Məhkəmə qərarları › İş №2-1(112)-5264/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5264/2020

30.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5264/2020 30.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Azərbaycan Dövlət İqtisad Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “cavabdehin imtina cavabının qanunsuz hesab edilməsi və koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) şifahi məhkəmə baxışı keçirilmədən baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Azərbaycan Dövlət İqtisad Universiteti üçüncü şəxs işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin ona verdiyi rədd cavabının qanunsuz hesab edilməsi, onun sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü kimi tanınması və koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kurs əyani şöbəsinin tələbəsidir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə daxil olaraq həssas əhali qrupuna aid edilən ailələrin üzvü kimi qeydiyyata düşmüşdür. Bir müddətdən sonra ona “sms” vasitəsilə cavab verilərək bildirilmişdir ki, atası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci tarixli, 138 saylı qərarının 1-ci bəndində nəzərdə tutulan sosial baxımdan həssas əhali qrupuna aid deyildir. İddiaçı hesab edir ki, cavabdehin belə qanunazidd mövqeyi ona münasibətdə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsindən məhrum etməkdir. İddiaçının hər iki valideyni işsizdir və işsiz kimi qeydiyyatdadır. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci tarixli, 138 saylı “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Qərarının 1.2.2-ci yarımbəndinə tam uyğundur. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə şifahi dinləmələr keçirilmədən qərar qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli məlumatında, həmçinin, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi inzibati məhkəmələrə tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilmiş hüquqi tövsiyəsi, iddiaçının yazılı razılığı, işin yekun məhkəmə qərarının qəbul edilməsi üçün kifayət qədər hazırlandığı nəzərə alınaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsaslanaraq, şifahi dinləmələr keçirilmədən müvafiq məhkəmə qərarının qəbul edilməsi mümkün hesab edilmişdir. İş üzrə hazırlıq icraatı üzrə 05 noyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə 05 oktyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi İddiaçı onun koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə elektron ərizə ilə nazirliyə müraciət etmiş, atası “işsiz” statusuna malik olmadığından müraciəti təmin edilməmişdir. Nümayəndə izahatının sonunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi X7 05 oktyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsidir. Onun koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə elektron ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciəti ilə əlaqədar təmsil etdiyi ali təhsil müəssisəsində də müvafiq araşdırma aparılmışdır. Məlum olmuşdur ki, iddiaçının atası “işsiz” statusuna malik olmadığından müraciəti nazirlik tərəfindən təmin edilməmişdir. Nümayəndə izahatının sonunda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş üzrə toplanmış sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İ-AZ seriyalı, 07270 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. X3, anası X2r. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 16743472 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA1289133 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1973-cü ildə Yardımlı rayonunun Perinbel kəndində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Bu hüquq, həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 13-cü maddəsinin 2-ci hissəsinin "c" bəndinə görə, ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də tədricən pulsuz tədrisin tətbiq edilməsi yolu ilə hər kəsə qabiliyyətinə görə eyni dərəcədə əlçatan olmalıdır. Komitənin Qeydlərində bu müddəaya dair göstərilmişdir ki, ali təhsil “hamı üçün” deyil, yalnız “qabiliyyətlər əsasında” əlçatan olmalıdır. Şəxslərin “qabiliyyəti” isə onların əldə etdiyi təcrübə və bilik baxımından qiymətləndirilməlidir. Beynəlxalq Paktın 2-ci maddəsinin 1-ci hissəsinin və 13-cü maddəsinin 2-ci hissəsinin "c" bəndinin tələbləri baxımından, ali təhsil almaq hüququ dövlətin maliyyə imkanlarından asılı olaraq tədricən reallaşdırılmalıdır. Komitənin fikirincə, Beynəlxalq Paktın 13-cü maddəsinin 2-ci hissəsinin "e" bəndində nəzərdə tutulan “qənaətbəxş təqaüdlər sisteminin qurulmasına dair” tələb Paktın ayrı-seçkiliyin yol verilməməsinə və bərabərliyin təmin edilməsinə dair digər tələbləri ilə uzlaşdırılmalı, təqaüdlər sistemi təhsilin aztəminatlı qruplar üçün əlçatanlıq imkanlarını genişləndirməlidir. Avropa Məhkəməsi də həmçinin bir sıra qərarlarında qeyd etmişdir ki, təhsil hüququnun vacibliyinə baxmayaraq, o, mütləq deyildir və müəyyən məhdudiyyətlərə məruz qala bilər. Bu məhdudiyyətlərə icazə verilməsi güman olunur, belə ki, əlçatanlıq hüququ mahiyyət etibarilə dövlət tərəfindən nizamlanmanı tələb edir (Böyük Palatanın Katan və digərləri Moldova və Rusiyaya qarşı iş üzrə 27 may 2014-cü il tarixli Qərarı, §140; Tarantino və digərləri İtaliyaya qarşı iş üzrə 2 aprel 2013-cü il tarixli Qərarı, § 44). Hamılıqla qəbul edilmişdir ki, təhsil təsisatlarının tənzimi cəmiyyətin ehtiyaclarına və resurslara, təhsilin müxtəlif səviyyələrinin fərqli cəhətlərinə uyğun olaraq, zamana və yerə görə fərqlənə bilər. Bu cür tənzimləmə təhsil hüququnun əsas mahiyyətini poza və Konvensiya ilə təmin olunmuş digər hüquqlarla ziddiyyət təşkil edə bilməz. Buna görə Konvensiya icmanın ümumi maraqlarının müdafiəsi və fundamental insan hüquqlarına hörmət arasında ədalətli tarazlığı nəzərdə tutur (Avropa Məhkəməsinin “Belçikada təhsildə dillərdən istifadə haqqında qanunların bəzi aspektlərinə dair” Belçikaya qarşı iş üzrə 23 iyul 1968-ci il tarixli Qərarı). Hazırki işin materiallarında məlum olur ki, iddiaçı onun sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü kimi tanınması və koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə elektron ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış elektron cavab məktubunda iddiaçının X3nun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli, 138 saylı “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə“ Qərarının 1-ci bəndində nəzərdə tutulan həssas ailə qrupuna aid olmaması səbəbindən müraciəti təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli, 138 saylı “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə“ Qərarı koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli, 1950 nömrəli Sərəncamına əsasən qəbul edilmişdir. Həmin Qərarın 1-ci bəndinə görə Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin: 1.1. ünvanlı dövlət sosial yardımı alanlar; 1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: 1.2.1. İ və İİ dərəcə əlilliyi olan şəxslər; 1.2.2. işsiz kimi qeydiyyatda olanlar; 1.2.3. yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar. Həmin Qərarın 2.-ci bəndində təsbit edilmişdir ki, bu Qərarın 1-ci hissəsində qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilsin. Həmin Qərarın 3-cü bəndinə əsasən təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edilərək, bu Qərarın icrasının təmin edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilmişdir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli, 138 saylı “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə“ Qərarının 1.2-ci və 1.2.2-ci bəndlərinə istinad etməklə onun hər iki valideyninin “işsiz” statusuna malik olmasını göstərir. Məhkəmə qeyd edir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda “işsiz şəxs”ə və “işaxtaran”a leqal anlayış verilmişdir. Həmin Qanunun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə əsasən işaxtaran müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxsdir. Göründüyü kimi “işsiz şəxs” və “işaxtaran” qanunvericilikdə də fərqləndirilmişdir. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçının müraciətinə cavabının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli, 138 saylı “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə“ Qərarının tələblərinə uyğun olubolmamasının araşdırılması istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlamış, həmin sorğuya cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, **********2 saylı məktubda bildirilmişdir ki, X1 cavab verilən günədək işaxtaran (işi və qazancı olmayan şəxs), X5 isə işsiz kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində qeydiyyatdan keçmişlər. Bundan başqa İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 5 saylı Ərazi məşğulluq mərkəzi filialının **********0 saylı, xx.xx.2020-ci il tarixli arayışından da müəyyən edilir ki, iddiaçının atası, X11 işaxtaran (işi və qazancı olmayan şəxs) kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində qeydiyyatdır. Beləliklə, iddiaçının X3nun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində “işsiz” kimi qeydiyyatdan keçmədiyi məhkəmə araşdırması zamanı müəyyən edilir ki, bu halda da cavabdehin imtina cavabı hüquqi əsasları baxımından qanuni, nəticə etibarilə düzgün olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Azərbaycan Dövlət İqtisad Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “cavabdehin imtina cavabının qanunsuz hesab edilməsi və koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə” iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Azərbaycan Dövlət İqtisad Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “cavabdehin imtina cavabının qanunsuz hesab edilməsi və koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə” iddia tələbi təmin edilməsin. Məhkəmə qərarından rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar