Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5274/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1ə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən ünvan kimi – “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu” ünvanını, etibarnamə üzrə nümayəndəsinin mobil nömrəsi kimi isə, ***-***-**-** qeyd etmişdir. İnzibati iş icraata daxil olduqdan sonra xx.xx.2025-ci il tarixə saat 17:25-ə hazırlıq iclası təyin edilmiş və iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana bildiriş göndərilmişdir və SMS məlumatlandırma ilə iddiaçının nümayəndəsi məlumatlandırılmışdır. İddiaçı həmin iclasda iştirak etmədiyinə görə, məhkəmə iclası xx.xx.2025-ci il tarixə təxirə salınmış, iddiaçıya xx.xx.2025-ci tarixdə bildiriş göndərilmiş və bildirişdə 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınacağı təqdirdə, iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda iddiaçının adına qeydiyyatdan keçmiş və iddia ərizəsində qeyd edilən nümayəndəsinin mobil nömrəsinə SMS bildiriş ilə məlumatlandırılmışdırlar. İPM-in 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, məhkəmə bildirişləri iddiaçının iddia ərizəsində göstərdiyi ünvana göndərildiyindən, eyni zamanda ünvanın dəyişməsi barədə məhkəməyə heç bir məlumat verilmədiyindən məhkəmə bildirişi rəsmi qaydada iddiaçıya verilmiş hesab edilməlidir. Lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2024-cü il tarixdən (5 aya yaxın müddətdə) məhkəmənin icraatında olan inzibati işə marağını itirmişdir. Eyni zamanda hazırkı iddia ərizəsinin İddiaçı iradəsinə uyğun olması da müəyyən edilmir. Belə ki, iddia ərizəsini iddiaçının nümayəndəsi kimi X1 imzalamışdır. Lakin iş materiallarında həmin şəxsin iddiaçının adından iddia verə bilmək səlahiyyətinə malik olması üçün yaxın qohumu, yaxud vəkili olması müəyyən edilmir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə verilən iddia ərizəsində düzgün olmayan ünvanın göstərilməsinin məsuliyyəti iddiaçıya aiddir. Məhkəmə iddiaçının məlumatlandırılması üçün mümkün bütün vasitələrdən (məhkəməyə məlum olan ünvana bildiriş göndərmək, SMS məlumatlandırma) istifadə etmişdir. MPM-in 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə görə, elektron kabineti olmayan şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-in göndərilməsi, həmin şəxsin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilməsi üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən qərarındakı hüquqi mövqeyi hazırkı işə tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə icraatından yayınmış, iddia ərizəsinin geri götürülməyə əsas ola biləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin iddiaçını məcburi qaydada məhkəmə icraatına cəlb etmək kimi bir səlahiyyəti və vəzifəsi yoxdur. İddia tələbinin məhkəməyə verilməsi və müdafiə edilməsi dispozitivlik prinsipinə əsasən iddiaçının üzərinə düşür. Əks halda məhkəmə icraatının qeyri-müəyyən vaxta uzadılmasına, məhkəmə iclasının dəfələrlə təxirə salınmasına vəicraatda iş yükünün əsassız artmasına səbəb olar. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5274/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5274/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver