Məhkəmə qərarları › İş №2-1(112)-5259/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5259/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5259/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), iddiaçının nümayəndəsi və vəkili Vəkil (ünvan 2 ünvanda qeydiyyatda olan) Cavabdehin nümayəndəsi və vəkili X1 (ünvan 3 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştıi şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına kifayət qədər əsaslar olduğundan bu hüququmun yarandığı tarixdən, yəni 09 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı”nın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o 02.01.1982-ci ildən bu günədək müxtəlif işlərdə, vəzifələrdə işləmiş və bu gün də işləyir. İşlədiyi əmək fəaliyyəti dövründə iş stajı, ümumilikdə, 31 il 5 aydan artıqdır. Bunun da 16 ili güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajıdır ki, bu da ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9.1-ci maddəsinə görə 60 yaşı tamam olan gündən, yəni 09 oktyabr 2020-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Belə ki, iddiaçı 27.10.1979-cu il tarixdən 30.12.1981-ci il tarixədək Ordu sıralarında xidmət etmiş (2 il 2 ay), 02.01.1982-ci il tarixdən 21.10.1993-cü il tarixədək Zəngilan rayonu Kommunal Müəssisələri Kombinatında yaşıllaşdırıcı işində (11 il 9 ay 19 gün), 01.06.1999-cu il tarixdən 01.02.2002-ci il tarixədək (2 il 8 ay) Azərbaycan Dəmir Yolları Bakı Yol Stansiyasının 14 saylı məntəqəsində 2-ci və 3-cü dərəcəli yol montyoru, 01.02.2002-ci il tarixdən 02.06.2015-ci il tarixədək (13 il 4 ay) “Azərbaycan Dəmir Yolları" Bakı-Sabunçu yol distansiyasında, hal-hazırda 4 nömrəli Bakı yol sahəsi adlandırılan sahədə 3-cü və 4-cü dərəcəli yol montyoru, 09.09.2016-cı il tarixdən 01.06.2017-ci il tarixədək (9 ay) Zəngilan Rayon İcra Hakimiyyətində baş mütəxəssis sürücü işləmişdir, 01.06.2020-ci il tarixdən hal-hazıradək isə “Muzey Mərkəzi” binasının inzibati və təsərrüfat müdiriyyəti idarəsində santexnik vəzifəsində işləyir. .Qeyd edilənlərdən görünür ki, mənim ümumi iş stajım ordu sıralarında xidmət etdiyim 2 il 2 aylıq müddət də daxil olmaqla, cəmi 31 il 5 ay 11 gündür ki, bunun da 16 ili, yəni 01.06.1999-cu il tarixdən 01.02.2002-ci il tarixədək (2 il 8 ay) Azərbaycan Dəmir Yolları Bakı Yol Stansiyasının 14 saylı məntəqəsində 2-ci və 3-cü dərəcəli yol montyoru, 01.02.2002-ci il tarixdən 02.06.2015-ci il tarixədək (13 il 4 ay) "xxxx" Bakı-Sanuçu yol distansiyasında, hal-hazırda 4 nömrəli Bakı yol sahəsi adlandirilan sahədə 3-cü və 4-cü dərəcəli yol montyoru vəzifələrində işlədiyim müddətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısr’nın 21.4-cü bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verən ış stajıdır. Belə ki, 16 il ərzində işlədiyim güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən yol montyoru vəzifəsi, peşəsi həmin “Siyahının nəqliyyat bölməsinin (21), dəmir yol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları nəzərdə tutulmuşdur. Yuxarıda göstərdiklərə əsaslanıb güzəştli şərtlərlə pensiya təyinatı üçün müvafiq icra orqanına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı”na müraciət etmiş, lakin göstərilən müvafiq icra orqanı iddiaçıya güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyinatından imtina etmişdir. “Filial”ın 09 fevral 2021-ci il tarixli, **********3 №li imtina məktubu ona rəsmi qaydada 28 fevral 2021-ci il tarixdə verilmişdir. Qeyd olunanlara əsasən idiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına kifayət qədər əsaslar olduğundan bu hüququnun yarandığı tarixdən, yəni 09 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial”nın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı İsmayılov İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddia aşağıda göstərilənlərə əsasən əsassızdır. Belə ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı pensiya kapitalı ilə bağlı tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38800,00 manat təşkil edir. Bundan əlavə, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1 -ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materallarına əlavə edilmiş -iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1960-cı il təvəllüdlüdür. -НЗ № ******* saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı noyabr 26.10.1979-cu il tarixdən 21 dekabr 1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə 02.01.1982-ci il tarixdə başlamış, 02.01.1982-ci il tarixdən 21.10.1993-cü il tarixədək Zəngilan rayonu Kommunal Müəssisələri Kombinatında yaşıllaşdırıcı, 01.06.1999-cu il tarixdən 01.02.2002-ci il tarixədək Azərbaycan Dəmir Yolları Bakı Yol Stansiyasının 14 saylı məntəqəsində 2-ci və 3-cü dərəcəli yol montyoru, 01.02.2002-ci il tarixdən 02.06.2015-ci il tarixədək “Azərbaycan Dəmir Yolları" Bakı-Sabunçu yol distansiyasında, 09.09.2016-cı il tarixdən 01.06.2017-ci il tarixədək Zəngilan Rayon İcra Hakimiyyətində baş mütəxəssis sürücü işləmişdir, 01.06.2020-ci il tarixdən hal-hazıradək “Muzey Mərkəzi” binasının inzibati və təsərrüfat müdiriyyəti idarəsində santexnik vəzifəsinə qəbul edilmişdir, hal-hazırda qeyd olunan işdə çalışır. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı, 09.02.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının əmək pensiyası təyin olunması barədə ərizəsinə baxılmış, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğu, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsinin əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesab olduğu, iddiaçını fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 27210,79 manat təşkil etdiyi, qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. -"xxxx" QSC-nin 312 saylı, 03 noyabr 2020-ci il tarixi arayışdan görünür ki, İddiaçı həqiqətən “Azərbaycan Dəmir Yollan” Bakı -Sabunçu yol distansiyasında , hal -hazırda 4 nömrəli Bakı yol sahəsi adlandırılan sahədə 01.02.2002-ci ildən 02.06.2015-ci il tarixədək 4-cü dərəcəli yol montyoru peşəsində işləyib. İddiaçı güzəştli əmək stajı 02.06.2015-ci il tarixə 13 il 4 ay təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Güzəştli Şərtlərlə yaşa Görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nın 21(Nəqiyyat) bölməsinin 21, bölməsinə uyğun gəldiyi üçün (Magistral dəmiryolların şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları, motovoz maşinisti) olduğundan və əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olduğu qeyd edilmişdir. -Azərbaycan Respublikası Muzey X2-Təsərrüfat Müdiriyyətinin 43 saylı, 26 oktyabr 2020-ci il tarixi arayışdan görünür ki, İddiaçı həqiqətən həqiqətən Muzey X2 və təsərrüfat müdiriyyətində 01.11.1999-cu il tarixindən 01 iyun 2020-ci il tarixinədək əvəzçi santexnik vəzifəsində işləmiş, 01 iyun 2020-ci il tarixindən isə əsas işçi kimi işlədiyi qeyd edilmişdir. "xxxx" QSC-nin 312 saylı, 03 noyabr 2020-ci il tarixi arayışdan görünür ki, İddiaçı həqiqətən “Azərbaycan Dəmir Yollan” Bakı-Sabunçu yol distansiyasında, hal-hazırda 4 nömrəli Bakı yol sahəsi adlandırılan sahədə 01.02.2002-ci ildən 02.06.2015-ci il tarixədək 4-cü dərəcəli yol montyoru peşəsində işləyib. İddiaçı güzəştli əmək stajı 02.06.2015-ci il tarixə 13 il 4 ay təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Güzəştli Şərtlərlə yaşa Görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nın 21(Nəqiyyat) bölməsinin 21, bölməsinə uyğun gəldiyi üçün (Magistral dəmiryolların şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları, motovoz maşinisti) olduğundan və əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olduğu qeyd edilmişdir. -Azərbaycan Respublikası Muzey X2-Təsərrüfat Müdiriyyətinin 43 saylı, 26 oktyabr 2020-ci il tarixi arayışdan görünür ki, İddiaçı həqiqətən həqiqətən Muzey X2 və təsərrüfat müdiriyyətində 01.11.1999-cu il tarixindən 01 iyun 2020-ci il tarixinədək əvəzçi santexnik vəzifəsində işləmiş, 01 iyun 2020-ci il tarixindən isə əsas işçi kimi işlədiyi qeyd edilmişdir. “Azərbaycan Dəmir Yollan” Bakı-Sabunçu yol distansiyasının işçisi İddiaçı zərərli əmək şəraitində işləməsi ilə bağlı 03.11.2020-ci il tarixli 312 saylı arayış verildiyi, İddiaçı güzəştli əmək stajının 02.06.2015-ci il tarixə 13 il 4 ay təşkil etdiyi, və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsi, 21-ci bəndi ilə tənzimləndiyi qeyd edilmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış olan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür və onun pensiya almaq hüququ yarandığı, yəni 09.10.2020-ci il tarixə (60 yaşı tamam olan tarixə) ümumi iş stajı 25 ildən çox təşkil etdiyi işin mübahisələndirilməyən halıdır. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçının fərdi sığorta hesabında toplanılmış pensiya kapitalının pensiya təminatına imkan verib-vermədiyi müəyyən olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Qanunvericiliyin tələbi baxımından 60 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, həmçinin, fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə, onlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. Məhkəmə araşdırması zamanı iddiaçının əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq olaraq 01.01.2006-cı il tarixinə qədər ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş 25 il ümumi, bu müddətin azı 12 il, 6 ayını güzəştli iş stajını toplamadığından (01.02.2002-ci ildən 02.06.2015-ci il tarixədək güzəştli iş stajı verən sahədə işləmişdir), cavabdeh tərəfindən ona 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Mübahisə predmetinin araşdırılması zamanı məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının pensiya kapitalının hesablanması qaydası və əsasları barədə məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********1 saylı 23 avqust 2021-ci il tarixli məktubunda vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalının 15648,52 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 15265,83 manat olmaqla cəmi pensiya kapitalı 30914,35 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 20 il 6 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 15648,52 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 15265,83 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu 09.10.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38800,00 manat məbləğində hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar yaş və işlədiyi zərərli iş peşəsi ilə bağlı uyğunsuzluğu olmasa belə, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı aşağı olduğundan, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qüvvədə olan qanunvericiliyin tələblərini mövcud münasibətə tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşı 09.10.2025-ci il tarixdə (65 yaş) tamam olur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 40.800 manat təşkil etməlidir. Məhkəmə məhz “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının pensiya yaşını, güzəştli şərtlə pensiya çıxma yaşını, qanunvericilikdə nəzərdə tutulan pensiya ödənişi müddətini və əmək pensiyasının minimum məbləği nəzərə alaraq bu nəticəyə gəlmişdir. Hesablama qaydası: 65 yaş – 60 yaş=5 x 12= 60 ay +144 ay (gözlənilən pensiya ödənişi müddəti ) = 204 ay x 200 manat (minimum pensiya məbləği) = 40.800 manat. Göründüyü kimi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 40.800 manat təşkil etməli olsa da, onun qeydə alınmış pensiya kapitalı cəmi 30914,35 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Beləliklə, iddiaçıya əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır. İddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının ona pensiya təyin edilməsinin mümkün olmamasının qanunauyğunluğu sübut edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin “Əmək pensiyaları haqqında” Qanunvericiliyinin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əmək pensiyasının minimum fərdi sığorta hesabı üzrə pensiya kapitalının artırılması məqsədilə xüsusi hesab vasitəsilə əlavə vəsaiti ödəmək hüququna malikdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.18-ci maddəsinə əsasən xüsusi hesab – əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və məbləğdə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar