Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5238/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Əzizbəyov rayon X1 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1953cü il tarixdə verilmiş 251 nömrəli orderə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna (Pobeda) qəsəbəsi, Rasim İmanov küçəsi, ev 11 (14), 13 nömrəli mənzilin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon X1 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1953-cü il tarixdə verilmiş 251 nömrəli orderə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna (Pobeda) qəsəbəsi, Rasim İmanov küçəsi, ev 11 (14), 13 nömrəli mənzil mərhum atası X8 ayrılmışdır. Sonradan Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nın xx.xx.1976-cı il tarixli, 28 nömrəli qərarı ilə həmin evin sahəsi artırılaraq 21,5 kv.m-dən 52,65 kv.m edilmişdir. İddiaçının anası xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İddiaçı cavabdehə müraciət etdikdə arxivdə sənədlərin olmaması əsas gətirilərək mərhum atasına məxsus mənzilə dair hər hansı sənəd verməmiş, əksinə əldə edilməsi mümkün olmayan sənədlər tələb etmişdir. İddiaçı qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş arxiv sənədindən mənzilin sonradan artırılması müəyyən olunur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı Bakı şəhəri Əzizbəyov Rayonu Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən xx.xx.1953-cü il tarixdə verilmiş 251 nömrəli orderə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, (Pobeda) Rasim İmanov küçəsi, ev 11 (14), 13 nömrəli mənzilə çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********26 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 14 saylı evin, 13 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının sərəncamı əlavə olunmaqla “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Müraciətə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-Z- 02152/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə keçmiş Əzizbəyov rayon XDS İK-nın arxiv fondu üzrə 1953-cü ilə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin sənədlərdə X10 barədə heç bir məlumatın olmadığı bildirilmişdir Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinin yuxarıda qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı edildiyini və beləliklə də hüquqi marağının aydın olduğunu nəzərə alaraq iddia tələbini “Bakı şəhəri Əzizbəyov rayon X1 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1953-cü il tarixdə verilmiş 251 nömrəli orderə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna (Pobeda) qəsəbəsi, Rasim İmanov küçəsi, ev 11 (14), 13 nömrəli mənzilin üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi kimi qəbul edir və tələbin dəqiqləşdirilməsinə zərurət görmür. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Bakı şəhəri Əzizbəyov rayon X1 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1953-cü il tarixdə verilmiş 251 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 11, blok 3-də yerləşən 13 nömrəli mənzil X8 verilmişdir. Həmin orderdən həmçinin görünür ki, Bakı şəhəri Əzizbəyov rayon X1 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1976-cı il tarixli, 28 nömrəli qərarına əsasən mənzilə sahəsi 31,18 kv.m olan iki otaq əlavə edilmiş və mənzil 3 otaqdan ibarətə ümumi sahəsi 52,65 kv.m təşkil etmişdir. -Bakı şəhəri Əzizbəyov rayon XDS İK-nın yaşayış sahəsinin ayrılması haqqında xx.xx.1976-cı il tarixli, 28 nömrəli qərarının arxiv çıxarışından görünür ki, Əzizbəyov rayon Neftqazçıxarma İdarəsinin Həmkarlar İttifaqının və Qrup Komitəsinin 27 nömrəli xx.xx.1976-cı il tarixli Protokoluna əsasən Əzizbəyov rayon X5 Soveti qərara almışdır: 1.TTM-nin sürücüsü X8 4 nəfər ailə üzvləri ilə (özü, arvadı, iki uşağı) 31,18 kv.metrdən ibarət iki otaq ayrılsın. Əvvəldən istifadəsində olmuş Sülh küçəsi, ev 14, mənzil 13 ünvanda 21,5 kv.m-dən ibarət sahənin yaşayış sahəsi artırılaraq 52,65 kv.m hesab edilsin. -İV-ЖГ 420641 nömrəli ölüm haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1995-ci ildə vəfat etmişdir. -AR Ədliyyə Nazirliyi 25 saylı Notariat ofisi tərəfindən cavabdeh DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 23.011.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, (Pobeda) Rasim İmanov küçəsi, ev 11 (14), 13 nömrəli mənzilə X8 çıxarış verilməsi xahiş edilmişdir. -İV-ЖГ 427743 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1996-cı ildə vəfat etmişdir. -Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə, 479 № ilə qeyd edilmişdir. -Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2003-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə, 846 № ilə qeyd edilmişdir. -Cavabdeh tərəfindən sorğuya cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı adına əvvəllər dövlət və ya ictimai mənzil fondu mənzillərinin özəlləşdirilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. -Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən sorğuya cavab olaraq verilmiş xx.xx.2025ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 13 saylı mənzildə yaşayır. -Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı XT Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 112 saylı MKİS tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli 50 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İsmayılov küçəsindəki 14№li, 2 mərtəbəli evin 2-ci mərtəbəsində 67.00 kv.metr yaşayış sahəsi olan 3 otaqlı 13 nömrəli mənzildə yaşayır. Bina 3 saylı Xüsusi Təyinatlı MKTB-nə məxsusdur. Ailə tərkibi 5 nəfərdən ibarətdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. ... Həmin Qanunun: -10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). -11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsində göstərilir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının atası X4 adına Əzizbəyov rayon X1 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1953-cü il tarixdə verilmiş 251 nömrəli order və Bakı şəhəri Əzizbəyov rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli, 28 nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərə uyğun gəlir. Həmin orderin əsli və qərarın arxiv çıxarışı mövcuddur, qeyd olunan sənədlərin ləğv edilməsi, etibarsız hesab edilməsi, qüvvədən düşməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmin qərarda X4 ailə tərkibi 4 nəfər olmaqla özü arvadı və 2 oğlu göstərilmişdir. İddiaçı istisna olmaqla qərarda X4 ailə üzvləri kimi göstərilmiş digər şəxslər ölmüşdür. İddiaçının həmin mənzilin kirayəçisi ilə birlikdə faktiki yaşayan ailə üzvü olması da iş materiallarındakı sənədlərlə məlum olur. Qeyd olunan mənzil iddiaçının sahibliyi və istifadəsindədir. İddiaçı sözügedən mənzildə yaşayır və mənzildə faktiki yaşayan iddiaçının ailə üzvlərinin mənzilin iddiaçının adına özəlləşdirilməsinə etirazları yoxdur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlər mövcuddur. Cavabdeh tərəfindən bu qənaətin əksini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən hazırkı tələb üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanunazidd hesab edilməli, iddia təmin edilməli və İddiaçı Əzizbəyov rayon XDS İK-nın yaşayış sahəsinin ayrılması haqqında xx.xx.1976-cı il tarixli, 28 nömrəli qərarındakı ölçülərə uyğun olaraq (52,65 kv.m) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsindəki 14 nömrəli evin 13 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Əzizbəyov rayon XDS İK-nın yaşayış sahəsinin ayrılması haqqında xx.xx.1976-cı il tarixli, 28 nömrəli qərarındakı ölçülərə uyğun olaraq (52,65 kv.m) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsindəki 14 nömrəli evin 13 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5238/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5238/2025
22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver