Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-527/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonu, Ballı Qaya kəndində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xx.xx.2021-ci il tarixində həqiqi hərbi xidməti zamanı hərbi hissədə xidmətdə olduğu zaman vəfat edən oğlu xx.xx.2002-ci il təvəllüdlü X5 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi ilə dəyişdirilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2004-ci ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Ailəlidir. Birgə nikahdan xx.xx.2000-ci ildə X6, xx.xx.2002-ci ildə X7 və xx.xx.2021-ci ildə X8 adlı övladları anadan olmuşdur. Həyat yoldaşı və övladları Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçı isə Gürcüstan Respublikasının vətəndaşıdır. Bakı şəhəri 148 saylı tam orta məktəbdə texniki işçi vəzifəsində işləyir. X2 xx.xx.2002-ci ildə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlı idi. Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. xx.xx.2021-ci il tarixində həqiqi hərbi xidməti zamanı Goranboy rayonu, Ballı Qaya kəndində yerləşən hərbi hissədə xidmətdə olduğu zaman “baş beyin və ağciyərin ödemi, kəskin ürək-ağciyər çatışmazlığı ilə ağırlaşmış miokarditik kardiosleroz” xəstəliyi səbəbindən vəfat etmişdir. Övladı hərbi xidmətə çağrıldığı zaman sağlamlığından heç vaxt şikayəti olmamışdır. Lakin Tərtər Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli məktubuna əsasən yuxarıda qeyd edilən səbəblərlə övladı hərbi xidmətdə olduğu zaman qeyd edilən xəstəlik səbəbindən vəfat etmişdir. Övladı hərbi hissədə xidmət zamanı vəfat etmişdir və övladının vəfatı “hərbi xidməti zamanı” olduğundan mərhum övladına şəhidlik statusu verilməlidir. Övladına “şəhid” statusunun veriliməsi barədə iddiaçı “İnzibati icraat haqqında” qanununun tələblərinə uyğun olaraq ilk növbədə rəsmi qaydada cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla imtina etmişdir. İmtina səbəbi isə xx.xx.2002-ci il təvəllüdlü oğlu X4 xx.xx.2021-ci il tarixində həqiqi hərbi xidməti zamanı Goranboy rayonu, Ballı Qaya kəndində yerləşən hərbi hissədə xidmətdə olduğu zaman “baş beyin və ağciyərin öderni, kəskin ürək-ağciyər çatışmazlığı ilə ağırlaşmış miokarditik kardiosleroz” xəstəliyi səbəbindən vəfat etməsidir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırkı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən ibarətdir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmişdir. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın (bundan sonra -Qaydalar) 4.1-ci hissəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, ... X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İşdən görünür ki, hazırda şəhid olması iddia olunan X7 əsgər olmuş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsində hərbi qeydiyyatda olmuşdur. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı cavabdeh orqandan əlverşli inzibati aktın qəbul edilməsini xahiş edir ki, bu iddia məcburetmə haqqında iddia növünə aiddir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin olaraq cavabdehə müraciət etmişdir. Həmçinin iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, çünki “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, ... İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qanunun 2-ci maddəsinə əsasən həmin Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən: - bənd 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. - bənd 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular Göründüyü kimi, qanunverici şəhid hesab edilən şəxslərin dairəsini konkret müəyyən etmişdir. O.Budaqovun xidmət yeri, ölüm tarixi və statusu, ona Qaydaların 1.2.1-1.2.4-cü və 1.2.7-ci bəndlərındə göstərilən halların tətbiqini istisna edir. Deməli, araşdırma Qaydaların 1.2.5-ci və 1.2.6-cı bəndləri üzrə aparılmalıdır. Həmin bəndlərə əsasən isə şəxsə şəhid statusunun verilməsi üçün aşağıdakılar tələb edilir: 1.şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçu olmalıdır;
2. və ya şəxs Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər... X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxs olmalıdır. İşin məhkəmə iclasında tədqiq edilən aşağıdakı hallarından görünür ki, O.Budaqovun vəfatı Qaydaların 1.2.5 və ya 1.2.6-cı bəndinin dispozisiyasında göstərilən halların hər hansı biri ilə bağlı olmamışdır. Belə ki, işdə olan: - AZ-İİ №167795 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci ildə tənəffüs ləngiməsi, Kardiorespirator çatmamazlığı səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 213 nömrə ilə qeyd aparılmışdır. - Tərtər Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli, 22HP3531 nömrəli məktubundan görünür ki, Müdaifə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq əsgəri Budaqov oprxan Ceyhun oğlunun xx.xx.2021-ci il tarixdə Goranboy rayonunun Ballı Qaya kəndində yerləşən hərbi hissədə xidmətdə olan zaman “bas beynin və ağciyərlərin ödemi, kəskin ürək-ağciyər çatışmazlığı ilə ağırlaşmış miokarditik kardioskleroz” xəstəliyi səbəbindən ölməsi faktı üzrə Tərtər hərbi prokurorluğunda Azərbaycan Respublikası CMnin 342.1-1-ci maddəsi ilə başlanılmış ********* nömrəli işi üzrə lcraata xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM- nın 39.1.1-cı maddəsinə əsasən xitam verilmişdir. - Tərtər Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi haqında qərarından görünür ki, N nömrəli hərbi hissənin əsgəri X4 xx.xx.2021-ci il tarixdə xəstəlikdən ölməsi faktında cinayət hadisəsi olmadığına görə həmin fakt üzrə Azərbaycan Respublikası CM-nin 342.1-1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “...Beləliklə, toplanmış sübutlar, şahid ifadələri və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, X7 hərbi xidmətə daxil olmamışdan əvvəl xx.xx.2020-ci il tarixdə Bakı şəhər 3 nömrəli şəhər klinik xəstəxanasında müayinə olunaraq onda "Onurğanın sağ tərəfli döş və bel tipli birinci dərəcəli skoliozu və anadangəlmə iki tərəfli ikinci dərəcəli yastıpəncəlik funksiya pozğunluğu” aşkar olunmaqla “Xəstəliklər cədvəli”nin 66ç və 68ç maddələrinə əsasən A3 ilə hərbi xidmətə yararlı hesab edilmişdir. Hərbi xidmət dövründə, xx.xx.2020-ci il tarixdə O.Budaqov N nömrəli hərbi hissədə müayinədə olmaqla ona “36-cı dişin kök qalığı” və “yuxarı tənəffüs yollarının hərbi hissənin tibb məntəqəsində növbətçi həkim tərəfindən müayinə olunaraq xx.xx.2021- ci il tarixdə ixtisaslı müayinə üçün N nömrəli hərbi hissəyə göndərilmiş, xx.xx.2021-ci il katarı” diaqnozu qoyulmaqla 36-cı dişi ekstrasiya edilmiş və “amoksilin” antibiyotik tərkibli dərman peraparatı ilə müalicə təyin edilmişdir. O.Budaqov 2020-ci ilin noyabr ayının sonlarından etibarən ayaq və diş ağrılarından, xx.xx.2021-ci il tarixdən isə həmçinin mədə ağrılarından və qusmasından şikayətlənmişdir. Belə ki, O.C.Budaqov xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsində növbətçi həkim tərəfindən müayinə olunaraq xx.xx.2021ci il tarixdə N nömrəli hərbi hissədə terapevt və travmatoloq həkimlər tərəfindən müayinə olunaraq ayağının altının düz olması səbəbindən yastıpəncəliyin təyini, “EFQDS” və qastroenteroloq həkim müayinələrindən keçməsi üçün planlı qaydada N nömrəli hərbi hissəyə göndərilməsi məsləhət görülmüş, lakin, xx.xx.2021-ci il tarixədək onun N nömrəli hərbi hissədə müayinələrdən keçməsi təmin edilməmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olmuş, xx.xx.2021-ci il tarixdə tibb məntəqəsindən çıxarılaraq N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə saat 12:30 radələrində hərbi hissənin Goranboy rayonunun Yuxarı Ballıqaya kəndi ərzisində yerləşən əsgər yataqxanasında olarkən qəfildən yıxılmaqla “baş beynin və ağciyərlərin ödemi, kəskin ürək-ağciyər çatışmazlığı ilə ağırlaşmış miokarditik kardioskleroz” xəstəliyi səbəbindən ölmüşdür. O.C.Budaqovun qeyd olunan şikayətlərlə bağlı müayinə üçün N nömrəli hərbi hissəyə göndərilməməsi ilə onun ölümü arasında səbəbli əlaqə olmamışdır. Mərhum O.C.Budaqovun ölümü qəfləti tutma nəticəsində miokarditik karaiosklerozla əlaqədar baş vermişdir.” -N nömrəli hərbi hissənin cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsindən həqiqi hərbi xidmətə çağrılmış əsgər X7 xx.xx.2021-ci ildə xəstəliyi ilə əlaqədar olaraq vəfat etmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 68 nömrəli əmrindən görünür ki, əsgər X7, rabitə taqımının rabitə manqasının sürücü- xətt nəzarətçisi, 09 fevral 2021-ci il tarixdə xəstəliyi ilə əlaqədar vəfat etdiyinə görə, 12 mart 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış hesab edilmişdir. Ölüm hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədardır. Beləliklə, istinad olunanlardan müəyyən olunur ki, O.Budaqov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, yaxud Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmamış, xx.xx.2021-ci il tarixdə əsgər yataqxanasında olarkən qəfildən yıxılmaqla “baş beynin və ağciyərlərin ödemi, kəskin ürək-ağciyər çatışmazlığı ilə ağırlaşmış miokarditik kardioskleroz” xəstəliyi səbəbindən ölmüşdür. Məhkəmə göstərilən halı nəzərə alaraq hesab edir ki, O.Budaqovun həlak olduğu yer və şərait Qaydaların 1.2.5 və 1.2.6-cı bəndlərində nəzərdə tutulmuş dispozisiya şərtləri ilə bağlı tələbləri ödəmir. Bu zaman nəzərə almaq lazımdır ki, şəhid və şəhid ailəsi statusu ilə bağlı mübahisələrə baxılarkən hər bir konkret mübahisəyə münasibətdə müəyyən olunmuş faktiki hallar müvafiq hüquq normalarının dispozisiya şərtləri baxımından qiymətləndirilməli və həmin şərtlərin mövcudluğu yoxlanılmalıdır. Qanunla müəyyən olunmuş və yuxarıda qeyd edilən dispozisiya şərtlərinə cavab verməyən şəraitdə həlak olmuş şəxslərə, o cümlədən hərbi qulluqçulara, hətta onlar hərbi xidmət zamanı həlak olmuş olsalar belə, şəhid statusunun verilməsindən imtina qanunsuz sayıla bilməz. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, hazırkı işdə cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır, buna görə də iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova