Məhkəmə qərarları › İş №2-1(112)-526/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-526/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-526/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ikinci qrup əlilliyinin yenidən müəyyən edilməsi və ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-ci ilin aprel ayında yaralanmışdır. xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri- diaqnoz: "Odlu silah qəlpə yaralanmasından sonra başın sol nahiyəsində bir ədəd, sağ əlin 11 barmağının medial falanqasının arxa səthində bir ədəd, sol əlin İ barmağının distal falanqasının arxa səthində bir ədəd köhnə çapıq toxumalar" qoyulmuşdur. Müəyyən edilmişdir ki, bu hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Bu barədə məlumat Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 393 saylı qərarında da öz əksini tapmışdır. xx.xx.2018-ci il tarixdə keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Posttrovmatik ensefolopatiya. tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ayda 7-8 dəfə, kəllə daxili hipertenziya. vaqo-vegetativ krizlər. koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom, hər iki yuxarı ətrafın qəlpə yaralanmasından sonra nevriti. əzələ atrofiyası, parezi. hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlliliyi müəyyən edilmişdir. xx.xx.2023-ci il tarixdə müddəti bitdiyindən yenidən həkim müayinələrindən keçmişdir. Psixi Sağlamlıq Mərkəzi X12 tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə olunan zaman ona şəxsiyyət pozuntusu koqnitiv funksiyalarının enməsi ilə F07.0 diaqnozu qoyulmuşdur. Bu məlumat cavab məktubunda qeyd edilmişdir. X13 Publik hüquqi şəxsdə xx.xx.2023-cü il tarixdə müayinə zamanı ona keçirilmiş qapalı kəllə beyin travması nəticəsində təzahür edən xroniki başağrısı, postravmatik ensefalopotiya, üzvi şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi, beynin xroniki işemiyası hipertoniyası xəstəliyi diaqnozları qoyulmuşdur. Bu məlumat X13 Publik hüquqi şəxsin xx.xx.2023-cii il tarixli ambulator kitabçadan Çıxarışda qeyd edilmişdir. 2 nömrəli Klinik Psixiatriya xəstəxanasında müayinə zamanı ona baş beynin xroniki xəstəliyi, şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi diaqnozları qoyulmuşdur. Bu barədə stasionar xəstənin tibbi kartasının çıxarışında qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsində xx.xx.2023-cü il tarixdə müayinə zamanı ona üzvi şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə F07.0 diaqnozu qoyulmuşdur. Bu məlumat xx.xx.2023-cü il tarixli Ambulator kitabçadan çıxarışda qeyd edilmişdir. Çıxarışda həmçinin qeyd edilmişdir ki, xəstəliyi xx.xx.1993-cü ildən başlamışdır. Qarabağ müharibəsi iştirakçısıdır. Döyüş zamanı mərmi yaralanması nəticəsində başından travma, qəlpə yaraları almışdır. Həmin vaxtdan özünü xəstə hesab edir. Xəstənin vəziyyəti pisləşib, baş ağrıları kəskinləşib, qıcolma tutmaları artıb, yuxusu pozulub, görməsi, yaddaşı zəifləyib. İİ qrup əlildir. X8 Komissiyasının xx.xx.2023-cü il tarixli 659 saylı rəyində də göstərilmişdir. Bundan sonra 28 nömrəli Şəhər Poliklinikasından Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsində göndəriş əsasında əlilliyi xx.xx.2023-cii il tarixdə qiymətləndirilmişdir. TSHKə göndərilən zaman xəstəliyin kodu F07.0 olan üzvi şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə. baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları yaddaşın enməsi ilə diaqnozu qoyulmaqla hərbi travma kimi qiymətləndirilmişdir. Əlillik vəziyətinin qiymətləndərilməsi ilə bağlı cavabdehə müraciəti əsasında xx.xx.2023-cii il tarixdə qəbulda olmuşdur. Müraciətinə cavab məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi tibbi sənədlər və sağlamlıq vəziyyətimin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilən diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. TSEK tərəfindən altsistemə daxil edilmiş qiymətləndirmə üzrə məlumatda əlilliyinin müəyyən olunmasından imtina edilmiş, səbəbi diaqnozun əlillik əlaməti təyin etməməsi, diaqnoz və ağırlaşmanın əlilliyin təyininə əsas verməməsi kimi göstərilmişdir. Baxmayaraq ki. həmin məlumatda diaqnozu üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları yaddaşın enməsi ilə kimi qeyd edilmişdir. Cavabdehin etirazı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. xx.xx.1964-cü ii təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin K00082554TJR nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-10931/2023). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 393 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol alın nahiyəsində bir ədəd, sağ əlin İİ barmağının medial falanqasının arxa səthində bir ədəd. sol əlin İ barmağının distal falanaasının arxa səthində bir ədəd köhnə çapıq toxumalar" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı basaqrılari, başgicəllənmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında hərəki məhdudluq, qıcolma tutmaları, psixi problemlərinin olmağı haqqında heç bir şikayət bildirməmiş, qəbul etdiyi dərmanlar haqqında məlumat verməmişdir. 1993-cü ildə yaralandığını qeyd etmiş, lakin təqdim olunan sənədlərin son illərə aid olduğu müəyyənləşdirilmiş, hərbi qərarda yalnız çapıq toxumalar haqqında məlumat öz əksini tapdığı aşkarlanmışdır. Müayinə zamanı sol alın və sol əlin İV barmaq nahiyələrində çapıq toxumalar izlənilmiş, yuxarı və asağı ətraflarda hərəkətlər sərbəst hipotrofiya, atrofiya, parez, iflic izlənilməmişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, başgicəllənmə, əsəbilik, əllərindən olan ağrıdan şikayətlənmişdir. Halhazırda heç bir medikamentoz preparat qəbul etmədiyini, yalnız müxtəlif ağrıkəsicilər qəbul etdiyini bildirmişdir. Təqdim olunan tibbi sənədlərdə fərqli diaqnozlar qeyd olunmuş, həmin diaqnozlar (psixi, nevroloji) ilə bağlı heç bir şikayət bildirməmişdir. Həmçinin hərbi qərarda yalnız çapıq toxumalar haqqında məlumat qeyd olunmuş, hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkarlanmamış, 1993-cü ilin travması olmasına baxmayaraq təqdim olunan tibbi sənədlər son dövrlərə aid olmuşdur. Baş-beynin instrumental müayinə nəticəsinə əsasən (MRT) əlillik təyinatına əsas verə biləcək patologiya aşkarlanmamışdır. Müayinə zamanı alının sol tərəfində, sağ əlin İİ barmağının əsas falanqasında çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic müşahidə edilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. 18 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2020-xx.xx.2020-ci il tarixli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travmasınm davamlı qalıq əlamətləri. Kəllədaxill hipertenziya, vaqovegetativ krizlər koordinator status pozğunluqları. Posttravmatik ensefalopativa, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə). Kəskin asteno- nevrotik sindrom. Hər iki yuxarı ətrafın qəlpə yaralanmasından sonra parezi, hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. M.Ə.Əfəndiyev adına X10 xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1993). Posttravmatik ensefalopativa, kəllə daxili hipertenziya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları, asteno- nevrotik vəziyyət. Hər iki yuxarı ətrafın qəlpə yaralanmasından sonra parezi, hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X1 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 7630/22 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X9 xx.xx.2023xx.xx.2023-cü il tarixli 2898 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travması nəticəsində təzahür edən xroniki başağrısı. Posttravmatik ensefalopatiya. Üzvi şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə. Beyinin xroniki işemiyası. Hipertoniya xəstəliyi İİİ mərhələ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 3737/27 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 6707/23 nömrəli Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 942 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış xəsarət) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 659 nömrəli Həkim Psixiatr Komissiyasının rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, kognitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X7 xx.xx.2023-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi “Hər iki hemisferada paraventrikulvar aq maddədə və subkortikal sahədə mikroangiopatik/xroniki işemik ocaqlar. Kəskin dövr isemiva lehinə diffuziva məhdudlaşması görülmədi. Beyin sulkuslarında və subaraxnoidal sahələrdə dilatasiya (atrofiya). Paranazal sinusda mukozal hipertrofiya (sinuzit). Burun çəpərində sağa doğru az dərəcədə deviasiya. Hər iki tərəf aşağı konxalarda hipertrofiya" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X11 xx.xx.2023-cü il tarixli Kəllə sümüklərinin Rentgenoqrafiya müayinəsinin nəticəsi “Kəllənin r-da tağında dəyişiklik yoxdur. Türk yəhəri adi ölçülərdə və formadadır. Burun ətrafı ciblərinin pnevmotizasiyası normaldır” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli P00130844DUR nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması “F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; F07.8- Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; F06.7- Yüngül koqnitiv pozuntu, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T 327/2024 saylı ekspert rəyində göstərilmişdir ki, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” phş müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən Əsas xəstəlik: F07.0 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; Ağırlaşmalar: F07.8 “Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; F06.7 “Yüngül koqnutiv pozuntu. Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; Yanaşı xəstəliklər: T90.5- “Kəllədaxili travmaların nəticələri, kəllədaxili travmaların nəticələri”; İ67.8 “Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri”; S06.2 “Baş beyinin ocaqlı travması. Baş beyinin ocaqlı travması” diaqnozdakı xəstəliklərə düçar olması qeyd edilsədə, xx.xx.2023-cü il tarixində DTSERAda şəxsin əyani müayinəsində diaqnozlar öz təsdiqini klinik olaraq tapmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntular, psixi dəyişikliklər aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş 3226 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla aşkar olunur. “Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, fəngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti ilə müşayiət olunub-olunmaması sualını cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il); Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz və ağırlaşması “F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; F07.8- Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; F06.7- Yüngül koqnitiv pozuntu, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş “F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; F07.8- Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; F06.7- Yüngül koqnitiv pozuntu, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə” həmin əsasnamədə təsbit olunsa da, onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri iddiaçıda müəyyən edilməmişdir. Belə ki, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F07.0), baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F07.8) yuxarıda istinad edilən Əsasnamənin 7.6.2.1, 7.6.2.2-ci bəndlərində göstərilən ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri müəyyən olunduğu halda şəxs barəsində əlillik təyinatı aparıla bilər. Əsasənamənin 7.6.2.1, 7.6.2.2-ci bəndlərində göstərilən ağırlıq dərəcələri iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə göstərilməmişdir. Bu baxımdan həmin bəndlərin yoxlanılmasına da zərurət yoxdur. İddiaçıda olan xəstəliyin ən aşağı faizlə əlilliyin təyininə (35-60 faiz, 2 il) əsas olması üçün, yəni iddianın uğurlu olması üçün ən azı Əsasənamənin 7.6.2.1-ci bəndində göstərilən ağırlıq dərəcəsi (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T 327/2024 saylı ekspert rəyində göstərilmişdir ki, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” phş müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən Əsas xəstəlik: F07.0 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; Ağırlaşmalar: F07.8 “Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; F06.7 “Yüngül koqnutiv pozuntu. Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə; Yanaşı xəstəliklər: T90.5- “Kəllədaxili travmaların nəticələri, kəllədaxili travmaların nəticələri”; İ67.8 “Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri”; S06.2 “Baş beyinin ocaqlı travması. Baş beyinin ocaqlı travması” diaqnozdakı xəstəliklərə düçar olması qeyd edilsədə, xx.xx.2023-cü il tarixində DTSERAda şəxsin əyani müayinəsində diaqnozlar öz təsdiqini klinik olaraq tapmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntular, psixi dəyişikliklər aşkar edilməmişdir. Daha sonra məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş 3226 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla aşkar olunur. “Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, fəngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti ilə müşayiət olunub-olunmaması sualını cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. Göründüyü kimi, iddiaçının əyani müayinəsi zamanı Əsasənamənin 7.6.2.1-ci bəndində göstərilən ağırlıq dərəcəsi (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) və ya 7.6.2.2-ci bəndində göstərilən ağırlıq dərəcəsi (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) müəyyən edilməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəfindən şəxsin əyani müayinəsi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli əyani müayinə aktına əsasən qeyd edilmişdir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, başgicəllənmə, əsəbilik, əllərindən olan ağrıdan şikayətlənmişdir. Hal-hazırda heç bir medikamentoz preparat qəbul etmədiyini, yalnız müxtəlif ağrıkəsicilər qəbul etdiyini bildirmişdir. Təqdim olunan tibbi sənədlərdə fərqli diaqnozlar qeyd olunmuş, həmin diaqnozlar (psixi, nevroloji) ilə bağlı heç bir şikayət bildirməmişdir. Həmçinin hərbi qərarda yalnız çapıq toxumalar haqqında məlumat qeyd olunmuş, hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkarlanmamış, 1993-cü ilin travması olmasına baxmayaraq təqdim olunan tibbi sənədlər son dövrlərə aid olmuşdur. Baş-beynin instrumental müayinə nəticəsinə əsasən (MRT) əlillik təyinatına əsas verə biləcək patologiya aşkarlanmamışdır. Müayinə zamanı alının sol tərəfində, sağ əlin İİ barmağının əsas falanqasında çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic müşahidə edilməmiş, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik təyin etmir” təyinatı aparılmışdır. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəliklər əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar