Məhkəmə qərarları › İş №2-1(112)-527/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-527/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-527/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukrayna Respublikasının N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin (X2) “Müəssisə iqtisadiyyatıcı ixtisası üzrə bitirməsinə dair xx.xx.2018-ci il tarixdə verilmiş M18 №152061 nömrəli “Maqistr” diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukrayna Respublikasının N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin (X2) “Müəssisə İqtisadiyyatıcı ixtisası üzrə bitirməsinə dair xx.xx.2018-ci il tarixdə verilmiş M18 №152061 nömrəli “Maqistr” diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Masallı şəhərində anadan olmuşdur. Azərbaycan Kooperasiya Universitetinin “Filologiya (İngilis dili)” ixtisasını 4 il müddətində oxuyub bitirmişdir. 2011-ci ilin dekabr ayında dövlət imtahan komissiyasının qərarı ilə, iddiaçıya “bakalavr dərəcəsi” verilmişdir. Ukrayna Respublikasında yerləşən N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin (“X3”nun) “Müəssisə İqtisadiyyatı” ixtisasını oxuyub bitimirşdir. xx.xx.2018-ci il tarixdə dövlət imtahan komissiyasının qərarı ilə, iddiaçıya “Magistr dərəcəsi” verilmişdir. Bunu təsdiq edən M18 seriyalı, 152061 nömrəli “Magistr” diplomu verilmişdir. Həmin təhsil müəssisələri haqqında vahid dövlət elektron bazada qeydiyyata alınmışdır. Diplom Kotova O.Q.Ukrayna Elm və Təhsil Nazirliyinin baş mütəxəssisi tərəfindən A-11460-19 nömrə ilə təsdiq edilmişdir (Apostil). Xarici Ali Təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə AR Təhsil Nazirliyinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət etmişdir. AR Təhsil Nazirliyi cavabı ilə iddiaçıya Ukrayna Respublikasında yerləşən N.E.Jukovski adına Milli Aerokosmik Universiteti (“X3”) tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, M18 152061 nömrəli Magistr diplomun tanınmasından imtina etmişdir. Diplomun tanınmamasına əsas kimi Təhsil Nazirliyi iddiaçının Filologiya təhsilli olmağına baxmayaraq İqtisadiyyat üzrə Magistr təhsil almasını göstərmiş, həmçinin dil səviyyəsinin aşağı olmasını səbəblərdən biri kimi göstərmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh öz etirazında bildirmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı bakalvr təhsilini “Filologiya”, magistr təhsilini isə “İqtisadiyyat” ixtisası üzrə bitirmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə magistratura səviyyəsində bakalavr təhsili bazasında ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Nəticədə, Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə 29 aprel 2021-ci il tarixdə qəbul edilmiş məhkəmə qərardadı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukrayna Respublikasının N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin (X2) “Müəssisə İqtisadiyyatıcı ixtisası üzrə bitirməsinə dair xx.xx.2018-ci il tarixdə verilmiş M18 №152061 nömrəli “Maqistr” diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə : Ukrayna Respublikasının N.E.Jukovski adına Milli Aerokosmik Universiteti tərəfindən İddiaçı adına verilmiş 09M18 152061 nömrəli magistr diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Ağentliyinə təqdim edilməsi üçün İddiaçı 15 gün, “İnzibati icraat haqqında ” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati –Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Təhsildə Keyfiyyət Təminatı Ağentliyinə 30 gün müddət müəyyən edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1(112)-527/2021 saylı qərardadının icrası məqsədi ilə İddiaçı Ukrayna Respublikasının M.E.Jukovski adına Milli Aerokosmik Universiteti “X3” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, M18 seriyalı 152061 nömrəli diplom üzrə alınan ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxılmışdır. Aparılan ekspertiza zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Məhkəmə iclası xx.xx.2021-ci il tarixinə, saat 16:30-a təyin edilməsinə baxmayaraq iddiaçı və cavabehin nümayəndəsi məhkəmə bахışınа gəlməmişlər, bunun səbəblərini məhkəməyə bildirməmişlər. İşin gedişatından göründüyü kimi iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir, məhkəmə icraatından yayınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukrayna Respublikasının N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin (X2) “Müəssisə İqtisadiyyatıcı ixtisası üzrə bitirməsinə dair xx.xx.2018-ci il tarixdə verilmiş M18 №152061 nömrəli “Maqistr” diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməli və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukrayna Respublikasının N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin (X2) “Müəssisə İqtisadiyyatıcı ixtisası üzrə bitirməsinə dair xx.xx.2018-ci il tarixdə verilmiş M18 №152061 nömrəli “Maqistr” diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin və 2-1(112)-527/2021 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2t Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar