Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5235/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidməti Bakı şəhər İdarəsinə qarşı “əmrin etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ona cavabdehin ona ünvanladığı **********2 nömrəli xx.xx.2022-ci il tarixli məktubundakı cavabın etibarsız hesab edilməsi və Bakı Baş Səhiyyə Mərkəzinin işəgötürən olan 2 saylı Dəri zöhrəvi dispanserin rəhbərinin onunla müddətli əmək müqaviləsinin uzadılması hüququna qanunsuz müdaxiləsi və onunla müddətli müqavilənin uzadılmasının qadağan edilməsi nəticəsində xx.xx.2022-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləyə xitam verilməsi barədə əmrin qanunvericiliyin pozulması ilə verilməsinə görə etibarsız hesab edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022 il tarixdə X3 Xidmətinə qanunsuz işdən çixarılmagı barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətində bildirmişdir ki, onunla əmək müqaviləsi bağlayan 2 saylı X2 baş həkiminin 2 dəfə yazılı surətdə Bakı Baş Səhiyyə Mərkəzinə (İdarəsinə) onunla müqavilə bağlamağın zəruriliyi barədə müraciət etməsinə baxmayaraq BBSM-nin qanunsuz müdaxiləsi və təzyiqi nəticəsində onunla müddətli əmək müqaviləsinin uzadılmasından imtina edilmişdir və bunun nəticəsində Əmək Məcəlləsinin 11.2-ci, 71.3-ci maddəlerin tələbləri kobud şəkildə pozulmuşdur. X3 Xidmətinin Bakı Şəhər İdarəsinin iddiaçıya sadə zərflə göndərdiyi **********2 №-li xx.xx.2022 il tarixli məktubundan görünür ki, cavabdeh ona təqdim olunan sənədləri və əmək qanunvericiliyin tələblərinin pozulması hallarını araşdırmamışdır və ona etibarsız hesab edilməli qeyri müəyyən cavab vermişdir. Belə ki, cavabdeh onun şikayətində qeyd etdiyi 2 saylı X2 rəhbərliyinin onunla əmək müqaviləsinin uzadılmasına Bakı Baş Səhiyyə Mərkəzinin qanunsuz müdaxiləsinə toxunmamış, sözügedən qanunsuz müdaxilənin əmək və mülki qanunvericiliyin hansı müddəalarına əsaslanmasını araşdırmayaraq şikayətdəki qanunsuz müdaxilə məsələsinə baxmamışdır. Şikayətində qeyd edilmiş əmək qanunvericiliyin rəbblərinin pozulması halları X3 Xidmətinin Bakı Şəhər İdarəsi rərəfındən Əmək Məcəlləsinin 2-ci, 11.2-ci, 12-ci, 16-cı və 71.3-ci maddələrin işığında araşdırılması aparılmamışdır. Əmək Məcəlləsinin 10-1.2,-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Lakin həmin Məcəllədə nəzərdə tutulmayıb ki, dövlət büdcəsindən maliyyələşən müəsissənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən yalnız yuxarı instansiyası ilə razılaşıdırılaraq uzadıla bilər. Halbuki Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən ayrıseçkiliyə yol verilərək işəgötürən olan 2 saylı X2 rəhbərliyinə onunla müddətli əmək müqaviləsimi uzadılmasına qanunsuz müdaxilə edərək 2 saylı Dəri zöhrəvi dispanserdə müddətli əmək müqaviləsi əsasında işləyən 3 (üç) həkimdən ikisi ilə hansılarkı hərəsi yarım stavka alan həkimlərlə müddətli əmək müqavilələrinin uzadılmasını qadağan edərək lakin üçüncü müddətli əmək müqaviləsi əsasında işləyərək bütöv bir stavka alan həkimi işdə saxlanılması baş verilmiş ayrıseçkilik səbəbindən Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək münasibətlərində hüquq bərabərliyinin təmin edilməsi və mənafelərimin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və 16-cı maddəsinin ayrı seçkiliyə yol verilməməsi tələbləri pozulmuşdur. Eyni zamanda Bakı Baş Səhiyyə Mərkəzi işəgötürən olan 2 saylı Dəri zöhrəvi dispanserin rəhbərinin onunla müddətli əmək müqavilənin uzadılması hüququna qanunsuz müdaxilə edərək müddətli müqavilənin uzadılmasına gadağan edilməsi nəticəsində bağlanılmış müqaviləyə uzadılmadan xitam verilməsi Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri pozulmuşdur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.5-ci maddəsinə əsasən yalnız müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehə ünvanlanmış müraciətində qeyd olunan məsələ ilə bağlı cavabdeh tərəfindən Bakı Baş Səhiyyə Mərkəzi işəgötürən olan 2 saylı Dəri zöhrəvi dispanserin rəhbərinin onunla müddətli əmək müqavilənin uzadılması hüququna qanunsuz müdaxilə edərək mənimlə müddətli müavilənin uzadılmasına hansı əsaslarla qadağan edilməsi məsələsinə əsaslandırılmış cavabın verilmədiyinə görə onun X3 Xidmətinə ünvanlanmış 15 sentyabr 2022-ci il tarixli müraciətim cavabdeh tərəfindən baxılmış hesab edilmir.
3. Məhkəmə İPM-nin 13-cü maddəsini rəhbər tutaraq iddiaçıya hüquqi yardım göstərərək hüquqi marağına uyğun olaraq arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsinin əmrin ləğvi və işə bərpa tələbinə dair səlahiyyətli ümumi məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir.
4. İddiaçı iddia tələbini cavabdeh X3 Xidmətinin Bakı şəhər İdarəsinə onun tərəfindən ünvanlanmış şikayət ərizəmdə qeyd edilmiş Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən 2 saylı X1 müddətli müqavilənin uzadılması hüququna müdaxilə məsələsinə, o cümlədən sözügedən müdaxilənin hansı hüquq müəyyənedici sənəd əsasında yol verilməsi məsələsinə, işəgötürən tərəfindən onu işdən azad edilməyimin yaş həddinə çatmaqla hansı əlaqəda olmasını əsaslandırılmaması nəticəsində Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələblərinə əməl etməməsinə yol verilməsinə baxılıb və əsaslandırılmış cavab verilməklə münasibət bildirilməsi vəzifəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi dəyişdirilməsi barədə ərizə təqdim etmişdir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə (mümkünlük) iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.
6. Cavabdeh məhkəmənin hazırlıq icraatı üzrə (mümkünlük) iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
9. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.
10. Məhkəmə müəyyən edir ki, hazırki iş üzrə tələb mülki xarakterlidir.
11. Belə ki, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək hüquqi marağına uyğun olaraq arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsinin əmrin ləğvi və işə bərpa tələbinə dair səlahiyyətli ümumi məhkəmədə iddia qaldırmaq olduğu, iddianın lazımi qaydada qaldırılmamasının onun mümkünsüzlüyünə səbəb olduğu izah edilmişdir.
12. Odur ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
13. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin dəyişdirilməsi barədə ərizənin icraata qəbul edilməsi iddianın mümkünlük şərtini aradan qaldırmır.
14. İPM-in 54.3-cü maddəsinəəsasən, iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. İddianın dəyişdirilməsinin qəbulundan imtina edilsin. Qərardadın iddianın mümkün sayılmayan hissəsindən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva