Məhkəmə qərarları › İş №2-1(112)-5268/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5268/2020

09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5268/2020 09.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçın nümayəndəsi və vəkili Vəkil (ünvan 1i ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi, qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vİ-14/1 saylı, xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qnunsuz hesab edilməsi və ləğv edilməsi, iddiaçının xx xxxx 2020-ci il tarixli vəsatətin təmin edilərək “qaçqın” statusu verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, İddiaçı hazırkı iddia ilə onun xx xxxx 2020-ci il tarixli sığınacaq vəsatəti təmin edilməklə cavabdehin üzərinə iddiaçı Dawodi Nematullaha qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin xx xxx 2020-cu il tarixli № Vİ-14/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini tələb edir. İşin faktları ərizəçinin ərizə-anketində qeyd edilib. Həmin faktları olduğu kimi qəbul edirlər. İddiaçı Əfqanıstan islam Respublikası vətəndaşı və etnik olaraq həzara, dini mənsubiyyətinə görə şiə müsəlmandır. xx.xx.1994cü ildə Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Cağori ulusvaliliyinin Səngeşandə kəndində anadan olub. 5 illik ibtidadi təhsil almış, ailəsinin maddi vəziyyətinə görə təhsilini davam etdirə bilməmişdir. xx.xx.2018-ci ildə Cağoridə yerli özünümüdafiə dəstələri ilə Taliblər arasında baş vermiş döyüşdə yerli özünümüdafiə dəstələrinə kömək etmişdir. Döyüşdə taliblər qalib gəldiyi üçün həyati təhlükədə olduğuna görə qeyri-qanuni yollarla İran İslam Respublikasına qaçmış, bir il orada qanunsuz yaşamış, sonda İranda qanunsuz yaşadığı aşkar olunduğu üçün Əfqanıstana deportasiya olunmuşdur. Əfqanıstanda 3-4 ay Kabil şəhərində yaşamış, lakin taliblər tərəfindən təqib olunacağından elıtiyyat edərək Əfqanıstanı tərk etmiş, Özbəkistandan keçməklə Azərbaycana gəlmişdir. İddiaçı xx.xx.2020-ci ildə Azərbaycana gəlmiş, xx xxxx 2020-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 36-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçıyla müsahibə aparmışdır. İddiaçı bildirmişdir ki, dini-etnik məsubiyyətinə və taliblərlə yerli özünümüdafiə dəstələri arasında gedn döyüşlərdə yerli özünümüdafiə dəstələrinə kömək etdiyi üçün Taliban tərəfindən təqib olunacağından qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 137 saylı xx.xx.2020-ci il tarixli qərarla izibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını İddiaçı tərəfindən verilmiş şikayətin əsassız olması ilə (ümumi və qeyri-müəyyən sözlərlə) əsaslandırıb. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Cavabdehin qərarında aşağıdakı iki fundamental səhvə yol verilib. Cavabdeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik/dini mənsubiyyətinə(şiə həzara olması) və taliblərə qarşı döyüşən yerli özünümüdafiə dəstələrinə kömək etməsinə görə təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: l-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır. l-ci mərhələ (işin mühüm faktlarının müəyyən edilməsi və mötəbərliyinin qiymətləndirilməsi) İş üzrə mühüm faktlar aşağıdakılardır: İddiaçı etnik-dini mənsubiyyətinə və taliblərə qarşı döyüşən yerli özünümüdafiə dəstələrinə kömək etməsinə görə təqib edilməsi riskidir. Qeyd edilənlərdən aydın olur ki, ərizəçinin izahatları MÖM-lə təsdiq edilir. Başqa sözlə, iddiaçının izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verəbilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, iddiaçının izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM- lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin «qaçqın statusunun verilməsi haqqında» vəsatətin təmin edilməməsinə dair qərarını təhlükəsizlik səbəbindən Əfqanıstanda qala bilmədiyi, ümumi zoraklıq səbəbindən ölkəsinə geri qayıtmaq istəmədiyi üçün razılaşmır və qərarın ləğv edilərək, ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş ləğv edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından və iddiaçı tərəfindən verilmiş müsahibədən görünür ki, iddiaçının inandırıcılığının qiymətlədirilməsi zamanı onun ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı söylədiklərində bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, iddiaçı Əfqanıstanı tərk etməsini taliblərdən ehtiyat etməsi ilə izah etmək istəsə də, verdiyi məlumatlardan onun Ərizəçinin Əfqanıstanda taliblər tərəfindən təqib oluna biləcəyi barədə ehtimalları əsaslı qəbul edilməmişdir. Belə ki, o, Əfqanıstanda olduğu müddətdə taliblər tərəfindən təqib olunmamış, təhdid və ya təzyiqə məruz qalmamış, dediklərindən Əfqanıstanı yalnız işləmək məqsədilə tərk edərək İrana getdiyi məlum olmuşdur. O, İranda olduğu müddət ərzində qaçqın statusu ilə bağlı heç bir təşkilata müraciət etməmiş, Əfqanıstana sonuncu dəfə qayıtdıqdan sonra isə təxminən 3-4 ay Kabil şəhərində qalmış, lakin həyatı üçün heç bir təhlükə yaranmamışdır. İddiaçı müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı məlum olmuşdur. Bu da ərizəçinin ölkəsini tərk etməsinin səbəbi ilə bağlı gətirdiyi halların əsaslı olmadığını deməyə imkan verir. Qeyd edilənlər onun mənşə ölkəsində və ya daimi yaşadığı Əfqanıstanda ciddi təqib qorxusunun olmadığını deməyə əsas verir. İnzibati icraat materiallarından həmçinin məlum olmuşdur ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətinə və dini etiqadlarına görə təqib olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir. Göstərilən dəlilləri məhkəmə «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş Vİ-14/1 nömrəli xx xxxxxxx 2019-cu il tarixli «Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında» qərarı qanuni və əsaslı hesab edir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. İddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçıya münasibətdə əsaslı qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsi haqqında vəsatətin təmin edilməməsi haqqında Vİ-14/1 saylı xx xxx 2020-ci il tarixli qərarının ləğv edilməsi hissəsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vİ-14/1 nömrəli xx xxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan həmin qərardan verilmiş şikayət əsasında qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şikayət instansiyasının inzibati şikayətin təmin edilməməsi haqqında 137 saylı xx xxxx 2020-ci il tarixli qərarı da qanuni və əsaslı hesab edilir. Həmin qərarın da ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə ləğv edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin qərarların ləğv edilməklə qaçqın statusunun verilməsi öhdəliyinin cavabehə həvalə edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmAlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar