-cü il 3-B-14/2- 14-52xx/xx/2023 nömrəli imtina məkdubunu əsassız hesab edib, təqdim etdiyi sənədlər əsasında həmin zaman qüvvədə olan qanunlara və qərarlara uyuğun olaraq iddiaçının döyüş bölgəsində ön xətdə döyüşən ordunun tərkibindəki müddətdən artıq qaldığım 2 il 8 ay 14 gün hərbi xirmət illərimi güzəştli şərtlərlə 1 günü 3 gün kimi düzgün hesablanıb məlumat vərəqənin tərtib edilərək pensiyasının yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiyə Nazirliyinin yanında Dövlət Sosial Müdafiyə Fondunun Hərbi Qulluqçularla İş Departamentinə göndərilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.1992-ci ildən xx.xx.1996-cı il tarixə qədər hərbi xidmətdə olduğu müddətin 1 günü 3 gün hesablanaraq məlumat vərəqənin DSMF XŞTİ üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi”ni xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “iddiaçının xx.xx.1994-xx.xx.1996-cı il tarixə kimi dövr üzrə müddətdən artıq həqiqi hərbi xidmətinin (2 il 8 ay 11 gün) bir ay üç ay sayılmaqla yeni məlumat vərəqinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04 noyabr 2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixindən Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən N nömrəli hərbi hissədə (1995 ilin iyun ayından hərbi hissənin nömrəsi dəyişərək N nömrəli hərbi hissə olub) hərbi xidmətimə başlamışdır. Azərbaycan Respublilkasının ərazi bütövlüyü uğrunda ön xətdə döyüşən ordunun tərkibində döyüş əməliyyatlarda iştirak etməklə xx.xx.1996 ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuş və müharibə veteranıdır. Hərbi xidmət dövründə döyüş bölgəsi olduğuna görə maaşları 3 qat ödənilirdi. Ümumilikdə hərbi xidmət dövrü 4 il 2 ay 14 gün olmuşdur. Bu faktı təstiq etmək üçün hərbi biletində bütün qeydiyyatlar qeyd olunmuşdur. İddiaçı xx.xx.2005-ci ildən Daxili Qoşunlarının baş idarəsində ƏDHİ-nin növbətçi xidmətində buraxılış bürosunun növbətçi vəzifəsində işləyərək həmin vəzifədən xx.xx.2023-cü il tarixində təqaüdə çıxmış, iş stajını hesablayarkən, ona 18 il 6 ay 5 gün xidmət dövrünü, 4 il 2 ay 14 gün hərbi xidmət dövrünün hesablayıb, ümümilikdə 22 il 8 ay 14 gün iş stajı hesablamışdılar. Halbuki güzəştli şərtlərlə iş stajı 28 il 28 gün hesablanmalı idi. İddiaçı hərbi xidmətə gedərkən Azərbaycan Respublikasında həqiqi hərbi xidmət dövrü 1 il 6 ay idi və hal hazırdada 1 il 6 aydır. Onun həqiqi hərbi xidmət dövrü 1 il 6 ay qalan hissəsi yəni 2 il 8 ay 14 gün müddətdən artıq dövrüdür. iddiaçı iş stajının hesablanmasıdan narazı qaldığı üçün Daxili Qoşunların Baş İdarəsinə məktubla müraciət edərək iş stajının hesablayarkən ümumi hərbi xidmət dövründən, yəni 4 il 2 ay 14 gündən,1 il 6 ay həqiqi hərbi xidmət dövrünü çıxaraq müddətdən artıq qaldığı dövrü yəni 2 il 8 ay 14 gününü 1 ili 3 ilə güzəştli şərtlərlə yenidən hesablayaraq hesablama vərəqini Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla İş Departamentinə göndərilməsini xahiş etmiş, onun məktubuna cavab olaraq, Daxili Qoşunların Baş İdarəsindən 13 .12.2023. tarixində 3-B-14/2-M-52xx/xx/2023 nömrəli məktubda bildirdilər ki, Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixində 631 nömrəli qərarın 2-ci maddəsinə əsasən həqiqi hərbi xidmət dövrün güzəştli şərtlərlə hesablanması həqiqi hərbi qulluqçularına şamil olunmadığından ona köməklik edə bilmirlər. İddiaçı kimi eyni qaydada həqiqi hərbi xidmətdə olan əməkdaşların həm Daxili qoşunlarda həm də Daxili İşlər Nazirliyin polis əməkdaşların təqaüdə çıxarkən döyüşən ordunun tərkibində döyüş bölgəsində ümumi hərbi xidmət dövründən həqiqi hərbi xidmət dövrün 1 il 6 ayın çıxaraq yerdə qalan hissəsin 1 ilin 3 il şərti ilə güzəştli şərtlərlə hesablamışdılar. İddiaçı hərbi xidmətə gedərkən Azərbaycan Respublikasında həqiqi hərbi xidmət dövru 1 il 6 ay olmuşdur. Respublikanın ərazisində müharibə vəziyəti ilə əlaqədar Azərbaycan Respubilkasının Prezidentin fərmanı ilə həqiqi hərbi xidmət dövrü müddətdən artıq uzadılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, X1 xx.xx.2005ci il tarixli, 2 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2005-ci il tarixli 31 nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq Beyləqan RHK-dan ehtiyatdan gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, “kiçik çavuş” hərbi rütbəsi verilməklə təminat bütövlütündə yanğınsöndürmə komanda rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Daxili qoşunların komandanın xx.xx.2005-ci il tarixli 11 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2005-ci il tarixli 86 nömrəli əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla xidmətini davam etdirmək üçün Daxili Qoşunların Baş İdarəsinə keçirilərək qərargahda əməliyat və döyüş hazırlığı idarəsinin növbətçi xidmətində buraxılış bürosunun növbətçisi vəzifəsinə təyin edilmişdir. X3 xx.xx.2005-ci il tarixli 28 nömrəli əmrilə növbəti “çavuş”, xx.xx.2006-cı il tarixli 17 nömrəli əmri ilə isə növbəti “baş çavuş” hərbi rütbələri verilmişdir. X5 müavini-X3 xx.xx.2023-cü il tarixli 147 ş/h nömrəli əmrinə əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq Daxili Qoşunların Baş İdarəsinin Qərargahının əməliyyat və döyüş hazırlığı İdarəsinin növbətçi xidmətinin buraxılış bürosunun növbətçisi vəzifəsindən azad eidlib, həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Təvəllüdü -xx.xx.1973-cü il, milliyəti azərbaycanlı, təhsili – orta, xx.xx.2023cü il tarixə xidmət illəri – təqvimlə 22 il 07 ay 29 gün təşkil edir. İddiaçının adına pensiya təyini üçün xidmət müddəti haqqında tərtib edilmiş “Hesablama vərəqi”ndə onun xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək təqvimlə 4 il 2 ay 8 gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçməsi, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək təqvimlə 2 ay 7 gün Daxili Qoşunların N saylı hərbi hissəsində təminat bölüyünün yanğınsöndürən komanda rəisinin köməkçisi vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təqvimlə 18 il 3 ay 28 gün Daxili Qoşunların Baş İdarəsinin növbətçi xidmətinin buraxılış bürosunun növbətçisi vəziifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbu qulluqçusu kimi, cəmi 22 il 8 ay 13 gün xidmət keçməsi müəyyən edilmişdir. Göstərilənlərdən məlum olur ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək təqvimlə 4 il 2 ay 8 gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində olan dövrünün hər hansı hissəsi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi müəyyən olunmamış, müddətli həqiqi hərbi xidmət keçməsi aşkar olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. 5.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü

6.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 7.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar.

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1973-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçıya məxsus ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1996-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletindən görünür ki, iddiaçı 1992-ci ilin 29 avqust tarixində həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.1996-cı ildə tərxis edilmiş, xx.xx.2005-ci ildən xx.xx.2023-cü ilədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında MAXE heyətində həqiqi hərbi xidmət keçmişdir. M/V seriyalı 027081 nömrəli vəsiqədən görünür ki, iddiaçı müharibə veteranıdır. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 13-14/2-m-52xx/xx/2023 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarının 2-ci maddəsinə əsasən təqaüd təyin edilərkən uzun müddət xidmət illərinin hesablanmasında xidmət müddətinin güzəştli şərtlərlə hesablanması müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil olunmadığından qaldırığı məsələnin həlli ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi imkan xaricindədir. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin 49 nömrəli, xx.xx.2024-cü il tarixli Arxiv arayışına əsasən, baş çavuş İddiaçı N saylı hərbi hissənin və DQBİ-nin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır - X1 xx.xx.2005-ci il tarixli 2 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2005-ci il tarixli 31 №- И əmrilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq Beyləqan RHK-dan ehtiyatdan gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, “kiçik çavuş” hərbi rütbəsi verilməklə təminat bölüyündə yanğınsöndürən komanda rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir; X1 xx.xx.2005-ci il tarixli 11 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2005-ci il tarixli 86 №- li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla xidmətini davam etdirmək üçün Daxili Qoşunların Baş İdarəsinə keçirilərək qərargahda əməliyyat və döyüş hazırlığı idarəsinin növbətçi xidmətində buraxılış bürosunun növbətçisi vəzifəsinə təyin edilmişdir; X1 xx.xx.2005-ci il tarixli 28 №-li əmrilə növbəti “çavuş” hərbi rütbəsi verilmişdir; X1 xx.xx.2006-cı il tarixli 17 №-li əmrilə növbəti “baş çavuş” hərbi rütbəsi verilmişdir. QEYD: X5 müavini - X1 2021-ci ildən sonrakı dövrü əhatə edən əmrləri arxivə təhvil verilmədiyi üçün sonrakı xidməti barədə hər hansı məlumatın verilməsi mümkün deyildir. X5 müavini- X1 2 nömrəli, xx.xx.2005-ci il tarixli əmrindən çıxarışa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq, hərbi xidmət keçmək haqqında öhdəlik vermiş aşağıda adları göstərilənlər həqiqi hərbi xidmətə qəbul edilib, vəzifəyə təyin edilsinlər: ehtiyatda olan İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilməklə təminat bölüyündə yanğınsöndürən komanda rəisinin köməkçisi vəzifəsinə. N saylı hərbi hissə komandirinin 05-06 fevral 2005-ci il tarixli, 16 nömrəli əmrindən çıxarışa əsasən, hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilsin. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq, X3 19 yanvar 2005-ci il tarixli 2 nömrəli əmrinə əsasən ehtiyatda olan əsgər İddiaçı həqiqi hərbi xidmətə qəbul edilib, “kiçik çavuş” hərbi rütbəsi verilməklə təminat bölüyündə yanğınsöndürən komanda rəisinin köməkçisi vəzifəsinə təyin edimiş, 05 fevral 2005-ci ildən vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Daxili İşlər Nazirliyi X5 müavini- X1 11 nömrəli, xx.xx.2005-ci il tarixli əmrindən çıxarışa əsasən, kiçik çavuş İddiaçı, N saylı hərbi hissənin təminat bölüyünün təminat taqımında yanğınsöndürən komanda rəisinin köməkçisi vəzifəsindən azad edilib, qərargahda əməliyyat və döyüş hazırlığı idarəsinin növbətçi xidmətində buraxılış bürosunun növbətiçisi vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin N nömrəli, 11 aprel 2005-ci il tarixli əmrindən çıxarışa əsasən, hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılsınlar: “DİN-in müavini- X3 04 aprel 2005-ci il tarixli 11 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən 11 aprel 2005-ci il tarixdən xidmətini davam etdirmək üçün Daxili Qoşunların Baş İdarəsinə keçirilmiş təminat bölüyündə yanğınsöndürən komanda rəisinin köməkçisi kiçik çavuş İddiaçı. Daxili İşlər Nazirliyi X5 müavini- X1 28 nömrəli, xx.xx.2005-ci il tarixli əmrindən çıxarışa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq növbəti hərbi rütbələr verilsin: “Çavuş” kiçik çavuş İddiaçı Daxili Qoşunların Baş İdarəsinin qərargahında əməliyyat və döyüş hazırlığı idarəsinin növbətçi xidmətində buraxılış bürosunun növbətçisi. Daxili İşlər Nazirliyi X5 müavini- X1 17 nömrəli, 15 iyul 2006-cı il tarixli Əmrindən çıxarışa əsasən, “Hərbixidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq növbəti hərbi rütbə verilsin: “baş çavuş” – çavuş İddiaçı Daxili Qoşunların Baş İdarəsinin qərarghında əməliyyat və döyüş hazırlığı idarəsinin növbətçi xidmətində buraxılış bürosunun növbətçisi. Daxili İşlər Nazirliyi X5 müavini- X1 147 ş/h nömrəli, 19 iyul 2023-cü il tarixli əmrindən çıxarışa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq: Baş çavuş X2, Daxili Qoşunların Baş İdarəsinin Qərargahının əməliyyat və döyüş hazırlığı İdarəsinin növbətçi xidmətinin buraxılış bürosunun növbətçisi vəzifəsindən azad edilib, hərbi xidmətdən istefaya buraxılmışdır. Məhkəmə sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 fevral 2024-cü il tarixli, 3-17-1/2-37933/2024 saylı “müvafiq məlumatların göndərilməsi haqqında” cavab məktubuna əsasən, pensiya alt sistemindən İddiaçıa çıxarışların və onun Mərkəzi Filiala daxil olmuş müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş alt sistemdən çıxarışlardan görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında ona xx.xx.2023-cü il tarixli qərar əsasında müddətsiz pensiya təyin edilmişdir. Pensiya təyini üçün xidmət müddəti haqqında hesablama vərəqindən görünür ki, iddiaçının 2 may 2023-cü il tarixə xidmət müddəti: təqvimi hesablama ilə 22 il 08 ay 13 gündür.

Tətbiq edilən hüquq

8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

M a d d ə 1. Əsas anlayışlar 1.0.5-ci. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; M a d d ə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər

9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; M a d d ə 22. Sığorta stajının hesablanması qaydası

22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar

2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları;

Maddə 3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət

3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.

Maddə 28. Həqiqi hərbi xidmətin növləri

28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət;

Maddə 38. Həqiqi hərbi xidmətin və sərəncamda olmanın müddətləri

38.1. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: 38.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay. Məhkəmənin hökmünə əsasən hərbi qulluqçunun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır;

10. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli,631 nömrəli Qərarına əsasən,

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: (...) Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının 1 iyul 2005-ci il tarixə qədər qüvvədə olmuş 2-ci bəndinin redaksiyasına əsasən:

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri;

11.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar

2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 11. Qanunçuluq prinsipi

11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

Maddə 19. Mötəbərlik prezumpsiyası

19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Maddə 24. İşin hallarının obyektiv araşdırılması

24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Məhkəmənin mövqeyi

12. İşin faktiki hallarından göründüyü kimi iddiaçı xx.xx.1992-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1996-cı ildə tərxis edilmişdir. Xidmət illərinin xx.xx.1994-cü il tarixə qədəri iddiaçının müddətli həqiqi hərbi xidməti, həmin tarixdən tərxis olana qədər olan dövrü isə müddətdən artıq həqiqi hərbi xidməti olmuşdur. Belə olan halda iddiaçı müddətdən artıq hərbi xidmətdə xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək xidmət etdiyi illərin 1 ay 3 ay kimi hesablanmalı olduğu halda, cavabdeh tərəfindən bu qaydaya əməl edilməmişdir, bununla da qanunvericiliyin tələblərinə uyğun olaraq pensiya almaq hüququ olan iddiaçının hüquqları pozulmuşdur.

13.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 15.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, xx.xx.1994-xx.xx.1996-cı il tarixə kimi dövr üzrə müddətdən artıq həqiqi hərbi xidmətinin (2 il 8 ay 11 gün) bir ay üç ay sayılmaqla yeni məlumat vərəqəsinin DSMF-yə( XŞTİ üzrə Mərkəzi Filialına) göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ 16.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cı, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1994-xx.xx.1996-cı il tarixə kimi dövr üzrə müddətdən artıq həqiqi hərbi xidmətinin (2 il 8 ay 11 gün) bir ay üç ay sayılmaqla yeni məlumat vərəqəsinin DSMF-yə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respubblikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar