Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5246/2020 01.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı sənədlərin təqdim olunması tələbinə dair iddiası üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı sənədlərin təqdim olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri LGBİ-nin xx xxxxxx 2019-cu il tarixli, **********682300 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarı ilə ondan 106.414,63 manat vergi, faiz və maliyyə sanksiyasının tələb edilməsinə dair Bakı şəhəri LGBİ-nin xx.xx.2019-cu il tarixli, **********829000 nömrəli, xx.xx.2019-cu il tarixli **********230500 nömrəli, xx.xx.2015-ci il tarixli **********328700 nömrəli qərarlarının və həmin qərarların qəbul edilməsi üçün əsas olmuş vergi yoxlama aktının ona təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri LGBİ tərəfindən ona vergi borcu hesablanmış və xx xxxxxx 2019-cu il tarixli **********682300 nömrəli qərar icra edilməsi üçün Naxçıvan şəhər İcra və probasiya şöbəsinə göndərilmişdir. Adı çəkilən Şöbə tərəfindən 78.576,96 manat əsas, 27.736,67 manat faiz və 100 manat maliyyə sanksiyası borcunun olmasına dair qərar barədə ona məlumat verildikdən sonra xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri LGBİ-yə teleqram göndərərək, vergilərin hesablanmasına dair aktın, vergilərin tələb edilməsinə dair qərarların ona təqdim edilməsini (ünvanına göndərilməsini) xahiş etmiş, xx xxxxx 2020-ci il tarixli teleqramı xx.xx.2020-ci il tarixdə ünvanına çatdırılması barədə poçt bildirişi almışdır. Vergi borcu hesablanmasına dair aktın, qərarların ona təqdim edilməsi və ya çatdırılmasını cavabdehdən xahiş etməsindən 2 ay vaxt keçməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri LGBİ tərəfindən akt, qərarlar ona çatdırılmamışdır. İcra və probasiya şöbəsi tərəfindən isə hesablanmış vergi borcları, faiz və maliyyə sanksiyasının ödənilməsi ondan tələb edilir. Bakı şəhəri LGBİ-nin **********682300 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarı icra edilməsi üçün ona Naxşıvan şəhər İcra və probasiya şöbəsi tərəfindən göndərilmişdir. Cavabdeh vergi orqanı tərəfindən həmin qərar ona göndərilməmiş və ya təqdim edilməmişdir. Həmin qərardan məlum olur ki, Bakı şəhəri LGBİ tərəfindən xx.xx.2019-cu il tarixli **********829000 nömrəli, xx.xx.2019-cu il tarixli **********230500 nömrəli, xx.xx.2015-ci il tarixli **********328700 nömrəli qərarlar əsasında ondan 78.576,96 manat əsas, 27.736,67 manat faiz və 100 manat maliyyə sanksiyası borcu tələb edilir. Bakı şəhəri LGBİ-nin xx.xx.2019-cu il tarixli **********682300 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarından məlum olur ki, vergi orqanı tərəfindən onun ünvanı düzgün müəyyənləşdirilməmiş və vergi borclarına dair vergi orqanı tərəfindən tərtib edilmiş akt, qəbul edilmiş qərarlar və sənədlərdə onun yaşadığı, qeydiyyatda olduğu ünvana deyil, ünvan 1 ünvanına göstərilmişdir. Cavabdeh tərəfindən sənədlərin göndərildiyi ünvan ona aid olmadığından, həmin ünvanda yaşamadığından göndərilmiş sənədləri almamışdır. Vergi orqanının tələbin icraya vönədilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarı icra olunması üçün Bakı şəhəri, Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra və probasiya şöbəsi tərəfindən icra işi başlandıqdan sonra onun yaşayış yeri, qeydiyyatda olduğu ünvan müəyyənləşdirilmiş və icra işi aidiyyatı üzrə Naxçıvan şəhər İcra və probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri LGBİ-nin xx.xx.2019-cu il tarixli **********829000 nömrəli, xx.xx.2019-cu il tarixli, **********230500 nömrəli, xx.xx.2015-ci il tarixli, **********328700 nömrəli qərarları ona təqdim edilmədiyindən (çatdırılmadığından) tələbin icra yönəldilməsi əsassız və qanunsuzdur. Fiziki şəxs kimi elektron poçta mənsub deyil. Ona vergi sənədlərinin göndərilməsi üçün elektron poçtun şifrəsi və ya kodu təqdim edilməmişdir. Vergi orqanı tərəfindən ona elektron məktublar göndərilməmişdir. Bakı şəhəri LGBİ-nin **********682300 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarı icra edilməsi üçün ona Naxçıvan şəhər İcra və probasiya şöbəsi tərəfindən göndərilmişdir. O, həmin vergi borclarının hansı fəaliyyətinə görə hesablanmasını bilmir. Vergi orqanı onun vergi borcunun olmasına dair tərtib etdiyi aktı, qərarı ona təqdim etməlidir. Vergi borcunun hesablanmasına əsas olmuş vergi orqanının aktını, vergilərin hesablanmasına dair qərarları əldə etmək üçün müraciətinə cavab verilmədiyindən vergi borcunun yaranma əsaslarını öyrənə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə ünvanlanmış **********835300 saylı xx.xx.2020-ci il tarixli vəsatətdə göstərilmişdir ki, iddiaçının iddia tələbi inzibati mübahisələrə dair işlər üzrə iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün hesab edilməməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə qərarların və vergi yoxlaması aktlarının ona təqdim edilməsini xahiş etmişdir. İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri LGBİ-yə müraciət etsə də, xx xxxxxx 2019-cu il tarixli **********682300 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarı ilə ondan 106.414,63 manat vergi, faiz və maliyyə sanksiyasının tələb edilməsinə dair cavabdehin xx.xx.2019-cu il tarixli **********829000 nömrəli, xx.xx.2019-cu il tarixli **********230500 nömrəli, xx.xx.2015-ci il tarixli **********328700 nömrəli qərarları ona təqdim olunmamışdır. İddiaçının xx.xx.2020-ci il tarixli müraciəti ilə əlaqədar iddiaçının tələb etdiyi sənədlər ona poçt vasitəsilə göndərilmişdir (poçt reyestrindən çıxarış əlavə edilir). Əgər iddiaçı həqiqətən də ona göndərilmiş sənədləri əldə edə bilməmişdirsə, onda iddiaçı hər hansı vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edərərək, eləcə də çağrı mərkəzinə müraciət etməklə qeyd olunan sənədləri əldə edə bilərdi. Göründüyü kimi, iddiaçı sadəcə qəbul edilmiş qərarların ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia irəli sürərək, məhkəmə zərurəti olmadığı bir halda formal məsələlər üzrə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermişdir. Nümayəndə həmçinin göstərmişdir ki, cavabdeh inzibati orqan tərəfindən vəsatətdə istinad olunan və surəti vəsatətə əlavə olunmuş xx.xx.2020-ci il tarixli reyestrdə SS612088791AZ kodu ilə göndərilmiş sənədin göndərilmə ünvanı və ünvançı kimi müvafiq olaraq AZ 7000 Naxçıvan şəhəri, Naxçıvan şəhəri, İddiaçı Hidayət oğlu göstərilmişdir. “xxxxxxxx” MMC tərəfindən verilmiş “Poçt göndərişlərinin izlənməsi” haqqında arayışdan da göründüyü kimi SS612088791AZ kodu ilə göndərilmiş sənədin çatdırılması barədə məlumat aşkar olunmamışdır. İddiaçının nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X6 məhkəmə iclasında vəsatətə uyğun izahat verərək, məhkəmədən vəsatətdə qeyd olunanların nəzərə alınmaqla iddiaçının iddia tələbi inzibati mübahisələrə dair işlər üzrə iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi tərəfindən iddiaçının iddia ərizəsində tələb etdiyi sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında həmin sənədlərin surətləri rəsmi qaydada imza edilməklə iddiaçının nümayəndəsinə təqdim olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi təmin olunduğundan və mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1974-cü ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş Qədimov X3 MR, Naxçıvan şəhəri, Ə.Şərif küçəsi ev 16 ünvanında qeydiyyatdadır. Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 30 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 30/239 №li arayışdan görünür ki, İddiaçı M.Əhmədzadə küçəsi 13 №li evin 68 №li mənzilində qeydiyyatda deyil, yaşamır və yaşamamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin (hazırda Bakı şəhəri LGBİ) “Vergilərin hesablanması barədə” **********328700 №li xx.xx.2015-ci il tarixli qərarından görünür ki, qeyd olunan qərarla X7 (VÖEN ********** ünvan: AZ 1009 ünvan 6 vergi növü - əlavə dəyər vergisi, vergi dövrü –yanvar 2014-cü il olmaqla bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 76.271,19 manat məbləğində vergi hesablanmışdır. Bakı şəhəri X4 tərəfindən vergi ödəyicisi İddiaçı (VÖEN: ********** ünvan: AZ 1033 ünvan 7 ünvanlanmış “Vergi borcunun ödənilməsinə dair” **********3 №li bildirişdə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 106.314,63 manat, o cümlədən vergilər üzrə 78.576,96 manat, faizlər üzrə 27.737,67 manat borcunun olduğu bildirilmişdir. Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” **********9230500 №li xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri LGBİ tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə ünvanlanmış “Tələbin icraya yönəldilməsi haqqında” **********682300 №li xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı tərəfindən 78.576,96 manat əsas, 27.737,67 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 106.414,63 manat vergi, faiz və maliyyə sanksiyasının qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Bakı şəhəri LGBİ-nin xx.xx.2019-cu il tarixli **********829000 nömrəli, xx.xx.2019-cu il **********230500 nömrəli, xx.xx.2015-ci il tarixli **********328700 (qeyd olunan qərarla X7 76.271,19 manat məbləğində vergi hesablanmışdır) nömrəli qərarlarının xx.xx.2019-cu il tarixdən icraya yönəldilməsi, qərarın surətinin İddiaçı (qərarda vergi ödəyicisinin qeyd olunan ünvanı- AZ 1033 ünvan 7 göndərilməsi qərara alınmışdır. İddia ərizəsinə əlavə olunmuş rabitə (poçt) qəbzlərindən görünür ki, iddiaçının hazırki iddia ərizəsində göstərdiyi tələblə bağlı cavabdeh vergi orqanına xx.xx.2020-ci il tarixdə etdiyi müraciəti (göndəriş № **********) sifarişli poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə sonuncuya çatdırılmışdır. Cavabdeh Bakı şəhəri LGBİ tərəfindən məhkəməyə ünvanlanmış **********835300 saylı xx.xx.2020-ci il tarixli vəsatətdə və nümayəndəsi tərəfindən məhkəmə iclasında verilmiş izahatda göstərilmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixli müraciəti ilə əlaqədar iddiaçının tələb etdiyi sənədlər ona poçt vasitəsilə göndərilmişdir. Qeyd olunan halı təsdiq edən sənəd kimi vəsatətə əlavə olunmuş xx.xx.2020-ci il tarixli reyestrdə SS612088791AZ kodu ilə göndərilmiş sənədin göndərilmə ünvanı və ünvançı kimi müvafiq olaraq AZ 7000 Naxçıvan şəhəri, Naxçıvan şəhəri, İddiaçı Hidayət oğlu göstərilmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “xxxxxxxx” MMC tərəfindən verilmiş “Poçt göndərişlərinin izlənməsi” haqqında arayışdan göründüyü kimi SS612088791AZ kodu ilə göndərilmiş sənədin çatdırılması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Beləliklə işin araşdırılan hallarından da göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində tələb olunan sənədlərin rəsmi qaydada cavabdeh inzibati orqan tərəfindən məhkəməyədək vergi ödəyicisinə təqdim olunması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Bununla yanaşı qeyd olunan sənədlər cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya təqdim olunması üçün məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən həmin sənədlər xx.xx.2020-ci il tarixdə rəsmi qaydada iddiaçının nümayəndəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin inzibati mübahisələrə dair işlər üzrə iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın mümkün hesab edilməməsi barədə cavabdeh Bakı şəhəri LGBİ-nin vəsatəti təmin olunmamalı, hazırki iş üzrə iddiaçının tələbi məhkəmə araşdırması zamanı təmin edildiyindən (iddia ərizəsində tələb olunan sənədlər iddiaçının nümayəndəsiə təqdim olunduğundan) və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı sənədlərin təqdim olunması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5246/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5246/2020
01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver