Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5262/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası 28.09.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddiası üzrə icraata xitam verilməsi məsələsinə münasibət bildirməyi zəruri hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 06.05.2021-ci il tarixli, **********35 nömrəli iddiaya dair yazılı etirazından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi 137 saylı ev ilə bağlı məhkəmə mübahisəsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2521/09 saylı bildirişi üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər sözügedən məhkəmənin 12.08.2009-cu il tarixli, 2(102)-2521/09 saylı qərarı nəzərə alınmaqla silinmişdir. Beləliklə, məhkəmə işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi 137 saylı ev ilə bağlı məhkəmə mübahisəsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2521/09 saylı bildirişi üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər sözügedən məhkəmənin 12.08.2009-cu il tarixli, 2(102)-2521/09 saylı qərarı nəzərə alınmaqla silindiyindən, nəticədə cavabdeh tərəfindən iddiası təmin edildiyindən və mübahisə qalmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü və 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair 2-1(112)-5262/2021 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5262/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5262/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver