Məhkəmə qərarları › İş №2-1(112)-5234/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5234/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5234/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və qərarın icrası ilə bağlı tutulmuş maliyyə sanksiyası məbləğinin qaytarılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci il tarixli **********5009 №-li qərarını ləğv edilməsi və qərarın icrası ilə bağlı tutulmuş maliyyə sanksiyası məbləğinin qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən, baş idarə rəisinin 1-ci müavini, baş vergi xidməti müşaviri Samir Seyidəhmədlinin xx.xx.2022-ci il tarixli **********5009 №-li qərarı iləİddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərar qanunsuz və əsassız olmaqla İddiaçı hüquqlarını və qanunla qorunan maraqlarım pozduğuna görə ləğv olunmalı, həmin qərarın icrası nəticəsində tutulmuş məbləğin geri qaytarılması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin əməkdaşları operativ vergi yoxlaması keçirilməsi ilə əlaqədar “X12 mərkəzinə" gələrək həkim dermatoloq Qasimov Sərdarin nəhıılıında olmuş konsultasivadan sonra öz təsəbbüsü ilə kassava vaxınlasıb həkimin qəbulu ilə bağlı 30 manat ödəniş etmək istədiyini bildirmişdir. Ona hər hansı müalicə təyin edilmədiyinə görə ödəniş etməli olmadığı bildirilməsinə baxmayaraq, 100 manatlıq əskinas çıxarıb 30 manat kassaya ödəməyi israr etmiş, ona qalığı qaytarmaq mümkün olmadığı bildirildikdə, ödənşi plastik kart vasitəsilə etmək istədiyini ödəniş edərək qəbzi təqdim etmişdir. Vergi Xidməti əməkdaşı bir neçə dəqiqə sonra qayıdaraq həmin məbləğin Mərkəzin hesabında görünmədiyini dedikdə işçi səhvə yol verdiyini, həmin vaxt enerji mənbəyinə qoşulmuş "Renfarm" şirkətinə məxsus biri-birindən fərqlənməyən POSterminala ödəniş etdiyini anlamış və bu barədə izahat verməsinə baxmayaraq, yoxlama aparan şəxslər “ödənişə görə NKA çeki təqdim edilməməsi, posterminal çekinin Davud LTD MMC-yə məxsus olmaması, yayındırılmış ödənişin NKA-ya bərpa olunması, Vergi Məcəlləsinin 16.1.9 maddəsinin, Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq olunmuş Nəzarət-kassa aparatlarının istismarı Qaydalarının 8.3.16 bəndinin tələblərinin pozulması və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq olunmas təklifi barədə” xx.xx.2022-ci il tarixli seriya DVX seriyalı 017253 №-li akt tərtib olunmuşdur. Yoxlama materialları əsasında qeyd olunan qərar çıxarılmışdır. Həmçinin səhvə yol verən işçi özünəməxsus plastik kart vasitəsi ilə təkrarən Mərkəzdə quraşdırılmış POS-terminal vasitəsilə 30 manat ödəniş etmişdir. Azərbaycan Respublikasınin Vergi Məcəlləsindən: Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminal larin quraşdırılması məcburi olan obyektlərdə POS- terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: Maddə 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğindəmaliyyə sanksiyası tətbiq edilir. 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək. 16.1.11-1. nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdınİmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Maddə 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminallarm quraşdırılması məcburi olan obyektlərdə POS-terminallarm quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə: 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə: 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlən i lməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət- kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. “Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarından:

16. POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS- terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarının müəyyən edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi. 16.6. Təsərrüfat subyektinin POS-terminaldan istifadə etməyə səlahiyyəti olan əməkdaşı (bundan sonra “Əməliyyatçı”) tərəfindən kart istifadəçisinə ödənişin qəbulu haqqında qəbz verilib verilməməsi araşdırılmalıdır. 16.8. Ödənişlərin plastik kartlarla aparılması üçün POS-terminalın tətbiqinin nəzərdə tutulduğu halda nəzarət aparılan obyektdə belə ödəniş vasitəsinin quraşdırılmadığı aşkar edildikdə və ya təsərrüfat subyektində quraşdırılmış POS- terminal nasaz olduqda və ya plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktları müəyyən edildikdə alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə POS-terminaldan operativ yaddaşın “Z” hesabatı alınır, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsindən: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Vergi Məcəlləsinin 58.7 və 58.7.1-ci maddələrinin məzmunundan göründüyü kimi əhali ilə nağdsız hesablaşma aparan vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunması üçün aşağıdakı hallar aşkar olunmalıdır. -POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılmaması -POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi -alıcıya təqdim edilməli olan çekin,verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi “X12 Mərkəzində” həmin hallardan hər hansı biri aşkar edilməmişdir. Vergi Məcəlləsində səhvən başqa POS-terminala ödənişin edilməsinə görə maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulmamışdır. Mərkəzdə nəğdsiz ödənişin qəbul edilməsi obyektiv sübutlarla ( ödəyicinin plastik kart hesabında 30 manat məbləğin silinməsi, ona səhvən istifadə olunmuş POS-terminalın qəbzinin verilməsi, həmin POS-terminalın quraşdırıldığı vergi ödəyicisinin hesabına məbləğnin daxil olmasına dair sənədlər və məlumatlar, eləcədə yoxlama aktı ilə) təsdiq olunur və əksini söyləmək mümkün deyildir. Vergi Məcəlləsinin 58.7-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiqinə əsas verən yuxarıda sadalanan əsaslar vergi ödəyicisi tərəfindən vergidən yayınmaq məqsədilə qəsdən törədilən əməllərdir və ehtiyyatsızlıqdan, diqqətsizlikdən törədilən əməlləri özündə ehtiva etmir. Nəğdsiz ödənişin səhvən, işçinin diqqətsizliyindən başqa vergi ödəyicisiııin POSterminalına edilməsini aşağıdakı hallar bir daha təsdiq edir. Mərkəzdə quraşdırılmış POS-terminalla yanaşı, digər vergi ödəyicisində quraşdırılmış POS- terminalın həmin vaxt kassa otağında olmasını yoxlayıcılar da müşahidə etmiş, ödənişin qəbzini aldıqdan sonra məbləği hesabda görməyəndə, Mərkəzin POS-terminalma təkrarən 30 manat ödənilmiş və hər iki qəbz hazırda mövcuddur. Ödənişin aparıldığı POS-terminalın quraşdırıldığı vergi ödəyicisi ƏDV ödəyicisi kimi qeydiyyata alındığı halda “X12 Mərkəzi” sadələşdirimiş vergi ödəyicisidir. Fərqi hamıya bəllidir, əməliyyatdan hər-hansı fayda əldə edilməsi absurddur. Bu tip əməliyyat yalnız bir dəfə həyata keçirilmişdir ki, bu fakt da onun məqsədli xarakter daşımadığını bir daha təsdiq edir. POS-terminallar xarici gömüşünə və formasına görə eyni olmaqla onların səhv salınması imkanı mümkünsüz deyildir. -Bu əməliyyatda vergi ödənişlərindən yayınma məqsədini təsdiq edən ən kiçik ehtimal belə mövcud deyildir. xx.xx.2022-ci il tarixli 017253 №-li aktda Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Nazirlər Kabinetinin 1.08.2019-cu il tarixli “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərinin pozulması nəticəsinə gəlinmişdir. Vergi Məcəlləsinin 16.1.9-cu maddəsi nağd pul hesablaşmaları aparilan zamanı alıcıya çek verilməli olmasını tənzimləyir və nağdsız ödənişlərə şamil olunmur. NK-nin həmin qərarı isə əhali ilə pul hesablaşmalarını deyil, NKA-nın istismarı qaydalarını tənzimləyir və həmin hala tətbiqi tamanilə uğursuzdur. Həmçinin, həmin qərarın qəbulundan sonra Vergi Məcəlləsinə POS-terminalla nağdsız ödənişlərin aparılmasına dair normalar daxil edilmişdir. İstər Vergi Məcəlləsində, istərsə də qanunvericilik aktlarında, hətta Nazirliyin Təlimatlarında POS-terminalla aparılan əməliyyatların əlavə olaraq NKA-na daxil edilməli olması və həm də NKA çeki verilməsi nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə xx.xx.2019-cu il tarixli qərar ilə (xx.xx.2019-cu ildə qüvvəyə minib) “POS-terminal larin quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya” sözləri əlavə edilmiş, “nağd” sözü çıxarılmışdır. Deməli, dəyişikliyə qədər norma yalnız əhali ilə aparılan nağd ödənişləri tənzimləyirdi, hazırda isə həm də nağdsız aparılan (POS-terminallarla) ödənişləri də tənzimləyir. Ona görə də norma şərti olaraq iki müstəqil əlamətləri- NKA vasitəsilə aparılan nağd ödənişləri və POS-terminalla aparılan nağdsız ödənişləri ehtiva edir və hər biri üçün ayn qayda nəzərdə tutulmuşdur. POS-terminalla aparılan əməliyyatın NKA-na da daxil edilməsi vergi ödəyicisinin dövriyyəsini müəyyən etməyə, vergi tutmada yanlışlıqlara səbəb olardı. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar tərtib olunarkən Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələbləri kobudcasına pozulmuşdur. Qərardan məlum deyildir ki, vergi yoxlaması ilə hansı hallar müəyyən edilmişdir. Vergi ödəyicisinin aktdan narazılığını bildirsə də hər hansı əsaslı səbəb gətirə bilmədiyi qeyd olunmuş, özünün müdafısi üçün gətirdiyi dəlillər öz əksini tapmamışdır. Əvvəlcə əsaslar göstərilməli, sonra onların əsaslıolub olmaması müzakirə edilməli olduğu halda buna əməl olunmamışdır. Həmçinin qərarda vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməli olduğu halda təsviri hissədə göstərilməmiş, qərar hissəsində isə yalnız tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanununn maddəsi göstərilmişdir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlən i lməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Cavabdeh iddiaya dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2979 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 100 ünvanında yerləşən X12 Mərkəzində Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il tarixdə saat 15:00-da tibb mərkəzində müştəri tərəfindən həkim qəbulu üçün otuz (30) azn məbləğində nağdsız ödəniş tələb edildi və müştəriyə post terminal təqdim edildi. Operativ vergi nəzarəti zamanı məlum oldu ki, ödəniş qəbul olunan pos-terminalın müəssisəyə aid deyildir və **********-13001 kodla obyektdə pos-terminal mövcud deyil. Yayındırılmış məbləğ 381 nömrəli çeklə NKA-ya bərpa olundu (saat 15:28). Qeyd etmək lazımdır ki, NKA- nın saatı faktiki saatdan 1 saat irəlidir. Qeyd olunan hal isə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli 017253 saylı aktla rəsmilədirilmişdir. Qeyd olunan hal özlüyündə iddiaçı tərəfindən Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasını təsdiq edir. Əlavə olaraq, iddiaçının rəhbəri X9 bir nüsxəsini əlavələrlə birlikdə almaqdan, bu barədə Nəzarət kitabçasında imza etməkdən imtina etdi. xx.xx.2022-ci il tarixli Protokolla müəssisənin rəhbərinin vergi orqanı əməkdaşlarına video çəkiliş aparmasına imkan yaratmaması rəsmiləşdirilmişdir. Belə ki, Vergi Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Nəticə olaraq vergi ödəyicisi barədə xx.xx.2022-ci il tarixli **********5009 saylı qərar qəbul edilməklə 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1 -ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçınə ünvanlanmış **********5010 saylı tələbnamə ilə bildirilmişdir ki, büdcəyə ödənilməli olan 1000 manat vəsait xx.xx.2022ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** nömrəli hesabına ödənilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********5009 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılma qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. DVX seriyalı 017253 saylı xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 338 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəzarətkassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı maddəsinə tələblərini pozmuş və buna görə də barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 387-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçındə operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən İddiaçı rəhbəri tərəfindən video müşahidə aparılmasına icazə verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********2979 saylı xx.xx.2022-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarına əsasən İddiaçındə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək birinci dərəcəli müfəttiş X7 və ikinci dərəcəli müfəttiş X1 tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221793661 saylı xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçındə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə plandankənar yoxlamanın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********4215 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********2979 saylı xx.xx.2022-ci il tarixli qərara dəyişiklik edilərək operativ vergi nəzarətinin həyata keçirilməsi birinci dərəcəli müfəttiş X2 və vergi xidməti müşaviri X6 həvalə edilmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazrlıq və şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya sifarişli məktubla hansı tarixdə çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

Vergi Məcəlləsindən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı ilə Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki təsdiq edilmiş, həmin qrafikə əsasən, Bakı şəhərində digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) üçün 2021-ci il 1 aprel tarixədək müddət müəyyən edilmişdir. Həmin Qərarın qeyd hissəsinə əsasən, həmin Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmiş müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir. Beləliklə, operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il tarixdə saat 15:00-da tibb mərkəzində müştəri tərəfindən həkim qəbulu üçün otuz (30) azn məbləğində ödəniş edilmiş, müştəriyə post terminal təqdim edilmişdir. Operativ vergi nəzarəti zamanı müəyyən edilmişdir ki, ödəniş qəbul olunan pos-terminalın müəssisəyə aid deyildir və **********-13001 kodla obyektdə pos-terminal mövcud deyil. Qeyd edilən hal məhkəmə iclasında iddiaçı tərəfindən mübahisələndirilməmiş, səbəbi barədə iddiaçı qeyd edilən halın vergidən yayınmaq məqsədilə deyil, texniki yanlışlıq səbəbindən baş verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hal özlüyündə iddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasını təsdiq edir Nəticədə iddiaçının barəsində Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar