Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-526/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X45 Ağa qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Həsənov Sahil Göyüş oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2rşı əmrin ləğvi, işə bərpa tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2rşı xx xxxxxx 2019-cu il tarixli əmrin ləğv edilib, işə bərpa edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, polis serjantı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 X1 X23 Taborunda xidmət göstərmişdir. Xidmətə 2004-cü ilin 29 oktyabr tarixində daxil olmuşdur. Xidmət etdiyi müddət ərzində son 5 ili Ruminiya Səfrliyinin qarşısında postda xidmətdə olmuşdur. Heç bir zaman nə xidmət etdiyi postda, yəni, Ruminiya Səfirliyinin qarşısında, nə də birbaşa tabeçi olduğu taborda, bölükdə qüsuru olmamış, hər hansı formada xidmətdə cəzalanmamışdır. Lakin, xx xxxxxx 2019-cu il tarixdə faktiki heç bir əsas olmadan, şəxsi qərəzlik zəmnində işdən çıxarılmışdır. Halbuki, 2018-ci ilin avqust ayında qüsursuz xidmət etdiyi üçün təltif olunmuşdur. Belə ki, qüsursuz xidmət göstərməsinə baxmayaraq, ona qarşı bölük komandiri Azər Məmmədovun qanunsuz, xidməti vəzifəsindən kənara çıxan əmrlərini yerinə yetirmədiyi üçün şəxsi qərəzlik mövqeyindən münasibət göstərilmiş, daimi xidmət etdiyi bölükdən 3-cü bölüyə keçirilmiş və daha sonra xx xxxxxx 2019-cu il tarixdə bölük komandiri Azər Məmmədov tərəfindən arada fasilə olmadan gecə növbəsindən gündüz növbəsinə keçirilmiş, bu zaman qanuni qaydada onlara verilməli olan istirahət vaxtından da, məhrum olmuşdur. Bundan başqa Azər Məmmədov ona qarşı daim kobud münasibət bəsləmiş, xidməti səlahiyyətindən sui-istifadə etmişdir. O, buna qarşı iradını bildirdikdə isə, təqibə məruz qalmışdır. Belə ki, müraciət etdiyi növbətçi hissədə Elşən adlı kapitan müraciətinə lazımi münasibət bildirməmiş, birinci gün komandirə xəbər verə biləcəyini demişdir. Ertəsi gün iş yerinə gəlmiş və 3-cü bölükdə xidmətə başlamışdır. Postdan iş yerinə qayıdanda, tağım komandirinin haqsız iradına qarşı tək ikən, öz-özünə “bezdiriblər məni” deməsi, ona qarşı sanksiya tətbiq edilməsinə səbəb olmuşdur. Təxminən 20-25 noyabr tarixlərində yoldaşlıq məhkəməsi qurulmuşdur. Qeyd edir ki, yoldaşlıq məhkəməsi 10 il xidmət etdiyi 2-ci bölükdə, 5 il xidmət etdiyi 1-ci bölükdə deyil, cəmi 20 gün xidmət etdiyi 3-cü bölükdə qurulmuş, halbuki, məhz həmin bölükdə xidmət yoldaşları hələ onu tanımırdılar. Beləliklə, o, xx xxxxxx 2019-cu il tarixdə “Daxil işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu hissəsi əsas göstərilərək (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) işdən xaric olmuşdur. Halbuki, o, ictimaiyyət qarşısında hər hansı “hərəkət” etməli idi ki, bu da “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən” əməkdaş kimi qiymətləndirilsin. Halbuki, heç bir hərəkət barədə sübut yoxdur. Beləliklə, o, 15 il qüsursuz xidmət göstərməsinə baxmayaraq, əvvəlki dövrdə olmuş inzibati cəzaları 5 ildən artıqdır ki, üzərindən götürülməsinə baxmayaraq, 2018-ci ilin avqustunda qüsursuz xidmət etdiyi üçün təltif olunmasına, kollektivlə normal yoldaşlıq münasibətləri olmasına əhəmiyyət vermədən 1 günün içində işdən xaric olunmuşdur. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, o, iddia ərizəsi yazdıqdan sonra yalnız, xx.xx.2020-ci il tarixdə DİN-in X18 tərəfindən daha əvvəl yazdığı ərizəyə cavab verilmişdir. Həmin cavabla razı deyildir. Belə ki, cavabda göstərilənlər həqiqətə uyğun deyil, əmindir ki, DİN-in X9 və cənab Sahib Mirzəyevə doğru məlumat verilməmişdir. İşin əsl halları belədir: polis kapitanı Həsənov Elşən yalan, həqiqətə uyğun olmayan formada rəisə məruzə edərək bildirib ki, guya 1-ci bölüyün komandiri A.Məmmədovun ünvanına nalayiq sözlər işlətmişdir. Uzun müddət ərzində qəsdən onu bezdirmiş, situasiyanı kritik həddə çatdırmaq istəmişlər. 1-ci bölüyün komandiri Azər Məmmədovla aralarında olan məsələ xx.xx.2019-cu ildə 1-ci bölüyün polis nəfəri vəzifəsində işləyərkən baş verib. Belə ki, 1 nəfərlik gündüz növbəsinn son günü, yəni şənbə günü xidmətdən qayıdarkən A.Məmmədov onları otağa çağıraraq, “polis nəfəri Aslanov Tağı, Cəfərov Ziyad, Nəcəfov Mahir” sabahdan yenidən gündüz növbəsinə 3-cü bölüyündə xidmətə başlayacaqlarını demişlər. Cavab olaraq bildirmişdir ki, yenidən gündüz növbəsi olan bölüyə niyə göndərirlər, gecə növbəsi olan bölüyə göndərsinlər ki, o da, öz ailəsi ilə, problemləri ilə maraqlana bilsin. A.Məmmədov sözünü yarımçıq kəsib otaqdan qeyri-etik tərzdə səsini ucaldaraq polis zabitinə yaraşmayan tərzdə onları çölə qovaraq, gedin kimə istəyirsiz şikayət edin demişlər. Otaqdan çıxıb növbətçi hissəyə yaxınlaşmışlar. Növbətçi polis kapitanı Həsənov Elşən onları qarşılamış, rəisin və müavinin olmadığını demişdir. 1-ci günü iş günü yaxınlaşmaları bildirilmişdir. Yenidən otağa qayıtdıqdan sonra o, A.Məmmədovun sadəcə olaraq “perspektivsiz komandir” olduğunu demişlər. Təhqiramiz və qeyri-etik sözlər işlətməmişdir. Polis serjantları C.Ziyad, A.Tağı, N.Mahir bunu təsdiqləyə bilərlər. Növbəti gün xx.xx.2019-cu ildə bazar günü 3-cü bölükdə gündüz növbəsində xidmətə başlamışdır. Xidmətdən qayıtdıqdan sonra tağım komandiri Qabil Cəfərov tabel silahını təmizləməkləri barədə göstəriş vermişdir. Taborun zirzəmisində oturacaq stolunun üstündə silahını Əsgərov Elçinlə bir yerdə təmizləmişdir. Q.Cəfərov pilləkənin üstündə əli cibində dayanmışdı. Məruzə edərək, silahını təmizlədiyini bildirmişdir. Q.Cəfərov “Ə mən görməmişəm get bir də təmizlə” deyərək göstəriş vermişdir. Silahının təmiz olduğunu, silahını çıxarıb baxış keçirməsini bildirmişdir. Q.Cəfərov heç bir baxış keçirmədən yenidən eyni qaydada göstəriş vermişdir. 3-cü bölüyün komandir əvəzi Kənan Yusifov onunla fərdi söhbət apararkən, Q.Cəfərov yenidən otağa gəlmiş və qeyd eləmişdir ki, gedir raport yazmağa. Kənan Yusifov ehtiyac yoxdur, yəni gəlib fərdi söhbət apararam demişdir. Q.Cəfərov 3 dəfə eyni sözü təkrarlamışdır. O, silahını təhvil verməyə, silah otağına yaxınlaşmışdır. Növbədə olan polis kapitanı Şirəliyev Natiq və polis baş serjantı Təhməzov Azərdən silahına baxış keçirmələrini xahiş etmişdir. Silahını ağ salfetka ilə yoxladıqdan sonra təmiz olduğunu bildirmişlər və təhvil götürmüşlər. Əlavə olaraq bildirir ki, Q.Cəfərovla aralarında 2019-cu ildə mübahisə olmuşdur. Mübahisənin səbəbi ona “heyvan” sözü işlətməsi olmuşdur. 3-cü bölükdə onun tağımına verildiyi gün kin saxlayaraq vəzifəsindən sui istifadə etmişdir. Bu barədə xx.xx.2019-cu il tarixində Tabor komandiri Əli Abdullayevə raport şəklində müraciət eləmişdir. Xidməti yoxlama zamanı heç bir nöqsan aşkarlanmayıb. Gecə və gündüz taborun inspektorları və tağım komandirləri, bölük komandiri tərəfindən yoxlama zamanı 3-cü bölükdə xidmətdə olduğu yoldaşlara qarşı qeyri-səmimi heç bir hərəkəti olmayıb. Bunun sübutu xidməti kitabçasıdır. Yoldaşlıq məhkəməsi 5 ilə yaxın işlədiyi bölükdə yox, 15 günə yaxın xidmətdə olduğu 3-cü bölükdə keçirilmişdir. Kimlər ki, onun leyinə danışmışlar, hamısı qeyri-səmimi, əleyhinə danışan yalnız 44 nəfər səmimi qiymətləndirilmişdir. “Bezdiriblər məni” kəlməsi isə xx.xx.2019-cu il tarixində silahını təhvil verdikdən sonra öz özünə deyinərək demişdir. Bunu polis nəfərləri, Mütəllibov Kamal və Abdulayev Ceyhun təsdiqləyə bilər. Xidmət zamanı xəstəliklər tapmışdır. Xidməti postun şəraitsizliyinə görə 6 ilə yaxın sanitar qovşağı olmayan bir postda xidmət aparıb və sağlamlığını itirmişdir. Hal-hazırda həmin xəstəlikdən əziyyət çəkir. Əlavə olaraq bildirir ki, A.Məmmədovun gördüyü qanunsuz işlərə onu cəlb etmişdir. Xidmət zamanı və xidmətdən kənar öz şəxsi işlərini görməyə onu məcbur etmişdir. 5 il 1-ci bölükdə olduğu gündən A.Məmmədovun ev işlərini görmüşdür. 2019-cu ilin aprel ayında evində bir işi olduğunu demişdir. Gələ bilməyəcəyini bildirmişdir. May ayında işə çıxan gündən hər gün otağa çağırıb sən nəzarətdəsən, sənin axırın necə olacaq, dini inancın var, səni nəzarətə götürüblər şəklində ifadələr işlədərək ona bir gündən bir psixoloji təzyiq göstərmişdir. A.Məmmədov bildirmişdir ki, lazım olsa burda uşaq tapılar ki, sən burda düzgün işləmirsən deyə üzünə dayanar. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan DİN-in X1 üzrə X25 komandiri, polis polkovniki-leytanantı tərəfindən təsdiq edilmiş “Taborun 3-cü bölüyünün 1-ci tağımının polis nəfəri, polis serjantı İddiaçı barəsində aparılan xidməti yoxlamanın nəticəsinə dair” xx.xx.2019-cu il tarixli Rəyin surətindən görünür ki, taborun 3-cü bölüyünün polis nəfəri polis serjantı İddiaçı tərəfindən X39nin 2, 9, 14, 17-ci maddələrinin tələblərini kobud surətdə pozulmasını nəzərə alaraq, təklif edilmişdir ki, polis nəfəri, polis serjantı İddiaçı haqqında başlanmış xidməti araşdırma bitmiş hesab olunsun, polis nəfəri, polis serjantı İddiaçı barəsində aparılmış xidməti yoxlama materialları baxılması üçün Taborun sıravi və kiçik rəis heyətinin yığıncağına verilsin. Taborun polis nəfəri, polis serjantı X27, polis serjantı X28, polis serjantı X11, polis serjantı X21, xidməti araşdırma zamanı özlərini qeyri-səmimi apardıqlarına, subordinasiya qaydalarını pozduqlarına görə barələrində inzibati tənbeh tədbirinin görülməsi məqsədə müvafiq hesab edilsin. Verilmiş rəy xidməti yoxlama materiallarına əlavə edilsin. İşdə olan X1 üzrə X25 “sıravi və kiçik rəis heyətinin yığıncağı”nın xx xxxxxx 2019-cu il tarixli Qərarından görünür ki, DNM-si üzrə ƏPT-nun 3-cü bölüyünün polis nəfəri, polis serjantı İddiaçı barəsində Taborun baş növbətçi inspektoru, polis kapitanı X12 xx.xx.2019-cu il tarixli, 207-1665-1119 və 3-cü bölüyün komandiri vəzifəsini icra edən, polis mayoru X4 xx.xx.2019cu il tarixli, 207-1668-1119, 3-cü bölüyün taqım komandiri, polis kapitanı X13 xx.xx.2019-cu il tarixli, 207-1673-1119 qeydiyyatlı raportları əsasında toplanmış material üzrə işə baxaraq müəyyən edilmişdir ki, 3-cü bölüyün taqım komandiri, polis kapitanı Qabil Cəfərov raportunda və izahatında bir daha bölük komandiri əvəzi Kənan Yusifovun raportunda göstərilənlərini əks etdirmişdir. 1-ci bölüyün komandiri, polis polkovnik leytenantı Azər Məmmədov yazmış olduğu izahatında göstərmişdir ki, o, Taborun dəftərxanasından əməkdaşların bölüklər üzrə yer dəyişmə əmrini götürən zaman bilmişdir ki, bölükdə olan polis nəfərləri İddiaçı, Mahir Nəcəfov, Ayaz Hacıyev, Tağı Aslanov və Ziyad Cəfərov 3-cü bölükdə xidməti davam etdirəcəklər. Adı çəkilən polis nəfərləri artıq xidmətə göndərildiyindən, onları xidmətdən geri çağırılması mümkün hesab olunmadı. Sabah xidmətdən geri qayıdan İddiaçı ona bildirdi ki, bəs onun istirahət vaxtı necə olacaq? O, ona bildirdi ki, o, 08.11 2019-cu il tarixdə istirahətdə olmuş, növbəti istirahət vaxtı digər bölüklərdə olduğu kimi cədvəl əsasında veriləcəkdir. Lakin İddiaçı, subordinasiya və komandirə müraciət qaydalarını pozaraq, aqressiv halda onun ünvanına polisə yaraşmayan kobud ifadələr işlətməyə başladı. O, İddiaçı nizam- intizama dəvət etmiş, bildirmiş ki,o nun bu hərəkətləri şəxsi heyyətin nizamintizamına, psixoloji durumuna mənfi təsir göstərir. O, nalayiq hərəktlər edərək polis nəfərləri Mahir Nəcəfovun və Ziyad Cəfərovun yanında tabel silahıdan ağız nahiyəsindən atəş açacağı ilə hədələdi. İddiaçı tərəfindən ona qarşı belə nalayiq hərəkəti, bu ilin may ayında da, olmuşdur. O, bu barədə Taborun rəhbərliyinə raportla məruzə etmiş, lakin Tabor rəhbərliyi tərəfindən heç bir tədbir görülməmişdir. O vaxtdan bəri polis nəfəri İddiaçı mənə qarşı qərəzli mövqedədir, özü tipli əmkdaşlar arasında ona qarşı böhtan, şər, yalan sözlər danışır, bu da şəxsi heyyətin mənəvi psixoloji durumuna mənfi təsir göstərdiyini izahatında qeyd etmişdir. Polis serjantı İddiaçı Taborun qərargahına dəvət olunaraq izahatı alınmışdır, izahat alınarkən izahatında göstərmişdir ki, 09 11.2019-cu il tarixdə xidmətdən qayıdarkən bölük komandiri polis polkovnik-leytenantı Azər Məmmədovun otağına getdiyini və Azər Məmmədovun onlara bir neçə nəfərin tabor komandirinin əmri ilə sabahdan xx.xx.2019-cu il tarixdən 3-cü bölükdə xidmətə başlayacağını bildirmişdir. Sonra otaqdan çıxaraq növbətçi hissənin qarşısına getmiş, baş növbətçi inspektoru, polis kapitanı Elşən Həsənov da Tabor komandirinin qəbuluna getmək istədiklərini bildirmişdir. Həmin vaxt onun yanında həmin bölüyün polis nəfərləri, X27, X22, X11 və X21 da İddiaçı arxasınca getmişdirlər. Polis nəfəri, polis serjantı İddiaçı xx xxxxxx 2019-cu il tarixli izahatında həqiqətən də yuxarıda adı çəkilən əməkdaşların yanında əsəbi olduğundan Azər Məmmədovun ünvanına nalayiq sözlər işlətdiyini bildirmiş, «Silahla onun ağzından ataram» ifadəsini öz izahatında etiraf etmişdir. Sədr yığıncaq iştirakçılarını, polis nəfəri, polis serjantı İddiaçı barəsində aparılmış xidməti yoxlama materialları ilə tanış etdi. F.Əlişov çıxışında bildirdi ki, polis nəfəri, polis serjantı İddiaçı hərəkətləri polis adına və etikasına yaraşmayan hərəkətlərdir. Sonra yığıncağın sədri təklif irəli sürdü ki, İddiaçı DİN-in xx xxxx 2009-cu il tarixli 330 nömrəli “Azərbaycan Respublikası daxili X19 Nizamnaməsinin təsdiq edilməsi barədə” əmrinin müvafiq maddələrini, DİN-in xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının X39"nin 2, 9, 17 və 22-ci maddələrini və X31 13-cü maddəsinin V və Vİ bəndlərini kobud surətdə pozduğuna və polisə adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə DİO-dan xaric olunmağa və həmin vaxt onun yanında olan polis serjantları X27, X22, X11 və X21 isə İddiaçı hərəkətlərinin qarşısını almağa təşəbbüs göstərmədiklərinə və bu barədə komandirlərinə heç bir məlumat vermədiklərinə görə intizam məsuliyyətinə layiqdirlər. Bundan sonra yığıncağın müavini, polis serjantı Elbrus Musayevə söz verildi və o da, sədrin verdiyi təkliflə razı olduğunu bildirdi. Daha sonra E.Musayev yığıncaqda çıxış etdi və o da, İddiaçı tutduğu əməlləri qətiyyətlə pislədi. O bildirdi ki, S.X7 kobud surətdə pozduğuna, polis adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Polis Andını kobud surətdə pozduğuna görə DİO-dan xaric olunmağa layiqdir. Yığıncaqda daha sonra yığıncağın üzvü Rövşən Hüseynova söz verildi və o da, sədrin verdiyi təkliflə, eyni zamanda yığıncağın katibinin dedikləri ilə razı olduğunu bildirdi. Daha sonra yığıncağın katibi Cavid Sadıqlı yığıncaqda çıxış etdi və o da, İddiaçı tutduğu əməlləri qətiyyətlə pislədi, intizam Nizamnaməsini kobud surətdə pozduğuna, polis adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Polis Andını kobud surətdə pozduğuna görə DİO- dan xaric olunmağa layiq olduğunu bildirdi. Polis serjantı X29 çıxışında bildirdi ki, o, belə əməkdaşla işləmək istəmir, çünki, belə əməkdaşla silahlı vəziyyətdə bir yerdə xidmət aparmaq təhlükəlidir. Yığıncaqda çıxış edənlər: Polis serjantı X14 çıxış edərək bildirdi ki, “O, belə əməkdaşla işləmək istəmir. İddiaçı hərəkətləri bağışlanılmazdır”. Polis serjantı X15 öz çıxışında bildirdi ki, onlar polis olaraq Polis Andını qorumalı, hərəkətlərinə və sözlərinə fikir verməlidirlər. Komandirlərin əmr və göstərişləri düşünülmədən yerinə yetirilməlidir. Polis serjantı X16 çıxışında bildirmişdir ki, “o bu cür ifadələr işlərdən polis əməkdaşı ilə bir yerdə işləyə bilməz, fərqi yoxdur kimdir, bu yoldaş öz hərəkətinə qiymət verə bilmirsə etdikləri əməllərdən nəticə çıxara bilmirsə onun polis sıralarda yeri yoxdur”. Polis serjantı X17 çıxışında bir daha vurğuladı ki, İddiaçı hərəkəti bağışlanılmazdır, komandirlər haqqında kollektiv arasında mənfi fikir yaratmağa çalışır və onu deyə bilər ki, taqım komandiri, polis kapitanı Qabil Cəfərov tabeçiliyində olan əməkdaşlara həmişə diqqət və qayğı ilə yanaşmışdır. Çıxış edən əməkdaşlar polis nəfərləri polis serjantı İddiaçı və həmin vaxt onun yanında olan polis serjantları, X27, X22, X11 və X10 qarşı ciddi intizam tədbirinin görülməsi məqsədilə DİN-in Baş X5rşısında vəsatət qaldırılmasını təklif etdilər. Bundan başqa yığıncağın sədri F.Əlişov xidməti yoxlama materialları ilə əlaqədar, yığıncaqda taborun 3-cü bölüyünün 1-ci taqımının polis nəfəri, polis serjantı İddiaçı Nəbi oğluna söz verdi. İddiaçı öz çıxışında yenidən əsəbi halda bildirdi ki, 1-ci bölüyün komandiri polis polkovnik-leytenantı Azər Məmmədov onun bölüyündə işlədiyi zaman ona məzuniyyət və istirahət verilməsinin müqavilində qarşılıq tələb etmişdir. Xidmətdən sonra tabel silahın təmizlənməsinə ehtiyac olduğu halda taqım komandiri, polis kapitanı Qabil Cəfərovun əmrindən çıxıb ona qarşı kobudluq etməsinə səbəb, keçmişdə aralarında olan mübahisə olub. Daha sonra o, bildirdi ki, əsəbi olduğundan polis polkovnik-leytenantı Azər Məmmədovun ünvanına yox, ümumiyyətlə demişdir ki, bir gün bezib kiminsə silahla ağzından atacaq. Yığıncaqda verilən təkliflə tam razı deyil. Taborun sıravi və kiçik rəis heyətinin yığıncada çıxış edənlərin fikrini və verdikləri təklifi, polis nəfəri, polis sejantı İddiaçı xidmətdə mənfi xarakterizə olduğunu, xidməti yoxlama materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, polis serjantı İddiaçı DİO-da xidmət etdiyi müddət ərzində Tabor rəhbərliyi tərəfindən dəfələrlə cəzalandırılmışdır. Belə ki, Taborun xx.xx.2007-ci il tarixli, Ə172 nömrəli əmri ilə xidməti postda sayıqlığını itirdiyinə görə ‘Töhmət”, xx.xx.2009-cu il tarixli, Ə13 nömrəli əmri ilə xidməti vəsiqəsinin saxlanılmasına səhlənkar yanaşdığına görə “Şiddətli töhmət”, Taborun xx.xx.2011-tarixli, Ə-59 nömrəli əmri ilə vəzifə və rütbəcə böyüklərə hörmətlə yanaşmadığına görə “Töhmət”, taborun xx.xx.2013cü il tarixli, Ə45 nömrəli əmri ilə xidməti intizam qaydalarını pozduğuna görə “Töhmət”, Taborun xx.xx.2014-cü il tarixli, Ə27 nömrəli əmri ilə xidməti vəzifəsinə səhlənkar yanaşdığına görə “Töhmət” intizam cəzaları elan edilmişdir. Araşdırmadan görünür ki, 3-cü bölüyün polis nəfəri, polis serjanmtı İddiaçı DİN-in xx xxxx 2009-cu il tarixli, 330 nömrəli” Azərbaycan Respublikası daxili X19 Niamnaməsinin təsdiq edilməsi barədə” əmrinin müvafiq maddələrini, DİN-in xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının X39”nin 2, 9, 17 və 22-ci maddələrini və “Polis haqqında” Qanunun 13-cü maddəsinin V və Vİ bəndlərinin tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən DİO-nun sıravi və kiçik rəis heyətinin yığıncaqları haqqında təlimatı rəhbər tutaraq yığıncaq qərara almışdır ki, Azərbaycan Respublikası DİN-in xx xxxx 2009-cu il tarixli 330 nömrəli "Azərbaycan Respublikası daxili X19 Nizamnaməsinin təsdiq edilməsi barədə" əmrinin müvafiq maddələrini, DİN-in xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının X39”nin 2, 9, 14. 17 və 22-ci maddələrini və “Polis haqqında” Qanunun 13-cü maddəsinin V və Vİ bəndlərini kobud surətdə pozduğuna və polisə adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə X1 üzrə X25 3-cü bölüyün polis nəfəri, polis serjantı İddiaçı DİO-dan xaric olunmağa və həmin vaxt onun yanında olan polis serjantları X27, X22, X11 və X21 isə İddiaçı hərəkətlərinin qarşısını almağa təşəbbüs göstərmədiklərinə və bu barədə komandirlərinə heç bir məlumat vermədiklərinə görə “Daxili işlər orqanlarının X39”nin 14-cü və 17-ci maddələrinin tələblərini və “X31” 13-cü maddəsinin V və Vİ bəndlərini pozduqlarına görə ciddi intizam tədbirinin görülməsi üçün DİN-in Baş X5rşısında vəsatət qaldırmışdır. X1 üzrə X25 3-cü bölüyün polis nəfəri, polis serjantı İddiaçı yığıncağın qəbul etdiyi qərardan 1( bir) ay ərzində DNM-si üzrə ƏPT-nin komandirinə şikayət verə bilməsi elan edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 xx.xx.2019-cu il tarixli, Ə22Ş/H-013-19 nömrəli “Diplomatik nümayəndəlikləri üzrə X25 polis nəfəri polis serjant İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi haqqında” əmrinin surətindən görünür ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun, DİN-in xx.xx.2005-ci il tarixli, 130 və xx.xx.2019-cu il tarixli, 330 nömrəli əmrlərinin tələblərini pozduğuna, xidməti fəaliyyətini Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarının tələbləri səviyyəsində qura bilmədiyinə, Taborun rəhbərliyi tərəfindən verilən tapşırıq və göstərişləri yerinə yetirmədiyinə, aqressivlik nümayiş etdirərək 1-ci bölüyün komandiri polis polkovnik–leytenantı A.Məmmədovun ünvanına nalayiq ifadələr işlətdiyinə, xidməti tabel silahının təmizlənməsi barədə 3-cü bölüyün taqım komandiri polis kapitanı Q.Cəfərovun göstərişini icra etmədiyinə, nizamintizam qaydalarını pozmaqla şəxsi heyətin psixoloji durumuna mənfi təsir göstərdiyinə, xidməti yoxlama zamanı özünü qeyri-səmimi apararaq hərəkətlərinə bəraət qazandırmağa çalışdığına və bununla da, polis adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə X1 üzrə X25 3-cü bölüyünün polis nəfəri polis serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 xx.xx.2019-cu il tarixli, Ə23Ş/H-013-19 nömrəli əmrindən görünür ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”-nin 135-ci maddəsinin 9-cu bəndinə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) əsasən xidmətdən azad edilmişdir. Polis serjantı İddiaçı, Baş X6 bilavasitə tabe olan X1 üzrə X25 polis nəfərinin, xx xxxxxx 2019-cu il tarixə xidmət müddəti: təqvimi hesablama ilə 16 il 06 ay 27 gün təşkil etmişdir. İşdə olan izahat, arayış və raportlardan görünür ki, həmin sənədlərdə göstərilən ifadələr və faktlar İddiaçı barəsində aparılmış xidməti araşdırma zamanı X1 üzrə X25 “sıravi və kiçik rəis heyətinin yığıncağı”nın xx xxxxxx 2019-cu il tarixli Qərarında və DİN-in X1 üzrə X25 komandiri, polis polkovniki-leytanantı tərəfindən təsdiq edilmiş “Taborun 3-cü bölüyünün 1-ci tağımının polis nəfəri, polis serjantı İddiaçı barəsində aparılan xidməti yoxlamanın nəticəsinə dair” Rəyində öz əksini tapmışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, DİN-in X1 üzrə X25 baş növbətçi inspektoru polis kapitanı X12 xx.xx.2019-cu il tarixli, DİN-in X1 üzrə X25 3-cü bölüyün komandir vəzifəsini müvəqqəti əvəz edən, polis mayoru Kənan Yusifovun xx.xx.2019-cu il tarixli və DİN-in X1 üzrə X25 3-cü bölüyün taqım komandiri, polis kapitanı Qabil Cəfərovun raportları əsasında toplanmış material üzrə aparılmış araşdırmada göstərilənlər, işdə olan izahatlar, arayışlar və digər sənədlər, eləcə də İddiaçı xx xxxxxx 2019cu il tarixli izahatında təsdiqini tapdığından, bununla da, tam və hərtərəfli aparılmış xidməti təhqiqatın nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, Ə22ş/h-013-19 nömrəli əmrin və xx.xx.2019-cu il tarixli, Ə23ş/h-013-19 nömrəli əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Eləcə də, İddiaçı tərəfindən DİN X1 üzrə X38 tərəfindən aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuş halların təkzib edilməsinə dair xidməti təhqiqat aparılan zaman, eləcə də, məhkəmə icraatında heç bir mötəbər sübut, dəlil təqdim edilməmişdir. Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X39nin” 1-ci bəndinə əsasən daxili işlər orqanının əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci bəndinə əsasən Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 3-cü bəndinə əsasən Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Həmin Kodeksin 4-cü bəndinə əsasən Dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır. Həmin Kodeksin 9-cu bəndinə əsasən çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Həmin Kodeksin 17-ci bəndinə əsasən müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. Həmin Kodeksin 22-ci bəndinə əsasən Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili X19 nizamnaməsi" ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Daxili X19 Nizamnaməsinin 3.2-ci bəndinə əsasən hər bir əməkdaş Bu Nizamnaməyə, “DİO əməkdaşlarının X39”nin və polis andının tələblərinə, DİN-in digər normativ-hüquqi aktlarında müəyyən olunmuş qaydalara əməl etməli, rəislərin və komandirlərin əmrlərini yerinə yetirməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən hallar məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, bununla da, mübahisələndirilən əmrlərin əsassız olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. “Polis haqqında” Qanunun 13-cü maddəsinin V bəndinə əsasən polis əməkdaşı həmçinin tabeçilik üzrə yuxarı rəisin əmr və göstərişlərini icra etməyə borcludur. “Polis haqqında” Qanunun 13-cü maddəsinin Vİ bəndinə əsasən hər hansı vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə, polis əməkdaşı xidmət üzrə tabeliyi olmayan polisin yuxarı rütbəli şəxsinin əmr və göstərişlərini icra etməyə borcludur. “Polis haqqında” Qanunun 28-ci maddəsinin İV hissəsinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X24 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X20 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-526/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-526/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver