Məhkəmə qərarları › İş №2-1(112)-5254/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5254/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5254/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə iddiaçı tərəfindən əsassız ödənilməsi tələb edilən 1272902,66 manat məbləğində X3ytarılmasına dair qərar və rəyin verilməsi vəzifəsinin qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Bakı Baş Gömrük İdarəsinin üzərinə idxal etdikləri 5500 ton soya paxlasına görə İddiaçındən (VÖEN: **********) əsassız tutulmuş 1.381.000 (bir milyon üç yüz səksən bir min) manat məbləğində X3ytarılmasına dair qərar qəbul edilməsi və həmin vəsaitin İddiaçı Məhdud Məsuliyyətinin (VÖEN: **********) ƏDV subhesabına qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) (bundan sonra “Müəssisə”) əsas fəaliyyəti soya məhsullarının istehsalı, idxalı və satışından ibarətdir. Müəssisə tərəfindən 17-24 iyun 2022-ci il tarixlərində ölkəyə 5500 ton soya paxlası idxal edilmiş və müvəqqəti saxlanca götürülmüşdür. İdxal edilmiş məhsulun gömrük rəsmiləşdirilməsinə xx.xx.2022-ci il tarixdən sonra başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin “İdxalı X7ndən azad edilən xammal və materialların siyahısf’nın təsdiqi və “İdxalı X7ndən azad edilən xammal və materialların siyahısf’nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə 1 iyul 2022-ci il 1732 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahısı ilə 1201 90 000 0 kodu ilə “xırdalanmış və ya xırdalanmamış soya paxlaları (toxumluq olmayan)” idxalı X7ndən azad edilən xammal və materiallara aid edilmişdir. Soya paxlasının idxalının rəsmiləşdirilməsi prosesində Müəssisə və Bakı Baş Gömrük İdarəsi (bundan sonra “BBGİ”) arasında ƏDV-nin ödənilməsi məsələsində fikir ayrılığı yaranmışdır. Belə ki, tərəfimizdən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edilərək, yuxarıda qeyd olunan fərmana əsasən idxal edilmiş məhsulun ƏDV-dən azad edilməsi səbəbi ilə ƏDV məbləğinin ödənilməməsi istənilsə də, cavabdeh gömrük rüsumlarının və vergilərin hesablanmasının idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başladığını və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələrinin əsas götürüldüyünü bildirərək, soya paxlasının gömrük rəsmiləşdirilməsi üçün 1.381.000 AZN məbləğində ƏDV-nin ödənilməsini tələb etmiş, əks təqdirdə məhsulun buraxılmayacağını bildirmişdir. Bundan sonra, 1.272.902,66 AZN məbləğində vəsait iddiaçıya məxsus bank hesabından silinmişdir. Əsassız silinmiş ƏDV məbləğinin qaytarılması istiqamətində cavabdehlər və o cümlədən, Azərbaycan Respublikası Prezidentinin məlum fərmanının qanunvericiliyə əsasən hansı qaydada tətbiq edilməsi ilə bağlı aidiyyatı qurumlarla yazışmalar aparılsa da, müsbət nəticə əldə edilmədiyindən, hər iki cavabdeh quruma bizdən tutulmuş 1.272.902,66 AZN dəyərində ƏDV məbləğinin “GP Soy Processing’' MMC-nin (VÖEN: **********) ƏDV subhesabına qaytarılmasının təmin edilməsi ilə bağlı müraciət ünvanlanmış, müraciətimiz cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixdə, digər cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən isə xx.xx.2022-ci il tarixdə alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 28.11,2022-ci il tarixli 1000-120/1xx-xx/022097 nömrəli məktubla tələbimiz təmin edilməmiş, digər cavabdeh Bakı Baş Gömrük İdarəsi tərəfindən isə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavab verilməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən: Maddə 51. Maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Maddə 52. Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir. İnzibati qaydada şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir. Qanunvericilikdə daha qısa müddət nəzərdə tutulmamışdırsa, inzibati şikayətə ən geci 15 (on beş) gün müddətində baxılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. Şikayətin araşdırılması ilə əlaqədar əlavə sənədlər və materiallar tələb olunduqda, şikayətə baxan gömrük orqanının rəhbəri tərəfindən bu müddət daha 15 (on beş) gün uzadılır. Qərardan şikayət üzrə gömrük orqanlarının qərarı yazılı formada qəbul edilir. Şikayətçi gömrük orqanlarının qərarı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalıdır. Qərar müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul edilməsinin səbəbləri yazılı formada göstərilməli və şəxsə qərarla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir. Bu Məcəllənin 52.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şəxs qəbul edilmiş qərarla raztlaşmadıqda, məhkəməyə şikayət edilə bilər. Gömrük orqanlarının qərarlarından məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada verilir. Maddə 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Maddə 266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Maddə 266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri mallar qüsurlu olduqda, gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda qaytarılır. Maddə 269. Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Maddə 270. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1 -ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanundan: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyasından: Maddə 149-cu maddəsi Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hormativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. «Normativ haquqi aktlar haqqında» Konstitusiya Qanunu Maddə 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstrilməməsindən asılı olmayaraq, onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “İdxalı X7ndən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı X7ndən azad edilən xammal və materialların siyahısımın təsdiq edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə 1 iyul 2022-ci il 1732 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanından: Maddə 1. “İdxalı X7ndən azad edilən xammal və materialların siyahısı” təsdiq edilsin (əlavə olunur). Maddə 3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün. Maddə 4. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1-26 və 44-53-cü hissələri 2022-ci il dekabrın 31-dək qüvvədədir. “İdxalı X7ndən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı X7ndən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə 1 iyul 2022-ci il 1732 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş siyahının 1-ci sırasında 1201 90 000 0 kodu ilə “xırdalanmış və ya xırdalanmamış soya paxlaları (toxumluq olmayan)” idxalı X7ndən azad edilən xammal və materiallara aid edilmişdir. Həmin fərmanın 4-cü bəndinə görə, fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1-26 və 44- 53-cü hissələri 2022-ci il dekabrın 31-dək qüvvədədir. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda və həm də hüquqi dövlətdə qanunin aliliyi və qanunçuluq prinsipindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqanı tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz edilməsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cü maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə müvafiq olaraq fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşlaşdıran, hüquqi məsuliyyətinin aradan qaldıran və yüngüllşdirən normativ hüquqi aktın qüvvəsi həmin hormativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 1 iyul 2022-ci il 1732 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş siyahı nəticəsində idxal etdiyimiz məhsulun ƏDV-dən azad edilməsi müəssisə olaraq bizim hüquqi vəziyyətimizi yaxşılaşdırmışdır. Göstərilən siyahıya əsasən idxal etdiyimiz məhsulun ƏDV-dən azad edilməsi onun maya dəyərinin 18% ucuzlaşmasına, son nəticədə isə istehsal etdiyimiz məhsulun maya dəyərinin ucuzlaşması səbəbindən bazara daha münasib qiymətlə məhsul çıxarmaqla rəqabətə davamlı olmağımıza şərait yaradır. Ona görə də, cavabdehin qəbul edilmiş Fərmanın xx.xx.2022-ci il tarixdən əvvəl yaranan münasibətlərə şamil olunmasım mümkünsüz hesab etməsi əsassızdır. Hüquq normasının zamana görə qüvvəsi məsələsi geniş təcrübi əhəmiyyətə malikdir. Bu qaydanın aydınlaşdırılması üçün Konstitusiyanın İ49-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş iki halı dəqiq şəkildə ayırmaq və onları ikincidən başlamaqla bir-birinin ardınca tədqiq etmək lazımdır. Normativ hüquqi aktın geriyə qüvvəsi yoxdur. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, məhkəmə, normativ hüquqi aktı, onun qüvvəyə minməsindən əvvəl baş vermiş faktlara (münasibətlərə), bu faktların yaratdığı hüquqi nəticələri dəyişmək və ya ləğv etmək məqsədilə tətbiq edə bilməz. Normativ hüquqi akt, onu qəbul edənin diktəsidir, bu isə yalnız gələcək zamana təsir edə bilər. Vətəndaşdan bilmədiyi qaydaya riayət edilməsini tələb etmək olmaz. Bu prinsip hüquq münasibətlərinin subyektləri arasındakı münasibətlərin sabitliyini və hüquq qaydasının möhkəmliyini qoruyur. Prinsipin əksini qəbul etmək, həmin normativ hüquqi akta tabe olanların hafizəsində onun nüfuzunu sarsıtmaq demək olardı. Yeni normativ hüquqi akt qüvvəyə mindiyi andan yalnız onun dərcindən sonra baş vermiş faktları və hadisələri əhatə edir. Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin əsasları daha ətraflı təhlil edilərkən, ilk növbədə, hüquq normasının zamana görə ictimai münasibətlərə təsirinin təbiətinə aydınlıq gətirilməlidir. Hüquq nəzəriyyəsində zamanın keçmiş, indiki və gələcək kəsiyinə müvafiq olaraq hüquq normalarının üç əsas tipi fərqləndirilir: geriyə təsir edən norma (olmuş, olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); təxirəsalınmaz təsir edən norma (olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); perspektiv təsirli norma (gələcəkdə yaranacaq münasibətləri tənzimləyən). Hüquq normalarının zamana görə qüvvəsinin təsnifatı, ilk növbədə, hüquq normasının ictimai münasibətlərə təsirinin hüquqi qüvvəsinin əhəmiyyətini görməyə, digər tərəfdən isə əvvəlki və yeni normalar arasında zamana görə yarana biləcək ziddiyyətləri aşkar etməyə imkan yaradır. Əksər normativ hüquqi aktların “lex retro non agif’ prinsipinə əsasən geriyə qüvvəsi olmur. Həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ-hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqqsız müdaxiləsindən qoruyur. Qanunvericilikdə hüquqi müəyyənlik, yəni yeni hüquq normasının gözlənilməsi (əvvəlcədən gözlənilən, hüquq sisteminin dəyərləri və məntiqinə zidd olmayan) prinsipi hüquqi dövlətin əsas əlamətlərindən biridir. Hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması isə hüquqi müəyyənlik prinsipinin bir komponentidir. Hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır. Hüquqi məsuliyyət hüquq münasibətlərinin subyektləri üçün neqativ təsirlə nəticələnir. Ona görə hüquq münasibətlərinin iştirakçıları qanunvericilik səviyyəsində neqativ nəticələnən münasibətlərin formal hüquqi tərkibini aydın təsəvvür etməlidirlər. Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində ‘'fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair suala cavab olaraq ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirilməsini zəruridir. Şəxsiyyətin “hüquqi vəziyyəti” və “hüquqi statusu” məfhumları eyni məna daşıyır. “Status” sözü latın dilindən tərcümədə kiminsə və ya nəyinsə vəziyyəti deməkdir. Bu halda şəxsiyyətin, insanın, vətəndaşın statusu nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün xx.xx.2014-cü il tarixli qərarında qeyd etmişdir ki, hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Qərarda dövlətin vətəndaşlara eyni münasibət bəslədiynin mühüm rolundan bəhs edilmişdir. Belə ki. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir... Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında söylənilən mövqe əsas götürülərsə, hazırki işdə Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına əsasən ƏDV- dən azad edilən idxal olunan məhsulların siyahısındakı dəyişikliklərdən əvvəl bizim idal etdiyimiz məhsula görə əvvəllər ƏDV ödəməyimiz, bizə fərmanla edilmiş dəyişiklikdən sonra ƏDV məbləğinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, eyni statusa malik olan idxalçılar arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan rəqabətin aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan idxalçıların hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Azərbaycan Respublikası İPM-nin 14.3-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ölkədə sahibkarlığın inkişafı, onun rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliliyinin daha da artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqi bazanın olması ən vacib məsələlərdir. Göstərilən hədəflərə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, rəqabətqabiliyyətliliyinin və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərinin göstərilməsi sahəsində kompleks tədbirlər həyata keçirilir. Həmçinin, dövlət vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması və optimal vergi yükü siyasəti vasitəsilə biznes mühitinin səmərəliliyinin yüksəldilməsi istiqamətində də fəaliyyətini davam etdirəcəkdir. Yalnız tam rəqabət şəraitində iqtisadiyyata stimul verməklə yerli məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyini artırmaq olar. Rəqabət mühitinin təkmilləşdirilməsi sağlam və tam təkmil rəqabət qanunvericiliyinin olmasını, bu qanunvericiliyin effektiv və müstəqil fəaliyyət göstərən rəqabət qurumu tərəfindən tətbiqini və ümumilikdə rəqabət prinsiplərinə əməl edən, rəqabətin inkişafındakı əngəlləri aradan qaldıran və inhisarçılığa yol verməyən iqtisadi siyasətin gerçəkləşdirilməsini tələb edir. Rəqabət bazarda tələb və təklifə müvafiq olaraq qiymətlərin öz-özünü tənzimləməsinin və tələb həcmi ilə qiymət arasında tarazlıq əldə edilməsinin ən mühüm şərtlərindən biri kimi çıxış edir. Belə ki, bazarda sağlam rəqabət mühiti təmin edildiyi zaman hər hansı bazar subyekti tərəfindən məhsulun qiymətinin artırılması istehlakçıların alternativ variantlara üz tutmasına səbəb olur. Eyni məhsulu digər rəqib bazar subyektlərinin daha aşağı qiymətə təklif etməsi həmin bazar subyektini qiymətləri bazarın tələbinə uyğunlaşdıraraq aşağı salmağa məcbur edir ki, bu zaman rəqabət nəticəsində eynicinsli əmtəələrə ümumi qiymət formalaşır və qiymət əmələgəlməsinin bazar mexanizminin fəaliyyəti təmin edilir. Rəqabət qabiliyyətinin artırılması yalnız səmərəli rəqabət mühitinin bazarda formalaşdırdığı rəqabət təzyiqi vasitəsilə mümkündür. Belə ki, bazar subyektləri arasında rəqabət təzyiqi məhsuldarlığın və iqtisadi səmərənin artmasına, texnologiya və innovasiyaların geniş tətbiqinə şərait yaradır. Yalnız tam rəqabət şəraitində iqtisadiyyata likvidlik dəstəyi verməklə, idxalın yerli istehsalla əvəzlənməsinə və ixracın təşviqinə nail olmaq mümkündür, çünki yalnız bu halda yerli məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyi təmin edilə bilər. 1.272.902,66 AZN məbləğində ƏDV ödəməkdən azad edilmə Müəssisənin hüquqi vəziyyətinin əhəmiyyətli şəkildə yaxşılaşdırır, üzərinə ƏDV ödənilməsi ilə bağlı qoyulmuş vəzifədən azad edir və hüquq məsuliyyətini aradan qaldırır. Əks təqdirdə, Müəssisə soya paxlasını 1.450.000 AZN zərərlə satmalı olacaq və nəticədə ciddi maddi itkilərə məruz qalacaqdır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını əhatə edir. Həmin Məcəllənin 242.1-ci maddəsində göstərilir ki, X7 üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Həmin Məcəllənin 242.3-cü maddəsində göstərilir ki, gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. “İdxalı X7ndən azad edilən xammal və materialların siyahısfnm təsdiqi və “İdxalı X7ndən azad edilən xammal və materialların siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmiş idxalı X7ndən azad edilən xammal və materialların siyahısında iddiaçının idxal etdiyi 1201 90 000 0 təsnifat kodu ilə göstərilmiş, xırdalanmış və ya xırdalanmamış soya paxlaları (toxumluq olmayan) idxalı X7ndən azad edilən xammal və materiallar aid edilsə də iddia ərizəsində göstərildiyi kimi, iddiaçı tərəfindən idxal edilmiş həmin mallar gömrük ərazisinə sözügedən Fərmanın imzalandığı xx.xx.2022-ci il tarixdən əvvəl gətirilmiş, başqa sözlə gömrük sərhədini xx.xx.2022-ci il tarixdən əvvəl keçdiyi üçün idxalı X7ndən azad edilməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsində yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanmasının idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başlandığı və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələrinin əsas götürüldüyü göstərilmişdir. Yuxarıda qeyd edilən malların gömrük rəsmiləşdirilməsi xx.xx.2022-ci il tarixdə aparılaraq, mallar həmin tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilsə də X7 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsi tətbiq olunmaqla hesablanmış və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə tənzimlənir. İddiaçı həmin qaydaların 1 nömrəli əlavəsi olan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət etməmiş, 14 noyabr 2022-ci il tarixli müraciət ərizəsi Dövlət Gömrük Komitəsinə və həmin ərizənin surəti Bakı Baş Gömrük İdarəsinə (Qeydiyyat N: xx/xx/027639) ünvanlanmışdır. Həmin ərizə Dövlət Gömrük Komitəsinə ünvanlandığından və baxılması üçün Bakı Baş Gömrük İdarəsinə göndərilmədiyindən tərəfimizdən cavablandırılmamışdır. İddia ərizəsində istinad olunan Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə münasibətdə qeyd edə bilərik ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi müddəası fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasına aid olan hal deyildir. Qeyd etdiyimiz fikir iddia ərizəsində istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı ilə də təsbit edilmişdir. Belə ki, həmin qərarda Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib- etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirməklə, Qərarın nəticə hissəsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyi, həmin hüquq və azadlıqların olduğu kimi qaldığı, bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran’ hal kimi qəbul oluna bilməyəcəyini müəyyənləşdirmişdir. Beləliklə, iddiaçının idxal etdiyi və **********6420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirildiyindən və buna uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənildiyindən hər hansı bir artıq ödənilmiş məbləğin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçınə ünvanlanmış 1000-20/0xx-xx/014214 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən, gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Müraciətdə qeyd olunan malın idxalı zamanı X7 üzrə azadolmalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinə əsasən tənzimlənir. Belə ki, “İdxalı X7ndən azad edilən xammal və materialların siyahısı” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 113cü maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. "İdxalı X7ndən azad edilən xammal və materialların siyahısının təsdiqi barədə Azərbaycan Respublikası Prəzidentinin 2022-ci i! 1 iyul tarixli 1732 nömrəli Fərmanı xx.xx.2022-ci il tarixdə Xalq qəzetində dərc edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçınə ünvanlanmış 1000-120/1xx-xx/022097 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli 11/2022M saylı eyniməzmunlu müraciətinə Dövlət Gömrük Komitəsinin 18 08.2022-ci il tarixli 1000-120/0xx-xx/014214 saylı məktubu ilə münasibət bildirilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Müraciətdə qeyd olunan malın idxalı zamanı X7 üzrə azadolmalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinə əsasən tənzimlənir. Belə ki, "İdxalı X7ndən azad edilən xammal və materialların siyahısı” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir, “idxalı X7ndən azad edilən xammal ve materialların siyahısfmn təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanı xx.xx.2022-ci il tarixdə Xalq qəzetində dərc edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-33/2-005857/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası prezidentinin 2022-ci il 01 iyul tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmiş idxalı X7ndən azad edilən xammal və materialların siyahısında İddiaçı idxal etdiyi 1201 90 000 0 təsnifat kodu ilə göstərilmiş, xırdalanmış və ya xırdalanmamış soya paxlalarının (toxumluq olmayan) idxalı X7ndən azad edilən xammal və materiallar aid edilsə də, iddiaçı tərəfindən idxal edilmiş həmin mallar gömrük ərazisinə sözügedən Fərmanın imzalandığı xx.xx.2022-ci il tarixdən əvvəl gətirilmiş, başqa sözlə gömrük sərhədini xx.xx.2022-ci il tarixdən əvvəl keçdiyi üçün idxalı X7ndən azad edilməmişdir. Qeyd edilən malların gömrük rəsmiləşdirilməsi xx.xx.2022-ci il tarixdə aparılaraq, mallar həmin tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş, X7 Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsi tətbiq olunmaqla hesablanmış və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia ərizəsində istinad olunan Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddesirın Vİİ hissəsinə və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə münasibətdə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi müddəası fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasına aid olan hal deyildir. Qeyd edilən fikir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.01.20 14-cü il tarixli qərarı ilə də təsbit edilmişdir. Belə ki, həmin qərarda Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, "hüquqi vəziyyət” anlayışına aydınlıq gətirmək, Qərarın nəticə hissəsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyi, həmin hüquq və azadlıqların olduğu kimi qaldığı, bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməyəcəyini müəyyənləşdirmişdir. Beləliklə, İddiaçı idxal etdiyi və 0122100C 346420 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların gömrük rəsmiləşd rilməsi Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirildiyindən və buna uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənildiyindən hər hansı bir artıq ödənilmiş məbləğin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-33/2-005699/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.16-cı maddəsinə əsasən gömrük orqanı dedikdə - gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi nəzərdə tutulur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu” təsdiq edilmişdir. Əsasnamənin 1.1-ci bəndinə əsasən Komitə Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 2.1.1-ci yarımbəndinə əsasən gömrük işi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, 2.1.2-ci yarımbəndinə əsasən gömrük işini təşkil etmək və onun inkişafını təmin etmək, 2.1.3-cü yarımbəndinə əsasən gömrük işi sahəsində normayaratma fəaliyyətini həyata keçirmək, 2.1.4-cü yarımbəndinə əsasən hüquq mühafizə fəaliyyətini həyata keçirmək və 2.1.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil Komitənin fəaliyyət istiqamətlərinə daxildir. Əsasnamənin 3.1.5-ci yarımbəndinə əsasən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görmək, 3.1.6-cı yarımbəndinə əsasən mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək, 3.1.7-ci yarımbəndinə əsasən gömrük ödənişlərinin alınmasını təmin etmək, 3.1.8-ci yarımbəndinə əsasən gömrük rüsumlarının, müvafiq vergilərin və dövlət rüsumunun vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin etmək Komitənin əsas vəzifələrindəndir. Əsasnamənin 5.1-ci bəndinə əsasən Komitənin aparatı, onun strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər qurumlar Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. İddiaçı direktoru X2 dəfələrlə Dövlət Gömrük Komitəsinə eyni məzmunlu müraciətlər etmiş, həmin müraciətlərdə qeyd olunan məsələyə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılaraq müraciətləri cavablandırılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı “GP SOY Processing" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Türkiyə Respublikasının “Bunge Gida Sanayi ve Ticaret A.Ş.” şirkətindən idxal edilən mənşə ölkəsi Braziliya Federativ Respublikası, “Glycine Max.L” markalı, miqdarı 5494870,00 kq olan “xırdalanmış və ya xırdalanmamış soya paxlaları” adlı malların gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə elektron formada **********4997 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********4997 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 120190 0000, 42-ci qrafasında invoys dəyəri 4014497,07 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 7058177,00 manat, 46-cı qrafasında statistik dəyəri 4151868,82 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 1 - sövdələşmə qiyməti üsulu seçilərək İddiaçı tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımı 2000,00 manat, X7 1270831,86 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə X7 10,80 manat, cəmi 1272902,66 manat hesablanmışdır. **********4997 sorğu nömrəli gömrük bəyannaməsi üzrə elektron çıxarışdan da aydın görünür ki, İddiaçı 1270831,86 manat məbləğində olan X7ni ödəmək istəməmişdir. İddiaçı X7ni ödəməməyinin səbəbi olaraq idxal etdiyi mallara görə X6 tutulmamalı olduğunu bildirmişdir. **********4997 sorğu nömrəli gömrük bəyannaməsi üzrə elektron çıxarışda İddiaçı nəzərinə çatdırılmışdır ki, “Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən qüvvədə olan vergilərin dərəcələri əsas götürülür.’’. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən, gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Yuxarıda qeyd olunan malın idxalı zamanı X7 üzrə azadolmalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinə əsasən tənzimlənir. Belə ki, “İdxalı əlavə eləyər vergisindən azad edilən xammal və materialların siyahısı” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir, “idxalı X7ndən azad edilən xammal və materialların siyahısf’nm təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanı xx.xx.2022-ci il tarixdə Xalq qəzetində dərc edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. İddiaçı **********4997 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsi prosesi bitməmiş gömrük bəyannaməsinin ləğv edilməsi üçün xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müraciət etmişdir. Müraciət Bakı Baş Gömrük idarəsində xx/xx/022992 daxil olma nömrəsi ilə qeydiyyatdan keçirilmiş və **********4997 sorğu nömrəli gömrük bəyannaməsi ləğv edilmişdir. Bundan sonra İddiaçı tərəfindən Türkiyə Respublikasının “Bunge Gida Sanayi ve Ticaret A.Ş.” şirkətindən idxal edilən mənşə ölkəsi Braziliya Federativ Respublikası, “Glycine Max.L” markalı, miqdarı 5494870,00 kq olan “xırdalanmış və ya xırdalanmamış soya paxlaları” adlı malların gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə elektron formada **********6420 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********6420 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 120190 0000, 42-ci qrafasında invoys dəyəri 4014497,07 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 7058177,00 manat, 46-cı qrafasında statistik dəyəri 4151868,82 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 1 - sövdələşmə qiyməti üsulu seçilərək İddiaçı tərəfindən bəyan olunmuşdur. Qeyd olunanlara əsasən mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımı 2000,00 manat, X7 1270831,86 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 30,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə X7 5,40 manat, cəmi 1272867,26 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra mallara gömrük baxışı keçirilərək xx.xx.2022-ci il tarixdə malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. **********6420 sorğu nömrəli gömrük bəyannaməsi ilə İddiaçı tərəfindən bəyan edilən malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Həmçinin qeyd etmək lazımdır ki, İddiaçı iddia qaldırdığı zaman Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi ilə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini də cavabdeh olaraq göstərmişdir. Qeyd olunanlara əsasən, İddiaçı iddia tələbi “Cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Bakı Baş Gömrük idarəsinin üzərilərinə idxal etdikləri 5500 ton soya paxlasına görə GP SOY Processing” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) əsassız tutulmuş 1.381.000 (bir milyon üç yüz səksən bir min) manat məbləğində X3ytarılmasına dair qərar qəbul edilməsi və həmin vəsaitin İddiaçı (VÖEN: **********) ƏDV subhesabına qaytarılması vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsi” ilə əlaqədar olduğundan və iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Komitənin Bakı Baş Gömrük İdarəsi tərəfindən aparıldığından həmin iddia ərizəsində cavabdehlər sırasında Dövlət Gömrük Komitəsi deyil, yalnız Komitənin strukturuna daxil olan aidiyyəti ərazi gömrük orqanı, yəni Bakı Baş Gömrük İdarəsi olmalıdır. Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatf’nın 21.1.1.1 -ci yarımbəndində Bakı Baş Gömrük İdarəsi inzibati orqan kimi nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində 1.381.000 (bir milyon üç yüz səksən bir min) manat məbləğində X3ytarılmasına dair qərar qəbul edilməsi və həmin vəsaitin İddiaçı (VÖEN: **********) ƏDV subhesabına qaytarılması vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsi”ni istəsə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə etdiyi 14 noyabr 2022-ci il tarixli 26/2022M nömrəli müraciətində 1.272.902,66 manat dəyərində ƏDV məbləğinin İddiaçı (VÖEN: **********) ƏDV subhesabına qaytarılmasının təmin edilməsi xahiş olunmuşdur. Həmin Məcəllənin 266.1-ci maddəsinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən Məcəllənin bu Fəslinin (46-cı fəsil) müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri mallar qüsurlu olduqda, gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda qaytarılır. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 270.3-cü maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Eyni zamanda, gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” ilə nizama salınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1 -ci bəndinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu - 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda qaytarılır. Həmin Qaydaların 4-cü bəndinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN göstərilməlidir. Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. Həmin Qaydaların 6.2-ci maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” (yeni redaksiya ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”) ilə tənzimlənir. Həmin Qaydaların 1.2.1-ci yarımbəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar - tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanlarıdır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına müraciət etməlidir. Sadalanan qanunvericilik aktlarının normalarından göründüyü kimi, mövcud qanunvericilikdə malların idxalı zamanı gömrük rəsmiləşdirilməsi üzrə artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması müvafiq qaydalarla tənzimlənir. Həmin qaydalarda ödəyicinin artıq ödənilmiş məbləğlərin qaytarılması ilə bağlı müraciətlərinə ödənişləri tətbiq etmiş gömrük orqanı tərəfindən onun müraciəti üzrə ödənişlərin qaytarılması barədə qərar qəbul olunması, rəy tərtib edilməsi və onların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və maliyyə orqanına göndərilməsi və bundan sonra müvafiq ödənişlərin sonuncu tərəfindən qaytarılması nəzərdə tutulur. Hazırki işin mübahisəsiz hallarından isə görünür ki, İddiaçı idxal etdiyi mallarının gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılsa da, iddiaçı artıq ödədiyini iddia etdiyi məbləğin qaytarılması üçün Bakı İnzibati Məhkəməsinə ünvanladığı iddia ərizəsində həm Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini, həm də Bakı Baş Gömrük İdarəsini cavabdeh olaraq göstərmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 4.1-ci bəndində qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.1-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Eyni zamanda həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İlk öncə, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, inzibati mübahisəyə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 167.1.4-cü maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdeh qismində iştirakına xitam verilmiş və iş üzrə iddia tələbi “cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə iddiaçı tərəfindən əsassız ödənilməsi tələb edilən 1272902,66 manat məbləğində X3ytarılmasına dair qərar və rəyin verilməsi vəzifəsinin qoyulması” kimi dəyişdirilmişdir. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması qaydaları”ndan: 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

xx.xx.2022-ci il tarixli, **********6420 nömrəli gömrük bəyannaməsi ilə idxal olunan mallar XİF MN-ə görə 1201 90 000 0 təsnifat kodu ilə göstərilmiş, 549870,00kq səpələnib tökülən, xırdalanmış və ya xırdalanmamış soya paxlaları, invoys dəyəri 4014497,07 ABŞ dolları, gömrük dəyəri 7058177,00 manat, statistik dəyəri 4151868,82 ABŞ dolları, gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 1 - sövdələşmə qiyməti üsulu seçilərək İddiaçı tərəfindən bəyan olunmuşdur. Mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımı 2000,00 manat, X7 1270831,86 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 60,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə X7 10,80 manat, cəmi 1272902,66 manat hesablanmış və iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş nəqliyyat qaimələri və daşıma cədvəllərinin siyahısı ilə müəyyən edilir ki, yuxarıda qeyd edilən mallar gömrük sərhədindən 16xx.xx.2022-ci il tarixlərdə keçirilmişdir. İddiaçı bu halı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasından: 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Gömrük Məcəlləsindən: 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməsinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. 164.1. Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. 164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını əhatə edir. 242.1. X7 üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. “İdxalı X7ndən azad edilən xammal və materialların siyahısfnm təsdiqi və “İdxalı X7ndən azad edilən xammal və materialların siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanı ilə təsdiq edilmiş idxalı X7ndən azad edilən xammal və materialların siyahısında iddiaçının idxal etdiyi 1201 90 000 0 təsnifat kodu ilə göstərilmiş, xırdalanmış və ya xırdalanmamış soya paxlaları (toxumluq olmayan) idxalı X7ndən azad edilən xammal və materiallar aid edilsə də iddiaçı tərəfindən idxal edilmiş həmin mallar gömrük ərazisinə sözügedən Fərmanın imzalandığı xx.xx.2022-ci il tarixdən əvvəl gətirilməsi işin mübahisəsiz halıdır. Belə olan halda gömrük sərhədini xx.xx.2022-ci il tarixdən əvvəl keçdiyi üçün idxalı X7ndən azad edilməmişdir. Məhkəmə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə münasibətdə qeyd edir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi müddəası fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasına aid olan hal deyildir. Qeyd edilən mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı ilə də təsbit edilmişdir. Belə ki, həmin qərarda Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib- etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirməklə, Qərarın nəticə hissəsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyi, həmin hüquq və azadlıqların olduğu kimi qaldığı, bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran’ hal kimi qəbul oluna bilməyəcəyini müəyyənləşdirmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar