Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5263/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı “X7” qeyri-hökumət təşkilatının nümayəndəsi X8 , Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə İddiaçı “X7” qeyri-hökumət təşkilatının cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək "xxxx" açıq səhmdar cəmiyyətinin üzərinə 25 yanvar 2021-ci il tarixli informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X6 1999-cu qeyri- hökumət təşkilatı kimi qeydiyyatdan keçib və müstəqil iqtisadiyyatçı mütəxəssislər tərəfindən yaradılmış siyasi və iqtisadi təqdiqatlar sahəsində ixtisalaşmış analitik fikir mərkəzidir. X3 əsas məqsədi dayanıqlı iqtisadi inkişafa və yaxşı idarə etməyə yardım etməkdir. X3 məqsədi dövlətin sosial-iqtisadi siyasətinin aktual istiqamətləri üzrə təqdiqatlar aparmaq və onu daha da təkminləşdirmək üçün tövsiyələr hazırlamaq, ictimai idarəyə əhalinin bir hissəsinin effektiv və daimi cəlbinə və hökümət və vətəndaş cəmiyyəti arasında dialoqa nail olmaqdır. Bu səbəbdən cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə 26.01.2021-ci il tarixində informasiya sorğusu göndərib. 04/21 saylı 25.01.2021-ci il tarixli informasiya sorğusunu iddiaçı 26.01.2021-ci ildə cavabdehə göndərib. Bu sorğuda tələb olunan məlumat aşağıdakıdır: “2015-2020-ci illərdə həyata keçirilən, Azərbaycan Respublikasında mövcud olan aqroparkların elektrik təchizatı şəbəkəsinə qoşulması layihələri və bu istiqamətdə xərclənən vəsaitlər barədə məlumatın (hər bir layihə üzrə) təqdim olunması”. Lakin cavabdeh informasiya sorğusuna cavab verməyib, cavab verməməsinin səbəbini izah etməyib və iddiaçının informasiya əldə etmək hüququnu məhdudlaşdırıb. Cavabdeh tərəfindən informasiyanın özü və ya informasiyanın cavabdehdə olub-olmaması və ya həmin informasiyaları əldə etmək üçün hansı yardımçı heç bir məlumat verilməyib. İddiaçının tələb etdiyi “aqroparkların elektrik təczihatı şəbəkəsinə qoşulması layihələri və bu istiqamətdə xərcələnə vəsaitlər” haqqında məlumatlar qanunla açıqlanması yol verilən və qadağan olunmayan məlumatlardır. Cavabdeh dövlət mülkiyyətində olan kommersiya birliyidir. İnformasiya sorğusunda tələb edilən məlumat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təmin olunan aqroparkların elektrik təczihatı şəbəkəsinə qoşulması layihələri və bu istiqamətdə xərcələnə vəsaitlər olduğundan, “dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar” kateqoriyasına daxildir. Bu səbəbdən cavabdeh informasiya sahibi, tələb olunan informasiya isə həmin qanunda nəzərdə tutulan informasiyadır.
3. Məhkəmənın hazırlıq icraatı üzrə iclaslarında və baxış iclasında iştirakı edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və baxış iclasında iştirakı edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, sorğu idarəyə daxil olmayıb. Bununla belə, hazırda idarənin iş yükünün çoxluğu ilə əlaqədar sorğunun cavablandırılması mümkün deyil.
İİ. İddianın növü və mümkünlüyü
5. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.
6. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 04 qərarından: - 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. - 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.
7. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
9. Məhkəmə müəyyən edir ki, tərəflər arasında mülki (öhdəlik) hüquq münasibətləri yoxdur və hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi ümumi (publik) hüquq sahəsindəki tənzimləməni həyata keçirmə vəzifəsinin icra edilməməsi, hərəkətsizliyindən irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia cavabdeh qurumun təbii inhisar subyekti kimi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia növünə aid edilməlidir (öhdəliyin icrası haqqında iddia).
10. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
12. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
13. Məhkəmə iş materiallarında olan 26.01.2021-ci il tarixli poçt qəbzinə (tranzaksiya/göndəriş SS664863725AZ) cavabdeh quruma məktub göndərildiyini müəyyən edir. Cavabdeh qurum qeyd edilən göndərişlə daxil olan məktub barəsində məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. İddia məhkəməyə 30.03.2021-ci il tarixdə verilmişdir.
14. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
15. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunundan: 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 9.3. Aşağıdakılar informasiya sahiblərinə bərabər tutulur: 9.3.2. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyrikommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri - dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə. 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 24.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. 29.1. İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır: 29.1.12. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar;
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
17. 25.01.2021-ci il tarixli informasiya sorğusu 2015-2020-ci illərdə həyata keçirilən, Azərbaycan Respublikasında mövcud olan aqroparkların elektrik təchizatı şəbəkəsinə qoşulması layihələri və bu istiqamətdə xərclənən vəsaitlər barədə məlumatın (hər bir layihə üzrə) təqdim olunması ilə bağlıdır.
18. Məhkəmə hesab edir ki, tələb olunan məlumatlar dövlət sirri deyil, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin fəaliyyətinə dair hesabat olmaqla onların gəlirləri və xərcləri barədə məlumat xarakterlidir.
19. X10 Məhkəməsi qərarlarında bildirir (Assotsıatsıya QHT Qolos və başqaları Rusiyaya qarşı iş §76): Məhkəmə həmçinin bir daha vurğulayır ki, QHT ictimai maraq kəsb edən məsələlərə diqqəti cəlb etdikdə, o, mətbuatla oxşar əhəmiyyətə malik “ictimai nəzarətçi” rolunu həyata keçirir (bax. Animal X1rşı [GC], № 48876 /08, § 103, AİHM 2013 (çıxarışlar)) və Konvensiyaya əsasən mətbuata verilən analoji müdafiəni təmin edən “sosial nəzarətçi” kimi səciyyələndirilə bilər (ibid.; Magyar Helsinki Bizottság Macarıstana qarşı [GC], №. 18030/11, § 166, 8 noyabr 2016-cı il; Medžlis İslamske Zajednice Brčko və Digərləri Bosniya və Herseqovinaya qarşı [GC], № 17224/11, §§ 87 və 108, 27 iyun 2017-ci il tarixli qərarlar və rəylər; İsveçrə, № 18597/13, §§ 57 və 78-79, 9 yanvar 2018-ci il).
20. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
21. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
23. Məhkəmə hesab edir ki, "xxxx" ASC barəsində informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə (İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) uygun olaraq xüsusi qərardad çıxarılması hissəsində iddia tələbi vəsatət xarakterlidir və məhkəmə vəsatətin təmin edilməsi əsaslarını müəyyən etmir. Belə ki, məhkəmə hesab edir ki, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının pozulduğundan cavabdehin informasiya sahibi kimi iddiaçının açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılmasına yönələn hərəkətlərini müəyyən etmir.
24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. "xxxx" açıq səhmdar cəmiyyətinin üzərinə iddiaçı “X7” qeyri-hökumət təşkilatının 25 yanvar 2021-ci il tarixli informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsi qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva