Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5275/2022 21.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “yarımqoşqunun qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1yən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Humbaur H69/75” yarımqoşqu markalı, tentli furqon tipli, WHD**********2645 şassi nömrəli, boz gümüşü rəngli, 2008-ci il buraxılışlı yarımqoşqunun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına “Humbaur H69/75” yarımqoşqu markalı, tentli furqon tipli, WHD**********2645 şassi nömrəli, boz gümüşü rəngli, 2008-ci il buraxılışlı yarımqoşqu gətirmişdir. Yarımqoşquya keçirilən texniki müayinə zamanı şassisinin nömrəsiz olması və şassi nömrəsi olan ətrafda qaynaq işlərinin aparılması müəyyən edilmişdir. Həmin yarımqoşqunu Gürcüstan Respublikasından almış, gömrük qeydiyyatından keçirənədək Gürcüstan Respublikasında dövlət orqanlarından keçmişdir. Gürcüstandan Azərbaycan Respublikasına gələnə qədər yarımqoşqunun sənədlərində və öz göstəricilərində heç bir qüsur olmadığı bildirilməklə hərəkətinə icazə verilmişdir. Gömrük qediyyatından keçiriləndən sonra xx.xx.2021-ci il tarixdə yarımqoşqunun adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, Daxili işlər Nazirliyinin Baş istintaq və Təhqiqat idarəsində toplanmış materiallara uyğun olaraq araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, yarımqoşqunun qeydiyyata alınıb - alınmaması məsələsinə baxılması üçün qərarın surəti Baş X2 İdarəsinə göndərilmişdir. Qərarın verildiyi tarixdən bu günə kimi cavabdehə müraciət etsə də, cavabdeh ərizəsini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən iddiaya etirazın tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən sərəncam icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin nümyəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı oldugundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görürünür ki, iddiaçı xx.xx.1987-ci ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuş, orada qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin iddiaçının müraciətinə baxılaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli, 016-31436-1222 nömrəli məktubundan görünür ki, “HUMBAUR H69/75” markalı, 2008-ci il buraxılışlı, WHD**********26545 şassi nömrəli yarımqoşqunun şassisinin nömrəsiz olması, şassi nömrəsi olan ətrafda qaynaq işlərinin aparılması səbəbindən ərizəsinin təmin edilməsindən imtina edilmiş, həmin yarımqoşquya dair Cavabdeh Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılmasının yalnız məhkəmə orqanları tərəfindən yarımqoşqunun üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilməsi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli 205-20857-10 saylı məktubu ilə iddiaçıya göndərilmiş Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəis müavini Arzu Babayevin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, “Humbaur H69/75” yarımqoşqu markalı, tentli furqon tipli, WHD**********2645 şassi nömrəli, boz gümüşü rəngli, 2008-ci il buraxılışlı yarımqoşqunun şassi nömrəsi ilə bağlı toplanmış material üzrə İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində bu fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, “Humbaur H69/75” yarımqoşqu markalı, tentli furqon tipli, WHD**********2645 şassi nömrəli, boz gümüşü rəngli, 2008-ci il buraxılışlı yarımqoşqunun qeyd edilən nöqsanla qeydiyyata alınıb-alınmaması məsələsinə baxılması üçün qərarın surəti BDYPİ-nə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri üçün **********5245 saylı vəsiqədən və məhkəmə sorgusu ilə alınmış gömrük rəsmiləşdirilməsi sənədlərinin surətindən görünür ki, iddiaçı “Humbaur H69/75” markalı WHD**********2645 şassi nömrəli yarımqoşqunu mövcud vəziyyətdə müvafiq gömrük sənədlərinə əsasən prosedurdan keçirməklə Gürcüstan Respublikasından ölkəyə idxal etmişdir. Məhkəmə sorgusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx.xx.2022-ci il tarixli 016-370064-1222 saylı məktubundan görünür ki, iddiaçının idxal etdiyi “Humbaur H69/75" markalı, WHD**********2645 şassi nömrəli yarımqoşqu BDYPİ-nin X1 Sistemi üzrə axtarışda yoxdur. Məhkəmə sorgusu ilə təqdim edilmiş Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırılmış HK-1167/21 nömrəli materialdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin tədqiqat haqqında xx.xx.2021-ci il arayışında iddiaçıya məxsus “Humbaur H69/75” yarımqoşqu markalı, tentli furqon tipli, WHD**********2645 şassi nömrəli yarımqoşqunun zavod lövhəsinin (şassi birkası) üzərində həkk edilmiş şassi nömrəsinin «WHD**********2645» hərf və rəqəmlərinin zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olması bildirilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının tələbi iddiaçıya məxsus “Humbaur H69/75” yarımqoşqu markalı, tentli furqon tipli, WHD**********2645 şassi nömrəli yarımqoşqunun üzərində hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulmasından ibarətdir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunda isə bildirilmişdir ki, “HUMBAUR H69/75” markalı, 2008-ci il buraxılışlı, WHD**********26545 şassi nömrəli yarımqoşqunun şassisi nömrəsizdir, şassi nömrəsi olan ətrafda qaynaq işləri aparılmışdır. Bu əsaslara görə ərizənin icrası mümkün olmamışdır. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsaslı hesab etmir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı “Humbaur H69/75” yarımqoşqu markalı, tentli furqon tipli, WHD**********2645 şassi nömrəli yarımqoşqunu xx.xx.2021-ci il tarixdə Gürcüstan Respublikasında alqı-satqı müqaviləsi ilə almış, yarımqoşqunu mövcud vəziyyətdə müvafiq gömrük sənədlərinə əsasən prosedurdan keçirməklə Gürcüstan Respublikasından ölkəyə idxal etmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri üçün **********5245 saylı vəsiqəni, gömrük rəsmiləşdirilməsi sənədlərini əlavə etməklə cavabdehə təqdim etmişdir. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh onun ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, məhkəmə tərəfindən cavabdehə müraciət olunaraq araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb olunmuş, cavabdehin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırılmış HK-1167/21 nömrəli materialdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin tədqiqat haqqında xx.xx.2021-ci il arayışında iddiaçıya məxsus “Humbaur H69/75” yarımqoşqu markalı, tentli furqon tipli, WHD**********2645 şassi nömrəli yarımqoşqunun zavod lövhəsinin (şassi birkası) üzərində həkk edilmiş şassi nömrəsinin «WHD**********2645» hərf və rəqəmlərinin zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olması bildirilmişdir. Bunun əsasında Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəis müavini Arzu Babayevin xx.xx.2021-ci il tarixli qərarı ilə “Humbaur H69/75” yarımqoşqu markalı, tentli furqon tipli, WHD**********2645 şassi nömrəli, boz gümüşü rəngli, 2008-ci il buraxılışlı yarımqoşqunun şassi nömrəsi ilə bağlı toplanmış material üzrə İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində bu fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, “Humbaur H69/75” yarımqoşqu markalı, tentli furqon tipli, WHD**********2645 şassi nömrəli, boz gümüşü rəngli, 2008-ci il buraxılışlı yarımqoşqunun qeyd edilən nöqsanla qeydiyyata alınıb-alınmaması məsələsinə baxılması üçün qərarın surəti BDYPİ-nə göndərilmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin yarımqoşqunun qanuni istifadəçisi olması təsdiqlənir. Belə ki, cavabdehin dəlilləri özünün apardıgı təhqiqatla və yarımqoşqunun BDYPİ-nin X1 Sistemi üzrə axtarışda olmaması ilə təkzib edilmişdir. Odur ki, məhkəmə iddiaçının iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Bu Əsasnamə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra “nəqliyyat vasitələri”) dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra “qeydiyyat”) qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra “nəqliyyat vasitələrinin mülkiyyətçiləri”) onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirməlidirlər. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Həmin Əsasnamənin 1.6-ci bəndinə əsasən nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər:..nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini. Həmin Əsasnamənin 2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd. Həmin Əsasnamənin 2.9-cu bəndinə əsasən nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: ...qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr; ...müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır: ...2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır. İşin faktiki hallarına əsasən iddiaçı yarımqoşqunu qanuni əsaslarla əldə etmişdir – Gürcüstan Respublikasında satın almışdır. Yarımqoşqu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nəzarətindən qanuni şəkildə keçirilərək Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Cavabdehin yarımqoşqunun şassisinin nömrəsiz olması, şassi nömrəsi olan ətrafda qaynaq işlərinin aparılması səbəbindən yarım qoşqunu dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınmasından imtinası barədə hərəkətləri qanuni olmamışdır. Belə ki, bu faktlara BDYPİ-nin Qİİ-dən daxil olmuş materiallar əsasında araşdırma aparılaraq Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə qiymət verilmiş, iddiaçının əməlində cinayət tərkibi olmadığından barəsində bu fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin tədqiqat haqqında xx.xx.2021-ci il arayışı ilə isə iddiaçıya məxsus yarımqoşqunun zavod lövhəsinin (şassi birkası) üzərində həkk edilmiş şassi nömrəsinin hərf və rəqəmlərinin zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olması müəyyən edilmişdir. Belə olan halda, iddiaçıya məxsus yarımqoşqunun dövlət qeydiyyatından keçirilməməsi və dövlət qeydiyyatı üzrə uçota alınmaması üçün heç bir qanuni əsasın mövcud olmadığı müəyyən edilir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən əmlak üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı məxsus “Humbaur H69/75” yarımqoşqu markalı, tentli furqon tipli, WHD**********2645 şassi nömrəli, boz gümüşü rəngli, 2008-ci il buraxılışlı yarımqoşqunun qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 2,33,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus “Humbaur H69/75” yarımqoşqu markalı, tentli furqon tipli, WHD**********2645 şassi nömrəli, boz gümüşü rəngli, 2008-ci il buraxılışlı yarımqoşqunun qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin üzərinə qoyulsun. Qərаrdаn оnu аldıqdаn 30 gün müddətində Bаkı İnzibаti Məhkəməsi vаsitəsi ilə Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2kim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-5275/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5275/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver