Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5243/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “vahid aylıq müavinətin bərpası” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2019-cu ildən ona vahid aylıq müavinətin (çörək pulunun) ödənilməsinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. ünvan 1 ünvanda məskunlaşmışdır. 2006-cı ildə bu sonuncu ünvana səhvən qeydiyyata düşsə də, 2019-cu ildə həmin ünvandan qeydiyyatdan çıxıb və Ağdam rayonunun Mərzili kəndinə, əvvəllər qeydiyyatda olduğu ünvana qeydiyyata düşmüşdür. Başqa sözlə, səhvini düzəldib əvvəlki qeydiyyatda olduğu ünvana qayıtmışdır. Daha sonra tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət edilərək çörək pulunun bərpa olunmasını xahiş etmişdir. Lakin Komitədən daxil olmuş 01/2821 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçiin yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydalarının 2.2-ci bəndi əsas götürülərək mənə çörək pulunun verilməsindən imtina edilmişdir. Başqa sözlə, o, Bakı şəhərində qeydiyyata düşdükdən sonra onun çörək pulu kəsilmişdir. Lakin qeyd edilmişdir ki, 2019-cu ildən səhvini düzəltmiş və məcburi köçkün kimi əvvəllər qeydiyyatda olduğu Mərzili kəndinə qayıtmışdır. Bu zaman nəzərə alınmamışdır ki, o, 2019-cu ildən işğal olunmuş əraziyə qeydiyyata düşmüşdür. Qaydaların isə 2.2-ci bəndində belə hallar barədə qadağa yoxdur. Belə olan halda 2019-cu ildən başlayaraq ona vahid aylıq müavinətin (çörək pulunun) ödənilməsi bərpa olunmalıdır. Bundan başqa, adına daşınmaz əmlak yoxdur. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin cavabı qanunvericiliyin müddəalarına ziddir. Belə ki, sənədlərdən göründüyü kimi, o, hazırda məcburi köçkün kimi əvvəllər qeydiyyatda olduğu Mərzili kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət edərək, vahid aylıq müavinətin bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Komitə tərəfindən iddiaçının sözügedən müraciəti Komitənin 01/2821 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən vahid aylıq müavinətin ödənişi, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil olunmur. Siz 2006-cı ildə Bakı şəhərində daimi qeydiyyata düşdüyünüz üçün özünüzə və ailə üzvlərinizə verilən vahid aylıq müavinət Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən mövcud qaydalara əsasən dayandırılmışdır. Həmçinin iddiaçı eyni tələblə bağlı yenidən Komitəyə müraciət etmiş və Komitənin 01/734 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə müraciət baxılması üçün Ağdam Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasına əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Bununla yanaşı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.2ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) vahid aylıq müavinət şamil olunmur. Komitədə yaradılmış 2007-2023-cü illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, İddiaçı xx.xx.2006-cı il tarixdə verilən şəxsiyyət vəsiqəsində ünvan 4 ünvanında, xx.xx.2019-cu il tarixdə verilən şəxsiyyət vəsiqəsində isə ünvan 5i ünvanında yaşayış yeri üzrə qeydiyyatda olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.2-ci bəndinə uyğun olaraq, İddiaçı xx.xx.2006- cı il tarixdə verilən şəxsiyyət vəsiqəsində işğaldan azad olunmuş əraziyə qeydiyyata düşdüyündən iddiaçıya və onun ailə üzvlərinə vahid aylıq müavinət verilə bilməz. Göründüyü kimi, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.2-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçı və onun ailə üzvlərinə vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı 2019-cu ildən vahid aylıq müavinətin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “2019-cu ildən vahid aylıq müavinətin bərpa olunması”na dair iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, xx.xx.1936-cı il təvəllüdlü İddiaçı ünvan 5i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı 427241 nömrəli, xx.xx.2019-cu il tarixli məcburi köçkün vəsiqəsinin surətinə əsasən İddiaçı 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36/2-634/2023 nömrəli məktubunda bildirilmişdir ki, Komitənin Regional idarəetmə və status şöbəsi tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixdə AA№427241 seriya nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir və hazırda statusu qüvvədədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyətinin 30 mart 2023-cü il tarixli, 5-31/2-264-2023 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam rayon Mərzili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi rəsmi arayışa əsasən İddiaçı 2006-cı il tarixdə Bakı şəhərinə daimi qeydiyyata düşdüyü üçün ona təyin olunmuş vahid aylıq müavinət mövcud Qaydanın tələblərinə uyğun olaraq dayandırılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.2 bəndinə əsasən məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, 1 dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxlər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil olunmur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********48 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına ölkə ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyətinin 26 aprel 2023-cü il tarixli, 5-31/2-365-2023 nömrəli və 01 iyun 2023-cü il tarixli, 5-31/2-504-2023 nömrəli məktublarında bildirilmişdir ki, Ağdam rayonunun Mərzili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi rəsmi arayışa əsasən Ağdam rayon Mərzili kənd sakini İddiaçı Şamo oğlu 2006-cı ilədək vahid aylıq müavinət almış, 2006-cı ildə Bakı şəhərinə daimi qeydiyyata düşdüyü üçün ona təyin olunmuş vahid aylıq müavinət dayaridırılmışdır. (Nümayəndəliyin arayışı məktuba əlavə olunur). Qeyd edirik ki, vətəndaş İddiaçı 2019-cu ildə yenidən Ağdam rayonunun Mərzili kəndinə daimi qeydiyyata düşmüşdür. Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.2 bəndinə əsasən məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər,xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxlər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna otmaqla) şamil olunmur. Məhkəmənin sorğusuna cavab olaraq Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Mərzili Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 17 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam rayon İHB-nın Mərzili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bildirir ki, İbrahimov X1 sakinidir, hazırda o, məcburi köçkün kimi “Bakı şəhəri Xətai rayonu R.Bağırov 28/56” ünvanında məskunlaşıb. Vətəndaş 2006 ilə qədər vahid aylıq müavinat almışdır. 2006-cı ildə Bakı şəhərinə daimi qeydiyyata düşdüyünə görə vahid aylıq müavinat dayandırılmışdır. 2019-ildən vətəndaş yenidən Ağdam rayon İHB-nın Mərzili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daimi qeydiyyata düşmüşdür. Hazırda vətəndaşın özü (ailə 4 nəfərdən ibarətdir) yemə xərci müavinatı alınır, ailə üzvüləri isə alır. Onun özünün (ailə 4 nəfərdən ibarətdir) vahid aylıq müavinatını bərpa etmək üçün xx.xx.2019; xx.xx.2020; və xx.xx.2022-il tarixlərdə sənədlərini hesabata əlavə edərək Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir, ancaq müavinət bərpa olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-18396/2023 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1936-cı il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək Ağdam rayonu, Mərzili kəndində, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ünvan 4-da, xx.xx.2019-cu il tarixdən hazıradək ünvan 5ində yaşayış yeri üzrə qeydiyyatdadır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür. İddiaçıya məcburi köçkünlər üçün vahid aylıq müavinət verilmiş, lakin aylıq müavinətin verilməsi 2006-cı ildən dayandırılmışdır. İddiaçı vahid aylıq müavinətin bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etmiş, Komitə ərizəni baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon İcra Hakimiyyətinə göndərmişdir. Hazırkı iş üzrə iddiaçı ona verilmiş vahid aylıq müavinətin verilməsinin bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasını mübahisələndirir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi düzgün cavabdehə qarşı yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın: -3-cü bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.2. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; 3.6. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri iki iş günü müddətində daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Komitəyə rəsmi məlumat verir; 3.7. məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi üçün müvəkkil bank Komitə tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir. -4-cü bəndinə görə məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinət əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda müvəkkil bankın filiallarına təsdiq edilmiş adlı siyahılar əsasında ödənilir. Filial müavinətin ödənilməsi üçün daxil olmuş vəsaiti məcburi köçkünlərə ödəniş kartları vasitəsilə ödəyir. Sadalanan normalardan müəyyən olunur ki, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən vahid aylıq müavinətin veriləcəyi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin illik ümumi adlı siyahısı və müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatı tərtib edilir və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə göndərilir. Komitə təqdim olunmuş hesabatları dürüstləşdirdikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir və bundan sonra Maliyyə Nazirliyi aldığı sifarişə uyğun olaraq bu məqsəd üçün vəsait ayırır və həmin vəsaiti əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Göründüyü kimi vahid aylıq müavinətin verilməsi ilə bağlı birinci mərhələ əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının vahid aylıq müavinətin veriləcəyi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin illik ümumi adlı siyahısı və müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatı tərtib edərək Komitəyə təqdim etməsi, sonrakı mərhələ isə Komitənin təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyinə sifariş verməsi və Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsait icra hakimiyyəti orqanlarının xəzinə hesabına köçürüldükdən sonra daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsidir. Ağdam Rayon İcra Hakimiyyətinin cavab məktublarından da görünür ki, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən müavinət alacaq məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar tərtib edilmiş və vahid aylıq müavinatını bərpa etmək üçün iddiaçının adı xx.xx.2019, xx.xx.2020 və xx.xx.2022-il tarixlərdə hesabata əlavə edərək Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Göründüyü kimi Ağdam Rayon İcra Hakimiyyəti vahid aylıq müavinətin verilməsi ilə bağlı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydası ilə müəyyən edilmiş vəzifələri icra etmiş, iddiaçıya vahid aylıq müavinət ödənilməsi ilə bağlı sənədləri illik hesabatlara əlavə edərək Komitəyə göndərmiş, lakin vahid aylıq müavinəti bərpa edilməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə Ağdam Rayon İcra Hakimiyyəti iddaçının adını siyahıya daxil edərək Komitəyə göndərməklə vahid aylıq müavinətin verilməsi ilə bağlı birinci mərhələ üçün ona aid edilmiş səlahiyyəti bilavasitə icra etmişdir. Siyahı Komitəyə təqdim edildikdən sonra sonuncunun siyahıda müavinət alacaq şəxslərin sayının azaldılaraq iddiaçını nəzərə almaması Ağdam Rayon İcra Hakimiyyətinin deyil, Komitənin səlahiyyət dairəsinə aid olan məsələdir. Başqa sözlə, müavinətin verilməsi üzrə növbəti mərhələ təqdim olunmuş siyahını dürüstləşdirərək Maliyyə Nazirliyinə müvafiq sifarişin verilməsidir ki, bu mərhələdə məsul orqan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsidir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi vahid aylıq müavinətin bərpa edilməsi ilə bağlı tələbə mahiyyəti üzrə, maddi hüquq normalarına istinad edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə hazırkı iddia tələbi üzrə müavinətin verilməsi ilə bağlı məsul inzibati orqan qismində Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi çıxış edir və iddia Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə münasibətdə mümkündür. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən vahid aylıq müavinətin bərpa edilməsi ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir. Qaydanın 1-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara. Qaydanın 2-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: (....) 2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla);(...). Beləliklə, Qaydanın 1.1-ci bəndinə əsasn vahid aylıq müavinət o məcburi köçkün statusuna malik şəxslərə təyin edilir ki, məcburi köçkün respublika ərazisində yaşayan (müvəqqəti məskunlaşmış) olsa da ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olmuş olsun. Adçəkilən 1.1-ci bənd eyni zamanda Qaydanın 2-ci bəndinə göndəriş edir və 1-ci bənddə sadalanan kateqoriya şəxs olsa da 2-ci bənddə sadalanan şəxslərin əhatə dairəsinə düşmüş olduğu halda həmin şəxslərin vahid aylıq müavinət almaq hüquqlarını istisna edir. Başqa sözlə, məcburi köçkün statusuna malik, respublika ərazisində müvəqqəti məskunlaşdıqdan sonra daimi qeydiyyatda olduğu işğal olunmuş rayon üzrə qeydiyyatdan çıxaraq respublika ərazisində ərazisində işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə vahid aylıq müavinət verilmir. Hazırkı iş üzrə iddiaçı məcburi köçkün statusuna malik olmaqla xx.xx.2005-ci il tarixədək Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmuş, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhəri ərazisində yaşayış yeri üzrə daimi qeydiyyata düşmüş, xx.xx.2019-cu il tarixdən yenidən Ağdam rayonu, Mərzili kəndində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı ərazisi işğal olunmamış şəhər üzrə daimi qeydiyyata alındığından Qaydanın 2.5-ci bəndinin tələbinə uyğun olaraq 2006-cı ildən vahid aylıq müavinəti dayandırılmışdır. İddiaçı 2019-cu ildən vahid aylıq müvinətin dayandırılmasına əsas olan halın aradan qalxdığını, yəni yenidən ərazisi işğal olunmuş rayon üzrə qeydiyyata alındığını əsas gətirərək 2019-cu ildən müavinətin bərpasını xahiş edir. Məhkəmə iddiaçının qeyd edilən mövqeyi ilə o əsasla razılaşmır ki, yuxarıda sadalanan qanunvericilik bilavasitə ərazisi işğal olunmamış əraziyə qeydiyyata düşmüş məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsini istisna edir və Qaydanın 1.1 və 2.5ci bəndlərinin birlikdə təhlili aylıq müavinətin verilməsini istisna edən halın aradan qalxması ilə vahid aylıq müavinətin bərpa edilə bilmə imkanını nəzərdə tutmur. Yalnız Qaydanın 2.5-ci bəndi aylıq müavinətin dayandırılmasını müəyyən kateqoriya şəxslərə münasibətdə- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvlərinə qadağan edir. İddiaçı sadalanan kateqoriya şəxslərin dairəsinə aid olmadığından vahid aylıq müavinətin bərpa edilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “vahid aylıq müavinətin bərpası” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5243/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5243/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver