Məhkəmə qərarları › İş №2-1(112)-5272/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5272/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5272/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" ASC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “siyahıya əlavə edilmə öhdəliyinin qoyulması» tələbinə dair inzibati iş üzrə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanı üzrə 8807 dollar borcun problemli kredit üzrə restrukturizasiya edilməklə problemli kredit üzrə siyahıya əlavə edilmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5272/2021 saylı 01 aprel 2021-ci il tarixli qərardadı ilə "xxxx" ASC 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-i ilə aralarında bağlanmış 14 avqust 2015-ci il tarixli, 141/HE/KM-2 nömrəli kredit müqaviləsinə əsasən ona illik 24% olmaqla, 36 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilmiş və baş vermiş devalivasiyadan sonra dollarla olan krediti ödəyə bilməmişdir. Ona verilmiş kredit məbləğini bir müddət ödədikdən sonra qalıq əsas borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsinə baxmayaraq problemli kreditin həlli Bank tərəfindən həll edilməmişdir. Kredit Bürosu və "xxxx" ASC-i tərəfindən onun devalivasiya baş verdikdən sonra kreditin geçikmə günləri üçüncü şəxs "xxxx" ASC-ti tərəfindən sistemə düzgün oturulmamış və Problemli kreditin həlli ilə bağlı məlumat düzgün olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına yönəldilməmişdir. Problemli kreditin həlli ilə bağlı "xxxx" ASC-nə müraciət etsə də onun Kredit Bürosunda yerləşdirilmiş gecikmə günlərinin müddəti 360 gündən az göstərilməsi ilə bağlı təmin edilməmişdir. Onun tərəfindən 2015-ci ildən götürdüyü kreditin gecikmə günləri 360-gün olduğu təqdirdə Kredit Bürosunda olan məlumata görə bu müddət 2018-ci il üçün 180, 90 gün müəyyən edilir ki, buda əsl həqiqətə uyğun deyil. Onun tərəfindən 2015-ci il tarixdə cəmi olaraq 4 dəfə 400 ABŞ dolları ödəniş edilmiş, 2019-cu il tarixdə isə yəni 4 ildən sonra isə 2 dəfə yanvar və fevral aylarında cəmi hər ödənişdə 200 ABŞ dolları ödənilmişdir. Bu onu göstərir ki, 2016, 2017, 2018, 2019-cu illər üçün 360-gün gecikmə günləri yaranmışdır.Hazırda kredit reyesterinə əsasən onun borcu 8.705 (səkkiz min yeddi yüz beş) dollar təşkil edir. Hazırda Azərbaycan Respublikası X5 Əliyevin Azərbaycan Respublikasının vətandaşlar yaşayış rifahının yaxşılaşdırılması, əhalinin yaşayış evləri ilə xüsusilədə gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasü üçün Sosial yönümlü Srəncam və Fərmanlar qəbul edilməsinə baxmayaraq bir sıra Orqanların, Bankların bu Sərəncam və Fərmanların icrası ilə bağlı öz maraqlarına uyğun sui-istifadə etməsi onun kimi vətandaşın və gəncin hazırda mənzilsiz qalmasına şərait yaradır. Bununla bağh tərəfindən Azərbaycan Respublikasının X5 Əliyevə, Azərbaycan Respublikası Birinci X4 xanım Əliyevaya, Azərbaycan Respublikası Prezidenti X1 X10 Nuriyevə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Sədrinə, Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində fəaliyyət göstərən Kredit Bürosunun Sədrinə müraciət etmiş və cavabdeh "xxxx" ASC-ti tərəfindən kreditinin günlərinin sistemə daxil olmasında səhvə yol verdiyini və ondan gözləməsi xahiş edilərək nəzərə almağını bildirmişlər. Bundan sonra cavabdeh qanunsuz olaraq ona gözləməyi bildirsədə bu günkü günə əqədər cavabdeh tərəfindən onun hüququları bərpa edilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 iddia tələbinə münasibət bildirərək öz izahatında qeyd etdi ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə "xxxx" ASC arasında bağlanmış 14.08.2015-ci il tarixli (10.000 ABŞ dolları dəyərində) kredit müqaviləsi Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilməmişdir. Məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə - 01.03.2019cu il tarixinə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 197 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Fərmana əsasən 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 01.01.2012-ci il tarixdən fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Əgər məhkəmədə kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsinin 360 gündən çox gecikdirildiyi təsdiq olunarsa İddiaçı sözügedən kredit borcunun restrukturizasiya siyahısına daxil edilməsinə etiraz etmirlər. Məhkəmə işə baxıb, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 19.04.2021-ci il tarixdə daxil olmuş iddiaya qarşı yazılı münasibətdə bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01,03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə "xxxx" ASC arasında bağlanmış 14,08,2015-ci il tarixli (10.000 ABŞ dolları dəyərində) kredit müqaviləsi Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilməmişdir. Məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə - 01,03.2019-cu il tarixinə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 197 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Fərmana əsasən 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 01.01.2012-ci il tarixdən fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. - № 141/HE/KM-2 saylı 14 avqust 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 36 ay, illik 24 faiz olmaqla 10.000 dollar kredit verilmişdir. - Ödəniş qəbzlərindən görünür ki, 14 avqust 2015-ci il tarixdə 121 manat və 150 manat, 09 sentyabr 2015-ci il tarixdə 43 manat, 14 dekabr 2015-ci il tarixdə 400, 16 noyabr 2015-ci il 400, 14 oktyabr 2015-ci il, 400, 07 sentyabr 2015-ci il 400 dollar, 07 yanvar 2019-cu il 200 ABŞ dolları, 2019-cu il fevral ayında 200 dollar ABŞ dolları məbləğində İddiaçı tərəfindən "xxxx" ASC -yə pul vəsaitləri ödənilmişdir. Bu da açıq-aşkar İddiaçı borcu gecikdirmə müddətinin 360 gündən cox olduğunu sübut edir. - Turan Bank” ASC tərəfindən 01.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş arayışdan da görünür ki, İddiaçı 01.03.2019-cu il tarixə, 141/HE/KM- 2 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 8807.26 USD və həmin tarixə gecikdirilmiş günlərin sayı 1097 gün olmuşdur. - "xxxx" ASC tərəfindən 17 aprel 2019-cu il tarixdə İddiaçı verilmiş arayışın surətində qeyd edilir: 14 Avqust 2015-ci il tarixli 141/HE/KM-2 saylı kredit müqaviləsi üzrə "TuranBank” ASC-nin Gəncə filialından 10 000 (10 min ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kredit В 01 Mart 2019-cu il tarixə 8847.26 (səkkiz min səkkiz yüz yeddi ABŞ dolları 26 sent) ABŞ dolları əsas borc. 3707.76 (üç min yeddi yüz yeddi ABŞ dolları 76 sent) ABŞ dolları faiz və 10 (on) ABŞ dolları cərimə borcu olmaqla ümümi 12525.02 (on iki min beş yüz iyirmi beş ABŞ dolları 02 sent) ABŞ dollar qətnamə borcu var. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman 01.03.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. Həmin fərmanın 8.6-8.8-ci bəndlərin əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutlmuşdur. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasında, sözügedən kredit müqaviləsi üzrə iddiaçının kredit borcunun ödənilməsinin 197 gün gecikdirildiyi barədə məlumat ötürülmüş və bu səbəbdən iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Qanunun və "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar”ı ilə tənzimlənir. Belə ki,“Banklar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, banklar bank sisteminin etibarlığını təmin etmək məqsədilə borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı Milli Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərinə görə, Banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir. Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir. Göründüyü kimi, İddiaçı 14.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə gecikmiş günlərin sayı 1097 gün olduğu halda, məlumat bazasına yalnış məlumat ötürülmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçının sözügedən kredit müqaviləsi üzrə qalıq borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsinə dair iddiası əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka qarşı "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə «14.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq qalan borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi» tələbinə dair iddiası əsaslıdır, təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 08 avqust 2015-ci il tarixli, 141/HE/KM-2 nömrəli kredit müqaviləsi üzrə qalıq qalan borcun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar