Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5234/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 may 2025ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Suraxanıneft” NQÇİ tərəfindən verilmiş 002721 orderə əsasən X2 oğluna 3 nəfər ailə üzvü (özü, arvadı X4 və oğlu X3) ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, ev 11 ünvanda 2 otaqdan ibarət 3 nömrəli mənzil istifadəsinə verilmişdir. X3 ilə X8 xx.xx.1990-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra ərin soyadı Məmmədov, arvadın soyadı Məmmədova qeyd edilmişdir. “Suraxanıneft” NQÇİ-nin rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 13 saylı, xx.xx.1997-ci il tarixli Protokoloundan çıxarışa əsasən X7 xx.xx.1948-ci ildən “Suraxıneft” NQÇİ-nin QYTS-də operator vəzifəsində işləyir, altı nəfər ailə üzvü ilə birlikdə/özü, arvadı, oğlu, gəlini, 2 nəvəsi/Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanındakı yaşayış sahəsi 25,00 kv.metr-dən ibarət olan 2 otaqlı mənzildə yaşayır. X1 mənzili ilə mənzil olan, Yeni Suraxanı qəsəbəsi, ünvan 2 ünvanındakı boşalmış yaşayış sahəsi 12,0 kv.m-dən ibarət otaq ümumi mənzilinə birləşdirilmişdir. X7 xx.xx.2002-ci il tarixdə, X4 xx.xx.2012-ci il tarixdə, X3 isə xx.xx.2023-cü il tarixdə, vəfat etmişdir. 139 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli, 273 №-li Arayışa əsasən İddiaçı Salmaz qızı, qızı X10, X11 ilə birlikdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsindəki 11 №-li, 2 mərtəbəli evin 2 mərtəbəsində 46,0 kv.metr sahə olan 3 otaqlı 3 №li mənzilində qeydiyyatda olmaqla yaşayırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında xx.xx.1961-ci il təvəllüdlü İddiaçı, xx.xx.1992-ci il təvəllüdlü X16 Qızı, xx.xx.1993-cü iul təvəllüdlü X11 yaşayış yeri üzrə qeydiyyatdadırlar. X5 və X6 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, mübahisəli mənzilə dair iddiaçının adına kirayə müqaviləsi bağlanmasına etiraz etmirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 6 yanvar 2025-ci il tarixli registrdən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Həsən bəy Zərdabi küçəsi, 11 nömrəli bina Bakı şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı mənzil kirayə müqaviləsinin bağlanması üçün Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal- Təsərrüfat birliyinə müraciət etmişdir. 1.04.2025-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edilmiş və imtina məktubunda bildirmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435 saylı sərəncamına, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamına və Bakı Şəhəri MKTD-nin xx.xx.2012-ci il tarixli, 19 saylı Sərəncamına əsasən qeyd olunan ünvanda yerləşən mənzil ünvan 4üsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına 139 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsinə verilmişdir. Təhvil-təslim zamanı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 5 ünvanda yerləşən 3 saylı mənzilə dair heç bir hüquqi sənəd təhvil verilməmişdir və 137 saylı MKİS-də arxiv sənəd mövcud deyildir”. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdehin 1.04.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, “Yaşadığınız Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, ev 11, 3 saylı mənzilin Sizin adınıza sənədləşməsi ilə əlaqədar Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ünvanladığınız müraciət ərizəniz aidiyyəti üzrə baxılması üçün 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanladığınız müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, yaşayış sahənizin öz adınıza kirayə müqaviləsi bağlanması üçün müəyyən edilmiş qaydada tələb olunan sənədlərin (mənzildə yaşamağa əsas verən hüquqmüəvvənedici sənəd orderin əslini və ya notarial qaydada təsdiq olunmuş kserosurətini, mənzilə hüququ olan şəxslər və yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat qaydada təsdiq olunmuş razılıq ərizələri və mənzilin sxemi, 2 saylı forma arayış, şəxsiyyət vəsiqələrinin surəti, qeydiyyatda olub çıxanlar haqqında arayış, sonuncu kirayəçi ilə qohumluq əlaqəsini təsdiq edən müvafiq sənəd) əsli və ya notariat qaydada təsdiq edilmiş sürəti olmadığı məlum olmuşdur. Nəzərinizə çatdırırıq ki, qeyd olunan sənədləri topladıqdan sonra təkrar müraciət etməyiniz məqsədəuyğun hesab olunur”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 6 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda göstərilən yaşayış sahəsində qeydiyyatdadır və yaşayır. Cavabdehin imtinasını əsassız hesab edir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaçının cavabdehə müraciətinin olmamasını bildirərək iddianın mümkünsüz sayılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatında bildirdiyi iddianın mümkünlüyü ilə bağlı məsələyə, yəni iddiaçının cavabdehə müraciətinin olmaması ilə bağlı bildirir ki, iddiaçı hazırkı tələblə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal-Təsərrüfat birliyinə müraciət etmiş və ona mahiyyəti üzrə cavab verilmişdir. Digər tərəfdən məhəkəmə icraatı dövründə iddiaçı tərəfə cavabdeh Birliyə müraciət olunması bildirilmiş, iddiaçı cavabdehin onun müraciətinə verdiyi 1.04.2025-ci il tarixli məktubu təqdim etmişdir. Həmin məktubdan müəyyən edilir ki, iddiaçının cavabdehə müraciəti aidiyyatı üzrə baxılması üçün 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal-Təsərrüfat birliyinə göndərilmişdir. Həmin məktubda iddiaçıdan müəyyən sənədlər tələb edilmişdir. Lakin iddiaçı məhkəmə izahatında tələb olunan bütün sənədləri cavabdehə təqdim etdiyini bildirmişdir. Həmçinin iddiaçının Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal-Təsərrüfat birliyinə müraciətinə əhmin qurumdan da mahiyyəti üzrə imtina cavabı verilmişdir. Göründüyü kimi, cavabdeh formal əsaslarla əslində hərəkətsizlik edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən “Suraxanıneft” NQÇİ tərəfindən verilmiş 002721 orderə əsasən X2 oğluna 3 nəfər ailə üzvü (özü, arvadı X4 və oğlu X3) ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, ev 11 ünvanda 2 otaqdan ibarət 3 nömrəli mənzil istifadəsinə verilmişdir. “Suraxanıneft” NQÇİ-nin rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 13 saylı, xx.xx.1997-ci il tarixli Protokoloundan çıxarışa əsasən X7 xx.xx.1948-ci ildən “Suraxıneft” NQÇİ-nin QYTS-də operator vəzifəsində işləyir, altı nəfər ailə üzvü ilə birlikdə/özü, arvadı, oğlu, gəlini, 2 nəvəsi/Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanındakı yaşayış sahəsi 25,00 kv.metr-dən ibarət olan 2 otaqlı mənzildə yaşayır. X1 mənzili ilə Yeni Suraxanı qəsəbəsi, ünvan 2 ünvanındakı boşalmış yaşayış sahəsi 12,0 kv.m-dən ibarət otaq ümumi mənzilinə birləşdirilmişdir. X7 xx.xx.2002-ci il tarixdə, X4 xx.xx.2012-ci il tarixdə, X3 isə xx.xx.2023-cü il tarixdə, vəfat etmişdir. “Suraxanıbeft” NQÇİ-nin rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 13 saylı, xx.xx.1997-ci il tarixli Protokoloundan çıxarışda qeyd olunan digər şəxslər iddiaçı və uşaqlarıdır. İddiaçı, qızı X10 və oğlu X11 ilə birlikdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayırlar. İddiaçının uşaqları X10 və oğlu X11 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, mübahisəli mənzilə dair iddiaçının adına kirayə müqaviləsi bağlanmasına etiraz etmirlər. İddiaçı hazırda həmin mənzilə dair kirayə müqaviləsinin bağlanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia əsaslı olmaqla cavabdehin imtinası əsasızdır. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Beləliklə, istinad olunan normalara əsasən adına order verilən mənzilin icarədarı həmin mənzilə kənar şəxsləri köçürdükdə və həmin şəxslər icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda onun ailə üzvü hesab edilir və icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə, o cümlədən mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsi hüququna malik olurlar. Hazırkı işin hallarına əsasən müəyyən edilir ki, “Suraxanıbeft” NQÇİ-nin rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 13 saylı, xx.xx.1997-ci il tarixli Protokolundan çıxarışa əsasən X7 xx.xx.1948-ci ildən “Suraxıneft” NQÇİ-nin QYTS-də operator vəzifəsində işləyir, altı nəfər ailə üzvü ilə birlikdə/özü, arvadı, oğlu, gəlini, 2 nəvəsi/Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanındakı yaşayış sahəsi 25,00 kv.metr-dən ibarət olan 2 otaqlı sıxlaşdırılmış mənzildə yaşayır. X1 mənzili ilə sıxlaşdırılmış mənzil olan, Yeni Suraxanı qəsəbəsi, ünvan 2 ünvanındakı boşalmış yaşayış sahəsi 12,0 kv.m-dən ibarət otaq ümumi mənzilinə birləşdirilmişdir. “Suraxanıbeft” NQÇİ-nin rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 13 saylı, xx.xx.1997-ci il tarixli Protokolundan çıxarışda göstərilən şəxslərdən iddiaçının qaynatası, qaynanası və əri ölmüşdür. Digər şəxslər isə, X7 gəlini, yəni iddiaçı və iddiaçının uşaqlarıdır. Cavabdeh sözügedən mənzilə dair orderin arxiv nüsxəsinin olmaması əsası ilə iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanmasından imtina etmişdir. İddiaçı həmin sənədlərin əslini məhkəməyə təqdim etmişdir. Qeyd olunan sənədlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri deyil. Digər tərəfdən həmin sənədlərin mötəbərliliyi iddiaçı tərəfindən təsdiq edilmiş qaynatasının həmin müəsisədə işləməsinə dair əmək kitabçasının və ARDNŞ tərəfindən verilmiş 023753 saylı əmək veteranı vəsiqəsinin əslindən müəyyən edilir. Həmçinin iş matariallarında müəyyən edilir ki, iddiaçı və uşaqları həmin mənzildə pasport qeydiyyatında olmaqla faktiki olaraq həmin mənzildə yaşayırlar. İddiaçının ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması və mənzilin icarədarı olması, məhkəməyə təqdim edilmiş 139 saylı MKİS-in xx.xx.2024-cü il tarixli, 273 № li arayışından da müəyyən edilir. Mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcudur. İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yeni Suraxanı rayonu, Suraxanı qəsəbəsi, ev 11, 3 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departementinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5234/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5234/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver