Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5243/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciətdən əvvəlki üç il üçün fərq məbləğinin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 52 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 il olmaqla xx.xx.2017-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,o,xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. 1978-1991-ci illərdə Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozda, 1992-1994-cü illərdə Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda tütünçü vəzifəsində işləmişdir. Bu barədə xx.xx.1978-ci il tarixli əmək kitabçasında və Dövlət Arxiv Şəki filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1445 saylı arayışda qeydiyyat aparılmışdır. Lakin, 1978, 1979, 1980, 1982-ci illərdə kolxozçuların əməyin ödənişi üzrə hesablaşma kitablarında iddiaçının adı və soyadında uyğunsuzluq vardır. Həmçinin, xx.xx.1994-cü il tarixdən xx.xx.2019-cu il tarixədək xx.xx.1924-cü il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan doğma anası X1 aid bir mənzildə yaşayaraq qulluq etmiş və bu barədə xx.xx.2019-cu il tarixli müayinə aktı tərtib olunmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin üçün tələb olunan sənədlərlə X8 Xidmət Mərkəzinə müraciət etmiş, Mərkəz tərəfindən sənədlər X4 İdarəsinə göndərilmişdir. Lakin, İdarə tərəfindən iddiaçının ünvanına məktub göndərilərək əmək pensiyası təyininin mümkün olmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunaziddir. Belə ki, arxiv arayışına əsasən, 1978,1979,1980,1982-ci illər nəzərə alınmadan, iddiaçının 11 il tütünçü kimi güzəştli (1981,1983-1991,1993-cü illər) və 11 il 03 ay ümumi sosial sığorta stajı vardır. xx.xx.1994cü il tarixdən xx.xx.2019-cu il tarixədək xx.xx.1924-cü il təvəllüdlü,70 yaşdan yuxarı qoca olan doğma anası X2 ilə bir mənzildə yaşayaraq qulluq etdiyi müddət də nəzərə alınmaqla 20 ildən artıq ümumi sosial sığorta stajı yaranır ki, bu da iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yetərlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialı iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi xx xxxxxx 1978-ci il tarixli, AЗE ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1978-xx.xx.1998-ci il tarixləri arasındaki dövr ərzində Şəki rayonu M.F.Axundov və Dərəcənnət kolxozunda işlədiyi müxtəlif vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialının nümayəndəsi X6 imtina məktubuna uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: -AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçıAzərbaycan Respublikasının vətəndaşıdır, xx xxxx 1962-cı il təvəllüdlüdür, ünvan 1i ünvanında qeydiyyatdadır. İşdə olan iddiaçının AЗE ******* nömrəlinömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci ildə Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozda tütün briqadasının üzvü vəzifəsinə qəbul edilmiş, xx.xx.1992ci ildə Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozuna üzv qəbul edilmiş və xx.xx.1998-ci ildə işdən azad edilmişdir. - xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Şəki şəhər İHB-nin Suçma kənd İcra Nümayəndəliyi, Şəki rayonu Suçma Bələdiyyəsinin sədri və Dərəcənnət kənd sakinləri öz imzaları ilə təsdiq etmişdirlər ki, ünvan 1 sakini İddiaçı həqiqətən doğma anası xx.xx.1924-cü il təvəllüdlü, 70 yaşdan yuxarı ahıl yaşlı X1 xx.xx.1994-cü il tarixdən halhazıradək bir mənzildə yaşıyaraq qulluq etmiş, qayğısına qalmış və bütün ehtiyaclarını qarşılamışdır. İddiaçı ailə həyatı qurmamış və anası ilə bir mənzildə yaşamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublikası Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 1445 saylı vəxx xxxx 2020-ci il tarixli, 422 saylı arxiv arayışlarından görünür ki, Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozun kolxozçuların əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən İsmayılova (Ziyafət) Reyhan Heydər qızı kolxozda işlədiyi zaman əmək haqqısı və günləri aşağıdaki kimi qeyd edilmişdir: 1978-ci il - parnik, tütün (şəxsi hesab: 428; gün-169; pul -1.681,43); 1979-cu il – parnik, tütün (şəxsi hesab:419; gün – 339; pul – 1.928,39); 1980-ci il (şəxsi hesab:427, gün:287, pul -2.449,04); 1981-ci il tütün (şəxsi hesab:465, gün-210, pul – 2.038,92); 1982-ci il – taxıçılıq işi, parnik (şəxsi hesa:438, gün -319,pul-5.504,06); 1983-cü il- parnik, f/t (şəxsi hesab:441; gün-297, pul – 3.849,21); 1984-cü il – parnik, f/t (şəxsi hesab:0436, gün- 229, pul – 2.609,87);1985-ci il – parnik, tütün (şəxsi hesab:0435; gün - 290, pul – 3.027,37); 1986-cı il- parnik, tütün, sair işlər ( şəxsi hesab: 0435, gün-316, pul - 1.929,58); 1987-ci il – parnik,tütün, məz (şəxsi hesab: 0434, gün – 325, pul -1.979,92); 1988-ci il- parnik, sair iş, tütün, məz (şəxsi hesab:0433; gün – 343; pul – 1.873,68); 1989cu il – parnik, pamidor, tütün, taxıçılıq (şəxsi hesab: 0429, gün – 355, pul-1.641,29); 1990cı il- parnik, pamidor, tütün,məz (şəxsi hesab: 0424, gün – 340, pul-12.630,30); 1991-ci ilparnik, tütün, pamidor,məz (şəxsi hesab:0806, gün – 331, pul -21.731,09) Qeyd: 1978-ci ildə İsmayılova Ziyafət H qızı, 1979-cu ildə İsmayılova Ziyafə H. Yazılıb karandaşla Reyhan yazılmış, 1980-ci ildə İddiaçı H qızı yazılıb, qara karandaşla Ziyafət qeyd olunub, 1981-ci ildə İddiaçı H qızı, 1982-ci ildə Mustafayeva Reyhan H qızı yazılıb qara karandaşla İsmayılova qeyd olunub, 1983-1991-ci illərdə isə İddiaçı qeyd edilmişdir. Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunun kolxozçuların əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən İddiaçı H.qızı kolxozda işləyən zaman əmək haqqının və günləri aşağıdaki kimi qeyd edilmişdir: 1992-ci il – taxıçılıq, məz (şəxsi hesab:37, gün – 20, pul – 10543); 1993-cü il – kartof, pomidor, tütün, sair iş, taxıçılıq (şəxsi hesab: 38, gün -317, pul -200635), 1994-cü il –parnik (şəxsi hesab: 160, gün -28, pul -600) -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi ŞərtlərləTəyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli ********** saylı məktubundan görünür ki,xx xxxxxx 1978-ci il tarixli, AЗE ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1978-xx.xx.1998-ci il tarixləri arasındaki dövr ərzində Şəki rayonu M.F.Axundov və Dərəcənnət kolxozunda işlədiyi müxtəlif vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublikası Dövlət Arxivinin Şəki filialı tərəfindən ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 125 saylı məhkəmə sorğusuna cavab məktubuna, kolxozçuların əmək stajı və qazancının uçotu kitabından ksero surət və iddiaçıya təqdim olunmuş xx xxxx 2020-ci il tarixli, 422 saylı arxiv arayışı təqdim olunmuşdur. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx xxxx 1962-ci il təvəllüdlüdür, 1978-ci il tarixdən 1991-ci ilə qədər Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozda tütün briqadasına üzv vəzifəsində, 1992-cı ildən 1994-cü ilə qədər Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda (əmək kitabçasında 1998-ci ilə qədər göstərilmişdir)işləmişdir. İddiaçı 52 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə əmək pensiyasl təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan onun xx.xx.1978-xx.xx.1998-ci il tarixləri arasındaki dövr ərzində işlədiyi müxtəlif vəzifələrin “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığına istinad edərək, müraciətinə imtina edilmişdir. Hazırda iddiaçı ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışdığından, pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli stajının tamam olub-olmaması, həmçinin işlədiyi vəzifənin “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulub-tutulmamasıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. “Sığorta stajının hesablanması qaydası”nı 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1997-ci il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: z) kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçumaşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: qadınlar — 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997- ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Şərh olunan qanunvericiliyin normalarına görə 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minənə qədər əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər. Məhkəmə tərəfindən ilkin olaraq cavabdeh tərəfindən mübahisələndirlən xx.xx.1978-xx.xx.1998-ci il tarixləri arasındaki dövr ərzində Şəki rayonu M.F.Axundov və Dərəcənnət Kolxozunda işlədiyi müddət ilə bağlı münasibət bildirilir. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş əmək kitabçasından məlum olmuşdur ki, iddiaçı xx.xx.1978-ci ildə Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozda tütün briqadasının üzvü vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci ildə Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozuna üzv qəbul edilmiş və xx.xx.1998-ci ildə işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında yalnız xx.xx.1978xx.xx.1992-ci ilə qədər tütün briqadasında üzv olması göstərilmiş, digər dövrlər ərzində isə sadəcə kolxozda işləməsi qeyd olunmuşdur. Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə arxiv idarəsinə sorğu göndərərək, iddiaçının xx.xx.1978-xx.xx.1998-cu illərdə Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozunda və Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda iş fəaliyyəti ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublikası Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmişxx xxxxxxxx 2020-ci il tarixli, 125 saylı sorğuya cavab məktubundan məlum olmuşdur ki, iddiaçı 1978-1991-ci illəri əhatə edən dövrdə Şəki rayonu Suçma kənd M.F.Axundov adına kolxozunda, 1992-1994-cü illəri əhatə edən dövrlər ərzində isə Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda işləmiş, işlədiyi müddət ərzində müvafiq əmək haqqı almışdır. Göründüyü kimi, əmək kitabçasından fərqli olaraq, iddiaçının Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda işləməsi dövrü 1995-ci il tarixədək göstərilmişdir. İddiaçı həmçinin iddia ərizəsində, onun Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda yalnız 1992-1994-cu illərdə işlədiyini bildirmişdir. Göründüyü kimi, iddiaçının Şəki rayonu Dərəcənnət kənd Dərəcənnət kolxozunda 1998-ci ilə qədər işləməsi və bunun əmək kitabçasında göstərilməsi yalnız formal xarakter daşıyır. İddiaçı 1995-1998-ci il dövrlərdə sözügedən kolxozda işləmədiyini təkzib etmədiyi halda, məhkəmə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublikası Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmişxx xxxx 2020-ci il tarixli, 422 saylı arxiv arayışını əsas götürərək, iddiaçının kolxozda iş fəaliyyətinin 1978-1994-cü illərini əhatə etdiyi nəticəsinə gəlir. İddiaçının kolxozda işlədiyi müddət ərzində, icra etdiyi vəzifənin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər kateqoriyasına aid olub-olmaması ilə bağlı münasibət bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 27-ci bölməsinin (Yeyinti sənayesi) 27.5.1-ci bəndinə əsasən, tütün istehsalı üzrə fəhlələr və mütəxəssislər dəqiq olaraq göstərilmişdir. Belə ki, tütün istehsalı üzrə fəhlələr qismində: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşınıstləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşınistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri, mütəxəssislər qismində tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar göstərilmişdir.Həmçinin, Siyahıda 27.5.2-ci bənddə bərpa edilmiş tütün istehsalı üzrə fəhlələr qismində tortanı buxara verənlər, bərpa edilmiş tütün xətlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcıları, kağız (karton) düzəldən maşının maşınistləri (torçuları) kağız və kağız məmulatlarının hopdurucuları, üyüdücülər, tütün quruducuları, tütün xammalını nəmləşdirənlər, mütəxəssis qismində bərpa edilmiş tütün sexlərində məşğul olan ustalar. Böyük ustalar göstərilmişdir. Belə olan halda, göründüyü kimi Məhkəmə hesab edir ki, şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən işlədiyi konkret sahənin, peşənin güzəştli sahə, peşə olmasını dəqiq müəyyən etməli, Siyahıda olan konkret sahə, peşə ilə eyni kod altında olmasına diqqət yetirməlidir. İddiaçının kolxozda işləməsinə dair təqdim edilmiş arayışlardan görünür ki, iddiaçının illər üzrə kolxozda işlədiyi vəzifələr üzrə məlumat verilmiş, hər il üzrə müxtəlif məlumatlar qeyd edilmiş, illər üzrə “tütün” vəzifəsi ilə yanaşı müxtəlif vəzifələr “parnik”,”taxılçılıq”,”pomidor”,”kartof” qeydləri aparılmış, həmçinin, kolxozçuların əmək stajı və qazancının uçotu kitabının kserokitabı təqdim edilmiş, həmin kitabda da iddiaçının 1978,1979,1980, 1981,1982,1983,1984,1985-ci illərdə kolxozçu vəzifəsində olması, 1986-1991-ci illərdə isə tütün briqadasında tütünçü vəzifəsində olması qeyd edilmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, şəxsin konkret olaraq Siyahı üzrə qeyd edilmiş güzəştli vəzifədə, peşədə çalışması sübuta yetirilmir. Belə ki, hətta tütün briqadasının üzvü olması konkret olaraq Siyahıda göstərilən vəzifələri icra etməsini sübuta yetirmir. Məhkəmə həmçinin, qeyd edir ki, hətta iddiaçının qeyd etdiyi kimi kolxozda işlədiyi illəri güzəştli illər kimi nəzərə alınsa belə, iddiaçının ümumi iş stajı tamamlanmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Belə ki, iddiaçı ümumi iş stajının 20 ildən çox olduğuna istinad edir və bu halı onunla əsaslanıdırır ki, o, xx.xx.1994-cü il tarixdən xx.xx.2019-cu il tarixədək xx.xx.1924-cü il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan doğma anası X1 qulluq etmişdir. Bunun təsdiq olaraq iddiaçı Şəki şəhər İHB-nin Suçma kənd İcra Nümayəndəliyi, Şəki rayonu Suçma Bələdiyyəsinin sədri və Dərəcənnət kənd sakinlərinin imzaları ilə təsdiq olunmuş xx xxxxxx 2019-cu il tarixli arayışı təqdim etmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun: -21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; -21.2.4-cü maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Sadalanan normanın təhlili göstərir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 21.2.4- cü maddəsində nəzərdə tutulan hüququn yaranması üçün: 1. bu hüququ əldə edən şəxs ahıl şəxsə (70 yaşdan yuxarı şəxsə) qulluq etməli; 2. qulluğun faktiki həyata keçirilməsi və müddəti barədə müayinə aktı tərtib olunmalı; 3. müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının yaxud Fondun nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib olunmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, işin faktiki halları ilə birgə qiymət verərək belə nəticəyə gəlir ki, bu zaman sübut etmə yükü daşıyan iddiaçı tərəfindən 70 yaşdan yuxarı anası üzərində qəyyumluğun tanınması ilə bağlı hər hansı bir dəlil təqdim olunmamış, həmçinin qulluq etmə müddətini (konkret olaraq neçə il təşkil etməsini) təsdiq edən müayinə aktı təqdim olunmamışdır. Belə olan halda, Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümum iş stajı tamamlanmamışdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciətdən əvvəlki üç il üçün fərq məbləğinin ödənilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciətdən əvvəlki üç il üçün fərq məbləğinin ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5243/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5243/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver