Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5261/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının “Şəhid Ailələri, Əlilləri və X1” İctimai Birliyinin Baş İdarəsinin sədri İddiaçı Cavabdehnə qarşı “qaz sərfiyyatı sayğacının quraşdırılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikasının “Şəhid Ailələri, Əlillərin və X1” İctimai Birliyinin Baş İdarəsinin sədri İddiaçı Cavabdehnə qarşı “qaz sərfiyyatı sayğacının quraşdırılması” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Azərbaycan Respublikasının “Şəhid Ailələri, Əlillərin və X1” İctimai Birliyinin Baş İdarəsinin sədri İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 30 ilə yaxın istifadəsində olan smart-kart tipli sayğacın quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İctimai Birliyin xx.xx.2022-ci il tarixdə qaz sayğacının quraşdırılmasına dair Cavabdehnə müraciətinə cavab olaraq 25 yanvar 2022ci il tarixli SOCAR-**********30560046X00446 saylı məktubu ilə bildirilmişdir ki, mübahisə olunan qeyri yaşayış sahəsinin qazlaşdırılması ilə bağlı texniki şərt alınaraq layihə-smeta sənədləri hazırlandıqdan sonra sərfiyyata uyğun qaz sayğacı quraşdırıla bilər. İddiaçı olaraq cavabdehin nəzərinə çatdırılmışdır ki, həmin qeyri-yaşayış sahəsinə Birliyin müraciəti əsasında 20 il bundan əvvəl qazlaşma ilə bağlı qaz xətti çəkilmişdir. Halhazıradək həmin xəttdən istifadə edilmiş və hər ay sərfiyyatın haqqı cavabdehin nümayəndələrinə ödənilmişdir. Bu cür ödəmə İB-yə uyğun olmadığı üçün sayğac quraşdırmağı cavabdehdən tələb etmişlər. İddiaçı hesab edir ki, cavabdehin texniki şərt almaq tələbi əsassızdır. Göstərilənlərə əsaslanaraq məhkəmə müdafiəsindən istifadə edərək məhkəmə tərəfindən cavabdehin üzərinə mübahisə olunan Dənizçilik küçəsindəki 22 ünvana sayğac quraşdırılması öhdəliyi qoyulmasını məqsədə müvafiq hesab edir. 2000-ci il tarixdən bugünə qədər Bakı şəhəri, Xətai rayonu, Dənizçilik küçəsi 22 ünvanında Azvird Şirkətinin qarşı hissəsində Təşkilata məxsus iclas zalı 21 il fəaliyyət göstərməsinə baxmayaraq qaz xətti çəkilsə də, bugünə qədər qaz təhcizatına sərfiyyat sayğacı heç bir səbəb göstərmədən bərpa edilməmişdir. Həmin məkanda Təşkilatın üzvləri yəni, Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranları üçün tədbirlər, geniş iclaslar keçirilir. Lakin, Asan Xidmətin yaranmasından əvvəl də müraciət etsələr də, "Azəriqaz" İB bu qəbildən olan insanlara soyuq biganə münasibət bəsləyərək sərfiyyatın smart-kart tipli sayğacın bərpa edilməsindən və texniki şərtin verilməsindən müxtəlif bəhanələr gətirərək Təşkilatın işlərinin və islahatlarının, o cümlədən Dövlət tədbirlərinin keçirilməsində xüsusən qış aylarında 20 yanvar, Dövlət tədbirlərində, Novruz bayramlarında, Yeni il bayramlarında və s. tədbirlərin keçirilməsinə öz hərəkətləri ilə qarşı çıxırlar. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. (SX003747052AZ) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış, lakin üzürlü səbəbləri bildirmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsin mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçünilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddianın mümkün sayılması üçün ilk növbədə iddiaçının iddia qaldırmaq səlahiyyətinə (subyektiv hüquq) malik olması şərti də yerinə yetirilməlidir. Məhkəmənin qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun (iddia qaldırmaq səlahiyyətinə malik olduğu) mövcudluğu təsdiq olunmur. Belə ki, iddiaçının smart-kart tipli sayğacın quraşdırılmasını tələb etdiyi, yəni istifadəsində olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olması və mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alındığı müəyyən edilmir. İşin hallarından müəyyən edilir ki, iddiaçının sözügeən qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. Yəni, həmin qeyri-yaşayış sahələrinin istismarında yaranan məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmək hüququ iddiaçıya deyil, həmin İctimai Birliyə aiddir. Həmçinin, iş materialları ilə də qeyd edilən qeyri-yaşayış sahəsinin İctimai Birliyə məxsus olması da müəyyən olunmur. Məhkəmə qeyd edir ki, qeyri-yaşayış sahəsinin İctimai Birliyə məxsus olması sübut olunsa belə, iddia ərizəsindən görünür ki, iddiaçı qismində Birliyin adınan Baş idarəsinin sədri İddiaçı çıxış edir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, qeyd olunan ünvanda (ünvan 1aşdırılması ilə bağlı texniki şərt alınaraq layihə-smeta sənədləri hazırlandıqdan sonra sərfiyyata uyğun qaz sayğacının mövcud qaydalara uyğun quraşdırılması məsələsinə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianınəsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəməcavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görədə, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılıolmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektivhüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmçinin, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının “Şəhid Ailələri, Əlillərin və X1” İctimai Birliyinin Baş İdarəsinin sədri İddiaçı mübahisəli ünvana dair iddia tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır. Yuxarıda qeyd edilən normalara əsasən, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə də, iddiaçının subyektiv hüququnun olmaması iddianın mümkün sayılmaması üçün əsasdır. İddiaçıya izah edilsin ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Azərbaycan Respublikasının “Şəhid Ailələri, Əlilləri və X1” İctimai Birliyinin Baş İdarəsinin sədri İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5261/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5261/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver