Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-524/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona 13.09.2015ci il tarixdən təyin edilərək 2018-ci ilin noyabr ayınadək ödənilən güzəştli şərtlərlə pensiyanın bərpa olunması və yaranmış məbləğin (qalıq məbləğin) birdəfəlik onun hesabına köçürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsi tərəfindən noyabr 2018ci il tarixdən 52 yaşından 2 saylı siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 52 yaşı 03.04.2015-ci ildə tamam olmasına baxmayaraq, ona pensiya 13.09.2015-ci il tarixindən təyin edilərək, noyabr 2018-ci il tarixdən hər ayda 2 ay məbləğində (190+190=380 manat) olmaqla ödənilməyə başlanılmışdır. Lakin, yanvar 2020-ci ildən onun pensiyası guya ona güzəştli şərtlərlə pensiya düşmədiyindən dayandırılmışdır. DSMF-nun Xəzər rayon Şöbəsinə pensiyasının 14 aydan sonra dayandırılması səbəblərini araşdırmaq üçün müraciət etmişdir. Cavab olaraq bildirmişlər ki, şöbədə aparılan araşdırma zamanı ona güzəştli şərtlərlə pensiya təyinatının aparılmasının qanunsuz olduğu aşkarlanmış və güzəştli şərtlərlə pensiya ödənilməsi dayandırılmışdır. Belə ki, işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında öz əksini tapmamışdır və ona 03.04.2019-cu il tarixdən əlil uşaq anası kimi pensiya təyin edilərək ödənilir. Onun 04.03.2008ci ildə anadangəlmə əlil övladı var. Bu çətinliklərə baxmayaraq, 2011-ci ilədək həmin müəssisədə güzəştli şərtlərlə işləmişdir. DSMF-nun Xəzər rayon Şöbəsi onun 13.09.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququnu məhdudlaşdıraraq, 03.04.2019-cu il tarixdən uşaqlıqdan əlil uşaq anası kimi pensiya təyin edib və 233 manat pensiyasından hər ayda 47 manat heç bir razılığı və ərizəsi olmadan tutaraq 186 manat ödəniş edirlər. Sonra 29.06.2020-ci il tarixdə ƏƏSMN-nun yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. 22.07.2020-ci il tarixli, **********4 saylı məktubla cavab verərək bildirmişlər ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün sığorta stajına aid sənədlərin yerində yoxlanılaraq dəqiqləşdirilməsinə zərurət yaranmışdır. “COVİD-19” virusunun yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejimində güzəştli iş stajı ilə bağlı hazırda müvafiq yoxlama aparılması mümkün deyildir. Pensiyasının bərpa olunması üçün ərizəyə əlavə etdiyi aidiyyəti sənədləri, şəxsiyyət vəsiqəsinin surətini, 3 ədəd güzəştli şərtlərlə işlədiyi barədə təqdim etdiyi arayışı, əmək kitabçasının surətini və digər sənədləri ona qaytarmamışlar və bugünki günə kimi heç bir tədbir görülməmişdir. Baxmayaraq ki, ƏƏSMN-nin yanında DSMF-nun Xəzər rayon Şöbəsinin mütəxəssisləri onun işlədiyi Şüvəlan qəsəbəsində yerləşən “X2" MMC-də olmuşlar, güzəştli şərtlərlə işlədiyi üçün mühasibatlıqdan ona əlavə olaraq 8 % əlavə əmək haqqının ödənilməsi barədə məlumat verilmiş və şəxsi sənədləri yoxlanılaraq müvafiq Akt tərtib edilərək pensiya işinə əlavə edilmişdir. Hesab edir ki, DSMF-nun Xəzər rayon Şöbəsi və Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona ünvanlanmış cavablar əsasızdır və heç bir hüquqi əsası yoxdur. O, 01.07.1987-ci ildən 01.04.1994-cü il tarixə kimi "X2" MMC-də kimya sexində kimya analizləri üzrə laborant vəzifəsində işləmişdir. 01.06.1994-01.04.1997-ci illərdə həmin müəssisədə kimya sexində texnik vəzifəsində işləmişdir. 01.04.1997-ci il tarixdən 18.07.2003-cü il tarixədək kimya sexində mühəndis vəzifəsində və 18.07.2003-cü il tarixdən 07.03.2011 -ci il tarixədək kimya sexində texnik vəzifəsində işləmişdir. Əmək kitabçasından və müəssisənin əlavə olaraq təqdim etdiyi "Güzəştli arayışlardan" aydın görünür ki, onun güzəştli şərtlərlə sosial sığorta stajı 23 ildən artıqdır və işlədiyi müddətdə müəssisədə əsas əmək haqqından əlavə 8 % güzəştli şərtlərlə işlədiyi üçün əmək haqqı hesablanmışdır. Onu da, qeyd edir ki, işlədiyi müddətdə onunla eyni vəzifədə çalışan işçilərin güzəştli şərtlərlə pensiya hüququ yaranan gündən fasiləsiz olaraq pensiya almışlar. Hesab edir ki, onun da, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ vardır, ona görə də, ona 13.09.2015-ci il tarixdən təyin olunmuş pensiya qanunidir və onun pensiyası bərpa olunaraq ödənilməlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Etiraza əsasən, iddiaçının Filiala daxil olan ərizəsi və ona əlavə olunmuş sənədləri aidiyyəti üzrə araşdırılmışdır. Belə ki, 13 sentyabr 2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsi tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Xəzər rayonu Şöbəsi tərəfindən aparılmış araşdırmalar zamanı iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatının aparılmasının qanunauyğun olmadığı müəyyən edilmişdir. Belə ki, sözügedən şöbəyə təqdim edilən sənədlərdə iddiaçının 18.07.1985-07.03.2011-ci il tarixləri arasındakı dövrlərdə "xxxx"ASC-nin “X2” MMC-də işlədiyi aparatçı, laborant, texnik və müvəqqəti mühəndis vəzifələri Azərbaycan Rspublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bölməsində (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı yoxdur. Bununla əlaqədar olaraq pensiya ödənişi 01 yanvar 2020-ci il tarixindən dayandırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, adıçəkilən şəxsə 03.04.2019-cu il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İşdə olan "xxxx" ASC “X2” MMC tərəfindən verilmiş 01/11/01/31 nömrəli, 12.03.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 18.07.1985-ci il tarixdə Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən “X2” MMC-də Kimya sexində çirkab su təmizləyici qurğusunun aparatçısı vəzifəsində, 01.07.1987-ci il tarixində Kimya sexində laborant, 01.06.1994-cü ildə Kimya sexində texnik vəzifəsində, 01.04.1997-ci ildə Kimya sexində müvəqqəti mühəndis, 18.07.2003-cü ildən 07.03.2011-ci ilə qədər Kimya sexində texnik vəzifəsində çalışmışdır. Çalışdığı illərdə zərərli iş şəraitində işləmişdir və zərərli iş şəraitinə görə 8,0% əlavə ödəniş almışdır. İşdə olan "xxxx" ASC “X2” MMC tərəfindən verilmiş 01/11/01/149 nömrəli, 14.04.2016-cı il tarixli “Güzəştli arayış”dan görünür ki, İddiaçı 01.07.1984-cü il tarixdən 01.04.1994-cü il tarixə kimi Kimya sexinə kimya analizləri üzrə laborant vəzifəsində, 01.06.1994-cü il tarixdən 01.04.1997-ci il tarixə kimi “Kimya sexində texnik vəzifəsində, 01.04.1997-ci il tarixdən 18.07.2003-cü il tarixə kimi kimya sexində mühəndis vəzifəsində, 18.07.2003-cü il tarixdən 07.03.2011-ci il tarixə kimi həmin sexdə texnik vəzifəsində işləmişdir. Zərərli əmək şəraitlərind iş müddəti 23 il 7 ay təşkil edir. Yuxarıda göstərilən vəziffələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndan 08. Kimya istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və və laboratoyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər) fəslinə daxildir. İşdə olan Dövlət Sosial Müdafiə Fndunun Bakı şəhəri Xəzər rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 03.03.2020-ci il tarixli, **********0 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, ona 13.09.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa örə əmək pensiyası təyin edilmişdir. Şöbədə aparılan araşdırma zamanı ona güzəştli şərtlərə pensiya təyinatının aparılmasının qanunsuz olduğu aşkarlanmış və güzəştli şərtlərlə pensiya ödənişi dayandırılmışdır. Belə ki, işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı Qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da öz əksini tapmamışdır. Ona 03.04.2019-cu il tarixdən əlil uşaq anası kimi pensiya təyin edilərək ödənilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 22 iyul 2020-ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatına baxılmasının mövcud vəziyyətlə əlaqədar təxirə salınması haqqında” məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün sığorta stajına aid sənədlərin yerində yoxlanılaraq dəqiqləşdirilməsinə zərurət yaranmışdır. “COVİD-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejimində güzəştli iş stajı ilə bağlı hazırda müvafiq yoxlama aparılması mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılması xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlər aradan qalxdıqdan sonra yekunlaşacaqdır. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 01.09.1980-04.03.1982-ci illərdə təlim keçmiş, 15.03.1982-ci il tarixdən 05.04.1985-ci il tarixədək, 18.07.1985-ci il tarixdən 07.03.2011-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 01.05.2011-ci il tarixdən 01.11.2011-ci il tarixədək ƏƏSMN DMX Xəzər rayon Məşğuluq Mərkəzi tərəfindən işsizlik müavinəti təyin edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 17 avqust 2021-ci il tarixli, **********5 nömrəli məktubla təqdim edilmiş iddiaçıya məxsus pensiya işindən müəyyən edilir ki, 10.09.2018-ci il tarixdə müvafiq ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, DSMF-nun Xəzər rayon Şöbəsinin məsləhətçisi, "xxxx" Stansiyası MMC-nin Kadrlar üzrə mütəxəssisi vəzifəsini icra edən və mühasibin iştirakı ilə İddiaçı adına verilmiş 14.04.2016-cı il tarixli, 01/11/01/149 saylı “Güzəştli arayış”ın yerində yoxlanılması barədə 16.10.2018-ci il tarixli akt tərtib olunmuş, akta əsasən yoxlama zamanı mühasibatlıq sənədlərində aşkar olunmuşdur ki, İddiaçı əmək haqqından əlavə güzəştli şərtlərlə işlədiyinə görə 8% (səkkiz) əlavə əmək haqqı ödənilmişdir. Müəssisədə ən yüksək əlavə ödəmə 12 % təşkil edir. T-2 şəxsi kartoçkalarına əsasən və əmrlər kitabına baxış zamanı güzəştli arayışda göstərilən faktlar təsdiqini tapmış, Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinin 597 nömrəli, 15.11.2018-ci il tarixli qərarı ilə iddiaçıya 13.09.2015-ci il tarixdən yaşa görə 2 saylı siyahı üzrə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. 03.04.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən "xxxx" ASC “X2” MMC tərəfindən 103/01-01-96 nömrəli, 20.09.2021-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən “X2” MMC-də güzəştli peşədə işləyib. O, 01.07.1987-01.04.1994-cü il tarixlərində kimya sexində - kimya analizləri üzrə laborant vəzifəsində, 01.06.1994-01.04.1997-ci il tarixlərində kimya sexində texnik vəzifəsində, 01.04.1997-18.07.2003-cü il tarixlərdə kimya sexində mühəndis vəzifəsində, 18.07.2003-07.03.2011-ci il tarixlərində kimya sexində texnik vəzifələrində işləmişdir. Arayışa əsasən güzəştli əmək stajı 23 il, 6 ay, 7 gün (iyirmi üç il, altı ay, yeddi gün) təşkil edir. Yuxarıda göstərilən vəzifə 08. Kimya istehsalatı xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri, düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər fəslinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə və 28.08.2008-ci il tarixli, 199 saylı qərarı ilə təsdiq edilmiş bu ixtisas güzəştli sayılır. Arayış işçinin əmək fəaliyyətini əks etdirən T-2 formalı şəxsi vərəqə və kadr əmrlərinə əsasən verilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən "xxxx" ASC “X2” MMC tərəfindən 103/01-01-4 nömrəli, 17.01.2022-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən “X2” MMC-də güzəştli peşədə işləyib. O, 01.07.1987-01.04.1994-cü il tarixlərində kimya sexində - kimya analizləri üzrə laborant vəzifəsində, 01.06.1994-01.04.1997-ci il tarixlərində kimya sexində texnik vəzifəsində, 01.04.1997-18.07.2003-cü il tarixlərdə kimya sexində mühəndis vəzifəsində, 18.07.2003-07.03.2011-ci il tarixlərində kimya sexində texnik vəzifələrində işləmişdir. Əmək stajı 23 il 6 ay 7 gün (iyirmi üç il, altı ay, yeddi gün) təşkil etmişdir. Göstərilən tarixlərdə işçi zərərli şəraitdə işləmişdir və müvafiq olaraq vəzifə maaşına 8% əlavə ödəniş almışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatına baxılmasının mövcud vəziyyətilə əlaqədar təxirə salınması haqqında” 22.07.2020-ci il tarixli, **********4 nömrəli məktubla cavab verilərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılması xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlər aradan qalxdıqdan sonra yekunlaşdırılması bildirilmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçının müraciəti ilə əlaqədar hər-hansı bir əlavə araşdırılma aparılmamış və müraciəti cavablandırılmamışdır. İddiaçı 16.12.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə bağlı əsası ondan ibarətdir ki, DSMF-nun Xəzər rayon Şöbəsinə təqdim edilən sənədlərdə iddiaçının 18.07.1985-07.03.2011-ci il tarixləri arasındakı dövrlərdə "xxxx" ASC-nin “X2” MMC-də işlədiyi aparatçı, laborant, texnik və müvəqqəti mühədis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsində (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) nəzərdə tutulmamışdır. Bununla əlaqədar olaraq pensiya ödənişi 01 yanvar 2020-ci il tarixidən dayandırılmışdır. Lakin, məhkəmə sorğularına cavab olaraq "xxxx" ASC “X2” MMC tərəfindən verilmiş iş materiallarında qeyd edilən cavab məktublarından müəyyən edilmişdir ki, İddiaçı “X2”-da 01.07.1987-07.03.2011-ci il tarixləri arasında kimya sexində işləmişdir. İşlədiyi peşələrin İddiaçı əmək fəaliyyətini əks etdirən T-2 formalı şəxsi vərəqə və kadr əmrlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 08.Kimya istehsalı fəslində, 8.1.1-ci yarımbəndinə aid olduğu, göstərilən tarixlərdə işçisinin zərərli şəraitdə işləməsi və müvafiq olaraq vəzifə maaşına 8 % əlavə ödəniş alması təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının pensiya hüququnun 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 52 yaşının tamam olduğu 03.04.2015-ci il tarixdə yaranması, həmin tarixdə onun qanunvericiliklə tələb olunan 20 il ümumi, 10 il xüsusi iş stajına malik olması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-524/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-524/2022
09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver