Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-525/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna O.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, B18 seriyalı 230667 nömrəli diplom üzrə ali təhsil sahəsində onun aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3231/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Ukrayna O.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyası tərəfindən İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli, B18 seriyalı 230667 nömrəli bakalavr diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyi (Ekspert Qrupu) tərəfindən yenidən inzibati icraatın aparılması Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmiş və qərardad icra edilməsi üçün cavabdehə göndərilməşdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1(112)-3231/2021 saylı qərardadının icrası məqsədilə İddiaçı aldığı ixtisas üzrə tədris dilini bilmə səviyyəsinin yoxlanılması məqsədilə müxtəlif vaxtlarda xx.xx.2021ci il tarixində və xx.xx.2021-ci il tarixində müsahibənin təşkil edilməsi barədə məlumat həmin şəxsin elektron ünvanına, mobil nömrəsinə, həmçinin müsahibədə iştirakın təmin edilməsinə dair rəsmi müraciət ərizəçinin qeydiyyat ünvanına göndərilmiş, lakin iddiaçı müsahibədə iştirak etməmişdir. Həmin məktub xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuş, bundan sonra iş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində inzibati məhkəmə icraatından yayınmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, iddia geri götürülmüş sayılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın geri götürülmüş sayılmasına etiraz etmədi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin «Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz» müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılsın. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-525/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-525/2022
13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver