Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5236/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, iddiaçı Seydəliyev Bafadar Əsgər oğlunun cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “hərbi biletində aparılan qeydlərə əsasən 17 aprel 1993-cü il tarixdən, 10 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barədə Müdafiə Nazirliyinin İşlər İdarəsinin Arxivinə daxil olmaması barəsində araşdırmanın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, araşdırmanın nəticəsi olaraq 10 may 1994-cü il tarixinədək N saylı hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barəsində arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Seydəliyev Bafadar Əsgər oğlunun cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “hərbi biletində aparılan qeydlərə əsasən 17 aprel 1993-cü il tarixdən, 10 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barədə Müdafiə Nazirliyinin İşlər İdarəsinin Arxivinə daxil olmaması barəsində araşdırmanın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, araşdırmanın nəticəsi olaraq 10 may 1994-cü il tarixinədək N saylı hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barəsində arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivi iddiaçının xidmət keçməsinə dair arxivdə olan müvafiq əmrlər əsasında araşdırma aparmış və 04 may 2020-ci il tarixli arxiv arayışını iddiaçıya təqdim etmişdir. İddiaçı “Müharibə veteranı ”adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etmiş, Komissiya 03 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının N nömrəli hərbi hissədə döyüşlərdə iştirakı təsdiq edilmədiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Beləliklə də Mərkəzi Arxiv iddiaçının xidmətinə dair arxivdə olan nizami hissə üzrə əmrlər əsasında arxiv arayışı tərtib edilmiş, iddiaçının xidmət dövrünün hər hansı hissəsinin müvafiq əmrlərlə təsdiq edilməməsi səbəbindən Mərkəzi Arxivin üzərinə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsinə dair arayışın verilmə öhdəliyin qoyulması mümkün hesab edilə bilməz. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, məhkəmə inzibati-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçıya məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbinin dəqiqləşdirilməsi zərurəti barədə 25 iyun 2020-ci il tarixli məktubla bildirmiş, iddianın dəqiqləşdirilməsi üçün müddət təyin etmiş, məsələ ilə əlaqədar yazılı izahatların təqdim edilməsini təklif etmişdir. Bundan başqa iddiaçıya iddia ərizəsində olan iddia tələbi ilə cavabdehə müraciət edilməsinə dair sübutun və ya müraciətə dair cavab məktubunun təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında iddiaçıya yardım etmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə 12 noyabr 2020-ci il tarixində məhkəmə iclasını keçirmişdir. İddiaçı iddianı dəyişdirməmiş, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi iddiaçı onun 10 may 1994-cü il tarixinədək N saylı hərbi hissəsində hərbi döyüşlərdə iştirakı barədə cavabdeh tərəfindən arxiv arayışının verilməsini tələb edir. Qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən belə bir arayışın iddiaçıya verilməsi yalnız arxiv fondunda saxlanılan sənədlər, məlumatlar əsasında mümkün ola bilərdi.Lakin arxiv fondunda saxlanılan, mühafizə edilən sənədlərdə dəyişiklik edilməsi, yolverilməzdir və qanunverici tərəfindən verilmiş “arxiv işi” anlayışına ziddir. Belə ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilmişdir ki, arxiv işi - arxivlərin komplektləşdirilməsi, mühafizəsi, uçotu və arxiv xidmətinin təşkilidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Lakin hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması, yəni cavabdeh arxivində iddiaçının N saylı hərbi hissəsində iştirakı barədə sənədlər (nizami hissə əmrlər, aktlar, arayışlar) olduğu halda sənədlərin və müvafiq arayışın verilməməsi barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Seydəliyev Bafadar Əsgər oğlunun cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “hərbi biletində aparılan qeydlərə əsasən 17 aprel 1993-cü il tarixdən, 10 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barədə Müdafiə Nazirliyinin İşlər İdarəsinin Arxivinə daxil olmaması barəsində araşdırmanın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, araşdırmanın nəticəsi olaraq 10 may 1994-cü il tarixinədək N saylı hərbi hi ssəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barəsində arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı Seydəliyev Bafadar Əsgər oğlunun cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “hərbi biletində aparılan qeydlərə əsasən 17 aprel 1993-cü il tarixdən, 10 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barədə Müdafiə Nazirliyinin İşlər İdarəsinin Arxivinə daxil olmaması barəsində araşdırmanın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, araşdırmanın nəticəsi olaraq 10 may 1994-cü il tarixinədək N saylı hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barəsində arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5236/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5236/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver