Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-525/2021 09.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə “09.12.2019-cu il tarixli, **********194539 №-li vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа, аçıq şifahi məhkəmə baxış iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC üzrə keçirilmiş X10nın nəticələri haqqında 30.10.2019-cu il tarixli, **********176853 nömrəli aktı əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini ədliyyə müşaviri X3 tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.12.2019-cu il tarixli, **********194539 №-li qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədləri cavabdehə təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2494/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hazırki məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini ədliyyə müşaviri X3 tərəfindən İddiaçı MMC üzrə keçirilmiş X10nın nəticələri haqqında 30.10.2019-cu il tarixli **********176853 nömrəli aktı əsasında «Vergi ödəyicisinin vergi qanunuvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 09.12.2019-cu il tarixli **********194539 №-li Qərar qəbul edilmişdir. Qərara əsasən İddiaçı MMC üzrə X10nın nəticəsində 2014-2018-ci illər üzrə 1 540 834.52 manat ƏDV məbləği artıq hesablanması (171 766.3 manat maliyyə sanksiyası əlavə edilməklə) qərara alınmışdır. Sözügedən qərar əsasında 09.12.2019-cu il tarixli **********944400 tələbnamə təqdim olunaraq İddiaçı MMC-dən əlavə hesablanmış vergilər üzrə a) 1540834.52 manat; b) vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə - 171766.30 manat, cəmi 1 712 600.82 manatın 5 gün müddətinə ödənilməsi tələb olunmuşdur. İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş vergi məsuliyyətinə cəlb olunma haqqında qərarı əsassız hesab edir. Belə ki, İddiaçı MMC 27.06.1994-cü il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmaqla tikinti sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı MMC öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən, Vergi Məcəlləsinin tələblərinə daim riayət etmiş, sahibkarlıq fəaliyyətindən irəli gələn vergi və digər dövlət məcburi ödənişlərini vaxtında, tam şəkildə yerinə yetirmişdir. Hazırki iş üzrə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş 30.10.2019-cu il tarixli X10 (SYV) aktından görünür ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 25.10.2018-ci il tarixli **********167061 saylı qərarına əsasən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi X9 tərəfindən İddiaçı MMC üzrə aksiz vergisi, torpaq vergisi, ÖM vergi, Sadələşdirilmiş vergi, mənfəət vergisi, ƏDV və digər tədiyyələr üzrə 2013-2018-ci illəri əhatə etməklə növbədənkənar X10 aparılmışdır. O cümlədən, ƏDV üzrə aparılan yoxlama 2013-cü ilin oktyabr ayından 2018-ci ilin avqust ayı daxil olmaqla 5 illik dövrü əhatə etmişdir. Aparılmış SVY nəticəsində tərtib olunmuş aktla digər vergi tədiyyələri üzrə ciddi nöqsanlar aşkar olunmadığı, yalnız yoxlanılan 2014-2018-ci illər üzrə ƏDV tədiyyəsi üzrə büdcəyə 1 540 834,52 manat əlavə vəsait hesablanmışdır. Aktda göstərilir ki, müəssisədə növbədənkənar SVY ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 19.10.2018-ci il tarixli qərarına əsasən təyin edilmişdir. Yoxlanılan dövrdə müəssisənin fəaliyyəti mənzil tikintisindən ibarət olmuşdur. Bundan əvvəl müəssisədə səyyar vergi yoxlamaları aparılmış, 16.03.2015-ci il tarixli SVY aktı, 22.12.2017-ci il tarixli SVY aktı tərtib olunmuş, sonuncu dəfə 12.12.2017-ci il tarixli **********4132826 №-li Qərarla vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunmuşdur.Növbədənkənar X10 aktı ilə əvvəlki yoxlama dövrü (2013-2015,2014-2016-cı illər) təkrar yoxlanılmış və vergi ödəyicisinin qanunvericiliyinin tələblərinə əməl etməməsi nəticəsinə gəlinmişdir. 30.10.2019-cu il tarixli aktda göstərilir ki, yoxlamanın gedişində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən müəssisə tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanında inşa edilmiş binalarda 01.10.2013-cü il tarixdən 01.09.2018-ci il tarixədək olan dövr ərzində satılmış yaşayış, qeyri-yaşayış və mansard sahələrinin illər üzrə real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ticarət-Sənaye Palatası «Azərekspertiza» Birliyinin eksperti dəvət olunaraq müvafiq ekspert rəyi alınmışdır. Həmçinin, Aktdan görünür ki, yoxlamanın gedişində müəssisə tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanda inşa edilən binaların ümumi və satışa yararlı sahələrinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının «Azərekspertiza» Birliyinin mütəxəssisi dəvət olunaraq müvafiq mütəxəssis rəyi alınmışdır. Beləliklə, mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan SVY 2018-ci ilin oktyabr ayında başlanmasına baxmayaraq, 2013-cü ildən başlayan dövrü, yəni qanunvericliklə nəzərdə tutulmuş 3 ildən artıq dövrü əhatə etməklə, o cümlədən, ƏDV tədiyyəsi üzrə əvvəlki SVY çərçivəsində yoxlanılmış 2014-2015-ci illəri də əhatə etmişdir. SVY aparılarkən yaşayış, qeyri-yaşayış və mansard sahələrinin illər üzrə bazar dəyərinə dair ekspertiza və mütəxəssisdən rəylər alınaraq ƏDV-nin hesablanması məqsədləri üçün həmin rəylərdə göstərilən bazar dəyəri əsas götürülməklə yenidən hesablanma aparılmışdır. İddiaçı hesab edir ki, yoxlayıcı orqanın yuxarıda göstərilən bu hərəkətləri əhatə olunmuş dövrlər üzrə, həm də vergitutma obyektinin bazar qiymətinin dəyərləndirilməsinin aparılması baxımından qanunsuz və əsassız olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təyin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdi. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 19.10.2018-ci il tarixli qərarı ilə müəssisənin fəaliyyəti üzrə növbədənkənar X10nın keçirilməsi qərara alınmışdır. Qərarın icrası məqsədilə Baş idarənin 25.10.2018-ci il tarixli qərarı ilə "İddiaçı" MMC-nin sahibkarlıq fəaliyyəti üzrə Vergi Məlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar X10 təyin edilmişdir. Yoxlamanın nəticəsi 30.10.2019cu il tarixli X10 aktı ilə rəsmiləşdirilmiş, 09.12.2019-cu il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Cəmiyyət tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27.04.2005-ci il tarixli sərəncamı ilə verilmiş icazə əsasında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2561-ci məhəllə ünvanında yerləşən 0,49 ha torpaq sahəsində 5 girişli, 13 mərtəbəli yaşayış binası tikilmişdir. 19.09.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən tikilmiş binaların ümumi sahəsinin 44.550,84 m2 (yaşayış sahəsi - 28.901,51 m2, qeyri yaşayış sahəsi - 2.797,71 m2, mansard sahəsi - 2.409,86 m2, zirzəmi - 3.002,73 m2, pilləkən, dəhliz, lift sahəsi - 7.439,03 satışa yararlı sahənin isə 35.441,08 m2 olduğu müəyyənləşdirilmişdir. İddiaçının fəaliyyəti üzrə əvvəllər keçirilmiş səyyar vergi yoxlamaları zamanı tərtib edilmiş 25.06.2009-cu il tarixli X10 aktı ilə 8.000 m2, 16.03.2015-ci il tarixli X10 aktı ilə isə 13.010 m2 satışa yararlı sahə əhatə edilmişdir. Yerdə qalan 14.431,08 m2 (35.441,08-8.000-13.010) satışa yararlı sahə əvvəlcə 18.08.2017-ci il tarixli X10 aktında əhatə olunmuş, ekspert tərəfindən müəyyən edilmiş orta bazar qiyməti (1 m2 üzrə 800 manat) əsas götürülməklə ümumi satış qiyməti 11.544.864 manat (14.431,08x800) müəyyən edilmiş, 1.761.080,95 manat (11.544.864x18/118) ƏDV hesablanmışdır. İddiaçı həmin X10nın nəticəsi ilə narazı olduğunu bildirmiş, hesablanmış vergilərə yenidən baxılması üçün həmin dövr üzrə təkrar X10 təyin edilmişdir. Lakin sonraki X10 zamanı təqdim edilmiş sahələr üzrə real bazar qiymətləri araşdırılmadan, əsassız olaraq Vergi Məcəlləsinin 159.9-cu maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş minimum dövriyyə (hər kvadratmetr üzrə 225 manat)tətbiq edilmişdir. Üstəlik minimum dövriyyə vergi tutma obyektini (ƏDV-siz) təşkil etdiyi halda, həmin dövriyyə ədv daxil dövriyyə kimi qəbul edilməklə satışa yararlı sahənin ümumi satış qiyməti 3.246.993 manat (14.431,08x225), iddiaçının ƏDV öhdəliyi 584.457,7 manat (3.246.993x18/118) müəyyən edilmişdir. Qeyd olunan X10 zamanı yol verilmiş nöqsanların aradan qaldırılması və iddiaçının real vergi öhdəliyini müəyyən etmək məqsədilə hazırki yoxlama təyin edilmişdir. Hazırki yoxlama zamanı satışa yararlı sahə üzrə real bazar qiymətlərinin tətbiq edilməsi məqsədilə ekspert dəvət edilmişdir. İddiaçının Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2561-ci məhəllə ünvanında inşa etdiyi binanın yoxlama ilə əhatə edilən sahəsinin təqdim edilməsindən ƏDV öhdəliyi 1.761.587,7 manat ([5.317.642 (noyabr 2014-cü il üçün satış dövriyyəsi) + 6.230.544(yanvar 2015-ci il üçün satış dövriyyəsi)]x18/118) müəyyən edilmiş, əvvəlki yoxlama ilə hesablanmış 584.458,7 manat nəzərə alınmaqla, ona əlavə olaraq 1.177.129 manat ƏDV hesablanmışdır. Bununla yanaşı, iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 09.06.2016-c il tarixli sərəncamı əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında X6 məxsus 2,83 ha torpaq sahəsində yaşayş binalarının tikintisini həyata keçirmişdir. Həmin binaların təməlqoyma işlərinə 2016-cı ilin may ayında başlanılmış, iddiaçı Vergi Məcəlləsinin 218.3cü maddəsində göstərilən müddətdə bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədiyindən Vergi Məcəlləsinin 154.6-cı maddəsinə əsasən ƏDV-nin ödəyicisi sayılmışdır. Yoxlamaya təqdim edilmiş müqavilələrə əsasən müəyyən edilmişdir ki, 01.09.2018-ci il tarixədək olan dövr ərzində həmin binalarda 2.991,0 m2 yaşayış sahəsi (38 mənzil) 84.292,0 manata təqdim edilmiş, buna baxmayaraq ƏDV hesabatlarında heç bir dövriyyə bəyan edilməmişdir. Bu səbəbdən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında inşa edilmiş binanın yoxlama ilə əhatə edilən sahəsinin təqdim edilməsinə görə 363.705,55 manat (2.384.292,0x18/118) ƏDV hesablanmışdır.Beləliklə hazırki yoxlama ilə iddiaçıya ümumilikdə 1.540.834,52 manat (1.177.129+363.705,55) ƏDV hesablanmışdır. Həmçinin, Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən məsuliyyət qərarından əvvəlki dövr (noyabr 2016-iyul 2018) üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 343.532,6 manat əlavə dəyər vergisinə müvafiq olaraq, iddiaçıya 171.766,3 manat (343.532,6x50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iş üzrə 30.10.2019-cu il tarixli X10 aktı 04.11.2019-cu il tarixdə iddiaçıya təqdim edilmiş və iddiaçı akta etirazını bildirdiyindən 30 gün müddətində onun etirazı araşdırılmışdır. 04.12.2019-cu il tarixdə qeyd olunan 30 günlük müddət başa çatmış və 5 gün sonra (09.12.2019-cu il tarixdə) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü mübahisələndirilən məsuliyyət qərarı vergi qanunvericiliyində müəyyən edilmiş müddətlərə riayət edilməklə qəbul edilmişdir. İddiaçının digər bir dəlili isə mübahisələndirilən qərarı Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələblərinə müvafiq olaraq əsaslandırılmaması olmuşdur. İddiaçının qeyd olunan dəlili ilə əlaqədar olaraq bildirilmişdir ki, mübahisələndirilən məsuliyyət qərarı 30.10.2019-cu il tarixli X10 aktına əsasən qəbul edilmiş, həmin aktda vergi qanunvericiliyin pozulması şəraiti, işin faktiki və hüquqi halları ətraflı göstərilmişdir. İddiaçının digər əsassız dəlili ilə bağlı bildirilmişdir ki, hazırkı yoxlamayadək iddiaçının ƏDV öhdəliyi müəyyən edilərkən satışa yararlı sahənin 1 m2 üzrə satış qiyməti 225 manatdan hesablanmışdır. Halbuki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətdən əldə edilmiş müqavilələr və maliyyə arayışlarına əsasən iddiaçının həmin dövrdə, həmin binada olan mənzillər üzrə rəsmiləşdirdiyi satış qiymətləri 650-850 manat arasında olmuşdur (müqavilələrin və maliyyə arayışlarının surəti etiraza əlavə edilir). Üstəlik həmin dövrdə, həmin ərazidə ayrıayrı şəxslər tərəfindən təqdim edilmiş binalar barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifəsində (emdk.gov.az) olan qiymətlər araşdırılarkən mənzillərin 1 m2 üzrə satış qiymətlərinin 823 manatdan 2198 manatadək dəyişdiyi müəyyən edilmişdir (mənzillərin satış qiymətləri barədə məlumat etiraza əlavə edilir). Hazırki yoxlamayadək tətbiq edilən və iddiaçı tərəfindən qəbul edilən qiymət (225 manat) iddiaçının müqavilədə təsbit etdiyi və bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqləndiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.3-cü və 14.6.3.3-cü maddələrinə müvafiq olaraq mənzillərin satış dəyəri ekspert rəyinə əsasən müəyyən edilmişdir. İddiaçının sonuncu dəlili isə yoxlamanın əhatə dövrü ilə bağlıdır. Belə ki, iddiaçı Vergi Məcəlləsinin 36-cı maddəsinə istinad edərək 3 ildən artıq dövrün yoxlanılmasını qanunsuz hesab etmişdir. Halbuki hazırki yoxlama ilə 2014-2015-ci illər üzrə vergilər hesablansa da, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən həmin dövr üzrə maliyyə sanksiyası tətbiq edilməmişdir. 2014-2015-ci illər üzrə vergilərin hesablanması isə İddiaçı MMC-də vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasına dair başlanmış ********* nömrəli cinayət işi ilə əlaqədar olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15, 75 və 213-cü maddələrinə görə vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən xeyli və külli miqdarda yayınma az ağır cinayət kimi qəbul olunur və belə cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti yeddi il müəyyən edilmişdir.Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İnzibati iş üzrə şifahi məhkəmə baxış iclası 09.04.20201-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh və 3-cü şəxs nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdeh və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün saymışdır. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinə uyğun izahat verərək, bildirmişdir ki, eyni dövr, eyni vergi tədiyyəsi üzrə bundan əvvəl də vergi orqanı tərəfindən İddiaçı MMC-də SVY (X10) aparılmışdır. Eyni dövr və eyni vergi tədiyyəsi üzrə SVY-nin nəticəsində 21.09.2017-ci il tarixli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul olunmuşdur. Sonradan vergi ödəyicisinin həmin qərarla razı olmadığına dair müraciəti nəzərə alınaraq, yuxarı vergi orqanı tərəfindən 11.12.2017-ci il tarixli qərarla vergi orqanının 21.09.2017-ci il tarixli «məsuliyyətə cəlb etmə haqqında» qərarı ləğv edilmişdir. Eyni zamanda, yuxarı vergi orqanı tərəfindən təyin olunmuş yeni növbədənkənar yoxlamanın nəticəsi 22.12.2017-ci il tarixli Aktla rəsmiləşdirilmişdir. Sözügedən SVY aktı ilə noyabr 2014-cü il üzrə və yanvar 2015-ci il üzrə cəmi 584 458,74 manat ƏDV hesablanmış, əlavə hesablamaya 95 550,03 manat sanksiya hesablanmaqla, cəmi 680 008,77 manat hesablanmış vergi məbləği (əsas və sanksiya birlikdə) İddiaçı MMC tərəfindən büdcəyə ödənilmişdir. Nəzərə alınmalıdır ki, vergi orqanının12.12.2017-ci il tarixli **********132826 №-li qərarı ilə 2014-cü il və 2015-ci illər üzrə ƏDV tədiyyə növünə münasibətdə İddiaçı MMC barəsində qəbul olunmuş 21.09.2017-ci il tarixli «vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında» qərar ləğv edilərək, son nəticədə vergi ödəyicisinin vergi qanunvericildiyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunmuşdur. Hazırkı vaxtadək sözügedən 12.12.2017-ci il tarixli qərar qüvvədədir. Yəni, inzibati orqanın qəbul etdiyi bu qərarı yalnız yuxarı inzibati orqan - yuxarı vergi orqanı və ya məhkəmə tərəfindən ləğv oluna bilərdi. Müvafiq dövrə (2014-2016), müvafiq vergi tədiyyəsi üzrə (ƏDV) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulmadığı müəyyən olunan inzibatı aktın (12.12.2017) qərarın qüvvədə olduğu halda, digər vergi orqanının eyni dövrə münasibətdə təkrar növbədənkənar SVY təyin edərək, tamam fərqli nəticələrlə aktın rəsmiləşdirilməsi və məsuliyyətə cəlb etmə qərarının qəbul olunması qanunsuz və əsassızdır. Belə ki, Vergi orqanı tərəfindən təqdim olunmuş iş materiallarında 12.12.2017-ci il tarixli qərarın yuxarı vergi orqanı tərəfindən ləğvinə dair hər hansı sənəd yoxdur. Vergi Məcəlləsinin 14.3-cü maddəsinin məzmununda vergilərin hesablanması üçün bazar qiymətinin nəzərə alınmasının qanuni əsasları sadalanmışdır. Maddənin məzmununda sadalanan 3 haldan başqa, vergilərin hesablanması məqsədilə bazar qiymətinin tətbiq edilməsinin hüquqi əsaslarının olmadığı mübahisəsizdir.İş materiallarından göründüyü kimi, mənzil tikintisi fəaliyyəti ilə məşğul olmuş İddiaçı MMC-də ƏDV-nin və digər vergilərin hesablanması üçün Məcəllənin 14.3-cü maddəsində nəzərdə tutulan əməliyyatların mövcudluğu müəyyən olunmamışdır. Əksinə, Vergi Məcəlləsində yoxlanılan dövrdə qüvvədə olmuş '159.9-cu maddədə mənzil tikintisi fəaliyyəti üçün ƏDV-nin hesablanmasının konkret tələbləri nəzərdə tutulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 01.01.2016-cı il tarixədək qüvvədə olan 159.9-cu maddəsinin tələbinə görə, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən əlavə vergisinin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadratmetr üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 159.9-cu maddəsinin tələbini nəzərə alaraq, bır daha bəyan edilir kı, SVY aparılması zamanı. 2014-2015-cı illər üzrə ƏDV-nin məqsədləri üçün bu maddənin tələbini kənara qoyaraq, VM-nin 14.-cü maddəsini tətbiq etməklə tikinti sahəsinin bazar qiymətinin əsas götürülməsinin qanuni əsasları olmamışdır. Vergi orqanı növbədənkənar SVY aktında və qəbul etdiyi qərarında hansı səbəbdən VM-in 159.9-cu maddəsinin tələbini kənara qoyaraq, ƏDV-nın məqsədlərı üçün bazar qiymətinə istinad etməsini əsaslandırmamış, həmçinin, hazırki iddiaya qarşı təqdim etdiyi etirazda da bu hala qiymət verməmişdir. İş materiallarına əvvəlki iclasda təqdim olunmuş 12.03.2020-ci ıl tarixli Qərarda Baş prokurorluq belə nəticəyə gəlmişdir ki, (qərarın 4-cü səh-də) hazırki iş üzrə araşdırma predmeti olan vergi dövrləri və vergi növü üzrə İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinə uyğun olaraq bütün vergi öhdəlikləri yerinə yetirildiyinə görə onun barəsində cinayət təqibinə CPM-in 39.1 11-ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin səlahiyyətli nümayəndələrinin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, iddiaçı müvafiq olaraq 07.01.2020-ci il tarixdə (xəbərnaməyə əsasən) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, inzibati orqan tərəfindən qəbul edilən mübahisələndirilən 09.12.2019cu il tarixli, **********194539 №-li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. Beləliklə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə qismən əsaslıdır. İş materiallarında olan sənədlər: -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC 27 iyun 1994-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. -Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə 09 oktyabr 2017-ci il tarixli, Q1701888 saylı qərarı ilə İddiaçı MMC-də 1710280,41 manat məbləğində, yəni külli miqdarda əlavə dəyər vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işinin başlanılması və həmin iş icraata qəbul edilərək, ibtidai araşdırmanın aparılması qərara alınmışdır. -X10nın keçirilməsi haqqında 25.10.2018-ci il tarixli, **********167061 saylı qərarı ilə, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2013-avqust 2018 dövrlər üzrə növbədənkənar X10nın təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan 30 oktyabr 2019-cu il tarixli, **********176853 saylı X10 haqqında aktın surətindən görünür ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar X10 təyin edilmiş oktyabr 2013-avqust 2018 dövrlər üzrə yoxlama keçirilmişdir. Həmin aktın yoxlamanın nəticələri üzrə təklifdən görünür ki, İddiaçı MMC-yə əlavə dəyər vergisi üzrə 2014-cü il üçün 417.807,05 manat, 2015-ci il üçün 759.321,90 manat, 2016-cı il üçün 65.363,35 manat, 2017-ci il üçün 231.529,42 manat, 2018-ci il üçün isə 66.812,80 olmaqla ümumilikdə 1.540.834,52 manat əlavə vəsait hesablanmışdır. -Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 09 dekabr 2019-cu il tarixli, **********194539 saylı qərarın surətindən görünür ki, İddiaçı MMC-yə 1.540.834,52 manat məbləğində vergi borcu hesablanmış və 171.766,3 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimlərin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********944400 nömrəli tələbnaməyə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq X10nın materiallarına baxılmanın nəticələr üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 09 dekabr 2019-cu il tarixli, **********194539 saylı qərar əsasında İddiaçı MMC-yə 1.540.834,52 manat məbləğində vergi borcu və 171.766,3 manat məbləğində maliyyə sanksiyası, ümumilikdə 1.712.600,82 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi mübahisələndirilən qərarı əsasında iddiaçıya ƏDV vergisi üzrə əlavə vergi məbləğləri hesablayıb maliyyə sanskiyaları tətbiq etmişdir. İşin müəyyən olunan hallarından göründüyü kimi bu hissələrdə tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığı, həmçinin, iddiaçı tərəfindən bina tikintisi ilə məşğul olduğu dövrlər üzrə vergi məsuliyyətinə cəlb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin dövr üzrə yenidən yoxlamanın aparılması və ekspert rəyi əsasında bazar qiyməti tətbiq edilməklə əsassız yerə ƏDV-nin hesablanmasıdır. Məhkəmə hesablanmış ƏDV vergisinin əsaslı olub-olmamasını müəyyən etmək məqsədi ilə ilk növbədə yoxlanılan dövr üzrə ümumiyyətlə iddiaçının vergi məsuliyyətə cəlb olunub-olunmamasını, cəlb olunduğu təqdirdə, ƏDV vergisinin VM-nin hansı normaları əsasında tətbiq edilməsinin araşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 6.1.3-cü maddəsinə əsasən, əlavə dəyər vergisi dövlət vergilərinə aid edilmişdir. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Əlavə dəyər vergisinin anlayışına nəzər yetirdikdə qeyd olunmalıdır ki, ƏDV hüquqi şəxslərdən və fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdən tutulan əsas dolayı vergi növlərdən biri hesab edilir və dövlət büdcəsinə ödənilir. ƏDV-nin ödəyiciləri, obyekti, dərəcəsi, hesablanması, əvəzləşdirilməsi, ödənilməsi qaydası bu vergi ilə bağlı güzəştlər, qeydiyyat, hesabatın verilməsi və digər oxşar məsələləri tənzimləyən normalar VM-nin Xİ fəslində cəmləşmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş X10 aktından və məhkəmə iclasında təqdim olunmuş etiraz ərizəsinin məzmunundan məlum olur ki, İddiaçı MMC-nin 01.01.2013-cü il tarixdən 31.08.2018-ci ilə qədər yoxlama dövrü üzrə əlavə dəyər vergisinin azaldılması qənaətinə gələn cavabdeh 2 halı əsas götürmüşdür: -İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanında inşa edilmiş 5 girişli, 13 mərtəbəli yaşayış binasının 14.431,08 kv.m sahəsinin, ekspert rəyinə əsasən orta bazar qiyməti tətbiq edilməklə 2014 noyabr və 2015 yanvar üçün ƏDV-nin hesablanması; -İddiaçı MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında inşa edilmiş binanın yoxlama ilə əhatə edilən sahəsinin təqdim edilməsinə görə 2.991,0 m2 yaşayış sahəsi (38 mənzilin müqaviləsi) üzrə 2.384.292 manat əsas götürərək ƏDV-nin hesablanması. Məhkəmə ilk öncə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanında inşa edilmiş 5 girişli, 13 mərtəbəli yaşayış binasına dair hesablanmış vergilərə münasibət bildirir. Cavabdeh tərəfindən tərtib olunmuş 30 oktyabr 2019-cu il tarixli, **********176853 saylı X10 aktından görünür ki, yoxlama zamanı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanında yerləşən 0,49 ha torpaq sahəsində inşa edilmiş yaşayış binalarının 14431,08 kv/m satışa yararlı sahənin 7891,51 kv/m yaşayış, 2797,71 kv/m qeyri yaşayış, 2409,86 kv/m mansard, 1332 kv/m qaraja yararlı zirzəmi sahəsi təşkil etmiş; yoxlama zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən satışa yararlı sahələrinin təyinatı üzrə real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyindən 12.09.2019-cu il tarixli ekspert rəyi alınmış; həmin rəy ilə 1 kv/m üzrə qiymət 2014-cü il üçün yaşayış sahəsi 600 manat, qeyri-yaşayış sahəsi 1.560 manat, mansard 320 manat, zirzəmi 300 manat və 2015-ci il üçün yaşayış sahəsi 800 manat, qeyriyaşayış sahəsi 2000 manat, mansard 400 manat, zirzəmi 300 manat qiymətləndirilmiş və son olaraq 14.431,08 kv/m satışa yararlı sahə üzrə Vergi Məcəlləsinin 14-cü madddəsi əsasında real bazar qiyməti tətbiq edilməklə 1.761.587,69 manat ƏDV hesablanmış, sonuncu yoxlama ilə hesablanmış 584.458,74 manat ƏDV məbləği nəzərə alınmaqla büdcəyə 1.177.128,95 manat əlavə vəsait hesablanmışdır. Sözügedən aktın 1.10-cu bəndində qeyd olunmuşdur ki, müəssisədə sonuncu X10 ləğv edilmiş Bakı şəhəri Lokal Gəlirlər Departamenti (indiki Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) 04.12.2017-ci il tarixli, **********131010 nömrəli qərarına əsasən tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş X7 tərəfindən aparılmış, 01.11.2014cü il tarixdən 01.01.2017-ci il tarixədək olan hesabat dövrləri əhatə olunmaqla 22.12.2017ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlama ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanda tikilmiş binalar üzrə satışa yararlı olan 14.431,08 kv.m sahənin satışı əhatə olunmuş, büdcəyə 584.458,74 manat ƏDV hesablanmış və 95550,03 manat maliyyə sanksiyası tətbiq edilmişdir, cəmi 680008,77 manat hesablanmış vəsaitlər müəssisə tərəfindən aidiyyəti üzrə ödənilmişdir. İşdə olan sənədlərdən görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21.09.2017-ci il tarixli, **********113408 saylı qərarı ilə İddiaçı MMC-yə 1.711.699,63 manat əlavə dəyər vergisi hesablanmış və 856.049,97 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş; 11.12.2017-ci il tarixli **********132623 saylı qərarı ilə sözügedən qərar ləğv olunmuş və son olaraq 25.12.2017-ci il tarixli, **********135602 saylı qərarı ilə 2014-2015-ci dövlər üzrə İddiaçı MMC-yə 584.458,74 manat ƏDV-nin hesablanması və 95.550,03 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun “Cinayət iş üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsi və icraatın təzələnməsi haqqında” 12 mart 2020-ci il tarixli qərarında qeyd edilir ki, İddiaçı MMC-nin vergi yayındırılması faktının olub-olmaması ilə bağlı nəticəyə gələrkən bildirilmişdir ki, İddiaçı MMC tərəfindən ünvan 5 ünvanında yerləşən 5 girişli, 13 mərtəbəli, 314 mənzilli yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2005-ci il tarixli 107 saylı sərəncamına əsasən inşa edildiyini, ********* nömrəli cinayət işi üzrə cinayət təqibinin həmin binanın qalıq qalmış 14.431,08 kv.m satışa yararlı sahəsinə hesablanmış vergilərlə bağlı olduğunu, X10 və ibtidai istintaq dövründə həmin sahənin alqı-satqısına dair müqavilələrin, ödəməni təsdiq edən sənədlərin əldə etmədiyini, bunun üçün də səyyar vergi yoxlamaları zamanı bazar qiymətinin tətbiq edilməsinin qanunsuz olduğunu, əlavə dəyər vergisi üzrə hesabat dövrünün təqvim ayı sayıldığını, ƏDV –nin hesablanması üçün ödəmə aparılan ayın dəqiq müəyyən edilməsinin zəruri olduğunu, bu səbəbdən vergilərin düzgün dövr hesablanmadığını, 22 dekabr 2017-ci il tarixli aktla həmin binanın 14.431,08 kv.m satışa yararlı sahəsinin yoxlama ilə əhatə olunduğunu, büdcəyə 584.458,74 manat əlavə dəyər vergisi hesablandığını və 95.550,03 manat maliyyə sanksiyası tətbiq edildiyini, hesablanmış cəmi 680.008,77 manat vəsaitin İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənildiyini, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün zidiyyətləri və aydın olmayan məqamlarının, vergi ödəyicisinin xeyrinə şərh edildiyini, 30 oktyabr 2019-cu il tarixli növbədənkənar X10 aktında Bakı şəhəri, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında inşa edilən bina üzrə hesablanmış 363.705,57 manat əlavə dəyər vergisi məbləğinin ********* nömrəli cinayət işi üzrə aparılan cinayət təqibinə aidiyyatı olmadığını, bununla belə həmin məbləğin də vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən ödənildiyini nəzərə alaraq, ********* nömrəli cinayət işi üzrə icraat təzələnməli və iş üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərdən bir mənalı görünür ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi iddiaçı tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanında inşa edilmiş 5 girişli, 13 mərtəbəli yaşayış binasının 14.431,08 kv.m sahəsinə orta bazar qiyməti əsasında ƏDV (2014-2015 dövr) hesablayarkən, əvvəlki X10 zamanı VM-nin həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş minimum dövriyyənin (hər kvadratmetr üzrə 225 manat) tətbiq edilməsini əsassız saymışdır. Məhkəmə aşağıda göstərilənlərə görə cavabdehin mövqeyini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsində vergilər hesablanması üçün bazar qiymətini nəzərə alınmasının qanuni əsasları sadalanmışdır. “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi) əməliyyatları aparıldıqda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə və müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda həyata keçirilə bilər. VM-də vergitutma məqsədləri üçün bazar qiymətinin müəyyənləşdirilməsi üçün zəruri məlumatların dairəsi onların əldə edilməsi mənbələri, qiymətlərə təsir edən amillər, bazar qiymeti haqqında məlumat toplamaq mümkün olmadıqda istifadə edilən qiymətləndirmə üsulları, ayrı-ayrı hallarda bazar qiymətinin müəyyənləşdirilməsi xüsusiyyətləri ilə bağlı müddəalar öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, bu məsələ mülki hüquqda aksepti olmayan oferta adlanır. Yəni, ekspert rəyində qeyd edilən məlumat mənbələrindəki informasiyalar əsas götürülməklə malın bazar qiyməti müəyyən edilə bilməzdi. Ekspert rəyindən də görünür ki, ekspert bazar qiyməti dedikdə, malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti olduğunu qeyd etsə də, verdiyi rəydə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətlərə deyil, yalnız təklifə (ofertaya) istinad edərək, malın orta satış qiymətini müəyyən etmişdir. Eyni zamanda iş materiallarından göründüyü kimi, vergi orqanı 26.10.2018-ci il tarixdə X10na başlamış, 11.06.2019-cu il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək mənzillərin qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə mənzillərin bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. İş materiallarında eyni parametrlərlə bina tikən, iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası-mənzillərin satıldığı gündən 30 gün ərzində hansı oxşar mənzilin daha baha qiymətə satılması barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Beləliklə, məhkəmə ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsinin əsassız olması ilə bağlı belə nəticəyə gəlir ki, ekspert oferta kimi təqdim edilən məlumatlar əsasında rəy verib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Həmçinin, rəyin verilməsinə əsas olmuş məlumatlar internet səhifəsində yerləşdirilmiş məlumatlardan istifadə edilməklə verilmiş və tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapması üzrə müqayisə edilməmişdir. Ekspertin istifadə etdiyi məlumatlar vergi orqanı üçün eyni dərəcədə əlçatan olsa da, vergi orqanı vergini hesablamamış və bunun üçün ekspertə müraciət etmişdir. Həmçinin, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Hər bir halda ekspertin istinad etdiyi məlumatların həqiqətə nə qədər uyğun olub-olmaması araşdırılmadığından, «Azərekspertiza» Birliyi tərəfindən verilmiş 12.09.2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirilməməlidir. Ekspert rəyində müqayisəli məhsullar kimi seçilən malların real bazar qiymətlərinin müəyyən edilməsi üçün internet səhifəsində qeyd olunan məlumatlara istinad edilməsini, həmin məlumatlar oferta olmaqla (Mülki Məcəllə 405.2, 407.1, 408.1, 408.2, 408.7-ci maddələr), rəsmi müqavilələr və ya hesab-fakturalar əsasında təsdiqini tapmadığından, həmin rəyə istinad etməklə vergi orqanının gəldiyi nəticə əsassızdır. Bundan başqa, Məhkəmə vurğulamağı zəruri hesab edir ki, hətta, «Azərekspertiza» Birliyi tərəfindən verilmiş 12.09.2019-cu il tarixli ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilsəydi belə, cavabdeh inzibati orqan tərəfindən əlavə dəyər vergisini inşa edilmiş binaların real bazar qiyməti əsasında müəyyən edilməsi həmin dövr üçün qüvvədə olan VM-nin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 01 yanvar 2016-cı il tarixədək qüvvədə olan 159.9-cu maddəsində deyilirdi ki, mənzil tikinti fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən əlavə dəyər vergisinin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. İnzibati iş üzrə araşdırma zamanı məhkəmə iclasında iştirak edən 3-cü şəxs qismində işə cəlb edilmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyətli nümayəndəsi də öz izahatı zamanı bildirmişdir ki, X10nın keçirilməsi haqqında 04.12.2017-ci il tarixli, **********131010 nömrəli qərarı əsasındaİddiaçı MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanda tikilmiş binalar üzrə satışa yararlı olan 14.431,08 kv.m sahə yoxlama ilə tam əhatə olunmuş, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 159.9-cü maddəsi tətbiq edilməklə(14431,08x225=3246993 man), MMC-nin 2014-2015-ci illər üzrə ƏDV öhdəliyi 584.458,7 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsi tətbiq edilməklə maliyyə sanksiyası hesablanmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********135602 saylı 25.12.2017-ci il tarixli qərarla MMC cəmi 680008,77 manat vergi məsuliyyətinə cəlb edilmiş, həmin qərar mübahisələndirilməmiş, vəsait MMC tərəfindən aidiyyəti üzrə ödənilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********135602 saylı 25.12.2017-ci il tarixli Qərar hazırda da qüvvədədir. Göründüyü kimi, 04.12.2017-ci il tarixli, **********131010 nömrəli qərarı əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin 01.11.2014-cü il tarixdən 01.01.2017-ci il tarixədək olan hesabat dövrü qiymətləndirilən zaman, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanda tikilmiş binalar üzrə satışa yararlı olan 14.431,08 kv.m sahə üzrə ƏDV hesablanarkən məhz VM-nin 159.9-cu maddəsinə istinad olunmuş və hər kvadratmetr üçün 225 manat məbləği tətbiq edilərək hesablanmışdır. Bu isə bir mənalı olaraq onu göstərir ki, əvvəlki X10 ilə iddiaçının yoxlanılan dövrü üzrə tətbiq edilmiş əlavə dəyər vergisinin hesablanma qaydası əsaslı olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Məhkəmə hesab edir ki oktyabr 2013-avqust 2018 olan dövrlər üzrə İddiaçı MMCnin əldə etdiyi gəlirdən eyni növ verginin (ƏDV) hesablanması VM-nin 3.5-ci maddəsinə ziddir. Belə ki, 22.12.2017-ci il tarixli X10 aparılan zaman İddiaçı MMC –yə hesablanmış və vergi məsuliyyətinə cəlb olunması ilə bağlı qərar əsasında ona tətbiq olunmuş 584.458,74 manat ƏDV və 95.550,03 manat maliyyə sanksiyası artıq ödənilmişdir. Həmçinin, inzibati orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.12.2017-ci il tarixli, **********135602 saylı qərarı mübahisələndirilməmiş və hazırki günədək qüvvədə olmuşdur. Həmin qərar qüvvədə ola-ola,vergi ödəyicisi tərəfindən həmin qərarla hesablanmış vergi borcu dövlət büdcəsinə ödənildiyi halda, eyni dövr üzrə eyni sahənin fərqli metodla təkrar yoxlanılması ümumilikdə qanunverilik normalarının tələblərinə ziddir. Bundan başqa, zəruri olaraq qeyd olunmalıdır ki, İddiaçı MMC-nin vergi yayındırılması faktının olub-olmaması ilə bağlı nəticəyə gələrkən, Azərbaycan Respublikası Baş Prokurorluğu səyyar vergi yoxlamaları zamanı bazar qiymətinin tətbiq edilməsinin qanunsuz olduğunu bildirmiş və bu halı cinayət iş üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsi və icraatın təzələnməsi haqqında 12 mart 2020-ci il tarixli qərarında əsaslandırmışdır. Məhkəmə bir məsələni də vurğulamağı zəruri hesab edir ki, ümumiyyətlə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanında inşa edilmiş 5 girişli, 13 mərtəbəli yaşayış binasına dair hissədə növbədənkənar X10nın təyin olunması üçün VM-də nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə (38.3.1); vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə (38.3.2.); ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər(38.3.3); artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda(38.3.4); vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə(38.3.5.);cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda(38.3.6.);bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə(38.3.7.);vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda (38.3.8.) vergi orqanı növbədənkənar vergi yoxlaması keçirə bilər. Göründüyü kimi, cavabdeh inzibati orqan həm X10nın keçirilməsində, həmçinin də keçirilmiş yoxlamanın nəticələrini rəsmiləşdirən aktda və onun əsasında qəbul edilmiş qərarda mahiyyətindən savayi, prosessual pozuntulara belə yol vermiş, VM-nin 38.3-cü maddəsində göstərilən əsaslardan hər hansı bir mövcud olmadığı təqdirdə, növbədənkənar X10nı keçirmişdir. Belə olan halda, Məhkəmə belə nəticəyə gəlir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.12.2019-cu il tarixli, **********194539 №-li qərarı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561ci məhəllə ünvanında inşa edilmiş 5 girişli, 13 mərtəbəli yaşayış binasına ƏDV-nin hesablanması ilə bağlı hissəsində əsassızdır. Məhkəmə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.12.2019-cu il tarixli, **********194539 №-li qərarın Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında inşa edilmiş binanın 2.991,0 m2 yaşayış sahəsi üzrə ƏDV vergisinin hesablanmasına dair hissəsinə münasibət bildirir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş “Daşınmaz əmlakın (yaşayış sahəsinin) tikilməsi sifarişi üzrə müqavilələrdən(38 müqavilə), həmçinin, X10 aktından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 09.06.2016-cı il tarixli sərəncamı əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında X4 məxsus 2,83 ha torpaq sahəsində yaşayış binalarının tikintisi həyata keçirilmiş, həmin binaların təməlqoyma işlərinə 2016-cı ilin may ayında başlanılmışdır. Müqavilələrdən göründüyü kimi, 01.09.2018-ci il tarixədək olan dövr ərzində həmin binalarda 2991 kv/m yaşayış sahəsi (38 mənzil) 2.384.292 manata təqdim edilmişdir ki, həmin gəlir üzrə ƏDV isə müvafiq olaraq 363.705,55 manat təşkil etmişdir. Hesablama qaydası: (2.384.292x18/118) Məhkəmənin qənaətinə görə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.12.2019-cu il tarixli, **********194539 №-li qərarı ilə iddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında inşa edilmiş bina ilə bağlı təqdim olunmuş 38 müqavilə əsasında göstərilən müqavilə dəyəri nəzərə alınaraq, cavabdeh tərəfindən əsaslı olaraq 363.705,55 manat məbləğində ƏDV hesablanmışdır. Sözügedən bina ilə bağlı iddiaçı əvvəlki dövr üzrə vergi məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə iddiaçı barəsində tətbiq olunmuş maliyyə sanskiyasının silinməsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbi həmin hissədə də əsaslı deyildir. Belə ki, Vergi Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. VM-də nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Məhkəmənin qənaətinə görə, iddiaçıya tətbiq olunmuş 171.766,3 manat maliyyə sanksiyası məhz Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında inşa edilmiş bina ilə bağlı hesablanmış ƏDV ilə bağlı olduğundan, həmçinin, iddiaçının həqiqətən də, həmin dövr üzrə ƏDV məbləğinin azaldılması həm X10 aktında, həm də iş materiallarında olan sənədlərdə öz əksini tapdığından, vergi borcu həmin hissədə əsaslı hesab olunmalıdır. Beləliklə, Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi X10nın keçirilməsində prosessual pozuntulara yol vermiş, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanında inşa edilmiş 5 girişli, 13 mərtəbəli yaşayış binasının 14.431,08 kv.m sahəsi ilə bağlı eyni dövr üzrə iddiaçının vergi məsuliyyətinə cəlb olunmasını nəzərə almamış və əsassız olaraq, real bazar qiymətini əsas götürərək, bina ilə bağlı əsassız olaraq ƏDV hesablamış, bu səbəbdən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 09.12.2019-cu il tarixli, **********194539 №-li qərarı qismən - dövlət büdcəsinə ödənilməli olan 363.705,55 manat ƏDV və 171.766,3 manat maliyyə sanksiyasının tutulması hissəsi istisna olmaqla ləğv edilməli, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanında inşa edilmiş 5 girişli, 13 mərtəbəli yaşayış binasının 14.431,08 kv.m sahəsi ilə bağlı hesablanmış 1.177.128,95 manat ƏDV vergi borcu silinməlidir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğundan, vergi orqanının mübahisələndirilən qərarı qismən, yəni 2014- 2015-ci illər üzrə ƏDV hissəsində ləğv edilməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09.12.2019-cu il tarixli, **********194539 №-li saylı qərarı qismən, dövlət büdcəsinə ödənilməli olan 363.705,55 manat ƏDV və 171.766,3 manat maliyyə sanksiyasının tutulması hissəsi istisna olmaqla, qalan hissədə- 2014-2015 dövrlər üzrə ƏDV hissəsində ləğv edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-525/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-525/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver