Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5276/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" (Azərbaycan) məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankın Mərkəzi Kredit Reyestrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “Bank VTB (Azərbaycan) ASC arasında 11.11.2014-cü il tarixdə imzalanmış 137198-CNS-12629 saylı kredit müqaviləsinin mövcud olması və 21.02.2015-ci il tarixində, 21.12.2015-ci il tarixində (kreditin devalvasiyası tarixində) və 28.02.2019-cu il tarixində 11.11.2014-cü il tarixli 137198-CNS-12629 saylı kredit müqaviləsinə əsasən kreditlərin mövcud olması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, hazırki iddia tələbi üzrə cavabdeh qismində çıxış edən Mərkəzi Bankın Kredit Reyestrinin əsl cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı ilə əvəz edilərək,“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidnetinin 28 fevral 2019- cu il tarixli Fərmanının tələblərinə əsasən kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərinin görülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2- 1(112)-5276/2021 saylı qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5276/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərardadı ilə "xxxx" (Azərbaycan) iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o “Bank VTB (Azərbaycan)” ASC ilə 11 noyabr 2014-cü ildə 137198-CNS- 12629 saylı kredit müqaviləsi bağlamış və 28.02.2019-cu il tarixinə qaytarmaq şərtilə 12819 ABŞ dolları məbləğində kredit götürmüşdür. Götürülən kredit məbləğini tam həcmdə “Bank VTB (Azərbaycan)” ASC-nin hesabına ödəmişdir. Bunu Azərbaycan Kredit Bürosu MMC- nin 15.04.2019-cu il tarixli çıxarışı təsdiq edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR-sı Prezidentinin Fərmanına əsasən 01.01.2012-ci ildən bu Fərman imzalanan tarixədək 10000 (on min) ABŞ dolları məbləğində (17000 manat) verilən kreditlərin kompensasiya edilməsi nəzərdə tutulmuşdur. Sözügedən fərmana əsasən ona kompensasiya ödənilməlidir. Adı çəkilən Fərmana əsasən fərman imzalandığı tarixə onun “Bank VTB (Azərbaycan)” ASC-yə borcu 10000 (on min) ABŞ dollarından az olmuşdur. Adının siyahıya salınaraq kompensasiya ödənişi aparılmadığına görə ərizə ilə AR-sı Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasına müraciət etmiş, müraciətinə cavab olaraq verilmiş 02.10.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır”. AR-sı Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı imzalanan tarixdə onunla“Bank VTB (Azərbaycan)” ASC arasında 11.11.2014-cü il tarixli, 137198-CNS-12629 saylı kredit müqaviləsi mövcud olmuşdur. Həmin müqavilə üzrə kredit borcu 21.02.2015-ci ildə, 21.12.2015-ci ildə və 28.02.2019-cu ildə mövcud olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclası 01.09.2021-ci il tarixə təyin edilmiş, üçüncü şəxs "xxxx" (Azərbaycan) məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilmiş, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilərək, ompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 iddia tələbinə münasibət bildirərək öz izahatında qeyd etmişdir ki, hazırda “Bank VTB (Azərbaycan)” ASC tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında həqiqətən də 11.11.2014cü il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin məlumatlara görə kredit müqaviləsi üzrə birinci devalvasiya gününə (21.02.2015-ci il tarixinə) 11.957,03 ABŞ dolları məbləğində, ikinci devalvasiya gününə isə (21.12.2015-ci il tarixə) 8.848,74 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuşdur. Sözügedən kredit müqaviləsinin həqiqətən də “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanılması məhkəmə tərəfindən təsdiq olunarsa, Fərmanın 1.2-ci bəndi nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona tərəflər arasında bağlanmış 11.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5309,24 manat kompensasiyasının hesablanmasına etiraz edilmir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü ildə doğulmuşdur, ünvan 1 ünvanında yaşayır. - № 137198-CNS-12629 saylı, 11.11.2014-cü il tarixli avtomobil krediti müqaviləsindən görünür ki, Bank VTB (Azərbaycan) ASC İddiaçı 36 ay müddətinə illik 15% faiz olmaqla 12819,00 ABŞ dolları kredit verilmişdir. Kredit və ona hesablanmış faizlərin ödəniş qrafikindən görünür ki, 137198-CNS- 12629 saylı, 11.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun ödəniş qrafiki tərtib olunmuş və ödənilmə tarixləri 12.12.2014-cı il tarixdən 13.11.2017-ci il tarixədək olan dövrü əhatə etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən 21.04.2021-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilməmişdir. Məhkəmə mübahisəsinin daha çevik və hərtərəfli araşdırılması, habelə iddiaçının tələbi üzrə yekun mövqeyin bildirilməsi məqsədilə"xxxx" ASC-dən həqiqətən də iddia ərizəsində qeyd olunan kredit müqaviləsinin mövcudluğu, mövcud olduğu təqdirdə müqavilənin əsli təqdim olunmaqla bu müqavilə üzrə əsas kredit borclarını əks etdirən ssuda hesabından çıxarışın, baş vermiş devalvasiya günlərinə (21.02.2015-ci və 21.12.2015-ci il tarixlərinə günün əvvəlinə) və hazırki günə əsas kredit borcunun qalıq məbləği barədə müvafiq arayışın təqdim edilməsinə dair həmin kredit təşkilatına məhkəmə sorğusunun göndərilməsinə zərurət vardır. Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən daxil olmuş sorğuya cavab məktubunda qeyd edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə yazılı sorğunuza əsasən bildirilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən X1 (FİN:xxxxxxx) barəsində sistemləşdirilmiş məlumatlar sırasında “Bank VTB (Azərbaycan)” ASC ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilmədiyindən iddia ərizəsində göstərilən müqavilələr Fərman üzrə nəzərdən keçirilməmişdir. Hazırda “Bank VTB (Azərbaycan)” ASC tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında həqiqətən də 11.11,2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Həmin məlumatlara görə kredit müqaviləsi üzrə birinci devalvasiya gününə (21.02.2015-ci il tarixinə) 11.957,03 ABŞ dolları məbləğində, ikinci devalvasiya gününə isə (21.12.2015-ci il tarixə) 8.848,74 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuşdur. Sözügedən kredit müqaviləsinin həqiqətən də “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanılması məhkəmə tərəfindən təsdiq olunarsa, Fərmanın 1.2-ci bəndi nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona tərəflər arasında bağlanmış 11.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5309,24 manat kompensasiyasının hesablanmasına etiraz edilmir. Bank VTB (Azərbaycan) ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə hazırlıq icraatının iclasında təqdim edilmiş arayışlardan görünür ki, İddiaçı 11.11.2014-cü il tarixli 137198-CNS-12629 saylı kredit müqaviləsi üzrə 20.12.2015-ci il tarixə əsas borc üzrə 8874,55 ABŞ dolları borcu mövcud olmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman 01.03.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.1-ci bənd); 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.2-ci bənd). Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasiya məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (21.02.2015-ci il və 21.12.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasında, İddiaçı kredit müqaviləsi üzrə qeydlər bazaya ötürülməmiş və bu səbəbdən iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Qanunun və "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar”ı ilə tənzimlənir. Belə ki,“Banklar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, banklar bank sisteminin etibarlığını təmin etmək məqsədilə borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı Milli Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərinə görə, Banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir. Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir. Şərh olunan maddələrin normalarından göründüyü kimi, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına, kredit müqaviləsi üzrə tərəflərin adları, həmçinin hüquqi və fiziki şəxslər qismində çıxış edən borcalanların kreditləri barədə məlumat daxil edilir. Həmin məlumatların düzgün və vaxtında daxil edilməsi isə kreditorlar, yəni müvafiq bankların öhdəliyidir. Borcalanın “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşüb-düşməməsi isə, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına daxil edilmiş məlumatlar əsasında yoxlanılır. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə araşdırması nəticəsində İddiaçı ilə "xxxx" ASC arasında bağlanan kredit müqaviləsinin qeyd edilən Fərmanın təsiri altına düşməsini təsdiq etmiş və müqavilə üzrə 5309,24 manat kompensasiyanın hesablanmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməməsinin əsaslı səbəbi odur ki, bank tərəfindən kredit müqaviləsi yaradılmış məlumat bazasına daxil edilməmişdir. Halbuki, iş materiallarında olan kredit müqaviləsindən aydın olur ki, borcalan qismində İddiaçı ilə "xxxx" ASC arasında 11.11.2014-cü il tarixində 36 ay müddətinə illik 15 faiz olmaqla 12.819 ABŞ dolları məbləğində “Avtomobil krediti müqaviəsi” bağlanılmış, İddiaçı ikinci devalvasiya tarixinə əsas borc üzrə 8874,55 ABŞ dolları borcu mövcud olmuşdur. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "xxxx" ASC məhkəmənin icraatına 3-cü şəxs qismində cəlb edilməklə «kompensasiya hesablanması və və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi» tələbinə dair iddiası əsaslıdır, təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 11.11.2014-cü il tarixli kredit (borc) müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün İddiaçı 5309,24 manat kompensasiya məbləğinin hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5276/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5276/2021
01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver