Məhkəmə qərarları › İş №2-1(112)-5234/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5234/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5234/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və hərbi xidmətini davam etdirmək barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Tərtər Hərbi Prokurorluğunun 2/59C-21 saylı, 28 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərarı nəzərə alınaraq, Azərbaycan Respublikası Müdafiə Nazirinin biricini müavini – Azərbaycan ordusunun baş qərargah rəisinin 20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli əmrinin ləğv edilməsi, hərbi xidmətə bərpa olunaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə göndərilməsi və buraxılmış müddətə görə əmək haqqı və digər müavinətlər tam olaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5234/2022 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində faktiki ünvan kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi qeyd etmiş, lakin, məhkəmə araşdırması zamanı həqiqətən həmin ünvanda yaşamasına dair hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AA******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən isə iddiaçının yaşayış yerinin Cəbrayıl rayonu, Karxulu ərazi dairəsi, Mahmudlu kəndi olması müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı yaşayış yeri Cəbrayıl rayonudur. Cəbrayıl rayonu isə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 sentyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 18.5-ci maddəsinə əsasən bəndinə əsasən Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Məhkəmə iclasında iştirak edən iddiaçı inzibati işin baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Cəbrayıl rayonu Bakı İnzibati Məhkəməsinin dislokasiya üzrə ərazisinə aid olmadığından hazırkı iş aidiyyətı üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1, 8.2, 8.5, 80-ci və 85-ci, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Tərtər Hərbi Prokurorluğunun 2/59C-21 saylı, 28 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərarı nəzərə alınaraq, Azərbaycan Respublikası Müdafiə Nazirinin biricini müavini – Azərbaycan ordusunun baş qərargah rəisinin 20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli əmrinin ləğv edilməsi, hərbi xidmətə bərpa olunaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə göndərilməsi və buraxılmış müddətə görə əmək haqqı və digər müavinətlər tam olaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair 2-1(112)- 5234/2022 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. X2yeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar