Məhkəmə qərarları › İş №2-1(112)-525/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-525/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-525/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin qiymətləndirilməsi və özəlləşdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli **********58-06301 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanda yerləşən 55 kvadrat metr qeyri-yaşayış sahəsinin altında yerləşən 63.6 kv.metr torpaq sahəsinin qiymətləndirilməsi və adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmasini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli **********58-06301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 55 kvadrat metr qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Eyni zamanda həmin çıxarışa əsasən ona məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi 63.6 kv.metr torpaq sahəsi onun istifadəsindədir. O istifadəsində olan 63.6 kv.metr torpaq sahəsini adına özəlləşdirmək və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən adına çıxarışa verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə yazılı müraciət etdi. Müraciətinə baxılmasının nəticəsi haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən ünvanına göndərilmiş xx.xx.2022-ci il tarixli **********24 məktubda adına özəlləşdirilməsini xahiş etdiyi 63.6 kv.metr torpaq sahəsinin DƏDR-nin məlumatına əsasən bazar dəyərinin 25.440 manat təşkil etdiyi göstərilmişdir. O, 63.6 kv.metr torpaq sahəsinin qeyd edilən dəyərinin qeyri-obyektiv müəyyən edildiyini görüb Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlər Dövlət Xidmətinə təkrarən yazılı müraciət edərək, daimi istifadəsinə verilmiş 63,6 kv.metr torpaq sahəsinin dəyərinin hansı meyarlar əsasında müəyyən edilməsi barədə ona yazılı cavab verməyi xahiş etdi. Müraciətinə baxılmasına dair ünvanına göndərilmiş xx.xx.2022-ci il tarixli **********47 saylı məktubunda daimi istifadəsində olan 63,6 kv.metr torpaq sahəsinin dəyərinin hansı meyarlar əsasında müəyyən edilməsi barədə ona məlumat və izah verilməsindən faktiki imtina edilərək, guya bu barədə ona xx.xx.2022-ci il tarixli **********24 məktubda ətraflı məlumat verildiyi bildirilmiş, eyni zamanda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə» də dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016cı il tarixli 377 nömrəli Qərarına əsasən özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsi «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarlarına istinad edərək, özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsinin «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparıdığını göstərsə də, torpaq sahəsinin dəyərinin hansı meyarlar əsasında müəyyən edildiyi barədə ona məlumat və izah verməkdən imtina etmişdir. Beləliklə, cavabdehin daimi istifadəsinə verilmiş 63,6 kv.metr torpaq sahəsinin dəyərinin açıq-aşkar qeyri-obyektiv müəyyən etməsi və bu yolla həmin torpaq sahəsini adına özəlləşdirməyə süni maneələr yaratması nəzərə alınaraq, həmin torpaq sahəsinin qiymətləndirilməsi aparılmalı və adına özəlləşdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi iddia tələbinə dair etirazında qeyd etmişdir ki, İddiaçı hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli **********58-06301 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən 55 kvadrat metrlik qeyri-yaşayış sahəsinin altında yerləşən 63.6 kv.m torpaq sahəsinin qiymətləndirilməsi və adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 3 ünvanında yerləşən 55 kvadrat metrlik qeyri-yaşayış sahəsinin altında yerləşən 63.6 kv.m torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Bildiririk ki, torpaq sahəsinin özəlləşdirilməsi İdarənin səlahiyyətləri xaricindədir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir.

5. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2016-cı il tarixli, 377 nömrəli Qərarına əsasən torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Adıçəkilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən bazar dəyəri 25440 manat təşkil edir. Həmin torpaq sahəsinin qeyd olunmuş dəyərinə uyğun özəlləşdirilməsi və ya icarəyə götürülməsi ilə bağlı tərəfinizdən müvafiq münasibətin bildirilməsi zəruridir. Əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcəkdir.

6. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müraciətdə qeyd edilən qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi şərtləri barədə Xidmət tərəfindən **********24 nömrəli, 11 aprel 2022-ci il tarixli məktubla sizə ətraflı məlumat verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş, “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə” də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2016-cı il tarixli, 377 nömrəli Qərarına əsasən özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın mümkünlüyü

9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).

15. İddia tələbi hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli **********58-06301 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən 55 kvadrat metr qeyriyaşayış sahəsinin altında yerləşən 63.6 kv.metr torpaq sahəsinin qiymətləndirilməsi və adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarədir.

16. İş materiallarından görünür ki, iddiaçı ünvan 5 ünvanda yerləşən 55 kvadrat metr qeyriyaşayış sahəsinin mülkiyyətçisidir.

17. İşdə olan cavabdehin qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş texniki pasporta və çıxarışa əsasən həmin qeyri-yaşayış sahəsinin əsas tikili altında olan torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olmaqla, Dövlətə məxsusdur.

18. Beləliklə, mübahisəli torpaq sahəsi Dövlətin mülkiyyətindədir, cavabdeh inzibati orqan iddiaçı qarşısında mübahisələndirilən torpaq sahəsinin ona satılması ilə bağlı öhdəlik daşımır.

19. Cavabdeh inzibati orqan iddiaçıya torpaq sahəsinin bazar dəyəri 25440 manat təşkil etdiyini bildirərək, həmin torpaq sahəsinin qeyd olunmuş dəyərinə uyğun özəlləşdirilməsi və ya icarəyə götürülməsi ilə bağlı münasibətin bildirilməsinin zəruriliyi ilə bağlı məlumat vermişdir və bu onun hüququdur. İddiaçının arzuladığı tələbə uyğun inzibati aktın qəbulu ilə bağlı vəzifənin cavabdehin üzərinə qoyulması onun hüquqlarına birbaşa müdaxilə hesab olunur.

20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar