Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5245/2022 31.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müharibə veteranı statusu və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müharibə veteranı statusu və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə 31 avqust 2022-ci il tarixdə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasda baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehnə qarşı “vətəndaş İddiaçı müharibə vetranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati quruma həvalə edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respunlikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hazırki iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilmiş qeyri-mümkün sayılmasına dair xx.xx.2022-ci il tarixli məktub poct göndərişi ilə ünvanlanaraq hüquqi yardım olunmuş və qanunvericiliyin müvafiq tələbləri (iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ) izah etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası 31.08 2022ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəfə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi yardım göstərilərək, məhkəmənin iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilənlər onun nəzərinə çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilmsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin üzürlü səbəbləri bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia İPM-nin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması qeyri-mümkün sayılmalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında iştirak edən iddiaçıya təkrar hüquqi yardım göstərərək, iş üzrə cavabdeh inzibati orqan Cavabdeh ləğv edildiyi və cavabdeh inzibati orqanın dəqiqləşdirilməsi təklif edilmiş və bu məqsədlə məhkəmə iclası xx.xx.2022-cil tarixə təxirə salınmışdır. Müvafiq prosessual hərəkətlərin edilməsi üçün iddiaçı tərəfə kifayət qədər şərait yaradılmasına baxmayaraq iddiaçı təyin olunmuş məhkəmə iclasında iştirak etməmiş və qanunvericiliyə uyğun olaraq iddiaya cavab verməli olan orqanı dəqiqləşdirməmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı barəsində verilmiş xidməti xasiyyətnamədə qeyd olunur ki, ehtiyatda olan çavuş İddiaçı xx.xx.1993-cü il tarixdə iki il xidmət edəcəyi barədə öhdəlik götürərək Milli Qvardiya sıralarına müddətdən artıq hərbi xidmətə qəbul edilmiş, lakin 48 təqvim günü xidmət etmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək heç bir səbəb olmadan xidmətə çıxmamışdır. Xidmət etdiyi müddət ərzində özünü intizamsız, məsuliyyətsiz, səhlənkar və ümumiyyətlə Milli Qvardiya sıralarında xidmət etməyə layiq olmayan bir hərbi qulluqçu kimi göstərmişdir. Ehtiyatda olan çavuş İddiaçı intizamının və döyüş hazırlıgının səviyyəsi aşağı olduğu, üzürsüz səbəbdən xidmətə çıxmadığına görə cəzalandırıldığı nəzərə alınaraq “Milli Qvardiya haqqında Əsasnamənin” müvafiq bəndinə əsasən sınaq müddətində qeyri qənaətbəxş nəticələr göstərdiyinə görə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin iddiaçıya ünvaladığı xx.xx.2022-ci il tarixli, 53/203 saylı məktubunda qeyd edilir ki, Milli Qvardiya sıralarında həqiqi hərbi xidmət keçdiyiniz sınaq müddəti ərzində üzürsüz səbəbdən xidmətə çıxmadığınızla yanaşı, xidmət yeri üzrə mənfi xarakterizə olunduğunuzu, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət məsuliyyətinə cəlb olunduğunuzu nəzərə alaraq “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində Müharibə, Silahlı qüvvələrin və Əmək Veteranı adları və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası”sı tərəfindən Sizə “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (bənd 1.1) İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (bənd 1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (bənd 2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (bənd 2.3) İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. (bənd 3.1) Belə ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə cavabdeh qismində göstərilən Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 16 mart 2020-ci il fərmanına əsasən ləğv edilmişdir. 2.1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti; 2.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti; 2.3.Azərbaycan Respublikasını Strateji X2 Agentliyi yaradılmışdır. Odur ki, qeyd olunanlara məhkəmə hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh inzibati orqan ləğv olunduğundan və iddiaçı tərəfindən iddiaya cavab verməli orqan dəqiqləşdirilmədiyindən iddia qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5245/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5245/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver