Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5275/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyası hüququ verən əmək stajı kimi qəbul edilərək ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. Əmək fəaliyyətinə başlamamışdan öncə 1979-1982ci il tarixlərində Bakı Dəmir Yolu və Nəqliyyatı texnikumunda, X3 təsərrüfatı ixtisası üzrə təhsil almış, daha sonra xx.xx.1982-ci il tarixində A.A.Cəfərov adına Azərbaycan Respublikası dəmir X8 deposuna, 2-ci dərəcəli çilingər-təmirçi qəbul edilmiş, xx.xx.1982-xx.xx.1984-cü il tarixlərində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1985-ci il tarixində A.A.Cəfərov adına Dəmir X8 deposuna maşinist köməkçisi vəzifəsinə işə qəbul edilmiş və digər işə keçməsilə əlaqədar xx.xx.1986-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.1986-cı il tarixində Bakı ayaqqabı detalları fabriki 1 №-li sexə doğrayan şagirdi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1986-cı il tarixində işdən azad edilmiş, xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Aqrosənaye Bakı soyuducu kombinat TQİ elektrik təmiri qrupuna 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1987-ci ildə 3-cü dərəcəli xarrat vəzifəsinə qəbul edilmiş və xx.xx.1988-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1988-ci il tarixdə A.A.Cəfərov adına Azərbaycan Respublikası Dəmir X8 deposuna maşinist köməkçisi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1988-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1988-ci ildə Bakı Soyuducu kombinat Təmir-mexaniki sexə vaxtaşırı-mükafatlı əmək ödənişi ilə 3-cü dərəcəli xarrat vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı ildə xarrat peşəsinin 4-cü dərəcəsi verilmiş və xx.xx.1990-cı ildə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixdə RTHİB Azkoopnəqliyyat 4-cü dərəcəli xarrat vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1991-ci ildə 5-ci dərəcəli, xx.xx.1992-ci ildə 6-cı dərəcəli xarrat hesab edilmiş və xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü il tarixdə RTHİB Azkoopnəqliyyat köçürmə ilə 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1994-cü il tarixdə işdən azad edilmiş, xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Dəmir X8 deposu tədarük sexinə 6-cı dərəcəli xarrat vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1994-cü ildə 4-cü dərəcəli çilingər, xx.xx.1994-cü ildə elektrovoz maşinistin köməkçisi dublyoru, xx.xx.1994-cü ildə sərnişin hərəkəti elektovozunun maşinisti köməkçisi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1997-ci ildə işdən azad edilmiş, xx.xx.1997-ci ildə Azərbaycan Respublikası DəmirX8 deposunda vaxtaşırı sexinin 3-cü dərəcəli sexinə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1997-ci ildə motorvaqon seksiyasının maşinist köməkçisi dublyoru, xx.xx.1997-ci il tarixdə motorvaqon seksiyasının MVS maşinist köməkçisi vəzifəsinə işə qəbul edilərək xx.xx.2010-cu il tarixdə 2ci qrup əlilliyə görə işdən azad edilmişdir. İddiaçı qeyd edir ki, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə elektrovoz maşinist köməkçisi, xx.xx.1997-xx.xx.1997-ci tarixlərdə motor vaqon seksiyalarının maşinist köməkçisi, xx.xx.1997-xx.xx.2010-cu il tarixlərdə motor vaqon seksiyalarının maşinisti vəzifələrində işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 21.4-cü bəndinə əsasən əmək fəaliyyəti zərərli əmək şəraiti hesab edilir. Əmək kitabçasında qeyd edilmiş motor vaqon maşinist/maşinist köməkçisi vəzifə adları Elektrik adlarının (seksiyalarının) maşinist/maşinist köməkçisi vəzifələrinin əvvəlki adıdır. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kifayət qədərdir. Bununla bağlı güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün cavabdehə müraciət etsə də xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasısının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən İddiaçı MT-İ ******* nömrəli əmək kitabçasına və əlavə olunmuş sənədlərə əsasən onun güzəştli iş stajının 12 il 6 aydan az (3 il 3 ay 14 gün (xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi, bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başladığını, xx.xx.1994-xx.xx.1997, xx.xx.1997xx.xx.1997, xx.xx.1997-xx.xx.2006-cı illərdə işlədiyi vəzifələrin güzəştli hesab edildiyini və 12 il 6 aydan çox güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən stajı olduğunu qeyd etmişdir. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək hesab edir ki, imtina qanunidir. Belə ki, iddiaçının xx.xx.1994-xx.xx.1997, xx.xx.1997xx.xx.1997, xx.xx.1997 - xx.xx.2006-cı illər ərzində olan iş stajı ümumilikdə nəzərə alınsaydı belə qanunla tələb edilən 12 il 06 aydan azdır. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin Texniki Xidmət Mərkəzinin bakı lokomativ deposunun xx.xx.2022-ci il tarixli 19 №li arayışında İddiaçı sözügedən müəssisədə xx.xx.1997-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində motor vaqon seksiyalarının maşinisti köməkçisi, həmin vəzifənin “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №li Qərarının 21.4 nömrəli, Dəmiryolu nəqliyyatı bölməsinin “elektrik qatarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri”nə uyğun olduğu göstərilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının ümumi və güzəştli iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərıfindən verilmiş imtina qanunauyğun olmuşdur. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiləşdirilməsinə dair ərizə təqdim edərək ona xx.xx.2022-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadına əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə Suraxanı RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.1982-ci il tarixli ДТ-İ seriyalı 772158 №li diplomun surətindən görünür ki, İddiaçı 1979-cu ildə Bakı Dəmir Yolu və Nəqliyyatı texnikumunun “X3 təsərrüfatı” fakültəsini bitirmişdir. -НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. -19 fevral 1985-ci il tarixdən doldurulmağa başlanan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1979-1982-ci il tarixlərində Bakı Dəmir Yolu və Nəqliyyatı texnikumununda təhsil almış, xx.xx.1982-ci ildə A.A.Cəfərov adına Azərbaycan Respublikası dəmir X8 deposuna, 2-ci dərəcəli çilingər-təmirci işinə qəbul edilmiş, xx.xx.1982-xx.xx.1984-cü il tarixlərində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək A.A.Cəfərov adına Dəmir X8 deposunda maşinist köməkçisi, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək Bakı ayaqqabı detalları fabrikində 1 №-li sexə doğrayan şagirdi, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək Azərbaycan Respublikası Dövlət Aqrosənaye Bakı soyuducu kombinat TQİ-də elektrik təmiri qrupunda 3-cü dərəcəli elektrik montyoru, 3-cü dərəcəli xarrat, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək A.A.Cəfərov adına Azərbaycan Respublikası Dəmir X8 deposunda maşinist köməkçisi, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək Bakı Soyuducu kombinat Təmir-mexaniki sexində vaxtaşırı-mükafatlı əmək ödənişi ilə 3-cü dərəcəli xarrat, xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək RTHİB Azkoopnəqliyyat çilingər, xx.xx.1994-cü ildən xx.xx.2010-cu ilədək Azərbaycan Respublikası Dəmir X8 deposunda 6-cı dərəcəli xarrat, 4-cü dərəcəli çilingər, elektrovoz maşinistinin köməkçisi dublyoru, maşinist köməkçisi vəzifəsində işləmiş, xx.xx.2010-cu il tarixdə 2-ci qrup əlilliyə görə işdən azad edilmişdir. -Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 1979-cı ildə Bakı Dəmiryol Nəqliyyatı Texnikumuna qəbul olmuş və 1982-ci ildə həmin texnikumun “X3 Təsərrüfatı” ixtisası üzrə əyani şöbəsini bitirmişdir. -"xxxx" QSC Sərnişin daşımaları departamentinin Texniki xidmət mərkəzinin Bakı lokomativ deposu tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, o, həqiqətən Azərbaycan Dəmir Yolları Bakı lokomotiv Deposunda xx.xx.1994-xx.xx.1997-ci illər arası Elektrovoz maşinist köməkçisi, xx.xx.1997-12 11.1997-ci illər arası Motor vaqon seksiyalarının maşinist köməkçisi, xx.xx.1997-xx.xx.2010-cu illər arası Motor vaqon seksiyalarının maşinisti vəzifələrində işləyib. İşçinin işlədiyi vəzifələr müvafiq olaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 21.4 sıra nömrəli Dəmiryol nəqliyatı sahəsinin "teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” vəzifələri ilə uyğunluq təşkil etdiyi üçün İddiaçı işlədiyi dövrdə zərərli peşələrdə çalışmışdır. Əlavə olaraq məlumat üçün bildirilir ki, əmək kitabçasında qeyd edilmiş MVS və Motorvaqon maşinisti/maşinisı köməkçisi vəzifə adları Elektrik qatarlarının (seksiyalarının) maşinisti/maşınıst köməkçisi vəzifələrinin əvvəlki adıdır. -"xxxx" QSC tərəfindən verilən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı, həqiqətən, ADY-nin Bakı lokomotiv deposunda xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək elektrovoz maşinist köməkçisi, xx.xx.1997-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək motor-vaqon seksiyalarının maşinist köməkçisi peşələrində çalışmışdır. Bununla yanaşı İddiaçı ADY-nin Bakı lokomotiv deposunda işlədiyi peşələrdən elektrovoz maşinist köməkçisi, motor vaqon seksiyasının (MVS) maşinist köməkçisi və motor vaqon seksiyasının (MVS) maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnda 21.4-cü bəndin olaraq 7, 14, 15 və 18-ci abzaslarına uyğundur və onun qeyd edilən peşələr üzrə sosial sığorta (əmək) stajı 15 il 8 ay 22 gün təşkil edir. Məlumat üçün qeyd edilmişdir ki, “motor vaqon elektrik seksiyası” və "motor vaqon seksiyası (MVS)” elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edilir. -Elektrovoz maşınist köməkçisi, motor vaqon seksiyasının (MVS) maşınist köməkçisi və motor vaqon seksiyasının (MVS) maşınisti vəzifələrinin vəzifə təlimatları əlavə edilməklə onların əmək funksiyalarının nədən ibarət olması barədə məlumat verilməsi ilə bağlı məhkəmənin sorğusuna "xxxx" QSC tərəfindən verilmiş cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 21.4-cü bəndin müvafiq olaraq 7, 8, 14, 15 və 18-cı abzaslarında nəzərdə tutulmuş elektrovoz maşinist köməkçisi, motor vaqon seksiyasının (MVS elektrik qatarının) maşinist köməkçisi və motor vaqon seksiyasının (MVS elektrik qatarının) maşinisti peşələri üzrə işlərin xüsusiyyətləri əmək qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X4”nda təsbit edilmişdir. Beləliklə, işin hallarından müəyyən edilir ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının ona xx.xx.2022-ci il tarixdən hesablanmaqla 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1997-xx.xx.2010-cu illərdə "xxxx" Bakı Lokomotiv Deposunda işlədiyi motor vaqon seksiyalarının maşinisti vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan elektrik qatarlarının (seksiyalarının) maşınistləri vəzifəsinə uyğun olmadığını hesab etmiş və bu səbəbdən iddiaçının güzəştli iş stajının qanunla tələb olunan 12 il 6 aydan az- 3 il 3ay 14 gün təşkil etdiyi qənaətinə gəlmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı ilə iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun 1.4.1-cü bəndinə əsasən, Qanunun güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər adlanan 9-cu maddəsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2020 - 30 iyun 2021-ci illər arasındakı dövr üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və ümumi iş stajını mübahisələndirməmişdir. İş materialları ilə də məlum olur ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına gəldikdə isə iddiaçının əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının toplanmamasıdır. Hazırkı halda iddiaçı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə bildirir ki, iddiaçının iş yerindən təqdim etdiyi arayışdan və məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən edilir ki, iddiaçının işlədiyi və cavabdeh tərəfindən xüsusi staja daxil edilməyən motor vaqon seksiyalarının maşınisti köməkçisi vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21-ci “Nəqliyyat” bölməsinin, 21.4. Dəmiryol nəqliyyatı, “Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bölməsinin elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələrinə uyğun olması konkret olaraq göstərilmişdir. Arayışda həmçinin, qeyd olunan peşələrin xüsusiyyətlərinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X2 təsbit edildiyi bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən işçilərin peşə (vəzifə) adlarının müəyyən edilməsi qüvvədə olan Vahid X1 uyğun olaraq həyata keçirilir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.1997-ci il tarixli, 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X2 Lokomotiv (teplovoz, parovoz, eletrovoz, dizel qatarı, laboratoriya, vaqon seksiyaları) maşinisti fəhlə kateqoriyasına aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının Azərbaycan Dəmir Yolları Bakı lokomotiv deposunda xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1994xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər arasında işlədiyi müvafiq olaraq sərnişin hərəkəti elektrovozunun maşınisti köməkçisi və elektrovoz maşınistinin köməkçisi dublyoru vəzifəsini güzəştli staja daxil etsə də, eyni mövqeni onun həmin müəssisədə 1997-2010-cu illər ərzində işlədiyi motor vaqon seksiyalarının maşınisti köməkçisi vəzifəsi üzrə sərgiləməmişdir. Halbuki, iş yerinin arayışından da göründüyü kimi, “motor vaqon elektrik seksiyası” və "motor vaqon seksiyası (MVS)” elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edilməsi ilə yanaşı MVS və Motor-vaqon maşinisti/maşinist köməkçisi vəzifə adları elektrik qatarlarının (seksiyalarının) maşinisti/maşınist köməkçisi vəzifələrinin əvvəlki adıdır. Bu baxımdan, motor vaqon seksiyalarının maşınisti köməkçisinin əməyi də müvafiq ağır sahədə tətbiq olunduğundan, onların da stajı güzəştli şərlərlə əmək pensiyası almağa imkan verən staj kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin dəlilini əsaslı saymır və bildirir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışla iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən vəzifələr üzrə işlədiyi öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda iddiaçının Azərbaycan Dəmir Yolları Bakı lokomotiv deposunda xx.xx.1997-xx.xx.2010-cu illərdə işlədiyi motor vaqon seksiyalarının maşinisti köməkçisi, onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq xüsusi iş stajı yaranmış olur (mübahisələndirilən 12 il 04 ay 28 gün+ mübahisələndirilməyən 03 il 03 ay 14 gün= 15 il, 08 ay, 12 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5275/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5275/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver